Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   8   9   10   11   12   13   14   15   ...   50

35 
 
dəyişikliklər  yenə  də  davam  etməkdədir  və  bu,  gələcəkdə 
hansısa bir köklü dəyişikliyə aparıb çıxaracaq).  
Bu  prizmadan  irəli  gələrək  hesab  etmək  olar  ki,  bizim 
hesab  etdiyimiz  canlı  aləm  “cansız”  aləmdən  meydana  gəlib. 
Sonda da “cansız” aləmə çevrilir. Dini baxımdan desək, ruhdan 
meydana  gəlib,  ruha  da  çevrilir.  Bu  o  deməkdir  ki,  canlılar 
ə
slində tam ölmürlər, formalarını dəyişirlər. Nisbətən az cansız 
aləmin tərkibinə qatılırlar. Bir çox hallarda formanın dəyişməsi 
tərkibin  dəyişməsinə  səbəb  olsa  da,  lakin  tam  da  dəyişməsinə 
gətirib  çıxarmır.  Bu  baxımdan  ruh  aləminin  canlı  olması 
(burada  hərəkətdə  olması,  əbədi  olması,  kaintaın  tərkibi 
olması)  qənətinə  gəlmək  olur.  Bununla  yanaşı,  insanların  canı 
cismani  olaraq  torpağa  qarışır.  Tərkib  tam  itmir,  torpaqla 
birləşir, müəyyən çevrilmələr baş verir.  
Kainatda  qeyri-materiya  əslində  yoxdur,  yəni  hər  şey 
materiyadır,  elementdir.  Deməli,  formasından  asılı  olmayaraq 
hər bir elementin məkanı və çəkisi var. Qeyri-materiya ən kiçik 
hissəcik  olduğuna  görə  belə  adlanır.  Kainat  “qeyri-materiya” 
ilə  materiyanın  vəhdətidir  ki,  bu  da  tamdır,  bütövdür.  Deməli, 
canlı  aləm  əslində  müxtəlifdir.  Kainatın  əsasını  təşkil  edir. 
Buradan  da  belə  bir  məntiqi  nəticə  hasil  olur  ki,  kainat 
sonsuzdur.  
İş
ıq qaranlıq, qaranlıq isə işıq üçündür. Enerji enerjisizlik, 
enerjisizlik də enerji üçündür. İşıq  enerjinin  –enerji  axınının 
başqa  bir  obyektlə  qarşılaşmasından  meydana  gələn 
parıltıdır.  Burada  sürtünmə  baş  verir.  Sürtünmə  sayəsində 
enerji meydana gəlir.  
İ
nsan  həm  də  Günəşin  tərkibindəndir.  Çünki  enerjiyə 
malikdir.  Canlılarda  çevrilmələr  baş  verir.  Günəş  də  enerji 
mənbəyidir.  İnsanlar  və  digər  canlılar,  elcə  də  cansız  hesab 
etdiyimiz  aləm  tərkib  baxımından  Günəşdən,  planetdən  və 
kosmik fəzadan ibarət olan mikorokosmik ünsürdürlər.  
Biz  bütün  aləmi  görə  bilmərik,  hiss  edə  bilmərik.  Görmə, 
duyma,  qabiliyyət,  istedad  dərəcələnir.  Bu,  hər  şeydən  öncə 


36 
 
ə
trafla  olan  təmasdan,  enerji  mübadiləsindən  və  daxili 
quruluşdan  asılıdır.  Çox  aləmi  görmək  üçün  siqnalları  qəbul 
edən  vasitələrin,  reseptorların  böyük  olması,  geniş  tərkibli 
olması  labüddür.  Çox  enerjili  yerdə  insanlar  çox  şeyi  görə 
bilərlər.  Zil  qaranlıqlarda  da  insanlar  çox  şeyləri  görə  bilərlər. 
O  şeyləri  ki,  adi  gecə-gündüz  əvəzləmələrində,  eyni  zamanda 
gündüz zamanı onu görə bilmirlər.  
Rəng  -özünəxas  olan  quruluşdur.  Rənglərin  müxtəlifliyi 
elementlər  arasında  olan  əlaqələr  və  birləşmələr  fərqindən 
meydana  gəlir.  Belə  qəbul  etmək  olar  ki,  bütün  rəngləri 
ə
lamətləndirən  səbəb  Günəş  enerjisidir.  Yəni  işıqdır. 
Qaranlıqda  hər  şey  eynı  rəngdə  görünür.  İşıq  düşən  hissələrdə 
rənglər  meydana  gəlir.  Günəş  şüasının  udulması  və  əks 
olunması  sayəsində  rənglərin  əlamətləri  bildirir.  Günəş  şüaları 
materiyalar  tərəfindən  udulur  və  rənglər  meydana  gəlir. 
Günəşsiz  rəng  yoxdur.  Deməli,  rəngi  müəyyən  edən 
hərəkətdir,  enerjidir. Hər bir elementin öz rəngi var və  “qəti 
rəngsizlik”  və  “qəti  iyisizlik”  ümumiyyətlə  yoxdur.  Rənglərin 
müxtəlifliyi  elementlərin  qarışması  zamanı  meydana  gələn 
quruluş  formalarından  asılı  olur.  Rənglərin  parıldaması  və 
açıqlığı -belə güman etmək olar ki, elementlər arasında sıxlığın 
az  olması  ilə  əlaqəlidir.  Açıq  rənglər  daha  solğun  olurlar,  ona 
görə  ki,  Günəşlə  əlaqədə  enerjilərini  itirirlər.  Yəni  enerji  çox 
qəbul  edirlər  və  tərkiblərini  parçalayırlar.  Bu  baxımda  da  açıq 
rənglər tez “ölürlər”.  
Günəş  sistemi  element  və  məkanın,  işıq  və  qaranlığın
enerji  və  enerjisizliyin,  qısa  və  uzun  zamanların,  materiya 
və  “qeyri-materiyanın”,  elementlərin  kimyəvi  çevrilmələ-
rinin, 
elementlərin 
tərkib 
dəyişmələrinin 
və 
xassə 
dəyişmələrinin, forma və məzmun dəyişmələrinin əsaslarını 
meydana  gətirir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  həyatda 
materiya var, yəni element var. Bu elementlər gözlə görünən və 
görünməyən,  hiss  olunan  və  olunmayan  ola  bilirlər.  Hiss 
olunmamaq  əsasən  onun  çox  kiçik  olmasından  və  siqnalları 


37 
 
qəbul  edən  beyinin  funksiyasının  geniş  olmamasından  irəli 
gəlir.  Elementlərin  gözlə  görünə  bilib-bilinməməsi  də 
elementlərin  məkan  dəyişməsindən  və  onu  qəbul  edən  siqnal 
mərkəzlərinin  dəyişməsindən  asılı  ola  bilər.  Buradan  yenə  də 
qeyri-müəyyənliyin  müəyyənliyə  çevrilməsi  prosesləri  ilə 
rastlaşırıq.  Kainat  sonsuzdur  və  qeyri-müəyyən  elementlərlə 
zəngindir.  Burada  qeyri-müəyyənlik  həm  də  məkanın 
böyüklüyündən və onun sərhədlərinin bəlli olmamasından irəli 
gəlir.  Deməli,  sonsuzluq  qeyri-müəyyənliyin  zənginliyidir. 
Sonsuzluq “heçliyin” zənginliyidir. Sonsuzluğu yaradan da elə 
məkanların  özləridir,  məkanların  zənginliyidir.  Məkanların 
yan-yana  və  digər  formada  (məsələn,  üst-üstə,  alt-alta) 
düzülüşü,  vəhdəti,  birləşməsi  elə  kainatın  özünü  meydana 
gətiribdir.  
Günəş  və  onun  planetləri,  planetlərin peykləri,  asteroidlər, 
kometalar  (ümumiyyətlə,  Günəş  sisteminin  cisimləri,  kosmik 
məkann obyektləri) və onlar arasında olan bağlılıq elə kainatın 
tərkib  hissəsidir  və  bu  baxımdan  da  onlar  arasında  xassə 
oxşarlığı  mövcuddur.  Günəş  özü  planetləri  və  ətraf  kosmik 
fəzası  (sistemin  əhatə  olunduğu  məkan)  olmadan,  eləcə  də 
qalaktika ilə əlaqədə olmadan mövcud ola bilməz. Çünki bütün 
səma  cisimləri  arasında  qarşılıqlı  mübadilə  prosesləri  həyata 
keçirilir.  Günəş  kosmik  müstəvidən  (kosmik  fəzadan)  öz 
mənbəyini  götürür  və  digər  ulduzlarla  birlikdə  kosmik 
müstəvini taraz  vəziyyətində  saxlayır. (Qeyd: ulduzların fərqli 
olması 
elə 
kosmik 
fəzanın 
bütün 
məkanlarda 
eyni 
olmamasından  xəbəb  verir.  Əgər  eyni  olsaydı,  belə  fərz  etmək 
olar  ki,  elə  bütün  ulduzlar  bir  ulduz  kimi  olardılar.  Bu  da 
əslində  kosmik  rənagarəngliyə  zidd  olan  prinsipdir.  Belə 
olardısa,  kainat  indiki  kimi  ola  bilməzdi.  Ulduz  sistemlərinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə