Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə96/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   92   93   94   95   96   97   98   99   ...   133

 

300

valyutası  rəsmi  olaraq  Yeni  Türk  Lirəsi  adlandırılırdı  (1  YTL  = 

1 000 000 TL).  

1  yanvar  2009-cu  ildən  başlayaraq  «yeni»  sözü 

yığışdırılmışdır və yeni banknotlar dövriyəyə buraxıldı. Bu zaman 

1  lirə  dövriyədən  çıxarıldı  və  yeni  nominalı  200  lirə  olan  əskinas 

dövriyəyə buraxıldıə. Yeni Türk Lirəsi əskinasları 31 dekabr 2009-

cu ilə qədər qüvvədədir, lakin Mərkəzi Bankın filialları tərəfindən 

31 dekabr 2019-cu ilə qədər qəbul ediləcəkdir. 

TÜRK YƏ  CÜMHUR YYƏT   MƏRKƏZ   BANKI.  Son 

iyirmi  ildə  dünya  iqtisadiyyatında  meydana  gələn  dəyişikliklər, 

Mərkəzi Bank əməliyyatlarına əsaslı şəkildə təsir etmişdi. Xüsusilə 

maliyyə  bazarlarının  qloballaşması  və  inkişaf  edən  texnika  bu 

bazarları  70-ci  illərdən  fərqli  olaraq  daha  da  genişləndirmişdi.Bu 

dəyişikliklər  mərkəzi  bankların  başlıja  vəzifələrinə  də  təsir 

etmişdir.  Mərkəzi  banklar  əsas  2  əməliyyat  aparırlar.  Bunlardan 

biri  pulun  inkişafını  təmin  etmək,  digəri  isə  maliyyə  inkişafını 

qorumaqdır.  Bazar  sistemlərinə  üstünlük  verən  tətbiq  etmələrə 

paralel olaraq daha müstəqil mərkəzi banklara ehtiyaj var idi. Bank 

sisteminin dahada aktiv nəzarəti ön sıraya çıxınja, auditin mərkəzi 

banklar istisna olmaqla müstəqil orqanlar tərəfindən aparılması ön 

plana çıxmışdır. Avropa Mərkəzi Bankı qurulduqdan sonra bir çox 

ölkələrin  mərkəzi  banklarının  funksiyaları  azalmış  və  öz 

ölkələrinin  pul  siyasətlərini  istiqamətləndirmə  xüsusiyyətləri  də 

dəyişmişdir.  Mərkəzi  bankların  əsas  funksiyası  pul  və  kurs 

siyasətlərini  tənzimləməkdir.  90-cı  illərdə  pul  siyasətlərində 

müstəqillik  əldə  etmə  istəyi  artaraq,  həmin  andan  da  vasitəçilik 

müstəqilliyindən,  məqsəddəki  müstəqilliyə  keçid  hazırlanmışdır 

Mərkəzi  bankların  müstəqil  pul  siyasəti  aparması  qəbul  edilən  və 

tətbiq  edilən  əməliyyata  çevrilmişdir.  Bəzi  ölkələrdə  kurs 

siyasətinin  tətbiqi  mərkəzi  bankların  ixtiyarına  verilmişdir. 

Məsələn: Avropa Mərkəzi Bankı. Çünki kurs bir qiymətdir və kurs 

rejimi  ilə  hökumətin  tətbiq  etdikləri  siyasi  nətijə  yaradır.  Bəzi 

ölkələrdə  hökumət  və  Mərkəzi  Bank  bu  mövzuda  birlikdə  qərar 

verirlər.  Mərkəzi  bankların  digər  vajib  bir  funksiyası  da  bank 




 

301

sisteminin  auditidir.  Bu  mövzuda  yeni  istiqamət  auditin 

aparılmasının  müstəqil  bir  orqana  verilməsi,  onunla  əməkdaşlıq 

edilərək bank sistemində inkişafa nail olmaqdır. Ödəmə sistemləri 

isə  bütün  dünyada  mərkəzi  bankların  funksiyalarına  aiddir. 

Banknot  buraxmaq,  hökumətə  bank  xidmətləri  göstərmə,  statistik 

məlumatlar  tamlama,  tədqiqatlar  aparma,  beynəlxalq  münasi-

bətlərdə iştirak etmə, Mərkəzi Bankın funksiyalarına daxildir. 

Keçmişdə  dövlət  xərclərini  maliyyələşdirmək,  hökumətə 

məsləhət  vermək  kimi  məqsədləri  ön  plana  çıxaran  mərkəzi 

bankların,  90-cı  illərdə  iki  əsas  məqsədi  ortaya  çıxmışdır. 

Bunlardan  biri,  pulun  dayanıqlığını  təmin  etmək,  digəri  isə 

maliyyə  möhkəmliyini  qorumaqdır.  Pul  dayanıqlığı  aşağı 

inflyasiyanı  həyata  keçirərək  orta  müddətdə  sağlam  inkişaf  və 

aşağı  səviyyəli  işsizlik  olan  bir  iqtisadiyyat  yaratmaqdır.  Bunun 

üçün  isə  mütləq  qiymət  davamlılığı  təmin  edilmişdir.  Mərkəzi 

bankların  2-ci  əsas  məqsədi  olan  maliyyə  möhkəmliyi,  müasir 

dövrdə  daha  çox  əhəmiyyət  qazanmağa  başlamışdır.  Maliyyə 

möhkəmliyi,  maliyyə  bazarlarında  bu  bazarların  orqanlarında  və 

ödəmə  sistemlərindəki  davamlılığı  əhatə  edir.  Bu  üç  sahədəki 

davamlılıq  əsasən  maliyyə  sisteminin  sağlam  və  dayanıqlı 

işləməsini təmin edir. 

Türkiyədə  Mərkəzi  Bankın  qurulması  jümhuriyyət  dövrünə 

təsadüf  edir.  Osmanlılar  dövründə  bank  və  buna  bənzər  kredit 

təşkilatları  az  idi.  Osmanlı  Bankı  Mərkəzi  Bankın  funksiyalarını 

yerinə yetirirdi. Banka Osmanlı imperiyası üçün banknot çıxarmaq 

və dövlətin xəzinə əməliyyatlarını aparmaq səlahiyyəti verilmişdir. 

Cümhuriyyətin  qurulduğu  ilk  illərdə  Osmanlı  Bankının  fəaliyyə-

tinin  uzadılması  problemi  ortaya  çıxmışdır.  Cümhuriyyətin 

idarəediciləri  iqtisadi  vəziyyətin  yeni  bank  təsis  etməyə  imkan 

vermədiyi üçün, Osmanlı Bankının səlahiyyət müddəti 1935-ji ilə 

qədər uzadılmışdır. Yeni müqaviləyə hökumətin banknot ixrac edə 

biləjək  dövlət  bankı  təsis  etmək  halında  Osmanlı  Bankının  etiraz 

etmək  haqqı  olmayacağını  bildirən  bir  qərar  daxil  edilmişdir. 

1926-cı  ildən  etibarən  Mərkəzi  Bank  təsis  edilmə  hazırlıqları 



 

302

başlanılmış, 11.6.1930-cu ildə 1715 saylı Q.S.M.V. qanunu qəbul 

edilmişdir. 3.10.1931-ci ildə Mərkəzi Bank təsis edilmiş, 1.1.1932-

ci ildən fəaliyyətə başlamışdır. Bank qurulduğu ildən etibarən 30 il 

müddətli banknot ixraj etmək səlahiyyətinə sahib idi. 1955-ci ildə 

edilən  dəyişikliklə  banknot  ixraj  etmə  səlahiyyəti  1999-cu  ilə 

qədər, 25.4.1994-cü ildə edilən 2-ci bir dəyişikliklə isə müddətsiz 

olaraq uzadılmışdır. 

1715  saylı  qanunda  bankın  əsas  məqsədi  "ölkənin  iqtisadi 

inkişafına kömək etmək" olaraq müəyyən  edilmişdir. Bu məqsədi 

həyata keçirmək üçün banka: 

•  Reeskont  nisbətini  müəyyən  etmək  və  pul  bazarını 

tənzimləmək; 

•  Xəzinə əməliyyatları aparmaq; 

•  Hökumətlə  birlikdə  türk  pulunun  dəyərinin  qorunması 

üçün tədbirlər görmək vəzifələri verilmişdir. 

Qüvvədə olduğu müddətdə 1715 saylı qanunda müxtəlif də-

yişikliklər edilərək, günün tələblərinə uyğun olması təmin edilmiş-

dir. Bu dəyişikliklər, daha çox xəzinəyə və K T-lərə kreditlər veril-

məsinə  müvafiq  olaraq  edilmişdir.  Buna  görə  də  bankın  əsas  işi, 

aktiv pul siyasəti aparmaqdan çox, dövlət sektorunun maliyyə kə-

sirlərini örtmək olmuşdur. 

1715  saylı  qanun,  26.1.1970-ci  ilə  qədər,  yəni  1211  saylı 

qanun qəbul edilənədək  - 40 il qüvvədə qalmışdır. Mərkəzi Bank 

qanunu 26.1.1970-ci il 1211 saylı qanun ilə dəyişdirilmişdir. 1211 

saylı  Qanun  ilə  Mərkəzi  Bank  günün  iqtisadi  tələblərinə  uyğun 

olaraq  yenidən  təşkilatlandırılmış,  vəzifə  və  səlahiyyətlər  yenidən 

müəyyənləşmişdir.  1211  saylı  qanuna  görə  bankın  əsas  vəzifələri 

aşağıdakılardır: 

•  Pul  və  kredit  siyasətini  inkişaf  planlarına  və  illik 

proqramlara uyğun şəkildə aparmaq; 

•  Hökumətlə  birlikdə  milli  pulun  daxili  və  xariji  dəyərini 

qorumaq məqsədilə tədbirlər görmək; 

•  Milli  pulun  həjmini  və  tədavülünü  bu  qanunauyğun 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə