Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
1   ...   9   10   11   12   13   14   15   16   17

 

68 


Tüpürəsən surətinə, nakişi ad verəsən. 

 

*** 



Hekayət. 

Bir sərxoş evindən çıxıb küçənin ortasına yıxıldı, qusub 

ağız-burnunu buladı. Bir it gəlib onu yalamağa başladı. Elə 

təsəvvür etdi ki, adamdır, oiun üz-gözünü təmizləyir. Təşəkkür 

edib dedi: «Allah sənin balalarını  sənə çox görməsin».  İt bir 

ayağını qaldırıb onun üzünə  fəvvarə vurdu. Sərxoş dedi: 

«Afərin sənə, ağa, üzümü yumaq üçün isti su da gətirdin». 

 

Q i t ə  



 

Sərxoş rəva görərsə, çirkin qusuntu ilə 

Öz bığını bulayıb yaxasını pak etsin. 

Layiqdir o sərxoşun çirkab olmuş bağını, 

Bir it isti sidiklə yuyub təmiz pak etsin. 

 

*** 

LƏTİFƏ. Bir culfa bir alimin evinə  əmanət qoymuşdu. 

Bir neçə gündən sonra ona ehtiyacı oldu. Alimin evinə getdi, 

gördü, döşəkcə üstə əyləşib, qarşısında cərgə ilə oturan uşaqlara 

dərs verməklə  məşğuldur. Dedi: «Ey ustad, o əmanətə 

ehtiyacım var». Dedi: «Bir saat otur, dərs qurtarsın, verərəm». 

Bir saat oturdu, dərs uzandı, o isə tələsirdi. Alimin adəti bu idi 

ki, dərs deyərkən, başını  yırğalayardı. Culfa elə bildi ki, dərs 

demək elə baş  yırğalamaqdan ibarətdir. Dedi: «Ey ustad, mən 

sənin əvəzinə başımı yırğalayaram, sən get, mənim əmanətimi 

gətir ki, tələsirəm». Alim bunu eşitdikdə gülüb dedi: 

 

Q i t ə  

 

Məclisdə dəm vurar şəhər fəqihi

1



                                                           



1

  Фягищ – Шярият  ганунларыны  билян,  фигщ  елминдян 

 

69 


Bilirəm hər elmi tamam, mükəmməl. 

Lakin ondan hər nə sual etdikdə 

Ya başın bulayar, ya oynadar əl. 

 

*** 

LƏTİFƏ. Bir kor qaranlıq bir gecədə,  əlində  çıraq, çiy-

nində sənək, yol gedirdi. Bir dələduz ona yanaşıb dedi: «Ay ax-

maq, gecə və gündüz sənin qarşında eyni, qaranlıq və işıq sənin 

gözündə  bərabərdir, bu çırağın nə faydası var?» Kor gülüb 

dedi: «Çıraq mənim üçün deyil, sənin kimi kor dələduzlar 

üçündür ki, mənə toxunub bardağımı sındırmasınlar». 

 

Q i t ə 

 

Nadanın halını tez bilər nadan, 

Bilikli olsa da İbn-Sinadan, 

Kora tənə vurma «gözlüyəm» deyə, 

Kor da öz işində gözlüdür inan. 

 

*** 

LƏTİFƏ. Vəhm ibn Fazil nəql edir ki, bir dostumla yolda 

durub söhbət edirdim. Bir arvad gəlib qabağımda dayandı  və 

diqqətlə üzümə baxmağa başladı. Onun bu hərəkəti çox uzun 

çəkdiyi üçün qulamı göndərdim, səbəbini öyrənsin. Qulam geri 

qayıdıb dedi: «Deyir: mənim gözüm böyük bir günah etmişdi, 

ona cəza vermək istəyirdim, nə  qədər düşündüm, bu çirkin 

sifətə baxmaqdan daha ağır cəza tapa bilmədim». 

 

Q i t ə  



 

Yuyulmadı günahdan gözlərimin naməsi, 

Onu iki yüz dəfə göz yaşımla yudumsa. 

Qurtarmaqçın sabah mən qiyamətin odundan, 

                                                                                                                            

башы чыхан рущани, дин щцгугшцнасы. 




 

70 


Bu gün baxıb o çirkin üzünə, verdim cəza. 

 

*** 

LƏTİFƏ. Cahiz

1

 deyir: «Məni heç belə utandıran 



olmamışdı. Bir gün bir arvad məni tutub heykəltəraş dükanına 

apardı. Təəccüb etdim. Səbəbini heykəltəraşdan soruşdum. 

Dedi: bu arvad mənə bir şeytan surəti yaratmağı sifariş etdi. 

Mən dedim, şeytan görməmişəm, necə düzəldim? Tutub səni 

gətirdi, dedi: «Bax, belə!» 

                                                           

1

  Ъащиз – Ялъащиз.  Ясил  ады  Ямир  ибн  Бящрдир. 



Мяшщур  яряб  алим  вя  йазычысы.  Бир  сыра  гиймятли 

ясярлярин мцяллифидир. (773–869) 

 

71 


Q i t ə  

 

Qəribə yanağın, əcəb üzün var. 

Bu günə salammaz kimsə özünü. 

Şeytan surətini çəkmək istəyən, 

Gəlib görməlidir sənin üzünü. 

 

*** 

LƏTİFƏ. Birisi bir çirkin adamın dua etdiyini, 

günahlarının bağışlanıb, cəhənnəm odundan nicat istədiyini 

gördü, dedi: «Dostum, bu çirkin üzü də  sən cəhənnəmdən 

əsirgəyirsən və onun odda yanmasına heyfsilənirsən?!» 

 

Q i t ə  

 

Sən üzünü görməyirsən, bu üzdən 

Sənə deyil, qoy baxana vay olsun. 

Bu üz ilə səni odda yaxsalar, 

Sənə deyil, qoy yaxana vay olsun. 

 

*** 

LƏTİFƏ. Çirkin üzlü birisi bir həkimin yanına gedib dedi 

ki,  ən çirkin yerimə bir çiban çıxıbdır. Həkim dərhal diqqətlə 

onun üzünə baxıb dedi: «Yalan danışma, mən sənin üzünə 

baxıram, orda heç bir çiban görmürəm». 

 

Q i t ə  

 

Şəriətdə rəva deyil çirkin yerlər görünə. 

Ona görə örtülüdür beldən aşağı yerlər. 

Axı sənin hər yerindən çox çirkindir sifətin, 

Başqa yerdən çox üzünü örtsən, məqbul görünər. 

 

*** 




 

72 


LƏTİFƏ. Böyük burunlu bir kişi bir arvadı istəyir, özünü 

ona belə tərifləyirdi: «Mən az yatan, ağırbatman, tədbirli, arvad 

şıltağına səbirli bir adamam». Arvad dedi: «Səbirli olmasaydın, 

qırx il o boyda burunu gəzdirə bilməzdin». 

 

Q i t ə 

 

Nə vaxtadək hara gəldi soxacaqsan burnunu? 

Buna-ona mane olan burnun yaman böyükdür. 

Hər an sənin əyilməyin taət üçün deyildir. 

Yer üstünə səni əyən daşıdığın bu yükdür. 

 

*** 

LƏTİFƏ. Zarafatcıl bir adam üz-gözünü tük basmış 

birisinə dedi: «Tez ol, nə  qədər ki, üzün başına çevrilməyib, 

tüklərini qırxdır». 

 

Q i t ə  



 

Xacə hər gün bir tük çəksə üzündən, 

Tüklərinin sayı olmaz müəyyən. 

Çünki bir az keçən kimi haman tük 

Bitəcəkdir öz yerində yenidən. 

 

*** 

LƏTİFƏ. Xəlifə  bədəvi bir ərəblə nahar edirdi. Birdən 

ərəbin tikəsində bir tük gördü, dedi: «Ya ərəb, o tükü tikəndən 

götür».  Ərəb dedi: «Tikədə tükü seçə biləcək qədər diqqətlə 

adamın ağzına baxan bir şəxsin süfrəsində çörək yemək haram-

dır». Sonra and içdi ki, bir də onun çörəyini yeməsin. 

 

Q i t ə  

 

Süfrə açan zaman evin sahibi, 

 

73 


Qonağı güdməsi yaxşı deyildir. 

Yediyi şeylərə gözaltı baxıb, 

Saymasın qəlbində tikəni bir-bir. 

 

*** 

LƏTİFƏ. Bir dəstə adam oturub insanların kamilliyindən 

və naqisliyindən danışırdı. Onlardan biri dedi: «Kimin iki görən 

gözü yoxdursa, yarımadamdır, kimin evində gözəl arvadı 

yoxdursa, yarımadamdır, kimin dəniz səyahətindən xəbəri 

yoxdursa, yarımadamdır». Orada bir kor var idi, hələ 

evlənməmiş və səfər görməmişdi, qışqırıb dedi: «Əzizim, əcəb 

söz danışırsan, sən ki belə başlamısan, yarımadam nədir, mənə 

heç adam demək olmaz»... 

 

LƏTİFƏ. Bəhlul Harun-ərrəşidin yanına gəldi. Vəzirlər-



dən biri dedi: «Ey Bəhlul, muştuluğumu ver. Əmirəlmöminin 

səni öküz və eşşəklərə sərkərdə təyin etmişdir». 

Bəhlul dedi: «Mənə qulaq as, əmrimi yerinə yetir, sən də 

mənim rəiyyətlərimdənsən». 

 

Q i t ə  

 

Müjdə verdin: öküzə, eşşəyə mən şah olum, 

Belə şaha rəiyyət, a kəlləxər özünsən. 

Dedin, mənim qoşunum ayı, donuz olacaq, 

Bu hesaba birinci girən nəfər özünsən. 

 

*** 

LƏTİFƏ. Zalım  şahlardan birinin dövründə bir dövlətli 

öldü. Həmin zalım  şahın vəziri onun oğlunu çağırıb soruşdu: 

«Atan nə qoyub getmişdir?» Oğlu dedi: «Var-dövlətdən filan 

və filanı, varislərdən isə böyük vəziri, bir də ki, mən yazığı, 

fəqiri». 

Vəzir güldü, dedi, onun mirasını ikiyə böldülər, yarısını 




Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə