Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   2   3   4   5   6   7   8   9   ...   50

11 
 
evlərini  və  digər  obyektləri  tapmaq  olar.  Bu  halda  yaxından 
bələdçilik  meydana  gəlir.  Bağlayıcı  məkanlar  üzərində  tərkib 
zəngin  olanda  məkan  da  mürəkkəbləşir.  Məsələn,  şəhərlər 
arasındakı məkanda çoxlu sayda digər məskənlər, istehsalat və 
s.  obyektlər  olduqda  həmin  məkan  daha  qarışıq  və  mürəkkəb 
olur.  Deməli,  vasitələr  mürəkkəbləşdirici  və  sadələşdirici 
funksiya  daşıyırlar.  Azalma  sadəliyə  xidmət  edir.  Bağlayıcılıq 
nəzərdə tutulan müəyyən məkan müstəvisində və onun üzərində 
yerləşən  vasitələr  arasında  birləşdiriciliyi,  eyniliyi,  fərqliliyi, 
müxtəlifliliyi,  harmoniyanı,  disharmoniyanı,  cəhətliliyi  və  bu 
baxımdan  tərkib  məzmun  və  formalarını  aşkar  edir,  eləcə  də 
yaradır.  Aşkar  edəndə  tədqiqat  meydana  gəlir.  Yaradanda  da 
quruculuq,  yaradıcılıq  formalaşır.  Aşkarlama  və  aşkar 
olunanlardan  istifadə  quruculuğu-təfəkkürdə  və  əl  əməyində 
olan  quruculuğu  -formalaşdırır,  yeni  ixtiralar  ortaya  çıxır. 
İxtiralar  aşkarlamanın  tərkibi  olmaqla  yanaşı,  ondan  istifadə 
olunaraq 
yeni 
istiqamətlərin, 
tərkiblərin, 
quruluşların 
yaradılmasıdır). 
Məkan  dəyişməsi  riyaziyyatı  nisbiləşdirir.  Məkanın 
genişliyindən  meydana  gələn  müxtəlifliyin,  bağlayıcılığın 
sonsuzluğu  məhz  ənənəvi  riyaziyyatın  inkar  olunmasını 
şə
rtləndirir. Məsələn, “1” ədədi çoxlu sayda birlərə bölünür. Bu 
anda  ənənəvi  riyaziyyatın  qanunları  özünü  qoruyur.  Lakin  bir 
məkandan  başqa  məkana  dəyişmə  zamanı,  məsələn,  formanın, 
həmin  eyni  kəmiyyətli  ədədin  yerdəyişməsi  zamanı  isə 
kəmiyyət  qalır.  Məsələn,  1  ədəd  maşın  yerini  dəyişəndə  elə  1 
ə
dəd  maşın  olaraq  qalır.  Bu  baxımdan  da  öz  məkanında  bir 
ş
eyin  artan-azalan  kəmiyyətlər  baxımından  yox,  yerdəyişməsi 
baxımından  riyaziyyat  özünü  dəyişdirir.  Buna  görə  də,  bu 
məsələdə, məkan dəyişməsində 1-1=0 olmur. 1-1=1 olur. Hətta 
məkanın  artıb-  azalmasında  da,  məsələn,  bir  şərti  məkan 
müstəvisində də ənənəvi riyaziyyat pozula bilir. Məsələn, dörd 
otaq, bir mətbəx və iki yardımçı sahə birlikdə bir mənzili əmələ 
gətirir.  Onda,  1=4+1+2  və  s.  Ənənəvi  riyaziyyat  eyni  şeylərə 


12 
 
münasibətdə  öz  ənənəsini  qoruyur.  Məsələn,  hamımız  bilirik 
ki,  5  ədəd  qələm+5  ədəd  qələm=10  ədəd  qələm.  Burada  da 
məkan  genişlənir.  Hər  bir  qələmin  öz  məkanı  olur.  Lakin 
toplama  eyniliyə  (qələmə)  şamil  olunur.  Riyaziyyatın  nisbiliyi 
məhz bütövün öz məkanını dəyişməsində pozulur. Eləcə də bir 
məkanda, tutaq ki, dörd ədəd kitab çatışmır. Bura üç ədəd kitab 
gələndə  elə  üç  olur.  Onda,  ənənəvi  riyazi  hesablama  pozulur. 
Məsələn,  -4+3=3  olur.  Burada  artıq  yalnız  1  ədəd  çatışmır. 
Ə
nənəvi riyaziyyatda isə -4+3= (-1)  
Düşünmək  bir  proses  kimi  sistemliliyə,  hərəkət  olaraq 
tərkib  dərəcələrinə,  tərkib  tərzinə  xasdır.  Düşüncə  özü 
konstruktivliyi yaradır. Bir fikir məntiq əsasında –formal (sadə) 
və dialektik (mürəkkəb) məntiq əsasında- ardınca digər fikirləri 
meydana  gətirir.  Fikirin  obyekti  kiçik  və  böyük  olur.  Fikirlər 
konkret  və  qısa  olur,  eləcə  də  genişlənmə  xassələrini  özündə 
ə
ks  etdirir.  Böyük  olanda  xətləri  və  istiqamətləri  də  çox  olur. 
Beyin  öz  konstruktivlik  funksiyasını  obyektlər  üzrə  icra  edir. 
Daha  çox  siqnalların  qəbulu  beyinin  həm  konstruktivlik 
funksiyasını  təkmilləşdirir,  həm  də  siqnallar  obyektinin  sayını 
çoxaldır.  
Məntiq  konstruktivliyi  yaradır  və  sistemliliyi  meydana 
gətirir.  Konstruktivlik  də  məntiqi  fikirlərin  formalaşmasını 
təmin edir. (Qeyd: mütləqlik və nisbilik hərəkətlərdən, məsafə 
dəyişmələrindən,  birləşmələrdən,  tərkiblərin  analizindən 
meydana  gəlir.  Hərəkətlər  məfhumu  (anlayışı)  elə  fikirlərdə 
meydana  gələn  nisbiliyin  əsasıdır.  Mütləqlər  dəyişəndə 
nisbilər  də  bir-birini  əvəzləyir.  Lakin  nisbiliklər  həqiqətdə, 
hər  bir  məkanda  olan  mütləqlərdir.  Nisbiliklər  də 
həqiqətlərdən  ibarətdir.  Mütləqlərin  dəyişməsi-müəyyənliyin 
qeyri-müəyyənliyə  çevrilməsi,  aşkarlığın  gizlənməsi,  yəni, 
məkan  dəyişməsi  və  gözdən  itməsi  elə  mütləqləri  qeyri-
müəyyən olaraq keçici və nisbi edir. Yada düşmək, unutmaq, 
yaddan  çıxarmaq  və  s.  əvəzedici-məkandəyişdirici  proseslər 
nisbiliklərin  əsaslarını  formalaşdırır).  Məntiq  bir  modelə  və 


13 
 
formulaya  çevrilir.  Məntiq  bir  qayda  olaraq,  hesablayır, 
birləşdirir,  parçalayır,  məkanlara  ayırır,  başlanğıcları  və 
sonluqları,  səbəb  və  nəticəni  tapır.  Seçim  edir,  oxşarlıqları, 
uyğunluqları,  eləcə  də  fərqləri,  uyğunsuzluqları müəyyən edir. 
Məntiq  bütövləşdirir,  sintez  edir,  nəticələr  çıxarır.  Bütövlər 
içərisində  tərkibləri  müəyyən  edir.  Sistemdəki  müxtəlif 
kəmiyyətləri  müəyyən  edir.  (Qeyd:  Yer  kürəsinin  öz  oxu 
ə
trafında fırlanmasından və Günəş ətrafında dövr etməsindən 
meydana  gələn  fərqlər  və  eyniliklər:  gecə  və  gündüzün  bir-
birini  əvəzləməsi,  fəsillərin  bir-birilərini  əvəzləməsi  –burada 
dairəvi  hərəkətlər  fərqlərin  eyniliklərini  meydana  gətirir- 
məhz beyində eynilik və fərqliliyi ayırd etmək xüsusiyyətlərini 
təbii  olaraq  formalaşdırır.  Təbiətin  makro  prosesləri  beyində 
makro  təsirləri  meydana  gətirir.  Bu  makro təsirlər  sayəsində 
beyin  mikro  tənzimləmə  funksiyalarını  yerinə  yetirir.  Beyin 
makro 
siqnalları 
qəbul 
edir, 
onları  məxsusiləşdirir, 
universallaşdırır  və  konkretləşdirir).  Fəlsəfi  kateqoriyalar 
ə
sasında  digər  əməliyyatları  həyata  keçirir.  Beyinin  məntiqi 
funksiyası  siqnallar  hesabına  təkmilləşir,  inkişaf  edir.  Belə 
ehtimal  etmək  olar  ki,  beyin  qəbul  etdiyi  siqnalların 
ardıcıllığından  öz  funksiyasını  təkmilləşdirir,  funksiyasının 
ə
hatəsini  genişləndirir.  Həm  də  daxili  düşüncə  prosesləri 
sayəsində məntiqi funksiyasını böyüdür. Düşüncə dərinləşdikcə 
daha  çox  siqnalları  qəbul  edə  bilir.  Düşüncənin  dərinləşməsi 
kəmiyyətləri  artırır.  Lakin  ola  da  bilər  ki,  siqnallar  dolğun 
şə
kildə  beyində  əks  olunmasın  və  məntiqi  dərketmə  də 
obyektiv  alınmasın.  Burada  obyektin  məsafə  amili  mühüm  rol 
oynayır.  Məsafə  əlamətlərin  ayırd  edilməsinin  əsasında 
dayanır.  Məsələn,  planetləri  yaxından  görməklə  siqnalların 
məsafələri  qısalır.  Yaxın  getdikcə  daha  çox  siqnallar  qəbul 
olunur.  Deməli,  hər  bir  siqnalın,  siqnal  axınını  öz  uzunluq 
məsafəsi vardır. Uzunluq məsələsi də kəmiyyətlərdən meydana 
gəlir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə