Microsoft Word Cami baharistan doc



Yüklə 457,25 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix06.10.2018
ölçüsü457,25 Kb.
#72904
1   2   3   4   5   6   7   8   9   ...   17

 

Caminin Səmərqənddəki müvəffəqiyyəti heç də 



Heratdakından az olmur. O, Səmərqənddən Herata qayıtdıqda, 

öz tələbkarlığı  və  çətin imtahan götürməsi ilə  şöhrət tapmış, 

«Baharistan»da adı  çəkilən mövlana Əli Quşçiyə  həndəsə  və 

cəbrdən imtahan verir. Əli Quşçi sualı axıra çatdırmamış Cami 

onun nə demək istədiyini başa düşür və  dərhal cavab verir, 

özünün Səmərqəndə səfərinin hədər getmədiyini sübut edir. 

Cami sufi təriqətlərindən nəqşbəndiliyi seçmiş və öz mür-

şüdü olaraq şeyx Sədəddin Kaşqarinin ardınca getmişdir. 

Nəqşbənd zülmə dözməyi, günahları bağışlamağı  təbliğ 

edir, musiqi, rəssamlıq və başqa incəsənət növləri ilə  məşğul 

olmağa mane olmurdu. 

Bahəddin Nəqşbəndinin dediklərinə ciddi riayət etməyi 

tələb edən  şeyx Sədəddin Kaşqari Caminin tərbiyəsinə böyük 

fikir verir və onun nəqşbəndi təriqətinin mürşüdü olmasına çox 

çalışırdı. Cami də öz növbəsində  Sədəddin Kaşqarinin məslə- 

hətlərinə əməl edir, onun göstərişlərindən kənara çıxmırdı. Biz, 

Cami  əsərlərində  nəqşbəndi ideyalarının çox açıq və aydın 

inikasının şahidi oluruq. 

Caminin nə vaxtdan şairliyə başladığı  hələ dürüst təyin 

edilməmişdir. Lakin onun hələ lap cavan vaxtlarından şerə bö- 

yük həvəs göstərdiyini yazırlar. Onun elmə  məlum olan ən 

qədim əsəri 856 (1452)-cı ildə Əbdülqasim Baburə ithaf etdiyi 

«Müəmma haqqında risalə»dir. 

Cami olduqca çox yazmışdır. Yuxarıda adı çəkilmiş kitab 

onun ilk əsəri kimi nəzərə alınarsa, təxmini hesablamaya görə, 

Cami ömrünün sonuna qədər qələmi yerə qoymadan, ildə azı 

bir-iki  əsər yazmışdır. Caminin əsərlərinin miqdarı haqqında 

müxtəlif fikirlər vardır. Caminin əsərlərinin sayını onun müridi 

və  ən yaxın dostu, böyük özbək  şairi  Əlişir Nəvai–35,  Şah 

|İsmayılın oğlu Sam-mirzə – 45, Caminin tərcümeyi-halını 

yazan Əbdülqafur Lari–47, Şirxan Ludi 1690–91-ci ildə yazdığı 

«Miratül xəyal» («Xəyal güzgüsü») adlı  təzkirəsində isə 99 

göstərir. Y.E.Bertelsin fikrinə görə, 45–47 rəqəmləri həqiqətə 

 



daha yaxındır

1



Caminin ən məşhur əsərləri üç drvan, «Həft-övrəng», sufi 

şeyxlərin həyat və  tərcümeyi-halına həsr edilmiş «Nəfəhatül- 

üns» və «Baharistan»dır

2



Cami  Əlişir Nəvainin məsləhəti ilə birinci divanı «Fətn- 

hətəş-şəbab» – 1479-cu il, yəni «Gəncliyin başlanğıcı», ikinci 

divanı «Vəsitətül-İqd» – 1489-cu il, yəni «Həmayılın ortası», 

uçuncü divanı «Xatimətül-həyat» – 1491-ci il, yəni «Həyatın 

sonu» adlandırmışdır. Cami divanlarını Nəvainin təklifinə görə 

belə adlandırdığını müqəddimədə özü qeyd edir. 

Caminin «Nəfəhatül – üns» və «Həzəratül-Qüds», yəni 

«Müqəddəs yerlərdən əsən dostluq nəsimi» əsəri özündən əvvəl 

yaşamış sufilərin, həməsri olan sufi şair və alimlərin həyatına 

həsr edilmişdir. Maraqlı burasıdır ki, 600-dən artıq  şair, alim, 

şeyx və başqalarının tərcümeyi-halı izah edilən bu əsərdə 

iyirmidən çox qadının adı  çəkilir ki, bunlar da öz əsrlərinin 

görkəmli sufilərindən hesab edilmişlər.  

Cami  əsərlərini dövrünün məşhur hökmdarlarına ithaf 

etməkdən boyun qaçırmamış  və ya qaçıra bilməmişdir. Son 

dərəcə qürurlu, böyüklərə baş  əyməyən Caminin əsərlərini 

müxtəlif hökmdarlara həsr etməsinin  əsas səbəbini 

camişünaslar çox haqlı olaraq, onun maddi gəlir axtarmasında 

deyil, məhz  əsərlərinin məzmununda  əllərində külli miqdarda 

ixtiyar olan hökumət başçılarına təsir göstərməkdə, onları 

ədalətə, mərhəmətə sövq etməkdə görürlər. Doğrudan da, 

Caminin bütün əsərlərində, fəlsəfi-ictimai istiqamətindən asılı 

olmayaraq, insanpərvərlik,  ədalət və  səxavətin tərənnüm 

edildiyini görürük. Cami nəqşbəndi təriqətinin mürşüdü və 

                                                           

1

  Й.  Е.  Б  е  р  т  е  лс.  Ъами, «Дюврц,  щяйаты  вя 



йарадыъылыьы». 1949, сящ.

 

107, (рус



 

дилиндя). 

2

  «Бащаристан» - Ъаминин  нясрля  йазылмыш  вя 



щекайяляри  ичярисиня  шерляр  ялавя  едилмиш  бядии 

ясяринин адыдыр. «Эцлцстан»а нязиря  йазылдыьындан, 

«Бащаристан»  ады  гойулмуш  вя  щяр  фяслиня  «рювзя», 

йяни «баь» ады верилмишдир. 




 

şeyxi mövqeyinə yüksəldikdə  də heç vaxt təəssübkeş-fanatik, 



dindar olmamış,  ədaləti, mərhəməti, düzlüyü möminlikdən 

üstün tutmuşdur. Başqa  əsərlərində olduğü kimi, «Baharis-

tan»da da həmin fikrin bədii ifadəsinə tez-tez təsadüf edirik. Bu 

nöqteyi-nəzərdən, yəni humanizm və  ədaləti tərənnüm etmək, 

fanatizmə qarşı çıxmaq nöqteyi-nəzərindən Cami öz dövrünün 

fəlsəfi-ictimai görüşlərindən yüksəkdə durur. Müasir nəsil üçün 

Cami bu cəhətdən daha maraqlı,  əsərlərinin öyrənilib tədqiq 

edilməsi isə daha diqqətəlayiqdir, çünki Firdovsi, Nizami, Sədi 

və başqa  Şərq klassikləri kimi, Cami də bu halda öz sinfinin 

mənafeyindən yüksəyə qalxmış  və xalq ideyalarını  bədii 

formada təcəssüm etdirməyi bacarmışdır. 

Cami çoxlu səfər etmiş  və bu səfərlər zamanı müxtəlif 

sufi şeyxləri, alim, şair, incəsənət ustaları, dövlət xadimləriilə, 

şah, sultan, xaqan və müxtəlif silkə xas olan adamlarla 

görüşmüşdur. 

Cami 1472-ci ilin payızında Məkkəyə ziyarətə getmək 

qərarına gəlir. O, bu səfərində Nişabur, Səbzəvar, Bəstam, 

Damqan, Qəzvin, Həmədan, Kərbəla, Məkkə, Mədinə, 

Dəməşq, Hələb və  Təbriz kimi şəhərləri gəzir və onların 

bəzilərində aylarla qalıb oradakı alimlərlə görüşür, bəzən isə 

ciddi mübahisə etməli olur. 

1492-ci il noyabr ayının əvvəllərində Cami özünü pis hiss 

etməyə başlayır, xəstəliyi get-gedə  şiddətlənir, nəhayət, 

məhərrəmin 17-də, yəni noyabrın 8-də  səhər vəfat edir. 

Bəzilərinin fikrincə, Cami noyabrın 9-da ölmüşdür. Sovet 

ədəbiyyatında hər iki tarixi göstərənlər var. Dəfn mərasimi 

Nəvainin yaxından iştirakı ilə təşkil edilir. 

Caminin ölümünə  Nəvai tarixi maddə yazmış, onu 

məşhur Hüseyn Vaiz oxumuşdur.  İki beytdən ibarət olan bu 

şerdə  əbcəd hesabı ilə Caminin 894 hicri, yəni 1492-ci ildə 

vəfat etdiyi bildirilir. 

Cami özündən sonra böyük bir miras qoyub getmişdir. 

M.A.Salyenin dediyinə görə, alimlər Caminin əsərlərinin sayını 

 



50 qəbul edirlər ki, bunlardan da 34-ü nəsr, 16-sı  şerlə 

yazılmışdır. Nəsr əsərləri içərisində bədii əhəmiyyəti olan yal-

nız «Baharistan»dır. «Baharistan» XIII əsrin məşhur didaktik 

şairi Sədi  Şirazinin «Gülüstan»ına nəzirə olaraq 1487-ci ildə 

yazılmışdır. Bu zaman Caminin 73 yaşı var idi. Caminin əsər-

ləri içərisində «Baharistan» xüsusi yer tutur. Cami əvvəlcə 

«Baharistan» tipli bir əsər yazmaq fikrində olmamış, yalnız 

Sədinin «Gülüstan» kitabını oğluna oxuyaraq, «birdən» bu fikrə 

düşmüşdür. O, «Baharistan»ın müqəddiməsində yazır: 

«...İndiki ürəkaçan bir vaxtda, ürəyimin parçası  oğlum 

Ziyaəddin Yusif ərəb dilini yenicə öyrənməyə,  ədəb elmini 

təzəcə  dərk etməyə başladığı bir çağda onu xatırlamaq 

istəyirəm ki, yeniyetmələr və  zəhmətə alışmamış  uşaqlar 

ürəklərinə yatmayan, ağıllarına çatmayan sözlər eşitdikdə 

qəlblərinə bir dəhşət, beyinlərinə bir vəhşət çökür. 

Onun başını qarışdırmaq, tədrisə alışdırmaq üçün mən, 

bəzən məşhur şeyx, böyük ustad Müsləhəddin Sədi Şirazinin ən 

qiymətli təbərrüklərindən – «Gülüstan»dan bir neçə  sətirI 

oxuyardım... 

Bu zaman birdən fikrimə gəldi ki... mən də bu səpkidə bir 

neçə sətir, bu üslubda bir neçə varaq yazım ki, hazırlar üçün bir 

dastan, qaiblər üçün bir ərməğan olsun» (Baharistan, səh. 2). 

Cami fikirləşdiyi kimi də edir. Lakin nədənsə bu əsəri 

dörd oğlundan təkcə salamat qalmış on yaşlı Ziyaəddin Yusifə 

deyil, dövrünün hökmdarı Sultan Hüseynə ithaf edir. Halbuki 

müqəddimədən «Baharistan»ın məhz oğlu üçün yazıldığı açıq-

aydın görünür. 

«Baharistan» da «Gülüstan» kimi səkkiz fəslə ayrılır və 

onun hər fəslinə «rövzə», yəni «bağ» adı verilir. «Baharis-

tan»nın birinci fəsli məşhur sufi şeyxlərinin kəlamlarına, ikinci 

fəsli alim, filosof, hikmət sahibləri və dünya görmüş adamların 

rəvayət və hekayətlərinə, üçüncü fəsli  şahlar və hökmdarlar 

haqqındakı rəvayət və hekayələrə, dördüncü fəsli  əliaçıqlıq və 

səxavətə, beşinci fəsli məhəbbət və sevgiyə, altıncı  fəsli lətifə 




Yüklə 457,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə