Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
1   ...   9   10   11   12   13   14   15   16   17

 

74 


ona verdi, yarısını şaha götürdü. 

 

Q i t ə 



 

Yetimin malını şahınkı bilər 

O vəzir ki, zülmə etmişdir adət. 

Ədalət zənn edər tamam olanda, 

Yarıya beləndə bilər kəramət. 

*** 

LƏTİFƏ. Bir türkdən soruşdular: «Nəyi çox sevirsən: bu 

günün qarətini, ya sabahın cənnətini?» Dedi: «Bu gün qarət 

edəm, cah-calal toplayam, sabah da Fironla cəhənnəmdə 

yanam». 

 

Q i t ə 

 

Bilirsənmi, bir türk cənnət tərifini eşidib 

Tez vaizdən soruşdu ki, orada qarət varmı? 

Dedi: yoxdur, dedi: pisdir cəhənnəmdən o cənnət, 

Qarətsiz də bir məkanda düşüb qalmaq olarmı? 

 

LƏTİFƏ. Bir dilənçi bir qapıdan çörək istədi. İçəridən səs 



gəldi ki, bağışlayın, ev sahibləri evdə yoxdur. Dilənçi dedi: 

«Mənə çörək lazımdır, ev sahibləri ilə  əylənmək lazım 

deyildir». 

 

Q i t ə  



 

Bir gəda qapına gələndə sənin 

Pay ver o gədaya dövlətdən, maldan, 

Bəhanə gətirmə, boş yola salma, 

Ona nağıl demə əhlü əyaldan. 

 

LƏTİFƏ. Bir müəllimin oğlu xəstələndi və can verməyə 



 

75 


başladı. Müəllim dedi: «Mürdəşiri çağırın onu yusun». Dedilər: 

«Hələ ölməyibdir». Dedi: «Eybi yoxdur, siz onu yuyub qurtara-

na qədər o da ölüb qurtarar». 

 

Q i t ə  



 

Hər kəs xislətinə tabe olaraq

Tələssə işində vaxtından qabaq. 

Elə bil orucu yeyir günorta, 

Ya da ki, çəkməni tez çəkir suya. 

 

*** 

LƏTİFƏ. Bir müəllimdən soruşdular: «Sən böyüksən, 

qardaşın?» Dedi: «Mən bir yaş böyüyəm, lakin gələn bu vaxta 

qədər onun yaşının üstə bir il də gələcək, yaşıd olacağıq». 

 

Q i t ə  



 

Əli boş qalaraq nə soruşursan, 

Filankəs, görəsən, necə dolanır? 

Özgənin ömrünü saya-saya sən

Öz ömrün boş keçib odlara yanır. 

 

*** 

LƏTİFƏ. Bir nəfər can üstə idi. Ağzından pis iy gələn 

biri də onun yanında oturub şəhadətini təlqin edir və  nəfəsini 

onun üzünə vururdu. Xəstə  nə  qədər üzünü çəkirdisə, o da o 

qədər ağzını ona çox yaxınlaşdırırdı. Axırda xəstə  təngə  gəlib 

dedi: «Əzizim! Niyə  məni qoymursan rahat və  təmiz öləm, 

yoxsa istəyirsən məni ən murdar şeylə bulayasan?!» 

 

Q i t ə  

 

Tapılmaz dünyada fəzilət əhli




 

76 


Hər füzul adamı dinləmək olmaz. 

Kimin dodağından riya tökülsə, 

Duasını qəbul eyləmək olmaz. 

 

*** 

LƏTİFƏ. Bir kişi bir adamı tutub gileylənirdi: «Eyib 

deyilmi, məni tanımırsan, haqqımı vermirsən, heç utanmırsan?» 

O adam təəccüb edib dedi: «Mən səni tanımıram və nə demək 

istədiyini də başa düşmürəm». 

O kişi dedi: «Mənim atam vaxtı ilə sənin ananı istəmişdi, 

əgər almış olsaydı, indi biz qardaş idik». 

O adam dedi: «Doğrudan da, bu elə bir qohumluqdur ki, 

sənin mirasından mənə, mənim mirasımdan da sənə düşər». 

 

*** 

LƏTİFƏ. Bir qozbelə dedilər: «İstəyirsən allah sənin 

qozunu götürüb başqaları kimi belini düz eləsin, yoxsa 

başqalarını da sənin kimi qozbel eləsin?» Dedi: «İstəyirəm 

hamını qozbel eləsin, indiyə  qədər onlar mənə necə 

baxırdılarsa, mən də bundan sonra onlara elə baxım». 

 

Q i t ə  

 

Düşmən sənə eyib tapıb tənə vuran zamanda

Öz eybini anlayaraq onu islah edərsən. 

Sən eyibsiz oturmaqdan, şübhəsiz, daha xoşdur 

Görəsən ki, öz eybinə tutulmuşdur o düşmən. 

 

*** 

LƏTİFƏ. Bir adam Cuci ilə on dirhəm davası edirdi. 

Qazının yanına getdi, qazı soruşdu: «Şahidin varmı?» Dedi: 

«Yox». Dedi: «Onda and içdirəcəyəm». Dedi: «Onun andına nə 

etibar?!» 

 

 

77 



B e y t 

 

Hər anda yalandan min and içəcək, 

Bədəvi ərəblər ayran içən tək. 

 

Cuci dedi: «Ey qazı, bizim məhəlləmizdə bir imam 



vardır, pəhriz saxlayan, düz danışan və xeyirxah bir adamdır. 

Onu çağır, and içdir, bəlkə bu adamın ürəyi sakit ola». 

 

*** 

LƏTİFƏ. Bir ərəb dəvəsini itirmişdi. And içdi ki, tapsa 

bir dirhəmə satsın. Dəvəni tapdıqdan sonra içdiyi anddan 

peşman oldu. Dəvənin boynundan bir pişik asdı  və  qışqırdı: 

«Kim alır, düz deyirəm, dəvə bir dirhəm, pişik yüz dirhəm, 

ancaq birini o birindən ayrı satmıram». 

Bir adam çatıb dedi: «Bu nə yaxşı ucuz dəvədir, kaş o 

zınqrov (qəlladə) bunun boynundan asılmaya idi». 

 

Q i t ə  

 

Sənə xəsis dəvə belə bağışlasa, rədd elə 

Ki, səxavət əhlinə bu adət deyil əzəldən. 

O, minnətdən boynuna bir zəncir bağlar, yəqin bil

Ki, min dəfə ağır olar bəxş etdiyi dəvədən. 

 

*** 

LƏTİFƏ. Bir ərəb bir dəvə itirmişdi, qışqırırdı: «Kim 

dəvəmi tapıb mənə  gətirsə, ona iki yüklü dəvə 

bağışlayacağam». Ona dedilər: «Əcəb işdir? Havaxtdan bir 

dəvə ikisindən üstün olubdur?» Dedi: «Tapmaq ləzzətini, 

ondakı sevinc şərbətini dadmadığınız üçün belə deməyə 

haqqınız vardır». 

 

Q i t ə  



 

78 


 

İtmiş bir şey gərəksiz də olsa, sən 

«Cəhənnəmə!» demə, onu dur, axtar! 

Ağıllılar yanında bil həmişə 

Tapmaq zövqü tapıntıdan xoş olar. 

 

*** 

LƏTİFƏ. Bir həkim qəbiristanlıqdan keçəndə  əbasını 

başına çəkərmiş, səbəbini soruşduqda, deyərmiş. «Burdakı 

ölülərdən utanıram. Hansının yanından keçirəm, görürəm, mən 

neştər vurmuşam, hansına baxıram, görürəm, mən dərman 

vermişəm». 

 

 



79 

Rübai 

 

Ey rəyi xəstəyə xəstəlik verən, 

Qədəmi ölümü çəkib gətirən. 

Can almaq işini bizim ölkədə 

Aldın Əzrailin sanki əlindən. 

 

 



İkinci rübai 

 

Sən ey təbabəti hörmətdən salan

Çəksə də xəstələr əlindən aman, 

Sənə duaçıdır, səndən razıdır, 

Mürdəşir, kəfənçi və qəbirqazan. 

 

*** 

LƏTİFƏ. Bahar günlərindən birində dostlarla birlikdə 

bağları, dağları gəzməyə çıxmışdıq. Gözəl bir yer tapdıq, orda 

süfrə açdıq. Uzaqdan bir it bunu görüb tez özünü oraya çatdırdı. 

Yoldaşlarımızdan biri daş götürüb çörək atırmış kimi itə atdı. İt 

onu iyləyib, saymazyana geri döndü. Ha çağırdıq, qayıtmadı, 

hamımız təəccüb etdik. Yoldaşlarımızdan biri dedi: 

«Bilirsinizmi indi bu it nə düşünür? Düşünür ki, bu bədbəxtlər 

xəsislikdən və aclıqdan özləri çörək  əvəzinə daş yeyirlər, 

bunların süfrəsindən nə ummaq olar?!» 

 

Q i t ə  



 

Xacə süfrə açanda etinasız olsa da, 

Yaxın, uzaq baxana bu süfrədən pay çatar: 

Yaxındakı pişiyin çubuq dəyər başına, 

Uzaqdakı itə də tez-tez durub daş atar. 

 

*** 




Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə