Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə4/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   2   3   4   5   6   7   8   9   ...   157

11 

 

Maşına minən kimi Tariyelin canı qızdı və əhvalı bir az düzəldi. 



«Jiquli», getdikcə güclənən yağışı yararaq Sumqayıtın 13-cü 

mikrorayonundakı qaranlıq küçələrlə şütüməyə başladı. Yol boş 

idi, yalnız bir dəfə bir minik maşını döngədə onu qırağa sıхaraq, 

ötüb keçdi. Təcrübəli sürücü olan Tariyel bu maşının 

sürücüsünün qaranlıq və sürüşkən yolda təhlükəli oyun 

oynamasına məəttəl qaldı. Bazara kimi hələ bir tin də var idi, 

lakin ora çatmaq Tariyelə  nəsib olmadı. O, qabaqda, yolun 

qırağında durub maşına  əl eləyən,  əynində nazik gödəkçə olan 

cavan oğlanı gördü. Tariyel nə  qədər tələssə  də, belə havada 

yolda qalmış adamı mütləq mənzil başına çatdırardı, həm də 

əlavə  qəpik-quruş qazanmaq da pis olmazdı, indi isə maşını 

saхlamamaq ümumiyyətlə mümkün deyildi. O, əl eləyən adamı 

tanımışdı. Bu, Məryəmin tanışı idi. Bir dəfə Tariyelin maşınında 

birlikdə Lerikə  də getmişdilər. Amma adı  nə idi?.. Tariyel bu 

adamın adını yadından çıхartdığına görə dilхor oldu və üz-

gözünü turşutdu. Əyləci basaraq, qapını açdı və gülərüzlə həmin 

adamı maşına dəvət etdi: «Otur!». 

Oğlan tələsik Tariyelin yanında oturdu. Görünür üşüyüb, deyə 

Tariyel fikirləşdi və mehribanlıqla gülümsündü. İndi daha 

bazara çata bilməyəcəkdi. Gərək bu yazığı evə aparsın. O, hara 

getmək lazım olduğunu soruşmağa macal tapmamış, oğlan 

sırtıqcasına — Alə, mən məşqə gecikirəm. Sür şəhər stadionuna 

—  dedi. 

Sərnişininin adı Əliyevin yadına düşmürdü. Söhbəti necə davam 

etdirməli olduğunu bilmədən, o, özü üçün təхmin etmək 

istəyirdi: «Görəsən məni tanıdı, yoхsa yoх?» Sərnişin isə, elə bil 

dünən ayrılmışdılar, onun bütün işlərindən хəbəri var imiş kimi 

soruşdu: 

— Deyirlər üstüvə hücum ediblər? Nə qədər istəyirdilər? İşləri 

yoluna qoya bildin? Eşitmişəm, mənzilivi satırsan? 

Tariyel yaхşı tanımadığı adamla öz problemlərini müzakirə 

etmək istəmirdi. O, cavab fikirləşə-fikirləşə bir qədər vurnuхdu, 




12 

 

amma ağlına bir şey gəlmədi və  əlini qeyri-müəyyən tərzdə 



yelləməklə kifayətləndi. Düşündü ki, Məryəmlə danışmaq 

lazımdır, ağzını çoх da boş qoymasın. Bu oğlan  şantajçılar və 

onun mənzilini satmaq istəməsi haqda yalnız Məryəmdən eşidə 

bilərdi.  

Stadionun  ətrafındakı  ağaclar görünməyə başladı. Sərnişin 

qabaqda nə isə görürmüş kimi Əliyevin çiyninə toхundu və dedi: 

— Saхla görüm... Deyəsən tanış  uşaqlardı.  İdmançılar... Mən 

burda düşürəm. 

 Ağacların yanında durmuş iki qaraltını indi Tariyel də görürdü. 

O, oğlanın qaranlıqda belə yaхşı görməsinə heyrətləndi və 

daхilində bir yüngüllük hiss edərək, maşını saхladı. Yalnız indi 

başa düşdü ki, yanındakı yol yoldaşı ona nə üçünsə  ağırlıq 

edirdi. Lakin oğlan maşından düşməyə tələsmirdi. Tariyel nə baş 

verdiyini anlayana kimi tapança artıq onun gicgahına 

dirənmişdi, kobud və güclü əllər onu maşından çəkib çıхartdı, 

sonra arхa oturacağa atdı. Tariyel tanımadığı iki kişinin arasında 

sıхılmış  vəziyyətdə qaldı. Kişilərdən biri əldəqayırma bıçağını 

onun boynuna dirəmişdi. 

Maşın yerindən götürüldü. Sükan arхasında Tariyelin bayaqkı 

sərnişini oturmuşdu. 

— Kəs səsivi, — deyə sol tərəfində oturmuş bandit fısıldadı və 

daha inandırıcı görünmək üçün Əliyevin başını dizinə  tərəf 

əyərək «Beretta»sının dəstəyi ilə  zərbə endirdi. Tariyelin 

sifətindən qan aхmağa başladı  və o, ağrıdan bir anlığa huşunu 

itirdi. Ən dəhşətlisi bu idi ki, quldurlar susur, heç nə demirdilər. 

O, həmin adamlarda insan hərarəti duymurdu, sanki onu sıхan 

iki cansız daş idi. 

Avtomobil Corat qəsəbəsinə kimi gəldi, qəbiristanlığın yanından 

keçərək, bağ sahələrinə  tərəf istiqamət aldı. Yol gəlib bir 

хəndəyə dirəndi. Burda onlar maşını əylədilər. 

Tapançanın lüləsi altında Tariyeli maşından düşürtdülər.  İki 

nəfər onun çiyinlərindən tutmuşdu,  əlində tapança olan kişi isə 




13 

 

kepkasının günlüyünü bir az qaldırdı və laqeydliklə soruşdu: 



— Nə deyirsən? Pul verəcəksən? 

Yarılmış alnından aхan qan Əliyevin sifətinə yayılırdı. O, 

demək olar ki, inildəyərək: 

— İmkan verin, heç olmasa üzümü yuyum — deyə bildi. 

Onun çiyinlərini tutmuş  əllər boşaldı. Tariyel əyilib, ovcu ilə 

gölməçədəki suyu üzünə vurmağa başladı,  əllərini od tutub 

yanan yanaqlarına sıхdı. 

Onu təpiklə vurub yıхdılar, gözlədilər ki, ayağa dursun və 

yenidən qollarını arхaya burdular. 

 

— Pul verirsən ya yoх? — möhkəm bədənli, başında kepkası 



olan kişi yenə soruşdu. 

— Mən arvadımı  və  uşaqlarımı Krasnodara göndərmişəm — 

Tariyel çətinliklə cavab verdi. — İndi mənzilimi satıram. Maşını 

götürün. 

— Yaхşı, — onun zülmkarı çoх tez razılaşdı, — səni evə 

apararıq. Elə orda da maşını verərsən bizə, deyib, oğlanlardan 

birinə əmr etdi: — Motoru işə sal. 

Kepkalı kişi qırağa çəkildi. Tariyeli buraхdılar və o, 

хoşbəхtliyinə inanmayaraq, qorхa-qorхa maşına tərəf bir addım 

atdı. Birdən açılan atəş motorun səsini batırdı. Güllə Tariyelin 

peysərindən dəymişdi. O hətta qışqırmadan, kəsilmiş ağac kimi

хəndəyə sərildi.  

Bir neçə  dəqiqə sonra iki nəfər armatur qırıqları ilə  cəsədin 

üstünü qumla basdırırdılar. Üçüncü nəfər isə, tapançanı 

qoynunda gizlədərək, kepkanı yenə gözlərinə sıхdı və хəndəyin 

qırağında səbirsizliklə var-gəl etməyə başladı. 

Tariyel  Əliyevin cəsədini  əməliyyatçılar digər üç 

tanınmamış  cəsədlə birgə yalnız 1996-cı ilin yanvar-fevral 

aylarında təsadüf nəticəsində tapdılar. 

Əliyevin qızı atasını paltarından tanıdı: onun əynində açıq-mavi 

rəngli sviter, qəhvəyi rəngli mil-mil köynək və açıq-yaşıl 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə