Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
1   ...   9   10   11   12   13   14   15   16   17

 

58 


tərəf uzat...»  Əmir  əlini uzatdı,  ərəb onun əlindən öpdükdə,  

əmir zarafatyana dedi: «Dodaqlarının tükü əlimi daladı». Ərəb 

dedi: «Qızmış  şir pəncəsinə korşamış kirpi iynələri nə edə 

bilər?!»  Əmir dedi: «Bu dediyin söz o oxuduğun qəsidədən 

daha çox xoşuma gəldi». 

Əmr etdi, qəsidəyə min dirhəm, o sözə isə üç min dirhəm 

verdilər. 

 

Q i t ə 



 

Birisini mədh edib, qaldırsan da göylərə, 

Yenə alçaq görünər, olmasa söz anlayan. 

Söz anlayan odur ki, fərq qoymağı bacara, 

Pisi yaxşıdan seçə, yaxşını da əladan. 

 

59 



BEŞİNCİ RÖVZƏ (BAĞ) 

 

Hekayət. 

İki ağıllı adam arasında eşq haqqında söhbət düşdü. Biri 

dedi: «Eşqin xasiyyəti həmişə  bəla və  əziyyətdir, aşiq həmişə 

iztirab və məşəqqət içərisində olar». O biri dedi: «Sus, görünür, 

sən dalaşmaqdan sonrakı barışığın ləzzətini, fəraqdan sonrakı 

vüsalın  şərbətini dadmamısan. Heç kəsin qəlbi aşiqlərin qəlbi 

qədər təmiz, heç kəsin ürəyi sevməyi bacarmayanların ürəyi 

qədər kəsif ola bilməz». 

 

Q i t ə  

 

Qəlbin gözəlliyidir aşiqliyin səbəbi. 

Gözəlliyə meyl edər qəlbi gözəl olanlar. 

Biri höccət eləyib, məndən dəlil istəsə, 

Deyərəm məlum şeydir: «Hər kəs öz tayın tapar!» 

 

Hekayət. 

Ağıllı, kamallı,  Əştər ləqəbli bir cavan qəbilə 

başçılarından olan Ceyda adlı gözəl bir qıza aşiq olmuşdu. 

Onlar bir-birini görüb sevmiş, aralarında olan dostluq telləri 

möhkəmlənmişdi. Onlar bu sirri uzaq və yaxın adamlardan 

gizlədir, mümkün olduqca üstüörtülü saxlamağa çalışırdılar. 

Lakin necə ki, demişlər: 

 

B e y t  

 

Eşq elə bir sirdir ki, gətirmək olmur dilə, 



Lakin örtmək də olmur onu min pərdə ilə. 

 

Nəhayət, onların sirlərinin üstü açıldı, gizlin işləri aşkara 



çıxdı.  İki tayfa arasında dava düşdu, adam öldürüldü, qan 

axıdıldı, Ceydanın tayfası öz doğma vətənini buraxıb başqa 




 

60 


yerə köçməyə məcbur oldu. 

Fəraq günləri uzandıqca, hicran odu yanır, vüsal arzusu 

alovlanırdı. Bir gün Əştər öz dostlarından birinə dedi: «Mənə 

yoldaşlıq edib, başqa yerə gedə bilərsənmi, Ceyda ilə görüşmək 

üçün mənə kömək edə bilərsənmi? Artıq dözə bilmirəm. 

Gündüzüm gecəyə, gecələrim gündüzə çevrilmişdir». Dedi: 

«Baş üstə, göz üstə. Mən hazıram. Nə desən edərəm, hara desən 

gedərəm». 

Hər ikisi qalxdılar, səfərə layiq yaraqlandılar, iki gün, iki 

gecə yol getdilər, gəlib həmin diyara çatdılar. Həmin tayfaya 

yaxın bir dağın ətəyində dayandılar, orada yurd saldılar. 

Əştər dostuna dedi: «Qalx, bu itmiş  dəvənin cilovundan 

tutub, soraqlaşa-soraqlaşa həmin tayfanı tap, mənim adımı 

onun quzularına baxan, arzularına məhrəm olan, sirlərini 

saxlayan filan kənizdən başqa heç kəsə demə. Məndən ona 

salam yetir, Ceydanı soruş və bizim harada düşdüyümüzü ona 

nişan ver». 

Mən qalxıb həmin tayfanın olduğu yerə getdim. Mənə 

rast gələn ilk adam həmin kəniz oldu. Əştərin salamını 

çatdırdım. Ceydanın kefini soruşdum. Dedi ki, əri onu bərk 

qısqanır və gözdən qoymur. Lakin siz gecə namazı vaxtı filan 

təpənin dalındakı filan ağacın altında olun. 

Mən tez qayıdıb həmin xəbəri  Əştərə çatdırdım. Hər 

ikimiz miniklərimizi cilovlayıb, ehmalca yola düşdük, vaxtında 

gəlib vədə verilmiş yerə çatdıq. 

 

Rübai 

 

Həyəcan içində çəkir intizar, 



Göz yaşı axıdır, edirdik ah-zar. 

Qəflətən eşitdik həmayil səsi

Bildirirdi ki: «Yaxındadır yar!» 

 

Əştər yerindən sıçrayıb onu qarşıladı, salam verib əlindən 



 

61 


öpdü. Mən üzümü çevirib yan tərəfə getmək istədim. Çağırdılar 

ki, geri qayıt, nalayiq bir iş görülməyəcək, namünasib bir söz 

deyilməyəcəkdir. Mən geri qayıtdım.  İkisi bir yerdə oturub 

keçmişdən, gələcəkdən danışdılar, axırda  Əştər dedi: «Arzu 

gözüm intizardadır ki, bu gecə mənimlə bir yerdə qalasan, fəraq 

dırnağı ilə ümid üzümü cırmayasan». 

Ceyda dedi: «And olsun yaradana ki, bu mümkün 

deyildir, mənim üçün bundan daha çətin bir iş ola bilməz. 

İstəyirsən ki, yenə də əvvəlki qanlı hadisələr baş versin, ruzigar 

üz döndərsin, yenidən qəm və  kədər qapıları  mənim üzümə 

açılsın?» 

Əştər dedi: «And olsun o allaha ki, bu sözlərə baxmaya-

cağam və səni heç yerə buraxmayacağam». 

 

Misra 

 

Nə deyirlər desinlər, nə edirlər etsinlər. 



 

Ceyda dedi: «Sənin bu dostunda o təpər varmı  mənim 

dediklərimi yerinə yetirə?!»  

Qalxıb dedim: «Hər nə desən, onu edərəm, min əziyyətə 

dözərəm, canım da lazım olsa, onu verərəm». 

Paltarlarını  çıxarıb dedi: «Bunları gey və öz paltarlarını 

mənə ver». Sonra dedi: «Qalx, get mənim çadırıma, pərdənin 

dalında otur. Ərim gəlib sənə bir piyalə süd gətirəcək və 

deyəcək ki, bu sənindir, al. Sən tələsmə, almağı yubandır. O, 

südü sənin  əlinə verəcək və ya yerə qoyub gedəcək, bir də 

sabah səhərə qədər gəlməyəcəkdir». 

Necə demişdi, elə də etdim. Onun əri süd gətirdikdə, mən 

naz eləməyə başlayıb vaxtı uzatdım, südü yerə qoymaq 

istəyərkən, mən də onun əlindən almaq istədim, əlim piyaləyə 

toxundu, piyalə çevrildi, süd yerə dağıldı. Qəzəblənib dedi: 

«Bu mənimlə qoz-qoz oynayır». 

Əlini uzadıb o biri evdən maral dərisindən hörülmüş, 



Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə