Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
1   ...   9   10   11   12   13   14   15   16   17

 

80 


LƏTİFƏ. Bir oğlandan soruşdular: «İstəyirsənmi atan öl-

sün, mirası sənə qalsın?» Dedi: «Yox, istəyirəm bir dövlətli ata-

mı öldürsün, həm mirası  mənə qalsın, həm də qan bahasını 

alım». 


 

Q i t ə  

 

Oğul var atanın mirası üçün 

İstər ölsün ata, dövləti qalsın. 

İstəməz ki, ölsün öz əcəlilə, 

İstər öldürsünlər, qan-baha alsın. 

 

*** 

LƏTİFƏ. Bir şair bir alimə şer oxuyurdu, sona çatdıqdan 

sonra dedi: «Bunu ayaqyolunda yazmışam». Dedi: «And olsun 

allaha, düz deyirsən, bu şerdən elə onun iyi gəlir». 

 

Q i t ə  



 

Şair adı vermə ona ki, şeri 

Kədər və fərəhdən qalxıb yüksəlir. 

Zövq əhli duyacaq o nəsimi ki, 

Hansı bəhrlərdən keçərək gəlir. 

 

LƏTİFƏ. Bir şair bir təbibin yanına gedib dedi: «Elə bil 



bir  şey mənim ürəyimdə yumurlanıb, hərdən ürəyim sıxılır, 

oradan butün bədənimə titrətmə düşür, tüklərim biz-biz olur». 

Təbib hal əhli idi, soruşdu: «Bu yaxınlarda elə bir şer 

yazmısanmı, onu heç kəsə oxumamış olasan?» Dedi: «Bəli». 

Dedi: «Onda oxu». Oxudu. Dedi: «Bir də oxu». Oxudu. Sonra 

dedi: «Dur get, artıq xilas oldun, həmin bu şer idi ki, ürəyində 

yumurlanmışdı  və onun soyuqluğu bədəninə yayılmışdı.  İndi 

ki, ürəyini boşaltdın, artıq nicat tapdın». 

 

 

81 



Q i t ə  

 

Bu necə şerdir, sorsan alimdən, 

Dilinə mənasız, hərzə söz gələr. 

Oxusan xəstənin qulağına sən, 

Qızması çəkilib, yaman titrədər. 

 

*** 

LƏTİFƏ. Bir vaiz minbərdən olduqca biməzə bir şer 

oxudu və  fəxrlə dedi ki, vallah, mən bunu namaz üstə 

yazmışam. Eşitdim, orda olanlardan biri dedi: «Namaz üstə 

deyilən şer belə dadsızdırsa, gör indi bu şer üstə qılınan namaz 

nə qədər də dadlı olar». 

 

Q i t ə  

 

Söylədin ki, dünən gecə namaz qılan zamanda 

Qəribə bir şer yazdım, bütün şerdən yüksək. 

Sən o şeri söylədinsə aşağıkı ağızdan, 

Deməli ki, batil oldu namazın dəstəmaz tək. 

 

Mənzumə 



 

Bir şair oxudu duzsuz bir qəzəl, 

Dedi ki, əlifi bütün pozmuşam. 

Söylədim, ən yüksək sənət odur ki, 

Bütün hərflərin pozasan tamam. 

 

Mənzumə 



 

Dünən sən başlanğıc beyti oxuyub, 

İnci dəryasıdır, – dedin, – bu mətlə. 

Yaraşmaz bir bəhri tək demək, çünki 

Bir ayrı bəhrdir hər ayrı misrə. 



 

82 


YEDDİNCİ RÖVZƏ (BAĞ) 

 

Bu fəsil Camiyə  qədər olan şairlərin tərcümeyi-halına 

həsr edilir və onların şerlərindən çoxlu misallar gətirilir. Adları 

çəkilən  şairlər və onların  şerləri Azərbaycan oxucularına 

məlumdur. 

Ona görə biz bu fəsli tərcümə etməyi lazım bilmədik. 

 

83 


SƏKKİZİNCİ RÖVZƏ (BAĞ) 

 

...Hekayət. 

Bir tülkü bir qurdla dostluğundan dəm vurur və ondan 

ayrı oturub-durmurdu. Bir dəfə yenə ikisi gəzərkən bir bağa rast 

gəldilər: qapısı bağlı idi, divarları tikanlı.  Ətrafını  gəzib bir 

külüf tapdılar. Bu külüf tülkü üçün geniş, qurd üçün dar idi. 

Tülkü asanlıqla girdi, qurd çox çətinliklə keçə bildi. Cürbəcür 

üzümlər gördülər, rəngbərəng meyvələrə təsadüf etdilər. Tülkü 

bic olduğundan,  əvvəlcədən qaçmaq yolunu nəzərə aldı, qurd 

kic olduğundan, dürt deyincə yeyib yerində qaldı. Birdən əlində 

böyük bir dəyənək olan bağbanın onlara tərəf gəldiyini 

gördülər. Beli incə tülkü külüfdən tez eşiyə çıxdı, qarnı şişman 

qurd ilişib deşikdə qaldı. Bağban çatıb ağacla o qədər vurdu ki

tükü yolunmuş, dərisi soyulmuş qurd ölmə-dirilmə halda zorla 

külüfdən özünü bayıra saldı. 

 

Q i t ə  

 

Ey xacə, qızılla sən zor göstərmə, 

Axırda dünyadan zəlil gedərsən. 

Bu nazü nemətdir kökəldən səni, 

Bir düşün, nəhayət əlil gedərsən. 

Bu yekə cüssənlə, gələcək bir gün, 

Ölüm qapısından səfil gedərsən. 

 

*** 



Hekayət. 

Neştərində öldürücü zəhər, təbiətində kin və  qəzəb olan 

bir  əqrəb səfərə  çıxmışdı. Böyük bir çayın kənarına çatdı, 

quruyub yerində qaldı. Nə keçməyə qüdrəti, nə dönməyə 

qeyrəti vardı. Tısbağa onun vəziyyətini görüb halına yandı, 

dalına mindirib özünü suya vurdu, üzə-üzə o biri sahilə üz 

qoydu. Bu zaman qulağına bir səs gəldi;  əqrəb nə iləsə onun 



 

84 


dalına vururdu. Soruşdu: «Bu nə səsdir?». Dedi: «Bu, tikandır, 

səni sancıram, bilirəm kar etməyəcəkdir, ancaq nə çarə, canımı 

bu azarın  əlindən qurtara bilmirəm». Tısbağa öz-özünə dedi: 

«Yaxşısı budur ki, bu mərdü–mazarın canını bu azarın əlindən 

mən qurtarım». 

Bunu deyib suyun altına cumdu, dalğa vurub əqrəbi 

apardı, sanki belə bir əqrəb heç yox idi. 

 

Q i t ə  



 

Bu şər, fəsid məclisində tərbiyəsiz cavanlar, 

Yüz cür hiylə qurmaq üçün olurlar əldə alət. 

Yaxşıdır ki, qərq olalar ölüm girdablarında, 

Həm özləri xilas olsun, həm xalq yaşasın rahət. 

 

Hekayət. 

Bir siçan bir neçə il bir baqqalın dükanında quru və yaş 

meyvələrdən yeyib kef ilə dolanırdı. Baqqal bunu görür, lakin 

özünü o yerə qoymur və cəza vermirdi. Atalar demişkən, bu o 

günə qədər davam etdi ki, 

 

B e y t 

 

Alçaq, rəzil adamların mədəsi tox olan tək, 

Min cür hay-küy sala-sala pəhləvanlıq edəcək. 

 

 



Siçanın da qarnı doydu, bu qərara gəldi ki, baqqalın 

kisəsini doğrasın, ağdan, sarıdan nəyi varsa, hamısını oğurlasın. 

Elə də etdi, gümüşdən, qızıldan nə var idisə, hamısını dartıb öz 

yuvasına daşıdı. Bir gün baqqalın pula ehtiyacı oldu, əlini 

kisəyə atdı, onu yoxsulların cibi, acların mədəsi kimi boş 

gördü. Siçanın işi olduğunu başa düşdü. Pişik kimi pusquda 

durdu, siçanı tutub ayağına bir ip bağladı, sonra buraxdı, ipin 

 

85 



uzunluğundan bildi ki, yuvası hara qədərdir. Sonra siçanın 

yuvasını dağıdıb, evinə çatdı. Gördü, nə gördü: siçanın evində 

sərraf dükanında olduğu kimi qızıl gümüşə qatışıb, dinar 

dirhəmə qarışıb. Öz malını götürüb yerinə qayıtdı, siçanın 

quyruğundan tutub pişiyə atdı. Siçan öz cəzasına çatdı, necə 

çatdı; nankorluğun acısını daddı, necə daddı. 

 

Q i t ə 

 

Şuri şərdən can qurtarmaz bu dünya hərisləri, 

Xoşbəxt odur şurü şərdən yaxasını yan tutar. 

Qənaətdə əzizlik var, ruha rahatlıq vardır, 

Həddən artıq hərislikdə baş ağrısı, möhnət var. 

 

Hekayət. 

Bir tülkü yol üstündə durub o yan-bu yana baxır, ov 

axtarırdı. Birdən uzaqdan qaraltı göründü, yaxınlaşıb yırtıcı bir 

qurdun böyük bir itlə  sədaqətli sirdaş, səmimi yoldaşlar kimi 

bir yerdə gəldiklərini gördü, nə bu onun hiyləsindən qorxurdu

nə o bunun xəyanətindən ehtiyat edirdi. Tülkü qabağa qaçıb 

salam vəzifəsini yerinə yetirdikdən sonra dedi: 

«Allaha  şükür, köhnə düşmənçiliyiniz yeni dostluğa, 

qədim ədavətiniz təzə mehribanlığa çevrilmişdir. Lakin bir şey 

bilmək istəyirəm: bu sirdaşlığın səbəbi nədir, bu yoldaşlığın 

baisi kimdir?». 

İt dedi: «Bizim dostlaşmağımızın səbəbi çobandır. 

Çobanın qurdla düşmənçiliyi qoyuna görədir, mənim qurdla 

düşmənçiliyim isə çobana görə. Bu gün dostluğundan feyziyab 

olduğum bu qurd dünən özünü bizim sürüyə vurdu, bir quzunu 

götürüb qaçdı. Adətim üzrə quzunu qurddan saldırmaq üçün 

onun dalınca yüyürdüm, lakin çata bilmədim. Geri qayıtdıqda 

çoban çomağını qaldırıb nahaq yerə  məni döyməyə başladı. 

Mən də dostluğu kəsib ondan qaçdım, gəlib köhnə düşmənimlə 

dostlaşdım». 



Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə