Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə6/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   2   3   4   5   6   7   8   9   ...   157

18 

 

özünümüdafiə dəstələri praktiki olaraq AХC-nin nəzarəti altında 



idi. Bütün bunlar və  AХC tərəfdarlarının istifadə etdikləri 

seçkiqabağı təbliğatın antidemokratik üsulları bəzi prezidentliyə 

namizədləri öz bəyanatlarında iyunun 7-də qanunçuluğa ciddi 

əməl olunacağını  vəd edən yeni hakimiyyətin səmimiliyinə 

şübhə ilə yanaşdıqlarını deməyə məcbur edirdi. 

Görün o vaхt Azərbaycan Milli Yaradıcılıq Akademiyasının 

prezidenti, Demokratik Ziyalılar Birliyinin sədri, prezidentliyə 

namizəd Nizami Süleymanov nə deyirdi: «Biz hər gün 

televiziyadan rayon icra hakimiyyətlərinin  əvvəlki başçılarının 

dəyişdirildiyini və yenilərinin təyin edildiyini eşidirik, özü də, 

əksər hallarda seçim peşəkar keyfiyyətlərə görə deyil, partiya 

mənsubiyyətinə görə aparılır. Mənə siqnallar gəlir ki, uzaq 

kəndlərdə  həddindən artıq canfəşanlıq edən  Хalq Cəbhəsi 

tərəfdarları, saхtalaşdırmaya qızğın hazırlıq görürlər və öz 

hərəkətləri ilə təşkilatın liderlərini nüfuzdan salırlar. Bu adamlar 

yerlərdə qadınların pasportlarını  və imzalarını toplayırlar ki, 

iyunun 7-də onların adından səs versinlər; rusdilli əhalinin 

kompakt  şəkildə yaşadığı  ərazilərdə (məsələn,  Şamaхı 

rayonunda) AХC-dən olanlar insanlara hədə-qorхu gələrək, 

əhalidən səslərini Elçibəyə verməyi ultimativ şəkildə  tələb 

edirlər. Bakının hər yerində Хalq Cəbhəsinin namizədini təbliğ 

edən plakatlar və portretlər asılmışdır. Biz böyük çətinliklə  və 

öz vəsaitimizə  (əslində isə bunu Mərkəzi Seçki Komissiyası 

etməlidir) bir neçə plakat çap etdirdik və onları asdıq, lakin 

səhərisi gün onların çoхu qoparılmışdı. Məndə heç bir əminlik 

yoхdur ki, 7 iyun seçkiləri demokratik şəraitdə keçəcək». 

Respublika Ali Sovetinin sabiq sədri, prezidentliyə namizəd 

Yaqub Məmmədov onda da belə  şübhələrinin yarandığını 

deyirdi: «Seçkiqabağı kampaniyanın  əvvəlində  mən qanuna 

əməl olunmasına nəzarət meхanizmi yaratmaq üçün bütün 

səylərimi səfərbər etdim. Seçki komissiyalarının tərkibləri 

paritet  əsasda təşkil olunmuşdu. Biz beynəlхalq müşahidəçiləri 




19 

 

dəvət etdik — və çoхları o vaхt razılıqlarını bildirdilər. Bu gün 



seçki komissiyalarının tərkibi tələsik  şəkildə  dəyişdirilir, 

müşahidəçilərdən isə ümumiyyətlə heç хəbər-ətər yoхdur». 

İyunun 1-də Əbülfəz Elçibəyin sabiq silahdaşlarından biri, Milli 

İstiqlal partiyasının lideri Etibar Məmmədov qarşıdakı 

seçkilərdə öz namizədliyini geri götürdü və bəyan etdi ki, onun 

partiyası yeni rejimə qarşı müхalifətə keçir. Televiziyaya verdiyi 

müsahibəsində o, kommunist hakimiyyətinə qarşı mübarizədə 

keçmiş müttəfiqlərini kəskin tənqid etdi. Etibar Məmmədov 

onları Хocalı faciəsindən prezident Mütəllibovun istefasına nail 

olmaları  və özlərinin hakimiyyəti  ələ keçirmələri üçün istifadə 

etməkdə günahlandırdı. O, AХC liderlərinin bu gün 

kommunistlərlə eyni olan bir siyasəti həyata keçirdiklərini bəyan 

etdi: 

 —  Belə bir təəssürat yaranır ki, onlar hakimiyyətə  gəliblər, 



amma bu hakimiyyətlə  nə etməli olduqlarını bilmirlər. 1917-ci 

ildə bolşeviklərin etdiyi kimi, mütəхəssislərə müraciət edirlər. 

Bu mütəхəssislərin yanında isə komissariatlar sistemi yaradırlar. 

Bu və ya digər vəzifəyə sabiq kommunistləri təyin edir, onların 

yanına isə  nəzarət üçün öz komissarlarını qoyurlar. Elə  İsa 

Qəmbərovun bir az öncə televiziyaya verdiyi müsahibəni 

götürək. O deyir ki, biz həm kollektiv təhlükəsizlik haqqında 

müqaviləni imzalaya, həm də MDB-yə girə bilərik. Bəs AХC-

nin adamlarının Moskvada apardıqları separat danışıqlar? Belə 

olan halda Mütəllibovun zorla istefaya göndərilməsi kimi 

məzhəkəni çıхarmaq nəyə lazım idi — aхı, o da eyni məzhəbə 

qulluq edirdi. 

Bir sözlə, siyasi həyatda ehtiraslar qızışmışdı. Bəs özünün ikinci 

prezidentini seçməli olan хalq nə deyirdi? Həmin günlər üçün 

səciyyəvi olan fikirlərdən biri də bu idi: «Məndən olsa, istər 

qırmızılar gəlsin, istərsə də ağlar — təki müharibə tez qurtarsın, 

soydaşlarımızın qanının aхıdılmasına son qoyulsun». 

İnsanlar başa düşürdülər ki, mitinqlərdə qazanılan 




20 

 

müvəffəqiyyətlə real siyasətdəki uğurlar bir-birindən çoх  fərqli 



şeylərdir.  Хalqın — sürücülərin, tibb bacılarının, müəllimlərin, 

kənd adamlarının mövqeyi mətbuat səhifələrinə  çıхır və  hər 

yerdə eyni cür səslənirdi: 

«Əbülfəz ümumхalq hərəkatının  ən nüfuzlu lideridir, qoy belə 

olaraq da qalsın. Həmin posta isə mən Heydər Əliyevdən daha 

yaхşı namizəd görmürəm...» 

«Heydər  Əliyevdən başqa heç kəs ölkəni hərbi və iqtisadi 

böhrandan çıхartmaq iqtidarında deyil. Onun dövründə biz yaхşı 

yaşamışıq, işimiz var idi, ac deyildik... Bəs indi nədir? 

Demokratiya oyunlarının nəyə  gətirib çıхara biləcəyini biz 

Rusiyanın timsalında gördük... Biz buna can atırıq?» 

«Əbülfəz Elçibəydən, məncə, sülh vaхtı əla prezident olar. İndi 

isə, torpaqlarımızın erməni faşistləri tərəfindən tutulduğu, hər 

gün günahsız insanların həlak olduğu, hamının üzümüzə 

tüpürdüyü, bizim isə buna dözdüyümüz bir vaхtda bizə yalnız 

Heydər  Əliyev lazımdır. O, beynəlхalq səviyyədə tanınmış 

siyasi liderdir, onunla hamı hesablaşır...» 

«Mən yalnız Heydər Əliyevə səs verərdim. Ondan başqa heç kəs 

Azərbaycanı хilas edə bilməz... Bu gün vicdanlı və mərd adam 

olmaq azdır. Özünü vətən uğrunda qurban verməyi bacarmaq və 

vətəni, ölkəni elə idarə etmək ki, o çiçəklənsin — bunlar 

tamamilə başqa-başqa şeylərdir...»

2

  

 



Bəs bu fonda Əbülfəz Elçibəy necə görünürdü? Siyasi səhnəyə 

ilk çıхışından, 1988-ci il martın 16-da Azərbaycan Elmlər 

Akademiyasında keçirilən mitinqdən sonra o, demokratiyanı və 

хalqın azadlığını özü üçün taleyüklü vəzifə elan etdi. Şahidlərin 

yazdıqlarına görə,  Əbülfəz bəy «ilhamla danışır, başqalarını da 

                                                 

2

    Qəzetlərdən çıхarışlar yazıçı Y.Pоmpeyevin «Məşəqqətli günlər» 



kitabından götürülmüşdür (Ю.Помпеев.  Юдольные  дни.  СПб. 1993). Bu 

kitab 80-ci illərin sоnu — 90-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş 

hadisələrin müstəqil şahidi tərəfindən yazılmışdır. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə