Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

 

54 


edir ki, Xəlafət bəni Ümiyyələrdən

1

 bəni Əbbasilərə



2

 keçdikdə 

Əbbasilər bəni Ümiyyələri tutur və öldürürdülər. Mən Kufənin

3

 



kənarında, təpə üstündə tikilmiş bir evin damında oturmuşdum. 

Birdən Kufədən qara ələmlərin zahir olduğunu gördüm, elə 

güman etdim ki, məni tutmağa gəlirlər. Damdan düşüb 

qiyafəmi dəyişdim və Kufəyə  gəldim, heç kəsi tanımırdım ki, 

onun evində gizlənə bilim. Böyük bir evin qapısına yetişdim, 

bir xoşsifət adamın at üstə olduğunu, qulam və xidmətçilərin 

onun  ətrafında durduğunu gördüm. Salam verdim. Soruşdu: 

«Kimsən, nə istəyirsən?» Dedim: «Qaçaq bir adamam, 

düşmənlərdən qorxuram, sənin evinə pənah gətirmişəm». 

Məni öz mənzilinə apardı, hərəmxanasının yaxınlığında 

bir otaq ayırdı. Bir neçə gün orada qaldım. Məni yaxşı yedirdir, 

içirdir və geyindirirdi, lakin heç bir şey soruşmurdu. Hər gün 

bir dəfə ata minib gedir, sonra tez geri qayıdırdı. Bir dəfə ondan 

soruşdum: «Hər gün görürəm, ata minib gedir və tez də geri 

dönürsən, deyə bilərsənmi hara gedirsən?» Dedi: «İbrahim ibn 

Süleyman mənim atamı öldürüb, eşitmişəm bu şəhərdə gizlənir. 

Hər gün gedirəm ki, bəlkə onu tapıb, atamın qanını alam». 

Bunu eşitdikdə taleyimin küskünlüyünə  təəccüb etdim, 

qəza məni gətirib ölümümü arzulayan bir adamın evinə 

çıxarmışdı. Canım boğazıma yığılmışdı, atasının, babasının 

adını soruşdum, gördüm ki, doğru deyir. 

Dedim: «Ey cövmərd, mənim boynumda sənin böyük 

haqqın var, mənim də borcumdur ki, sənin düşməninin yerini 

deyib, səni onu axtarmaq əzabından xilas edim. İbrahim ibn 

Süleyman mənəm, atanın qisasını məndən al». 

İnanmadı. Dedi: «Həyatından bezibsən, istəyirsən bu yol 

                                                           

1

  Бяни  Цмяййя – Ямяви  сцлаляси  бу  ад  алтында 



мяшщурдур (661–750-ъи иллярдя хялафятдя олмушдур). 

2

  Бяни  Яббасиляр – Яббас  ювладлары,  онларын 



нясилляри  бу  ад  алтында  мяшщурдур. (750–1258-ъи 

иллярдя хялафятдя олмушлар). 

3

  Куфя – Ирагда,  Фярат  сащилиндя 636-ъы  илдя 



салынмыш бир шящярин адыдыр. 

 

55 



ilə əziyyətdən canını qurtarasan». 

Dedim: «Vallah, onu mən öldürmüşəm». 

Əlamətlərini dedim, gördü düz danışıram. Gözü qızardı, 

rəngi qaraldı, bir anlığa başını aşağı saldı. Sonra dedi: «Tezliklə 

sən də atamın yanına gedəcəksən, qisasını o özü səndən alar

mən isə sənə aman vermişəm və onu pozmaq istəmirəm; lakin 

özümə də çox arxayın deyiləm, ola bilər sənə ziyanım dəysin, 

ona görə, tez ol, burdan çıx». Sonra min dinar mənə pul verdi, 

alıb ordan çıxdım. 

 



 

56 


Məsnəvi 

 

Ey cavanlar, cavanmərdlik öyrənin, 

Mərdə baxın, ondan mərdlik öyrənin. 

Qəlbinizdə saxlamayın ədavət, 

Dilinizə gətirməyin şəmadət.  

Yamanlığa yaxşılıqla ver cavab, 

Pislik edən qoy özü çəksin əzab. 

Yaxşılıqda olsan əgər peşəkar, 

Qarşına həmişə yaxşılıq çıxar. 

 

*** 

Hekayət. 

Bir gecə Misrin Cümə məscidinə od düşüb onu yandırdı. 

Müsəlmanlar güman etdilər ki, bu, xaçpərəstlərin işidir, onların 

evlərinə od vurub yandırdılar. Misir padşahı evlərə od vuranları 

tutdurub, bir yerə yığdı. Sonra əmr etdi, onların arasında püşk 

atsınlar, kimin bəxtinə nə çıxsa, o cəzanı versinlər. Kağızların 

bəzilərində «ölüm», bəzilərində  «əl kəsmə», bəzilərində 

«qamçı» yazılmışdı. Birinin bəxtinə «ölüm» çıxmışdı. Dedi: 

«Mən ölümdən qorxmuram, lakin anam vardır və onun məndən 

başqa kəsi yoxdur». Onun yanındakının bəxtinə «qamçı» 

çıxmışdı, o, öz kağızını həmin adama verib dedi: «Mənim anam 

yoxdur». Bunu onun əvəzinə öldürdülər, ona bunun əvəzinə 

qamçı vurdular. 

 

Q i t ə 



 

Qızıl-gümüş verməklə cavanmərdlik asandır, 

Əsil mərdlik odur ki, olsun can hesabına. 

Bilsə ki, dostu onun canına möhtac olmuş, 

Canını qurban versin, baxmasın əzabına. 

 

*** 

 

57 



Hekayət. 

Hatəmdən


1

 soruşdular: «Özündən səxavətli adam 

görmüsənmi?» Dedi: «Bəli. Bir gün bir yetim qulamın evinə 

düşmüşdüm. Onun on baş qoyunu var idi. Dərhal birini kəsib 

bişirdi və  mənim qabağıma qoydu. Bir parçası çox xoşuma 

gəldi, yedim, dedim: «Nə  ləzzətlidir». Qulam xaricə  çıxıb 

qoyunların hamısını  kəsir və  həmin yerini bişirib mənim 

qabağıma gətirir, mənim isə bundan xəbərim olmur. Ata minib 

getməyə hazırlaşarkən evin kənarında çoxlu qan axıdıldığını 

gördüm, soruşdum: «Bu nədir?» Dedilər: «O, bütün qoyunlarını 

kəsmişdir». Onu çox danladım. Dedim: «Nə üçün belə etdin?» 

Dedi: «Sənin xoşuna gələn məndə ola, necə ola bilər ki, onu 

sənə verməkdə  xəsislik edəm? Bu, ərəblər arasında çox pis 

xasiyyət hesab edilər». 

Sonra Hatəmdən soruşdular ki, bəs sən onun muqabilində 

nə verdin? Dedi: «Üç yüz qırmızı tük dəvə, beş yüz qoyun». 

Dedilər: «Onda sən daha səxavətlisən». Dedi: «Yox, onun nəyi 

vardısa, hamısını vermişdi, mənim verdiyim isə varımın çox az 

bir hissəsi idi». 

 

Q i t ə  



 

Yarım tikə çörəyi olan yoxsul bir gəda

Hamısını verirsə, saxlamırsa özünə. 

Əlbəttə ki, üstündür səxavətdə o şahdan  

Ki, bütün sərvətindən verir yarım xəzinə. 

 

Hekayə. 

Bir  ərəb səxavətli bir əmirə  qəsidə yazıb ona oxudu və 

axırda dedi: «O bəxşiş və xələt verməyə adət etmiş əlini mənə 

                                                           

1

  Щатям – Щатями  Таи.  Таи  гябилясиндян  олан  бир 



ярябин  адыдыр.  Шярг  ядябиййатында  ян  сяхавятли  бир 

сурят  кими  цмумиляшдирилмишдир.  Тарихи  шяхсиййят 

олдуьу мцбащисялидир. 



Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə