Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   6   7   8   9   10   11   12   13   ...   50

29 
 
olunmuş  enerji  ulduzları  yaradır,  ulduzlardan  və  kosmik 
fəzadan olan enerji həm də planetlərə axır. Planetlər də hərəkət 
etdikcə 
öz 
enerjilərini 
kosmik 
fəzaya 
və 
ulduzlara 
istiqamətləndirir.  Planetlər  həm  də  kosmik  fəzanı  hərəkətdə 
saxlayırlar.  Bu  qayda  ilə  vahid  (ümumi)  kosmik  (kainat 
enerjisi)  enerji  yaranır.  Bu  baxımdan  da  enerji  kütləsi  sonsuz 
həddədir.  Onun  tərkibini  formalaşdıran  materiyalar  var.  Enerji 
ümumilikdə  elementlərin  böyük  kütləsinin  sürətli  axınının 
nəticəsidir.  
Kainatda  və  təbiətdə  makro  kəmiyyət  itmir.  Enerji  daima 
aşkar olunur,  özünü  göstərir. Deməli, əslində enerji  var və bu, 
ə
n  böyük  həcmdə  kosmik  fəzanın  (ulduzlar  və  planetləri 
çıxmaqla)  özündədir.  Ulduzlar  və  planetlər  özlərində  enerjini 
cəmləşdirməklə,  əslində  kosmik  fəzanın-müstəvinin  -enerjisini 
cəlb  edirlər.  Sonra  da  müstəviyə  ötürürlər.  Ulduzlar  olan 
məkanlarda  elementlər  qarşılaşır  və  ulduzların  özləri  yaranır. 
Bu baxımdan da belə qərara gəlmək olar ki, Günəş enerjisi heç 
də  planetlərə  çıxışda  olduğu  qədər  gəlib  çatmır.  Günəşdən 
çıxan enerji kosmik fəzada yayılır.  
Kainat müstəvisində hər bir elementin zamanı eyni olmur, 
bu baxımdan da hər bir  elementin hərəkəti eyni deyildir.  Əgər 
eyni olsa, onda digər elementlərə təsirlər də olmaz və qarşılıqlı 
ə
laqələr yarana bilməz, sistemlilik və fərqlilik ola bilməz. Eyni 
olmadığına  görə  mütləq  eyni  insan  (əkizlər  də  tam  eyni  ola 
bilməz) və mütləq eyni xaraker də ola bilmir. Lakin oxşarlıqlar 
mövcud olur. (Qeyd: Günəş şüası bütün planetlərə eyni sürətlə 
paylana  bilməz.  Buna  mütləq  kütlə  amili  öz  təsirini  göstərir. 
Bununla  yanaşı,  materiyanın  tərkibi,  planetlərin  atmosferi, 
həmçinin  məsafə  amili  də  sürət  fərqini  yaradan  amillər 
içərisindədir. Eləcə də planetlərə dəyən enerjinin, Günəşin əks 
olunmuş  hissəsinin  Günəş  şüası  ilə  qaşılanması  məsafələri  də 
Günəş  şüasının  bütün  planetlər  üzrə  eyni  paylanmasının 
qarşısını alır. Planetlərin Günəşdən məsafəcə yaxın və uzaqlığı 
onu  deməyə  əsas  verir  ki,  Günəş  şüası  uzaq  planetlərə  daha 


30 
 
gec  çata  bilir.  Lakin  kütlə  və  çəki  amili  də  şüanın  yayılma 
sürətinə təsir edə bilər. Məsələn, Yer planetindən biri, məsələn, 
onunla  tam  eyni  olan  planetlərədn  biri,  Marsla eyni  məsafədə 
olsa,  onda  hesab  etmək  olar  ki,  sürət  tam  fərqli  olacaqdır, 
çünki  məsafə  fərqlidir. Ola  bilər ki,  Marsın kütləsinin çoxluğu 
və  fərqli  təbiəti  Günəş  şüasının  düşmə  sürətini  artıra  bilər. 
Yəni,  belə  qənaətə  gəlmək  olar  ki,  Günəş  şüası  əks  olunan 
planetin  cəlb  etmə  gücündən  asılıdır.  Qeyd  olunan  uzaqlıq 
Günəş  şüasının  sürətini  də  uzadır.  Yer  kürəsi  ilə  Marsın 
Günəşdən  məsafəsi  eyni  olmadığına  görə  Günəş  şüasının 
sürəti, yəni planetlərə çatma sürəti də hər iki planetə nisbətdə 
eyni ola bilməz. Sürətin müxtəlifliyini əks olunan materiyanın-
şüa  düşən  materiyanın  ümumi  kütləsi  yaradır.  Günəş  şüasının 
sürəti  bu  baxımdan  da  müxtəlifdir.  Bu  qeyri-müxtəliflik  şüa 
düşməsi  əsasında  məsafə  ölçmələrində  müəyyən  səhvləri 
yarada bilər. Bununla yanaşı, qeyd etmək olar ki, məsələn, Yer 
kürəsinin  atmosferinə  qədər  Günəş  şüası  ümumi  olaraq 
təqribən  bir  sürətlə  hərəkət  edir,  atmosferə  keçəndən  sonra 
başqa  sürətlə.  Hətta  kosmik  fəzanın  özündə  də  bu  sürət  fərqi 
olmalıdır.  Hər  bir  element  məkan  nöqtələrindən  eyni  sürətlə 
axa  bilməz,  çünki  onun  qarşısına  çıxan  maneə  eyni  deyil. 
Deməli,  hər  bir  məkanın  özünün,  hər  bir  elementin  özünün  öz 
şərti və mütləq sürəti mövcuddur. Günəş şüası kosmik məkanın 
hər  bir  nöqtəsində  eyni  ola  bilməz.  Bu  baxımdan  da 
trayektoriyanın  şərti  başlanğıcı  və  sonu  arasında  şərti 
ölçülərlə olan sürət mövcuddur). Elementlər cəmi (toplaşması) 
məkanların  böyüklüyüdür.  Elementlərin  çevrilmələri  (yeni 
elementlər əmələ gətirmələri) forma və məzmunlar, hərəkət və 
qüvvələr  üçündür.  Eləcə  də  çevrilmələrdən  və  digər 
hərəkətlərdən  məhz  enerji  yaranır.  Element  enerjinin  əsasıdır. 
Bu baxımdan da elementlər olmadan kainat da ola bilməz.  
Hər  bir  element  dərəcələnmə  üçündür  (dərəcələnmə 
tərəfidir,  dərəcələnmə  obyektidir)  və  təsirə  məruz  qalır.  Əgər 
insan  və  digər  canlılar  təsirdədirlərsə  (istər  öz  aralarında, 


31 
 
istərsə  də  təbiət  cisimləri  və  onların  hərəkətləri  ilə),  deməli, 
canlılar  bu  və  ya  da  digər  formada  və  axın  tərkibində, 
kəmiyyətində  siqnallarla  əlaqədədirlər.  Əlaqələr  (təmaslar), 
təsirlər  dərəcələnir,  bu,  fərqli  qüvvələri  və  enerjini  meydana 
gətirir.  Deməli,  enerji  kəmiyyəti  də  dərəcələnir.  Enerjinin 
dərəcələnməsi 
həm 
fərqli 
ölçülərdən, 
onun 
yaratdığı 
miqdardan,  çəkidən,  həm  də  ətraf  təsirlərdən  (təmaslardan) 
asılıdır.  Deməli,  təsirlər  zamanı  hərəkətdə  olan  elementin 
(elementlərin)  çəkiləri  də  dəyişir.  İnsan  və  digər  canlılar 
hərəkətdə  olarkən  hər  bir  hərəkət  məkanında  (hər  bir  addım 
məkanında)  müxtəlif  çəkiyə,  müxtəlif  xassəyə,  müxtəlif  əlaqə 
və  münasibətlərə  xas  olur.  Hər  bir  məkanda  enerji,  hərəkət  və 
ə
traf  təsirlər  eyni  olmadığından  insanların  çəkiləri  (kütlə 
+cazibə  qüvvəsi=çəki)  də  eyni  ola  bilməz.  İnsanlar  həm  bir-
birilərindən  fərqlənirlər,  -  hər  bir  şəxs  fərdi  olaraq  hər  bir 
məkanda  fərqli  enerji qəbul etdiyindən, - həm də fərqli çəkiyə 
malik  olurlar.  Bu,  həm  də  xarakter  fərqini  meydana  gətirir. 
Deməli, kainatda hər şey dəyişikliyə məruz qalır. Bu dəyişiklik 
statik və dinamik əsasları özündə cəmləşdirir.  
Hər  bir  struktur  hissəciklərdən  ibarətdir.  Strukturun  mikro 
forması  hissəcik  və  vahidlik,  makro  forması  isə  vahidlik  və 
tərkib  hissədir.  Bu  da  nisbidir.  Çünki  hər  bir  hissəcik  elə 
tərkibdir,  vahiddir,  bütövdür.  Elementi  meydana  gətirəndir. 
Kainat elə vahidlərin cəmi olan bütöv bir vahiddir.  
Qeyd:  kainat  sistemində  son  olaraq  mütləq  “mikro”  və 
mütləq  “makro”  yoxdur.  Çünki  sonsuzluqdur.  Müqayisədə 
mütləq “makro” və “mikro” anlayışları var. Hüdudları olmayan 
sonsuz  məkan  daxilində  məhz  makro  olan  bir  şey,  həm  də 
mikro  kimi  mövcud  olur.  Məsələn,  Günəş  sistemi  kainatda 
mikrodur.  Lakin  özlüyündə,  daxili  ilə  müqayisədə  makrodur. 
Makro 
və 
mikro 
anlayışları 
təfəkkürdə 
obrazlanan 
müqayisələrdədir.  Beyinin  siqnal  qəbul  etmək  imkanları  məhz 
makro  və  mikronu  dərk  edə  bilir.  Tam  böyüyən  məkanda  və 
genişlənən  sferada  makro  və  mikro  məsələləri  də  nisbi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə