Microsoft Word cbar ifrs fs 311210 aze signed


Azərbaycan Respublikasının Mərkəzi Bankı



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68413
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



45

27 Maliyyə Risklərinin İdarə Edilməsi (davamı) 

Bankın investisiya qaydalarına  əsasən Bank valyuta aktivlərinin idarə edilməsində yalnız qısamüddətli 

reytinqi A-1+-dan (Standart&Poor’s), F-1-dən (Fitch) və yaxud P-1-dən (Moody’s), uzunmüddətli kredit 

reytinqi AA- -dan (Standart&Poor’s, Fitch) və yaxud Aa3-dan (Moody’s) aşağı olmayan investisiya vasitələri 

istifadə oluna bilər. Eyni zamanda, bir kommersiya bankına investisiyalaşdırılmış maksimal məbləğ 100 mln. 

ABŞ dolları ekvivalentində müəyyən olunmuşdur.  İnvestisiya alətinin müddətindən asılı olaraq, 1 ayadək 

müddəti olan investisiya alətləri üçün minimal kredit reytinqi A+ (Standart&Poor’s, Fitch), 1 aydan 6 ayadək 

olan depozitlər üçün AA- (Standart&Poor’s, Fitch), 6 aydan yuxarı müddəti olan depozitlər üçün AA+ 

(Standart&Poor’s, Fitch) kimi müəyyənləşdirilmişdir. Agentliklər tərəfindən bir aktivə müxtəlif kredit reytinqi 

təyin edildiyi halda aktivə təyin edilən minimal tələbi ödəyən reytinq əsas götürülmüşdür. 

Bank kredit reytinqi sistemi əsasında kreditlərin təsnifləşdirilməsini həyata keçirir. Bu kreditalanların krediti 

ödəmək qabiliyyətlərində mümkün dəyişikliklərin tez müəyyən edilməsini təmin edir. Kredit təsnifləşdirilməsi 

Banka məruz qaldığı risklər nəticəsində potensial zərəri qiymətləndirmək və lazımi tədbirləri görmək imkanını 

yaradır. 



Bank hesabları  

Bankın müxbir hesabları ölkə reytinqi AA- -dan (Standart&Poor’s, Fitch) və yaxud Aa3-dən (Moody’s) aşağı 

olmayan ölkələrin  mərkəzi banklarında, Beynəlxalq Hesablaşmalar Bankında və reytinqi AA- -dan 

(Standard&Poor’s,  Fitch) və yaxud Aa3-dən (Moody’s) aşağı olmayan kommersiya banklarında açıla bilər.  



Depozitar xidmətlər  

Bankın xarici qiymətli kağızlar üçün depozitarisi ölkə reytinqi AA- -dan (Standart&Poor’s, Fitch) və yaxud 

Aa3-dən (Moody’s) aşağı olmayan ölkələrin mərkəzi bankları, Beynəlxalq Hesablaşmalar Bankı və AA- -dan 

(Standart&Poor’s, Fitch) və yaxud Aa3-dən (Moody’s) aşağı olmayan reytinqli kommersiya bankları ola bilər.  



Maliyyə bazarlarında qarşı tərəflər  

Bankın xarici maliyyə bazarlarında qarşı tərəfləri yalnız kredit reytinqi A+ -dan (Standart & Poor`s, Fitch) və 

A1-dən (Moody`s) aşağı olmayan maliyyə institutları ola bilər.  

Törəmə maliyyə alətləri  

Törəmə maliyyə alətlərindən irəli gələn kredit riski hər zaman maliyyə  vəziyyəti haqqında hesabatda əks 

etdirilmiş müsbət ədalətli dəyərlərlə məhdudlaşır.  

Bankın balans üzrə  məruz qaldığı kredit riskinin maksimal səviyyəsi, adətən maliyyə  vəziyyəti haqqında 

hesabatda maliyyə aktivlərinin balans dəyərində əks olunur. Potensial kredit riskinin azaldılması üçün aktiv 

və öhdəliklərin  əvəzləşdirilməsi imkanı böyük əhəmiyyət kəsb etmir. Kredit riski girov təminatı  və kreditin 

keyfiyyətinin yaxşılaşdırılması üçün 7, 8, 9, 10 və 11 saylı Qeydlərdə göstərilən digər tədbirlər vasitəsilə 

azaldılır. 

Kredit riskinin monitorinqi məqsədləri üçün Bazar Əməliyyatları Departamentinin işçiləri müştərinin 

fəaliyyətinin və maliyyə göstəricilərinin  ətraflı  təhlili  əsasında müntəzəm olaraq hesabatlar hazırlayırlar. 

Ödəmə qabiliyyəti aşağı olan müştərilər ilə bağlı  əhəmiyyətli risklər haqqında məlumat  İdarə Heyətinin 

nəzərinə çatdırılır və onun tərəfindən təhlil edilir

Bankın Bazar Əməliyyatları Departamenti kredit qalıqlarının ödəmə müddətləri üzrə  təhlil aparır və vaxtı 



keçmiş kreditlərə xüsusi nəzarət edir. Bununla əlaqədar olaraq, rəhbərlik 7, 9, 10 və 11 saylı Qeydlərdə 

göstərildiyi kimi kreditlərin ödəmə müddətləri və kredit riski haqqında məlumatları təqdim edir. 



 

Rezident banklara verilmiş kreditlər aşağıdakı qaydada təsnifləşdirilir: 



 

- Yenidən maliyyələşdirmə kreditləri 

- Sonuncu instansiya kreditləri 

- Hökumət zəmanəti ilə verilmiş kreditlər  

 

Bank ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızlarını aşağıdakı qaydada təsnifləşdirmişdir: 



 

Yüksək reytinqli – bura dövr ərzində kredit şərtlərində heç bir dəyişiklik olmayan, ödəniş müddətində 

gecikmə olmayan dövlət qiymətli kağızları aid edilir. 



Qeyri-standart reytinqli - bura dövr ərzində kredit şərtlərinə  dəyişiklik edilən,  əsas və faiz borclarında 

gecikmələr olmayan dövlət qiymətli kağızları aid edilir. 




Azərbaycan Respublikasının Mərkəzi Bankı 

31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər 

 

 

 



46

27 Maliyyə Risklərinin İdarə Edilməsi (davamı) 

Bankın kredit siyasətinə uyğun olaraq kredit portfeli daxilində reytinqlər dəqiq və ardıcıl şəkildə tətbiq edilir. 

Müvafiq risk reytinqləri müntəzəm qaydada qiymətləndirilir və yenidən baxılır.  

 

Dəyərsizləşmənin qiymətləndirilməsi.  Kreditlərin dəyərsizləşmə baxımından qiymətləndirilməsi zamanı 

nəzərə alınan əsas amillərə aşağıdakılar daxildir: əsas məbləğlərin və faizlərin ödənilməsinin 90 gündən artıq 

müddətdə gecikdirilib-gecikdirilməməsi, qarşı-tərəflərin pul vəsaitlərinin hərəkətlərində  çətinliklər haqqında 

məlumatın olub-olmaması, borcalanın müflisləşməsi və ya onun maliyyə strukturunun yenidən təşkil edilməsi

kredit reytinqlərinin aşağı düşməsi və ya müqavilənin ilkin şərtlərinin pozulması. Bank dəyərsizləşmə 

baxımından iki səviyyədə qiymətləndirmə aparır: fərdi  şəkildə qiymətləndirilən ehtiyatlar və  məcmu  şəkildə 

qiymətləndirilən ehtiyatlar.   

 

Fərdi  şəkildə qiymətləndirilən ehtiyatlar. Bank fərdi olaraq hər bir mühüm kredit və ya avans üzrə tələb 

olunan ehtiyatları fərdi şəkildə müəyyən edir. Ehtiyatların məbləği müəyyən edildiyi zaman aşağıdakı amillər 

nəzərə alınır: qarşı-tərəflərin biznes-planının dayanıqlığı, onun maliyyə çətinlikləri yarandığı təqdirdə fəaliyyət 

nəticələrini təkmilləşdirmək qabiliyyəti, müflislik halında proqnozlaşdırılan mədaxillər, maliyyə dəstəyinin cəlb 

edilməsi imkanı, girovun satış  dəyəri və gözlənilən pul vəsaitləri hərəkətinin müddətləri. Gözlənilməyən 

hadisələr daha yaxın diqqət yetirilməsini tələb etdiyi hallar istisna olmaqla, dəyərsizləşmə  zərərləri hər 

hesabat tarixində qiymətləndirilir. 

 

Məcmu  şəkildə qiymətləndirilən ehtiyatlar.  Məcmu  şəkildə  fərdi olaraq mühüm olmayan banklara 

kreditlərin və  fərdi olaraq mühüm, lakin fərdi  şəkildə  dəyərsizləşməsinə dair obyektiv sübutlar olmayan 

kreditlərin dəyərsizləşməsi üçün ehtiyatlar qiymətləndirilir. Ehtiyatlar hər bir hesabat tarixinə qiymətləndirilir 

və bu zaman hər bir kredit portfeli ayrıca təhlil edilir.  

 

Məcmu  şəkildə qiymətləndirmə zamanı  fərdi  şəkildə  dəyərsizləşməyə dair obyektiv sübut olmayanda da 



portfelin dəyərsizləşməsi müəyyən edilir. Dəyərsizləşmə  zərərləri aşağıdakı  məlumatları  nəzərə almaqla 

müəyyən edilir: portfel üzrə tarixi zərərlər, cari iqtisadi şəraitlər, zərərin çəkilməsi ehtimal edilən andan həmin 

zərərin dəyərsizləşmə üzrə  fərdi  şəkildə qiymətləndirilən dəyərsizləşmə  zərərini tələb etməsi müəyyən 

edildiyi anadək təxmini müddət və gözlənilən mədaxillər və aktiv dəyərsizləşdikdən sonra dəyərin bərpa 

edilməsi. Rəhbərlik bir ilədək ola bilən bu müddətin müəyyən edilməsinə görə məsuliyyət daşıyır. 

Bazar riski. Bank bazardakı ümumi və spesifik dəyişikliklərə  məruz qalan (a) valyuta və (b) faiz dərəcəsi 

üzrə açıq mövqelər ilə  əlaqədar bazar risklərinə  məruz qalır. Rəhbərlik qəbul edilə bilən risklərin səviyyəsi 

üzrə limitlər müəyyən edir və bu limitlərə  hər gün nəzarət edir. Buna baxmayaraq, bu cür yanaşmadan 

istifadə edilməsi bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda, müəyyən edilmiş limitlərdən artıq 

zərərlərin yaranmasının qarşısını almır. 

Valyuta riski. Xarici valyuta riski xarici valyuta məzənnəsinin dəyişməsi nəticəsində maliyyə aktivinin baza 

valyutasında dəyərinin dəyişməsi riskidir. Bankın aktivlərinin dəyəri aktivlərin valyuta strukturundan asılı 

olaraq əsas xarici valyutaların məzənnələrinin dəyişməsi riskinə məruz qalır.  

Bankın valyuta aktivləri  əsasən ABŞ dolları, Avro və Funt sterlinq ilə saxlanılır. Valyuta aktivlərinin valyuta 

kompozisiyası Bankın  İdarə Heyətinin 4 mart 2009-cu il tarixli qərarı ilə  təsdiqlənmiş “Azərbaycan 

Respublikası Milli Bankının valyuta aktivlərinin idarə edilməsi üzrə  Əsas  İstiqamətlər” ilə müəyyən 

olunmuşdur. Bu sənəd Bankda valyuta riskinin idarə edilməsinə görə cavabdeh olan bazar əməliyyatları 

departamenti üçün əsas kimi istifadə edilir. Bundan əlavə, həmin departament İdarə Heyəti tərəfindən 

təsdiqlənmiş əsasnaməsinə müvafiq olaraq fəaliyyət göstərir. 

Valyuta riski valyuta səbətinin diversifikasiyası və aşağıdakı parametrlərin müəyyən edilməsi ilə idarə olunur:  

• idarə olunan valyutalar; 

• idarə olunan hər bir valyutanın cəmi valyuta aktivlərinin tərkibində maksimal payı (baza valyutası 

üçün minimal məbləğ). 

  



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə