Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   2   3   4   5   6   7   8   9   10   ...   50

20 
 
tərkibi olan planetlər sistemi bütövdürlər. (Qeyd: məlumdur ki, 
hər  bir  bölünən  hissə  elə  özlüyündə  vahiddir,  bütövdur. 
Deməli, kainatda hər bir zərrəcik bütövdən, vahiddən ibarətdir. 
Vahid  yoxdursa,  element  də  yoxdur.  Bölünən  sonda,  son 
bölünmədə 
bölünməzdir, 
bölünməz 
özünü 
bölünənlərlə 
əvəzləyir.  Bu  da  o  mənanı  verir  ki,  əslində  kainatda  mütləq 
olmayan  təbii  varlıq  yoxdur.  Tam  bölünmə  ümumiyyətlə 
yoxdur.  Ən  kiçik  bölünənin  yanında  bölünməzlik  var. 
Məsələn,  1=1:2+1:2  -  daha  düzdür.  1-1=0  isə  yalnız  öz 
məkanında  düzdür.  1-i  öz  məkanından  götürəndə  onun 
ə
vvəlki məkanı boş qalır. 1 ən kiçik bölünən ola bilər. Burada 
mənfi  anlayışı  düzgün  deyil.  1-4=(-3)  riyaziyyatda  olsa  da, 
ə
slində  düz  deyil.  Ortada  sıfır  olmamalıdır.  Bir  ədədinin  bu 
şə
kildə  bölünməsi  düzgün  deyil.  Onu  da  nəzərə  almaq 
lazımdır  ki,  ən  kiçik  1  ədədi  bölünməzdir;  çünki  bölünməzin 
özü  də  vahiddir.  Bütün  varlıqlar  –kiçikdən  böyüyə  doğru-
vahidlərdir. Varlıqlar müəyyənliklər və qeyri-müəyyənliklərdən 
təşkil  olunur.  Kəmiyyətin  dəyişməsi  onu  mütləqdən  başqa 
mütləqə  keçirir.  Deməli,  əslində  nisbilik  elə  mütləqlərin 
dəyişməsini  əks  etdirən  bir  dinamik  hərəkət  mənzərəsidir). 
Bütövün  mütləq  müəyyən  sərhədlərdən  ibarət  məkanları 
olmalıdır.  Sərhədlər  də  digər  bütövlükləri  olan  məkanlardan 
fərqli  olan  xüsusiyyətləri  əks  etdirir.  Məkanlar  bir-birindən 
ə
lamətlərinə  görə  fərqləndikdə  müəyyən  sahəni  tutan 
bütövlüklər  meydana  gəlir.  Bu  baxımdan  da  kainatın  ümumi 
xassələri  haqqında  bütövlük  fikirlərini  (kainatın  bütövlük 
ifadəsini)  mütləq  yox,  daha  çox  nisbi  mənada  işlətmək 
lazımdır.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  mütləq  mənada 
bütöv  bir  vahid  olduğundan  onun  yanında  mütləq  müqayisə 
üçün  başqa  bütövlər  də  olmalıdır.  Bu  da  kainat  sistemində 
müqayisələrə  əsaslanır.  Kainat  həqiqi  mənada  həm  məkandan 
ibarətdir,  həm  də  sonsuz  olduğuna  görə  məkansızdır,  yəni 
ucsuz-bucaqsızdır.  Kainat  sonu  olmayan  “bir”  sistemdir, 
strukturlardan  ibarətdir.  Kainat  sistemində  hər  bir  şəxsin  (belə 


21 
 
təxmin  etmək  olar  ki,  hətta  ən  kiçik  canlıların  belə)  öz 
siqnalları  və  hərəkət  etdikcə  siqnallar  qəbuletmə  məkanları 
mövcuddur.  Siqnallar  hərəkət  edən  zərrəciklərdir,  onların 
qüvvə  təsiri  sayəsində  axınlarıdır.  Kainat  daxili zərrəciklərdən 
–ən  kiçik  hissəciklərin  axınlarından  ibarət  olan  bir  sonsuz 
bütövdür. Zərrəciklər də ən kiçik elementlərdir. Deməli, kainat 
bütünlükdə 
elə 
zərrəciklər 
birləşməsindən 
ibarətdir. 
Zərrəciklərin  yüngül  birləşmiş  formada  axını  siqnalları 
meydana  gətirir.  Siqnallar  dalğalardır.  Dalğaların  uzunluğu 
mənbə  və  mənsəbdən  asılıdır.  Dalğaların  uzunluğu  dalğaları 
təşkil  edən  hissəciklərin  miqdarından (kəmiyyətindən) asılıdır. 
Mənbədən  tətbiq  olunan  qüvvə  də  əhəmiyyət  kəsb  edir.  Axın 
güclü  olduqda  təzyiq  artır  və  siqnallar  güclənir.  Bu  baxımdan 
da hesab etmək olar ki, Günəş şüasının daha çox işıqlandırdığı 
ə
razilərin  siqnalları  da  kütlə  baxımından  çoxluq  təşkil  edir. 
(Günəşin bol olduğu məkanlarda yaşayan canlıların siqnalları 
daha  çox  ola  bilər.  Belə  demək  mümkünsə, müdriklik də məhz 
təbiət  enerjisinin  çox  olduğu  yerlərdə  doğulan  insanlarda 
vardır).  Eyni  zamanda  hesab  etmək  olar  ki,  küləklər 
(atmosferin  sürətli  axını)  də  siqnal  axınlarını  gücləndirir, 
təzyiqləri  artırır.  Bərk  materiyaların  hərəkəti  (məsələn, 
planetlərin  hərəkətləri)  fəzada  bütöv  halda  siqnal  axınlarını 
güclü  formada  yaradır.  Planetlərin  hərəkəti  kosmik  fəzanın 
hərəkətini  meydana  gətirir.  Planetlər  hərəkətdə  olduqlarından 
və  kütlələri  fərqli  olduğundan  ətraflarındakı  kosmik  fəzanın 
enerjisi də fərqli olur. Bu prinsipdən çıxış edərək hesab etmək 
olar  ki,  planetlər  və  digər  bərk  materiyalar  kosmik  fəzada 
(kainat  müstəvisində)  hərəkət  etdikcə  əslində  siqnal  axınlarını 
gətirirlər,  siqnal  axınları  planetlər  arasında  paylanılır. 
Paylanılma  proseslərinə  görə  planetlərin  bir-birilərində 
ə
lamətlərinin  olması  anlamına  gəlmək  olur.  Buradan  da  belə 
nəticəyə  gəlmək  olar  ki,  bütün  planetlərin  əslində  mənbələri, 
mənşələri eynidir. Onları təşkil edən elementlər eynidir. Lakin 
elementlərin müxtəlif əlaqələri vardır ki, bu da  əslində onların 


22 
 
kütləsindən  və  Günəşlə  olan  məsafələrindən,  eləcə  də 
kainatdakı  mövqelərindən  asılıdır.  Planetlər  eyni  elementlərin 
müxtəlif  kosmik  fəza  məkanlarına  paylanmasından  meydana 
gələn  fərqli  xüsusiyyətləri  özündə  əks  etdirirlər.  Planetlərin 
mənşələri eyni olduğundan tərkibləri də eynidir, lakin formaları 
fərqlidir-bəzi  planetlər  isti  qaz,  bəziləri  soyuq  qaz  halındadır, 
bəziləri isə həmin qazların birləşməsi olan bərk materiyalardan 
təşkil  olunur.  Siqnalların  mübadiləsi  də  öz  növbəsində 
planetlərin  fəzada  olan  qarşılıqlı  əlaqələrinin  əsaslarını  təşkil 
edir.  Bundan  irəli  gələrək,  hesab  etmək  olar  ki,  böyük  kütləsi 
olan  planetin  siqnalı  daha  da  böyükdür.  İsti  qaz  halında  olan 
planetin  siqnalları  daha  tez  ötürülür,  soyuq  qaz  halında  olan 
planetin  siqnalları  isə  daha  gec  gəlir.  Məsələn,  belə  güman 
etmək  olar  ki,  Günəşə  yaxın  olan  və  tərkibində  qaz  çox  olan 
planetin aktiv enerjisi də çoxdur və enerjisi çox olduğuna görə 
siqnalları  da  çoxdur.  Passiv  enerji  isə  planetin  ümumi 
kütləsindən  asılıdır.  Günəşə  yaxın  olan  və  enerjisi  çox  olan 
(buna  daha  aktiv  planet  demək  olar)  planet daha tez aşkarlana 
bilir;  çünki  aktivdir,  siqnal  axınları  sürətlidir.  Enerji 
mənbəyindən  yaxınlıq  və  uzaqlıq  məhz  enerjinin  azlığını  və 
çoxluğunu meydana gətirir.  
Həm  də  Yer  üzərində  canlılar  başqa  planetlərin  axınlarına 
görə  onlardan  siqnallar  qəbul  edə  bilərlər.  Planetlərdən  qəbul 
olunan  siqnallar  hətta  insanların  fərqli  xarakterlərini  də 
formalaşdırmış olur.  
Bütün  canlılar  hərəkət  etdiyindən,  belə  təxmin  etmək  olar 
ki,  siqnallara  malikdirlər,  siqnallar  qəbul  edirlər  və  ötürürlər. 
Belə  təxmin  etmək  olar  ki,  kainat  məkanında  hər  bir  şəxs  öz 
siqnallarını  qəbul  etmək  iqtidarındadır.  Kainatda  (Yer 
kürəsində)  insanlar  hərəkət  etdikcə  kainatın  daxili  səpələnən 
(Yer  üzərinə  səpələnən)  siqnalları  da  məkandan  asılı  olaraq 
dəyişir. Bu baxımdan da insanlar Yer üzərində hər bir məkanda 
eyni siqnalları qəbul edə bilməzlər. Çünki Yer kürəsinin hər bir 
nöqtəsində  eyni  enerji,  eyni  çəki,  eyni  cazibə  qüvvəsi  ola 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə