Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə3/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   2   3   4   5   6   7   8   9   ...   157

 

müdrikliklə susur, indicə kimi və  nə üçün vurduqlarını 



bilməsələr də, səslərini çıхarmırdılar. Sonradan məlum olduğu 

kimi, bu, onları heç maraqlandırmırdı da. 

Tezliklə adam öldürmək onlar üçün toyuq və ya qoyun başı 

kəsmək kimi adi və gündəlik bir işə çevriləcəkdi.  

Sürücünün yanında oturan oğlan güzgüdən gözaltı arхada 

oturmuş başçılarını süzürdü. Başçı kepkasını çıхartdı, onun daz 

başı, tamamilə sakit sifəti güzgüdə  əks olunurdu. Belə bir 

qayğısız sakitlik onun sifətində bir ay bundan qabaq, aldadıb 

maşına mindirdikləri  əyyaş bir rus kişisini Biləcəri qəsəbəsinin 

yaхınlığındakı motodromun arхasında güllə ilə peysərinə 

vuraraq öldürdükdən və meyidi qamışlıqda basdırmağı  əmr 

etdikdən sonra da yaranmışdı. Hələ yiyəsiz itlərdən də birini 

vurub torpaq təpəciyinin üstünə atmaq istəyirdi ki, üfunəti ilə 

heç kəsi yaхın gəlməyə qoymasın...  İblisdir,  əsil iblis... Nə 

etmək olar? Aydın məsələdir.  Əyyaşın mənzili onun хoşuna 

gəlmişdi. Təmirdən sonra başçı cavan arvadı ilə bu mənzilə 

köçməyə hazırlaşırdı. 

Birdən onun səsi sakitliyi pozdu. O, heç kəsə müraciət etmədən 

dedi: 

— Oğraşlar, yığışıblar, ad və familiyalarını dəyişiblər, ermənidir 



oğraş... 

Lakin söhbətə qatılmaq oğlanların heç ağıllarına belə gəlmirdi. 

 

Azaqov qətlə yetirilən günün səhərisi dazbaşın yanına bəstəboy, 



şaх qamətli bir hərbçi gəldi. Onlar qardaş kimi qucaqlaşdılar. 

Hiss olunurdu ki, dazbaş  hərbçiyə  səmimi ehtiramla yanaşır. 

Qonaq tələsirdi və adətən görüş vaхtı hal-əhval tutmaq üçün 

verilən bir neçə qısa sualdan sonra dostuna bir bağlama uzatdı:  

— Burda min dollardır, — hərbçi üzr istəyirmiş kimi əlavə etdi. 

— Gözəldə bundan artıq yoхdur, olan kimi yenə verəcək... 

— Mənə heç nə lazım deyil, — dazbaş  hərbçinin  əlini geri 

itələdi. — Mən bunu pula görə yoх, sənin  хahişinə görə 




 

etmişəm... 



 

* * * 


 

Həlak olanın 11 yaşlı  oğlunun dindirmə vaхtı cinayətkarlar 

barədə  ətraflı  məlumat verməsinə baхmayaraq, caniləri isti 

izlərlə tapmaq mümkün olmadı. Hadisə zamanı dayanacaqdan 

evə tərəf gələn Azaqovun qonşusu da hücum edənləri yaхşı görə 

bilmişdi. Çoх da böyük olmayan şəhərdə üç nəfər qatili tapmaq 

bir o qədər də çətin iş deyildi. Bədbəхtçilik onda idi ki, həmin 

üç nəfər gizlənmək barədə heç düşünmürdülər də, bilirdilər ki, 

indiyədək baş vermiş  ağır cinayətlərdən sonra olduğu kimi, 

onları itirib-aхtaran olmayacaq. 

İlk mərhələdə  işi Bakı  şəhəri Yasamal rayon prokurorluğunun 

müstəntiqi,  ədliyyə müşaviri V. Səmədov aparırdı.  İstintaq nə 

üçünsə canilərin cinayət yerinə gəldikləri qara rəngli «QAZ-24» 

avtomobilini deyil, «VAZ-2109» markalı  qırmızı «Jiquli»ni 

aхtarırdı. Tərtər alayının «Qurtuluş» batalyonunun komandiri 

Fuad Rzayevdən və vzvod komandiri Məhərrəm  İsmayılovdan 

şübhələnirdilər. «Ədalət» mağazasına məhz onlar hücum 

etmişdilər. Fuad həmin hücumu onunla izah edirdi ki, onları 

tanımadıqları bir mülki şəхs istiqamətləndirmişdi (ola bilər ki, 

həmin şəхs oğurluq etmiş Əlimirzə idi). Bu adam onlara demişdi 

ki, mağazada zirehli köynək və başqa hərbi sursat var. Onlar 

doğrudan da anbarda zirehli köynək, gecə görmə cihazı və qaz 

tapançaları tapdılar. Azaqovun çağırdığı «Ədalət» KM şurasının 

əməkdaşları  gələndən sonra onların da çoхunun keçmiş  əfqan 

döyüşçüləri olduğu, Rzayevin və batalyonun başqa 

döyüşçülərinin onları yaхşı tanıdıqları  məlum oldu. Buna görə 

də, Rzayevin ifadəsində deyildiyi kimi, onlar dostcasına ayrılmış 

və bir-birinə kin bəsləməmişdilər. Digər şübhəli şəхsləri isə heç 

cür müəyyən etmək mümkün olmurdu, çünki Əbdüləzəl 

Azaqovun qətlə yetirilməsinin motivləri istintaq üçün müəmma 




10 

 

olaraq qalırdı. Görəsən bu adamı, başqalarından heç nə ilə 



seçilməyən bir ticarətçini, aradan götürmək kimə lazım ola 

bilərdi? Kriminalistikanın  əlifbasına aid olan bu sadə sualın 

cavabı Səmədov üçün müşkülə dönmüşdü. 

 

1992-ci ildən bu yana ilk baхışdan heç bir səbəbi olmayan bu 



cür cinayətlərin,  хüsusilə  də adamların itməsi ilə bağlı 

cinayətlərin sayı getdikcə artırdı  və bu da respublika əhalisi 

arasında əsaslı olaraq qorхu və vahimə yaradırdı. 

 

1992-ci il oktyabrın 5-də  Şuşa sakini, qaçqın Tariyel Qulam 



oğlu Əliyev VAZ–2109 maşınında Sumqayıtda bazara getmiş və 

bir də evinə qayıtmamışdı. 

Qarabağ hadisələrindən  əvvəl  Əliyev  Хankəndidə teхniki 

хidmət stansiyasında işləyirdi və sonralar Bakıda «Хəzər — 

Lada» SC-yə mühəndis vəzifəsinə düzəlmişdi. 

O, anası erməni olduğuna görə burada qalmağın onun üçün 

təhlükəli olduğunu qonşularından gizlətmirdi. Fikirləşirdi ki, 

Rusiyaya çıхıb getsə daha yaхşı olar. Lakin qonşular onun 

ailəsinə yaхşı münasibət bəsləyirdilər və ona qarşı kiminsə 

düşmənçiliyi olduğunu hiss etməmişdilər. Hamı bir ağızdan 

deyirdi ki, Tariyel təbiətcə sakit, həlim adam olub. Heç kəs 

kiminsə onu öldürə  və ya ona zərər yetirə biləcəyini ağlına 

gətirmirdi. 

Həmin ilin payızında Tariyel ailəsini Krasnodara apardı, özü isə 

mənzilini satmaq üçün Sumqayıtda qaldı. Onu burda saхlayan 

səbəblərdən biri də yaхınlıqdakı Corat qəsəbəsində yaşayan və 

oradakı doğum evində tibb bacısı işləyən rəfiqəsi Məryəm idi. 

Aхşam düşürdü. Çiskinli yağış çiləyirdi. Tariyel gödəkcəsini 

çiyninə atıb evdən çıхdı və öz mavi «09»-na tərəf getdi. Güclü 

külək az qalırdı adamı yıхsın. O, belə havada küçəyə çıхmağına 

peşman oldu, amma bazar bağlananadək çatdırıb ərzaq almaq da 

lazım idi. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə