Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   12   13   14   15   16   17   18   19   ...   50

47 
 
yetirildikdə  görünür. Vərdiş olunmuş fərqli hərəkətlər elə eyni 
kimi  qəbul  olunur.  Lakin  hər  bir  eyni  hərəkət  tərkib 
baxımından bu və  ya digər dərəcədə fərqlidir. Hərəkət o halda 
eyni olur ki, zamanlar bir-birini, məkanlar bir-birini əvəzləyir.  
Ümumiyyətlə,  eynilik  və  fərqlilik,  istər  hərəkətlərdə, 
istərsə  də  sükunət  halında  olsun,  kainatın  müxtəliflik 
mövcudluğuna əsaslanır. Günəş və ulduzlar fərqli kəmiyyətlərə 
malik  olduğundan  müxtəliflik  də  buradan  meydana  gəlir. 
Məsafələr  də  müxtəlifdir.  Eyni  məsafə  yalnız  bir  istiqamətdə 
olan  xəttin  içindədir.  Əgər  biz  sistemi  eyni  axtarırıqsa,  onda 
hesab  edə  bilərik  ki,  eynilik  elə  axtardığımız  sistemin  özüdür. 
Yanındakı  isə  müxtəlif ola  bilər.  Bu  da  o deməkdir ki, hər bir 
elementin  öz  məkanı  var,  hər  bir  sistemin  öz  yeri  var.  Sistem 
hərəkət  edəndə  dəyişmə  baş  verir.  Belə  təxmin  etmək  olar  ki, 
Günəş  sistemi  öz  məkanı  ilə  hərəkət  vəziyyətindədir.  Burada 
Günəş  və  onun  sistemləri  kosmik  məkanda  hərəkət  edirlər, 
kosmik fəza da öz təxmini sahəsi ilə hərəkət vəziyyətində olur. 
Məsələn,  dünya  okeanında  gəmi  üzərkən  okeanın  suyunu  da 
hərəkətdə  saxlayır.  Bu  baxımdan  da  qəbul  etmək  olar  ki, 
kosmik  məkan  da  bir  “dünya  okeanıdır”,  bu  dünya  okeanında 
səma  cisimləri  hərəkət  vəziyyətindədir.  Hərəkətdə  olarkən 
kosmik  fəzanı  hərəkətdə  saxlayırlar  və  müəyyən  qədər 
elementlərin ətraflara səpələnməsi və yenidən yerinə qayıtması 
baş  verir.  Kosmik  məkan  hərəkətdə  olduğundan  siqnalları  da 
fərqli  olur,  paylanılır.  Burada  eyniliklərdən  fərqliliklər, 
fərqliliklərdən isə eyniliklər meydana gəlir.   
 
 
 
Məkan, zaman, məsafə anlayışlarının sürət kriteriyası 
ilə vəhdətdə dərk olunması  
 
 
Elementin və onun tərkibi olan hər bir zərrəciyin, minimal 
(son)  bölünənin  öz  məkanı  vardır.  Bəlkə  də  ən  kiçik  bölünəni 
biz  axtarırıq.  İnsanlar  yalnız  onlara  verilən  imkanlar 
çərçivəsində  mövcud  olan  materiyanı  bölə  bilirlər.  Elementlər 


48 
 
çevrilərkən  və  tərkiblərindəki  atomların  sayını  itirərkən  də 
məkanlar əmələ gəlir, yeni məkanları qazanırlar.  
Kainat  müstəvisinin  daxili  bütünlükdə  elementlərdən 
ibarətdir. Elementlərin yan-yana üst-üstə birləşməsi elə məkanı 
ə
mələ  gətirir.  Məkanın  ən  nazik  həddə  qədər  müstəviləşməsi 
ola bilir. Müəyyən həddən sonra isə nazilmə dağılır. Nazik olan 
ş
eyin  nazilməsi  sonda  bir  elementə  (zərrəciyə)  aparıb  çıxarır. 
Müstəvinin  də  ən  kiçik  tərkibi  mövcud  olur.  Elementlər  tam 
itmədiyindən  məkanlar  da  yox  olmur.  Məkan  anlayışı  ilə 
element  anlayışı,  tərkib  və  bütöv  anlayışı  burada  vəhdətləşir. 
Elementlər  yerlərini  dəyişdikdə  məkan  da  dəyişir.  Məkanların 
qazanılması  element  çevrilmələri  sayəsində  mövcud  olur. 
Ucsuz-bucaqsız kainat məkanının daxilində qruplaşmalar, eləcə 
də  ayrılmalar  sayəsində  yeni-yeni  məkan  formaları  meydana 
gəlir. 
Zaman  kainat  sonsuzluğunda  sonsuzdur,  müddətsizdir. 
Sürət  artdıqca,  zaman  uzandıqca  məsafə  də  uzanır.  Burada 
məsafə  sonsuz  obyektlər  üzrə  də  nəzərdə  tutulur.  Kainatdakı 
qalaktikalar  və  ulduzlar,  eləcə  də  planetlər  fərqli  olduğundan 
zamanlar  da  fərqlidir  (uzun  və  qısa  baxımından).  Lakin  bu 
fərqlilik kainat sonsuzluğunun tərkibindədir. Zamanın fərqliliyi 
enerji  mənbələrindən  və  mənsəblərindən  asılıdır.  Zamansızlıq 
elementsizlikdir.  O  da  yoxluqdur.  Kainat  tərkibi  müxtəlif 
zamanlardan  ibarət  olan  bir  sonsuzluqdur.  Zamanın  fərqliliyi 
müəyyən  materiyalardan  asılı  olur.  Zamanın  fərqli  olması 
enerji  yaradan  mənbələrin  (ulduzların  və  planetlərin) 
kütləsindən  asılı  olur.  Bu  kütlə  fərqi  də  ulduzları  əhatə 
olunduğu  kosmik  fəzanın  özündən  və  ətraf  obyektlərdən 
meydana  gəlir.  Materiya  kütləsi  və  məsafə  elə  zaman  fərqini 
(müxtəlif  materiyalardan  istinad  olunaraq)  əmələ  gətirir. 
Zaman fərqi həmçinin materiyalararası məsafədən də meydana 
gəlir.  Kütlə,  məsafə  fərqləri  materiyaların  zaman  fərqlərini 
üzərə  çıxarır.  Günəşin  və  digər  ulduzların  kütlələri  fərqlidir. 
Deməli,  onların  sistemləri  də  fərqlidir.  Fərqlidirsə,  daxili 


49 
 
sistemləri üzrə zamanları da fərqlidir. Enerji mənbələri fərqləri 
elə  enerji  axını  fərqlərini  yaradır.  Bu  halda  zaman  fərqi  də 
meydana gəlir. Günəşin daxili sistemi üzrə planetlərin kütlələri 
və Günəşdən olan məsafələri də fərqlidir. Fərqli olduğuna görə 
planetlərin  zamanları  da  fərqlidir.  Kütlə  axının  həcminin 
(miqdarının)  əsasını  təşkil  edir.  Günəşin  kütləsi  onun 
materiyalarının  (planetlərinin)  kütləsi  ilə  qarşılıqlı  nisbətə 
malikdir.  Günəşdən  axan  hər  bir  şüa  kütləsi  (axın  kütləsi)  hər 
bir planetə qarşı eyni ola bilməz. Bu baxımdan da zamanları da 
fərqlidir.  Məsələn,  əgər  Günəş  şüası  xarici  planetlərə  də  Yer 
planeti  kimi  eyni  kütlə  miqdarında  axın  (işıq  axını,  şüa 
səpələnməsi)  göndərmiş  olsaydı,  onda  belə  qərara  gəlmək 
olardı  ki,  həmin  planetlərlə  Günəş  arasında  Günəş  şüasının 
düşmə sürəti Yerə olan düşmə sürəti ilə eyni olardı. Günəşdən 
eyni enerji alardılar.  Zaman da bir o qədər fərqlənməzdi. Eyni 
olsaydı,  elə  planetlərin  tərkibləri  də  eyni  olardı.  Yəni,  xarici 
planetlər də Yer kimi bərk olardılar. Burada zaman fərqinə təsir 
edən  amil  planetlərin  kütləsidir.  Planet  Günəşdən  uzaqda 
olanda  onun  Günəş  ətrafında  fırlanması  da  yaxın  planetlərə 
nisbətən  uzun  məsafəli  olur.  Deməli,  diametrial  qaydada 
genişlənən  məsafədə  olan  obyektlər  Günəşlə  olan  məsafədə 
fərqli mövqedədirlər. Bu baxımdan Günəş şüasının eyni sürətlə 
sistemdə axını qeyri-mümkündür və bu, fərqlilik nəzəriyyəsinə 
də ziddir. 
Kütlə  diametri  və  məkanı,  əhatəni  böyüdür,  radiusu 
genişləndirir. Böyüdəndə ona yaxın olan məsafə qısalır. Zaman 
qısalır. Məsələn, hesab edək ki, Günəşin kütləsi indikindən çox 
artıb. Belə halda, ehtimal edək ki,  yaxın planetlər udulmalıdır, 
nisbətən uzaq planetlər qaz halına keçməli, onlardan da uzaqda 
olan  planetlər  bərk  materiyaya  çevrilməlidirlər.  Yaxın 
planetlərin zamanı sona çatmalı, uzaqlarda yerləşən planetlərin 
zamanları  isə  sona  yaxınlaşmalıdır,  nisbətən  son  həddə 
olmalıdır.  Enerjinin  axın  sürəti  isə  artmalıdır.  Deməli,  enerji 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə