Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   9   10   11   12   13   14   15   16   ...   50

38 
 
ulduzlar  sistemində  sürət,  məkan,  element  xassələri  arasında 
oxşarlıqlar vardır, eləcə də fərqlər mövcuddur. Deməli, kosmik 
sürət hər bir sistemdə eyni ola bilməz). 
Belə  təxmin  etmək  olar  ki,  Günəşin  kütləsi  və  onun 
gücü şərti olaraq onun sisteminə daxil olan planetlərin cəm 
halda  kütləsinə  bərabərdir  ki,  bunun  da  sayəsində  Günəş 
və  onun  sistemi  ümumilikdə  taraz  vəziyyətində  mövcud 
olur. Bu tarazlığa həm də qonşu sistemlər də təsir göstərir. 
Qarşılıqlı 
tarazlıq 
planetlərdə 
köklü 
dəyişikliklərin 
qarşısını  alır,  köklü  kataklizmlərin  yaranmasına  imkan 
vermir.  Qonşu  sistemlərlə  Günəş  sisteminin  qarşılıqlı  şərti 
bərabərliyi  meydana  gəlir.  Bu  bərabərlik  həm  də  nisbi 
xarakter kəsb edir və bərabərliyin pozulması anları kosmik 
məkanın  ümumilikdə  hərəkətini  ortaya  çıxarır.  Kainatın 
bütün hərəkəti onun sistemli tarazlığına xidmət göstərir. 
İş
ıq  və  qaranlıq  nisbətdədir.  Günəş  işığı  (ulduzların 
enerjisi)  bərk  materiya  üçün  canlandırıcıdır.  Çünki  enerji 
verəndir.  Deməli,  əslində  bütün  materiyalar  canlandırıcıdır; 
çünki hərəkətdədirlər. Onda belə qənaətə gəlmək olar ki, Günəş 
sistemində  bütün  planetlərdə  canlanma  var.  Ümumilikdə  isə 
kainat  canlanmadan  ibarətdir.  Lakin  bu  canlanmalar  Yerdəki 
kimi,  yəni eynən  yer planetindəki kimi ola bilməz. Çünki  hər 
bir  planet  özünəxasdır. Hər bir planetin öz tərkibi vardır. Bu 
tərkiblər  həm  də  oxşardır.  Yerdəki  kimi  canlanmanın 
mövcudluq  şərti  Yerin  atmosferindən,  onun  Günəşlə  olan 
məsafəsindən,  Yer  kürəsinin  ölçüsündən  və  s.  kimi  özünəxas 
ə
lamətlərdən  asılıdır.  Bu  əlamətləri  də  Yerin  öz  canlıları 
götürüb.  Başqa  planetlərdə  eynən  Yerdəki kimi canlı aləm ola 
bilməz.  Onda,  kainatda  gərək  Yerdəki  kimi  tam eynilik  olsun. 
Ulduzları  və  planetləri  eyni  olsun.  Bu  isə  mümkün  deyil. 
Hələlik  aşkar  olunmur.  (Kosmik  teleskoplar Yerə  bir  neçə  faiz 
bənzər olan planet aşkar ediblər. Elm dairələrinin məlumatına 
əsasən,  NASA  alimləri  “Kepler”  teleskopu  vasitəsilə  kainatda 
Yer kürəsinə bənzər, lakin onun kütləsindən 17 dəfə böyük olan 


39 
 
bərk  planet  aşkarlayıblar.  Rəsmi  olaraq  “Kepler-10c” 
adlandırılan  bu  planetə  həm  də  “meqa-Yer  kürəsi”  kimi  ad 
veriblər.  Kainat  obyektinin  yaşı  təqribən  11  milyard  il 
müəyyənləşib. “Kepler-10c” planeti Yer kürəsindən 560 işıq ili 
uzaqlığındadır,  Drakon  bürcündədir  (ulduzlar  topasındadır). 
Alimlər hesab edirlər ki, Planetin ulduzla çox yaxınlığı burada 
həyatın  olmasını  şübhə  altında  qoyur.  Planetin  üzərində  olan 
qravitasiya  təxminən  Yer  kürəsindəkindən  üç  dəfə  böyükdür. 
“Kepler”  kosmik  teleskopu  Günəş  sistemindən  kənarda  Yer 
kürəsinin  analoqunu  axtarmaq  üçün  nəzərdə  tutulub.  Hələlik 
Yer kürəsinə tam bənzər heç bir planet aşkar edə bilməyibdir.
1
) 
Kainatda  eyni  makro  sistemlərin  (biz  insanların  şüurlarında 
makro  sistemlər)  olması  hələlik  bəlli  deyil.  Bu  bəlkə  ehtimal 
oluna  bilən  “başqa  kainatda”-“paralel”  kainatda  ola  bilər. 
Paralel  kainat  elə  bütöv  halda  vahid  bir  kainatdır.  Kainat 
sonsuzluğu  digər  kainatın  mövcudluğunu  şübhə  altına  alır. 
Digər kainat indiki kainatın sadəcə olaraq davamı ola bilər.  
Ə
ləlxüsus  bərk  materiya  aləmi  olmadan,  yəni  mənsəb 
olmadan  işıq  da(mənbə  kimi)  saça  bilməz.  Enerji  yarana 
bilməz.  İşıq  enerji  fərqləri  arasında  olan  nisbətdir.  Günəş 
öz  planetləri  və  ətraf  əlaqəsi  olmadan  işıq  saça  bilməz.  Günəş 
planetlərsiz  mövcud  ola  bilməz.  Planetlər  Günəş  işığını 
özlərinə  çəkirlər  və  özlərindən  kosmik  fəzaya  buraxırlar. 
Deməli, kosmik fəzada obyektlər arasında enerji paylanması və 
nisbətləri meydana gəlir.  
Məlumdur  ki,  çöllük  bir  yerdə  yanan  lampa  gecə 
qaranlığında görünür. Bu qaranlıq elə işığın yayılması üçündür. 
Gündüz zamanı isə lampanın yanması uzaqdan görünə bilməz. 
Günüz işıqlarının səpələnməsi yanan lampanın selini üstələyir. 
Makro  işıq  mikro  işığı  udr.  Bu  baxımdan  da  qaranlıq  olmasa 
işıq da ola bilməz. İşıq qaranlığı açmaq üçündür. Buna görə də 
                                                 
1
 
Телескоп
 
НАСА
 
обнаружил
 
«мега-Землю». 
03.06.2014. 
ria.ru/space/20140603/1010459452.html 


40 
 
belə qənaətə  gəlmək olar ki, var- işıq, var -işıqsızlıq. Qaranlıq 
elə  müəyyən  kəmiyyətli  işıqsızlıqdır.  Qaranlıq  içərisində  işıq 
(burada yanan lampa) seçilir. Deməli, gecə və gündüz enerjinin 
artıb-azalmasıdır  ki,  bundan  da  fərqlər-müqayisələr-  meydana 
gəlir.  İşıq  enerji  nisbətində  meydana  gəlir.  İşıq  da  öz 
mənbəyini  qaranlıqdan  götürür.  Bir  otaqda  divarlar  və  ətraf 
materiya  olmasa  işıq  yana  bilməz.  İşıq  yandıqca  ətraf 
materiyaları  canlandırır.  Onlara  enerji  verir.  Divarları  otaqdan 
götürsək  yanan  lampanın  enerjisi  geniş  paylanacaq  və  enerji 
mübadiləsi  üçün  lampa  zəif  olacaq.  Lampanın  uzaqdan 
görünməsi  onun  siqnallarının  gözdə  əks  olunmasıdır,  göz 
tərəfindən qəbul olunmasıdır. 
Kainat  elə  bir  bütövdür  ki,  müstəvidə,  sistemdə  başlanğıc 
və  son  məyyən  və  qeyri-müəyyəndirlər.  Uzaq  məsafələr 
müəyyənedici  tərəf  üçün  qeyri-müəyyəndir.  Başlanğıcları  və 
sonları  müəyyən  edən  trayektoriyalardır  və  koordinatlardır. 
Başlanğıclar  və  sonlar  insanlar  üçündür,  insanların  məqsədləri 
üçündür.  Başlanğıclar  və  sonlar  bir-birilərini  əvəz  edən 
hədəflər  üçündür.  Hər  bir  hərəkətin  başlanğıcı  və  sonu 
olduğuna  görə  sabit  mütləqləri  və  dəyişən  mütləqləri  özündə 
ə
ks etdirir.  
Canlı  aləm  ona  görə  yumşaq  birləşmədir  ki,  tərkibində  su 
daha  çoxdur.  Məsələn,  insanlar,  heyvanlar,  ağaclar  və  onun 
meyvələri  bu  kimi  birləşmələrə  aiddir.  Suyunu  buraxan 
birləşmələr  quru  materiyaya,  bərk  materiyaya  çevrilir.  Sonda 
isə  çürümə  gedir.  Məsələn,  ağacın  taxtaya  çevrilməsi  ilə 
nisbətən  bərk  cisimə  dönməsi  və  s.  bu  kimi  proseslərə 
nümunədir.  
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə