Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   2   3   4   5   6   7   8   9   ...   50


 
belə siqnalları qəbul etməklə həmin məkanlardan enerji alırlar. 
Eyni zamanda həmin məkanlara enerji ötürürlər. Bu baxımdan 
da  bütün  aləm  enerji  mübadiləsində  olur.  İnsanlar  təbiətə  və 
kainata  siqnallar  ötürürlər,  enerji  verirlər,  onlardan  enerji 
alırlar.  İnsanlar  canlı  və  “cansız”  aləmlə,  müəyyən  və  qeyri-
müəyyən  aləmlə  təmasdadırlar.  Deməli,  insanlar  kainatla, 
fövqəltəbiətlə,  Ulu  Tanrı  ilə  təmasdadırlar.  Ondan  siqnal  alır 
və  siqnal  ötürürlər.  Bu  nöqteyi-nəzərdən  də  nizama  qarşı 
kobudcasına  hərəkət  etmək  düzgün  deyil.  Nizam  özünü 
tarazlayır  və  insanlar  əməllərinə  görə  cəzalana  bilirlər.  Onu 
da  əlavə  etmək  olar  ki,  təbiətdə  müəyyən  bir  məkanın 
landşaftının  dəyişməsi  də  həmin  məkandakı  sistemə-enerji 
mübadiləsi  altında  olan  sistemə  öz  təsirlərini  göstərir.  İqlim 
şəraiti belə dəyişə bilir. Məsələn, dağlığın düzənliyə çevrilməsi
yaxud  da  əksinə  aparılan  əks-təbii  proseslər  həmin  yerlərdə 
əvvəlki siqnallar mübadiləsi mühitini dəyişir).  
Müqayisələr  aparmaq  dərəcəsi  istedadın  dərəcəsindən 
asılıdır. Bu da özlüyündə qabiliyyətin dərəcəsini artırır. Dərəcə 
artmaları  da  kəmiyyətlə  (özündə  müxtəlif  təsnifat  vasitələrini 
birləşdirən  siqnal  kəmiyyəti)  bağlıdır.  Daha  çox  diqqət 
yetirmək,  geniş  məkanı  götürmək,  üfiqi  və  şaquli  istiqamətdə 
daha  geniş  bağlılıq  axtarmaq  müqayisələrin  dərinləşməsini 
sübut  edir.  Nəticə  etibarilə  hesab  etmək  olar  ki,  siqnalların 
(faktlar və hadisələr haqqında) kəmiyyət etibarilə çoxlu qəbulu 
müqayisə 
dərəcəsini 
artırır, 
müqayisə 
tərəflərinin 
(predmetlərinin)  sayını  çoxaldır.  Müqayisələr  əlamətlərin 
tərkib  kəmiyyətlərinə  görə  həyata  keçirilir.  Bu  da  əlamətləri 
müəyyən edir. Müəyyən bir prosesin və faktın daxili və zahirini 
təşkil  edən  elementlər  arasında  ardıcıl  qaydada  müqayisələrin 
aparılması,  müqayisəli  kəşflərin  həyata  keçirilməsi  məhz 
müqayisə  dərəcəsinin  artmasını  təmin  edir.  Müqayisələr  də 
uyğunluq  və  uyğunsuzluq,  eynilik  və  fərqlilik,  paralellik  və 
kəsişənlik prinsiplərinə müvafiq olaraq çoxtərkibli və çoxsahəli 
olur.  Məkanda  müqayisə,  zamanda  müqayisə,  tərkiblərin 



 
müqayisəsi,  formaların  müqayisəsi,  hərəkətlərin  və  s. 
müqayisələri  vardır.  Müqayisə  kriteriyaları  rolunda  məhz 
əş
yalar  və  hərəkət  tərzləri  (burada  kəmiyyətdən  və  tətbiq 
olunan  qüvvədən  asılı  olaraq,  hərəkətin  sürəti,  hərəkətin  əhatə 
olunduğu  məkan)  çıxış  edir.  Dəyişən  istənilən  ardıcıl 
trayektoriyada  müqayisə  əlamətləri  öz  əksini  tapır.  Əlamət, 
kəmiyyət, tərkib dəyişəndə müqayisə üçün elementlər meydana 
gəlir. Müqayisə dəyişik  və dəyişən siqnallar fonunda mümkün 
olan bir prosesdir.  
Qeyd  olunduğu  kimi,  əşyalar  müqayisə  olunur,  hadisələr 
müqayisə  olunur.  Hərəkət  müqayisə  olunur, sükunət müqayisə 
olunur.  Məkanlar,  istiqamətlər,  formalar,  eləcə  də  düşüncələr, 
fikirlər, 
baxışlar 
müqayisə 
olunur. 
Müqayisələrdə 
dərəcələnmələr meydana gəlir, bu da özlüyündə fərqliliyi zəruri 
edir. Fərqlilik  də  elementlərin qarşılıqlı əlaqələr  strukturundan 
asılıdır.  Müqayisə  məkan  tutumu  ilə  həyata  keçirilir,  tutumla 
müəyyən olunur. Müqayisədə təsnifat ortaya çıxır, seçim amili 
formalaşır. Düşüncə prosesləri sistemli xarakterə malik olur və 
sintezləri,  eləcə  də  yeni  sintezləri,  yəni  analizləri  meydana 
gətirir.  Müstəqil  düşüncə  məhz  sistemilik  prinsipinə  uyğun 
olaraq  qurulur  və  burada  səbəb  və  nəticəni  müxtəlif  şərtləri 
özündə  cəmləşdirən  bağlayıcı  proseslər  təmin  olunur. 
Siqnallardan  formalaşan  sadə  və  mürəkkəb  məntiq  bir  çox 
məlumatları  (hadisələr,  faktlar  haqqında  əlamətlər  axınını)  öz 
obyektinə  çevirir  və  sistemliliyə  görə  uyğunluq,  uyğunsuzluq, 
tarazlıq  və  qeyri-tarazlılıq,  simmetriya  və  harmoniya  axtarır. 
Müqayisələr zamanı istiqamətlər dərəcələnir, qruplaşır, ümumi 
cəhətlər  müəyyən  olunur,  eləcə  də  uyğunluqlar  və  oxşarlıqlar 
tapılır.  Həmçinin  proseslər  arasında  şərtləndirici  əlaqələr, 
aşkarlayıcı bağlılıq müəyyən olunur. Aşkarlayıcı bağlılıq da elə 
bütövlüyün 
tərkib 
birləşdirici 
vasitəsidir. 
Bütöv 
elə 
bağlayıcılardan  ibarətdir.  (Qeyd:  bağlılıq  da  keçiciliyin  bir 
formasıdır.  Bağlılıq  oxşarlıqları  və  fərqlilikləri  birləşdirir, 
həmçinin  ayırd  edir.  Məsələn,  bütün  şeylər  bir-birilə  tam 


10 
 
tərkibdə  birləşdiyindən  bütöv  məkanın  bir  bucağında,  bir 
nöqtəsində  olan  şey  digər  bucağında  olan  şeylərdən  nisbi 
əsaslarla  ayrılmaq  üçün  müəyyən  bağlılıq  mövcud  olur. 
Bağlılıq  burada  fərqləri  müəyyən  etmək  üçündür.  Bağlılığın 
məkanı  vardır.  Bağlılıq  boş  deyil.  Məsələn,  bir  şəhərlə  digər 
şəhər arasında olan məkan boş deyil. Bu məkan həm yaxın ola 
bilər,  həm  bitişik  ola  bilər,  həm  də  uzaqda  yerləşə  bilər. 
Burada  bağlayıcılıq,  əlaqələndiricilik  artanda,  daxili  vəhdət 
daha  da  birləşir.  Məsələn,  şəhərlər  bitişik  ola  bilir. 
Bağlayıcılıq  burada  dar  məkanda  böyük  bütövü  əmələ  gətirir. 
Bağlayıcılıq  həm  fərqləri  birləşdirir,  məsələn,  uzaq  və  fərqli 
məkanlarda  yerləşən  obyektlər  arasında  üzvü-real  və  xəyali 
(fikir  bağlılığı)  bağlılıq  yaradır.  Həm  də  yaxınları  birləşdirir 
və vahidə çevirir. Bağlılıq həm vəhdəti yaradır, bütövü, sistemi, 
strukturu  meydana  gətirir,  məkanı  genişləndirir,  həm  də 
sistemi  möhkəmlədir.  Bağlayıcılıq  həm  də  ayırıcılıqla  əvəz 
olunur, özündə ayırıcılığı birləşdirir. Məkanları real olaraq və 
xəyali  şəkildə  aralayır.  Bütün  məkanlar  vəhdət  sistemində 
bağlayıcılıqdan  ibarətdir.  Müqayisələr  apararkən  məkanlar 
arasında olan bağlayıcılığın məsafəsini həm qısaltmaq, həm də 
uzatmaq olar. Ancaq qısaltmaq daha məqsədəuyğundur; çünki 
sintez  daha  yaxşı  alınır.  Məkanlar  arasında  “boş  məsafə” 
qalmır.  Bütövü  dərin  məzmunda  ən  yaxşı  halda  aşkarlamaq 
üçün  yaxın  bağlayıcılıqıdan  istifadə  etmək  lazımdır.  Qarşılıqlı 
şərtləndirici  vəziyyətlər  də  yaxın  bağlayıcılıqdan  meydana 
gəlir.  Bağlayıcı  təfəkkürün  zənginliyi  bağlayıcı  məkanlar 
arasında  bütövü  yaxınlıq,  yaxın  məkan  əlaqəliliyi  (başlanğıc 
şərtliliyi  əsasında)  prinsipləri  ilə  aşkar  edir.  Burada  zaman 
amili və zaman ardıcıllığında baş verən proseslərin mahiyyəti, 
sistemin  bitişik  tərkib  hissələri  daha  yaxşı  formada  aşkar 
olunur. Məsələn, əyani bir fikir bildirək: - Ayrı-ayrı cəhətlərdə 
və  uzaq  məsafələrdə  yerləşən  şəhərlər  arasında  uzun  bir  yol 
vardır. Bu uzun yolu bütün tərkib etibarilə öyrənməklə şəhərlər 
arasında  bağlayıcı  məkanı  və  məkan  üzərindəki  yaşayış 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə