Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   2   3   4   5   6   7   8   9   ...   50

14 
 
Məsafə  uzun  olduqda  düşüncə  daha  çox  subyektiv  olur. 
Yaxın  məsafədə  isə  subyektivliyi  obyektivlik  əvəz  edə  bilir. 
Çünki  yaxın  məsafədə  çoxları  mahiyyəti  və  formanı  uzağa 
nisbətən  dərindən  dərk  edə  bilirlər.  Məkan  amili  obyekt 
haqqında  məlumatları  həm  subyektiv  və  həqiqətdən  bir  qədər 
uzaq,  həm  də  obyektiv və  həqiqətə  yaxın hesab edir. Düşüncə 
obyektinin  yaxın  və  uzaqlığı  onun  əlamətlərini  müəyyən  edən 
ə
sas  faktordur.  Deməli,  məkan  amili  və  kəmiyyət  kriteriyası 
düşüncənin  mütləqliyini,  düşüncənin  dərinliyini,  kəmiyyətini 
müəyyən 
edir. 
Qəbul 
olunan 
siqnallar 
dərəcələnir, 
dərəcələndikcə  aşkarlanma  (obrazlanma)  da  dərəcələnir, 
dərəcələndikcə 
aydınlaşma 
prosesləri 
həyata 
keçirilir. 
Məlumdur  ki,  aydınlaşma  geniş  təfərrüatı  ilə  gerçəkliyin 
açılmasıdır.  Aydınlaşma  prosesləri  artdıqca  obyektivlik  və 
aşkarlıq  da  artır,  həqiqət  üzə  çıxır,  həqiqətin  dərəcəsi,  həcmi 
artır.  Lakin  məntiq  də  subyektiv  və  qeyri-düzgün  ola  bilər. 
Beyinin  məntiqi  funksiyası  siqnalları  emal  etsə  də,  siqnalları 
düzgün  (uzaqlığına  görə)  qəbul  etməmək  olar.  Duyğu 
(hissiyyat)  orqanları  az  dərəcəli  siqnallar  (burada  əlamətlər 
haqqında  az  kəmiyyətli  məlumatlar)  qəbul  edə  bilər.  Bu 
baxımdan  da  subyektiv  məntiq  əsasında  həm  də  az  və  qeyri-
düzgün siqnallara görə düz olmayan (az dərəcədə aşkar olunan 
və ya da aşkarlıq obyektindən kənarda olan) nəticələrə gəlmək 
olar.  Bir  də  onu  nəzərə  almaq  lazımdır  ki,  insan  təbiətin  və 
kainatın, ilk növbədə isə Ulu Tanrının yaradıcısıdır. Buna görə 
də  insanlar  yalnız  müəyyən  qədər  siqnallar  qəbul  etmək 
iqtidarındadırlar.  Müəyyən  məkanda  dayanan  müəyyən  bir 
ş
eyin  daha çox  formasını dərk  edə  bilərlər. Mahiyyət isə, eyni 
zamanda  həmin  şeyin  makro  sistemdə  olan  funksiyasını  tam 
şə
kildə  dərk  edə  bilməzlər.  Buna  görə  də  insanlar  həqiqəti 
yarımçıq və lokal olaraq qəbul edə bilərlər. Bir də insanlar Yer 
planetinin  məxluqudurlar.  Onlar  daha  çox  Yer  kürəsinə  aid 
siqnalları  qəbul  edə  bilərlər.  Ümumilikdə  kainat  və  digər 
planetlər  haqqında,  ulduzlar  haqqında  isə  az  məlumata  malik 


15 
 
ola bilərlər. Həm də insanların kainat və planetlər, ulduzlar və 
digər kosmik obyektlər haqqında az məntiqi təfəkkürləri də ola 
bilər.  Məntiq  subyektiv  kəmiyyətli  siqnallara  görə  (siqnalların 
dərəcəsinə  və  emalına  görə)  səhv  edə  bilər.  Eləcə  də  hər  bir 
planetin öz qanunauyğunluğu vardır və Yer kürəsində yaşayan 
insanların bütün planetlər haqqında tam təfərrüatlı məlumatları 
da  ola  bilməz.  Yer  kürəsində  yaşayan  insanların  planetlər  və 
ulduzlar haqqında məntiqi səhvləri, bu baxımdan mühakimələri 
və nəticə səhvləri ola bilər. Mühakimələr subyektivdir, inkarın 
obyektidir. Buna görə də məntiq daha çox subyektivdir.  
Düşüncələrin əsaslarını siqnallar təşkil edir. Düşüncələr elə 
ardıcıl  daxil  olan  və  sistem  xarakteri  kəsb  edən  siqnallardan 
ibarətdir.  Düşüncələr  təbiətdə  olanlar  haqqında  məlumatları 
“mütləq  varlıq  prinsipləri”  əsasında  qəbul  edilən  siqnallardan 
meydana  gəlir.  Qeyri-müəyyən  varlıq  haqqında  insan 
düşünəndə  də,  həmin  varlığın  olması  da  mütləqə  çevrilir. 
İ
nsanlar  normal  şəkildə  yalnız  kainatda  olanlar  haqqında 
düşünmə  imkanlarına  malik  olurlar.  Kainatda  təbii  şəkildə 
olmayanlardan  nələrisə  düşünəndə  də  (formaya  salmaq 
istəyəndə) onun materialı təbiətdən olanlardan düşünülür. İnsan 
beyini, onun duyğu orqanları  yalnız olanlar haqqında siqnallar 
qəbul  etmək  funksiyasına  malik  olur  və  mövcud  məkandan 
kənardan  bu,  mümkün  deyil.  Məsələn,  insan  düşünürsə  ki,  bir 
göz  qırpımında  milyonlarla  km.  məsafəni  qət  etmək  olar, 
deməli,  haradasa,  bu  hal  mümkündür.  Çünki,  mümkün 
olmayan şeylər insan düşüncələrinin məhsulu ola bilməz. Lakin 
insan  hər  bir  düşündüyü  şeyi  əmələ  çevirə  bilməz.  Düşüncə 
ə
məli  hər  zaman  qabaqlayır.  Deməli,  makro mənada kainat  və 
onun nizamı  insan  əməlindən  çox-çox  üstündür, ondan ucadır. 
Lakin elə də olur ki, əməl sayəsində meydana çıxan aşkarlıqlar, 
gerçək  hadisələr  düşüncələri  meydana  gətirsin.  Buna  görə  də 
qəbul  etmək  olar  ki,  düşüncələr,  fikirlər  həm  nəzəri,  həm  də 
təcrübi əhəmiyyət kəsb edir. Nəzəriyyədən təcrübə, təcrübədən 


16 
 
isə  nəzəriyyə  qaydaları  formalaşır.  Hər  ikisi  bir-birini 
şə
rtləndirir.  
 Düşünmə  prosesi  müəyyən  kəmiyyətli  müddəti  olan 
siqnallar qəbuludur. Siqnallar da miqdara malikdir. Düşüncələr 
qəbul  olunan  siqnallardan  formalaşır,  burada  daxili  aləmlə 
xarici  aləm  arasında  təmas  meydana  gəlir.  Düşünülənlə 
düşünənlər  arasında  siqnallar  mübadiləsi  körpüsü  yaranır. 
Xarici  aləmdə  baş  verən  proseslər  insanlarda  qəbul  olunur. 
Xarici  aləmdən  kənar  (burada  digər  aləm  nəzərdə  tutulur) 
siqnalların  mövcudluğu  isə  məsafə  və  gözlə  görünə  bilmək, 
digər  duyğu  orqanları  ilə  qəbul  edilə  bilmək  amilinə  görədir. 
Məsafə uzaq olanda siqnallar qəbul olunmaya bilər, lakin bu o 
demək deyil ki, uzaqda heç nə yoxdur. İnsanın siqnalları qəbul 
etmək əhatəsi vardır. Bu əhatədən kənarda da varlıq var. Lakin 
bu  varlıq  müəyyən  əhatəsi  olan  şəxs  üçün  qeyri-müəyyən 
varlıqdır. Əhatədən kənar mühitin siqnalları isə müəyyən qədər 
müəyyən  insanlar  tərəfindən  qəbul  oluna  bilər.  Qeyri-
müəyyənliyin açılmasında məntiq mühüm rol oynayır, eləcə də 
məsafəni  qısaltmaq  (müəyyən  koordinatda  olan  obyektə 
münasibətdə  məsafəni  qısaltmaq,  ona  yaxın  getmək)  və 
ə
lamətləri çox görmək qeyri-müəyyənliyi müəyyənliyə çevirir.  
Düşüncələr  mənəvi-abstrakt  olmaqla  yanaşı,  maddi-
materialdır.  Yəni,  ən  kiçik  zərrəciklər  topasından  ibarətdir. 
Düşüncələr  enerjidir.  Belə  hesab  etmək  olar  ki,  düşüncələr  ən 
kiçik 
zərrəciklərin 
axınıdır 
və 
ə
lamətləri 
(hissiyyat 
obyektlərinin əlamətlərini) özündə daşıyandır. (Qeyd: istənilən 
bir şeyin əlaməti ona məxsus olan siqnalların onu qəbul edən 
şə
xslərin  beyinlərində  əks  olunmuş  formasıdır.  Əlamət  o 
zaman  yaranır  ki,  obyektin  siqnalları  beyində  qıcıq  yaradır, 
beyinin siqnal mənbələri içərisində özünə yer açır, forma alır. 
Çox qarışıq olan nməkan beyində qarışır. Siqnallar da beyin 
mərkəzində  qarışıq  olur.  Beyin  bütün  material  aləmin 
ə
lamətləri  üçün  sanki  bütün  rəngləri  olan  müstəvi  rolunu 
oynayır.  Müstəvidə  materiya  aləminin  əks  yaranır.  Beyin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə