Microsoft Word cbar ifrs fs 311210 aze signed


Azərbaycan Respublikasının Mərkəzi Bankı



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68413
1   ...   25   26   27   28   29   30   31   32   33

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



57

28 Kapitalın İdarə Edilməsi

 

Bankın kapitalı onun bütün öhdəlikləri çıxıldıqdan sonra aktivlərinin qalan hissəsidir. 



Kapitalın idarə olunmasında məqsəd Bankın iqtisadi müstəqilliyinin və  fəaliyyət göstərmək qabiliyyətinin 

təmin edilməsi üçün kapitalın müvafiq səviyyədə saxlanılmasından ibarətdir. Bank, idarə olunan məcmu 

kapitalın maliyyə vəziyyəti haqqında hesabatda göstərilən kapital olduğunu hesab edir. 

“Azərbaycan Respublikasının Mərkəzi Bankı” haqqında Azərbaycan Respublikasının Qanununda (“Qanun”) 

nəzərdə tutulan nizamnamə kapitalı  və minimal kapital ehtiyatları istisna olmaqla, mərkəzi bank kimi Bank 

üçün kənar qurumların tələbləri mövcud deyil.  

22 saylı Qeyddə göstərildiyi kimi, 31 dekabr 2010-cu il tarixinə Bankın nizamnamə kapitalı 10,000 min manat 

təşkil etmişdir (31 dekabr 2009-cu il: 10,000 min AZN). 

Qanunun 10.3 maddəsinə uyğun olaraq kapital ehtiyatları Bank tərəfindən tədavülə buraxılmış nağd milli 

valyutanın 15 faizi miqdarında müəyyən edilir və hesabat ilinin mənfəətindən ayırmalar hesabına 

formalaşdırılmalıdır. Azərbaycan manatının məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar hesabat 

ili  ərzində Bankın xarici valyutada və  qızılda olan aktiv və öhdəliklərinin yenidən qiymətləndirilməsi 

nəticəsində yaranan fərq kapital ehtiyatlarında  əks olunur və bu fərq kapital ehtiyatları üzrə normativin 

hesablanması zamanı  nəzərə alınmır. Kapital ehtiyatları formalaşdıqdan sonra Bankın reallaşdırılmış 

mənfəətinin sərbəst qalığı Dövlət büdcəsinə köçürülməlidir. 

31 dekabr 2009-cu il tarixinə Bankın kapital ehtiyatları Qanunla nəzərdə tutulmuş normativlərə uyğun tam 

formalaşmadığından, 2010-cu il ərzində dövlət büdcəsinə köçürmələr edilməmişdir. 31 dekabr 2010-cu il 

tarixinə Bankın kapital ehtiyatları Qanunla nəzərdə tutulmuş normativlərə uyğun tam formalaşmadığından, 

dövlət büdcəsinə köçürmələr üzrə hər hansı öhdəlik qeydə alınmamışdır.  

 

Qanunun 14-cü maddəsinə  əsasən Bank müflis elan oluna bilməz və Bankın aktivləri onun öhdəliklərinin 



məbləğindən aşağı düşdükdə, yaranmış kapital çatışmazlığı dövlət tərəfindən ödənilir. 22 saylı Qeyddə 

açıqlandığı kimi, 2009-cu ildə Hökuməti təmsil edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bankın 

kapital çatışmazlığını aradan qaldırmaq məqsədilə faizsiz borc öhdəliyi buraxmaqla, Bankı əlavə kapital ilə 

təmin etmişdir. 31 dekabr 2010-cu il tarixinə Bankın həmçinin 80,930 min AZN məbləğində kapital 

çatışmazlığı olmuşdur. Bankın 31 dekabr 2010-cu il tarixinə yaranmış kapital çatışmazlığının “Azərbaycan 

Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq dövlət 

tərəfindən ödənilməsi nəzərdə tutulur.

 

29 

Şərti Öhdəliklər 

Məhkəmə prosedurları. Vaxtaşırı olaraq və adi fəaliyyət gedişində Banka qarşı irəli sürülə biləcək iddialarla 

əlaqədar, Bank rəhbərliyi öz təxminlərinə  və daxili peşəkarların məsləhətlərinə  əsasən hesab edir ki, bu 

iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq hazırkı maliyyə 

hesabatlarında hər hansı ehtiyat yaradılmamışdır.  



Əməliyyat lizinqi ilə bağlı öhdəliklər. 31 dekabr 2010-cu və 2009-cu il tarixlərinə Bankın ləğv oluna 

bilməyən əməliyyat lizinqi ilə bağlı əhəmiyyətli öhdəlikləri olmamışdır. 




Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



58

30 Törəmə Maliyyə Alətləri 

 

 

 

Qeyd

31/12/2010

31/12/2009

Min Azərbaycan Manatı ilə 

Müsbət 

ədalətli 

dəyərlə 

göstərilən 

müqavilələr 

Mənfi 

ədalətli 

dəyərlə 

göstərilən 

müqavilələr 

Müsbət 

ədalətli 

dəyərlə 

göstərilən 

müqavilələr 

Mənfi 

ədalətli 

dəyərlə 

göstərilən 

müqavilələr 

 

 



Valyuta forvardları: hesabat dövrünün 

sonuna ədalətli dəyər 

27 


- Hesablaşma zamanı alınacaq ABŞ dolları (+) 

 

503



91,234

54,619 


28,026

- Hesablaşma zamanı ödəniləcək ABŞ dolları (-)

 

(22,379)


(268)

(2,528)



- Hesablaşma zamanı alınacaq Avro (+) 

 

17,135



-

83



- Hesablaşma zamanı ödəniləcək Avro (-) 

 

-



(72,675)

(40,609) 

(21,480)

- Hesablaşma zamanı alınacaq Funt sterlinq (+) 

 

2,778


267

2,425



- Hesablaşma zamanı ödəniləcək Funt sterlinq (-) 

 

(500)



(13,060)

(11,496) 

(2,858)

- Hesablaşma zamanı alınacaq digər valyutalar (+)



2,580

-



(3,908)

- Hesablaşma zamanı ödəniləcək digər 

valyutalar (-) 

 

-



(6,935)

-



 

 

 

 

 



 

Valyuta forvard müqavilələrinin xalis ədalətli 

dəyəri 

13, 21


117

(1,437)

2,514 (240)

 

Xarici valyutada olan törəmə maliyyə alətləri ilə  əməliyyatlar adətən birjadankənar bazarda standart 



müqavilələrə əsasən peşəkar iştirakçılar ilə həyata keçirilir. Törəmə maliyyə alətləri bazar faiz dərəcələrinin, 

valyuta məzənnələrinin dəyişməsi və bu alətlər ilə bağlı digər dəyişkən amillər nəticəsində potensial əlverişli 

(aktivlər) və ya əlverişsiz (öhdəliklər)  şərtlərə malik olur. Törəmə maliyyə alətlərinin ümumi ədalətli dəyəri 

vaxtaşırı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə