Microsoft Word ekologiya doc



Yüklə 327,11 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix20.10.2017
ölçüsü327,11 Kb.
#5988
1   2   3   4   5   6   7   8   9   ...   13

 

6

edildi.  BMT-nin Baş Məclisi 1972-ci il dekabrın 15-də iyunun 



5-ni “Ətraf Mühitin Mühafizəsi Günü” elan etdi. İndi bütün 

dünyada olduğu kimi Azərbaycanda da iyunun 5-i  müxtəlif 

tədbirlərlə qeyd edilir. 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan 

sonra, digər  sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi 

sahəsində  də öz müstəqil siyasətini  formalaşdırmağa başladı. 

Keçmiş Sovetlər  İttifaqının tərkibində    Azərbaycanın belə bir 

imkanı yox idi. Moskvada hazırlanan ekoloji siyasət insanın və 

təbiətin sağlamlığının mühafizəsindən daha çox, mərkəzin 

iqtisadi maraqlarının təmin olunmasına xidmət edirdi. Məhz 

həmin siyasətin acı nümunələri kimi Sumqayıt  şəhərindəki 

əksər sənaye obyektlərini, Bakı  şəhərinin  ətrafındakı mazut 

göllərini, şorlaşmış Kür-Araz ovalığı torpaqlarını, Qəbələ RLS-

i, Gəncə  alüminium zavodunu  və s. göstərmək olar. 

Ekoloji problemlər Azərbaycana rəhbərlik etdiyi bütün 

dövrlərdə ümummilli liderimiz, suveren Azərbaycanımızın 

qurucusu Heydər Əliyevin daim nəzərində olmuşdur. Vətənini 

ürəkdən sevən bu şəxs respublikamızın üzləşdiyi ekoloji 

problemləri görmüş  və onların aradan qaldırılması üçün var 

qüvvəsi ilə çalışırdı. O, bu məqsədlə    ətraf  mühitin 

mühafizəsinə    və insanların sağlamlığına təminat yaradan  

mütərəqqi texnologiyaya malik yeni müəssisələrin  tikilməsinə,  

yaşıllıqların və parkların salınmasına, ekologiya sahəsində 

mütəxəssislərin  hazırlanmasına xüsusi diqqət yetirmişdir. 

1995-ci ilin noyabr ayının 12-də  qəbul olunmuş 

Azərbaycan Respublikası Konstitusiyasında ilk dəfə olaraq 

“Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır” (39-

cu maddə) maddəsi öz əksini tapdı. Bu maddənin icrası üçün 

Azərbaycan Respublikasının Milli Məclisi  ətraf mühitin 

mühafizəsi, təbii sərvətlərdən istifadə olunması ilə bağlı 

çoxsaylı  qanunlar qəbul etdi. Eyni zamanda bu qanunların 

pozulması ilə  əlaqədar olaraq müvafiq məsuliyyətlər də 

(inzibati və cinayət məsulliyyətləri) müəyyənləşdirildi. 

1999-cu il 8 iyunda “Ətraf Mühitin Mühafizəsi  

haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 



 

7

Bu qanunda hər kəsin  ətraf mühiti qorumaq və ona qayğı ilə 



yanaşmaq vəzifələri öz əksini tapdı.  

 Uzun 


müddət respublikada ətraf mühitin mühafizəsi və 

onun qorunmasına nəzarət edilməsi sahəsindəki idarəetmədə 

bir hərc-mərclik var idi. Belə ki, ümumi nəzarət funksiyasını 

Dövlət Ekologiya və  Təbiətdən istifadəyə  Nəzarət Komitəsi 

həyata keçirsə  də, atmosferin mühafizəsi ilə Dövlət 

Hidrometeorologiya Komitəsi, yerin təkilə Dövlət  Geologiya 

və Mineral Ehtiyatlar Komitəsi, meşə sərvətləri ilə “Azərmeşə” 

İstehsalat Birliyi, balıqçılıqla bağlı  məsələlərlə “Azərbalıq” 

Komitəsi məşğul olurdu. İdarəetmə strukturunda aparılan 

islahatlar bu problemi də aradan qaldırdı. Azərbaycan 

Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 485 saylı 

Fərmanı ilə bu komitələrin bazasında Ekologiya və  Təbii 

Sərvətlər Nazirliyi yaradıldı. Həmin ilin 18 sentyabrında 

Prezidentin Fərmanı ilə Nazirliyin Əsasnaməsi təsdiq olundu. 

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii 

mühitdə yaşaması  və  təbii sərvətlərdən xalqımızın rifahının 

yaxşılaşdırılması naminə istifadəsi hal-hazırda daim ölkə 

başçısının diqqət mərkəzindədir. Azərbaycan Respublikasının 

Prezidenti  İlham  Əliyev tərəfindən imzalanmış 28 sentyabr 

2006-cı il tarixli “Azərbaycan  Respublikasında ekoloji 

vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün 

kompleks tədbirlər planı” haqqında Fərman bu sahədə olan 

problemlərin həllinə yönəldilən  sənədlərdən biridir. 

            Ölkəmizdə ekoloji vəziyyətin tənzimlənməsində 

mühüm  əhəmiyyət daşıyan bu sənəd, eyni zamanda ekoloji 

təbliğat və ekoloji maarifləndirməni, bu sahədə görüləcək 

işlərin geniş əhali kütləsinə çatdırılmasını tələb edir. 

Respublikamızda təbiəti mühafizə sahəsində atılan 

addımlardan  ən vacibi, ən xeyirxah işlərdən biri də  nəsli 

tükənməkdə olan heyvan və bitki növlərini qoruyub saxlamaq 

məqsədilə qoruqların təşkil olunmasıdır. Bu gün Azərbaycan 

Respublikası Ekologiya və  Təbii Sərvətlər Nazirliyinin 

tabeliyində 6 Milli park, 13 dövlət qoruğu  və 19 dövlət 

yasaqlığı mövcuddur. Bundan əlavə  30 xüsusi əhəmiyyətli 




 

8

meşə  əraziləri, təbii  qruplar, yaşı 100 ildən artıq olan 2083 



ağac, 73 geoloji və paleontoloji obyektlər təbiət abidələri 

siyahısına daxil edilib. Ümumiyyətlə, bu gün respublika 

ərazisində xüsusi mühafizə olunan təbiət  əraziləri ölkə 

ərazisinin 8 faizindən çoxunu təşkil edir. 

     İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. Təbiət 

insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti 

cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir.  XX 

əsrin  


başlanğıcında yer kürəsinin  əhalisi təmiz hava alır,  saf su 

içirdilər. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab 

edilirdi.  İndi  bəşəriyyət elə problemlərlə üz-üzə  gəlmişdir ki, 

onlar insanın mövcudluğunu təhlükə altına almışdır. 

Ekoloqların fikrincə, əgər bəşəriyyət bu yolu davam etdirərsə, 

yaxın bir neçə nəsildən sonra onu fəlakət gözləyir.  

 Atmosferin  çirklənməsi, torpaq örtüyünün qüvvədən 

düşməsi və xarab olması, su hövzələrinin kimyəvi zəhərlənməsi 

belə problemlərin  ən vaciblərindəndir. 

Hal- hazırda ekologiyanın  ən qlobal  problemlərindən 

biri də  ətraf mühitin radioaktiv maddələrlə  çirklənməsidir. 

Sənayenin inkişafı,  əhalinin artması, insanların təbiətə  təsiri 

hamımız üçün bir olan Yer kürəmizin kimyəvi və bioloji 

tarazlığını dəyişib. 

Ümumdünya Səhiyyə  Təşkilatının məlumatına  əsasən 

bütün dünyada xərcəng xəstəliyinə tutulanların dörddə üçünün 

səbəbi ətraf mühitin çirklənməsidir. Ətraf mühitin çirklənməsi 

şəhərlərdə günəşli günlərin sayını azaldır, bitki aləmini, tikinti 

materiallarını  və abidələri məhv edir. Ətraf mühitin 

çirklənməsinin  ən təhlükəli nəticəsi insan orqanizmində  mənfi 

mutasiyalara səbəb olmasıdır. Bu səbəbdən fiziki və zehni 

çatışmamazlıqları olan uşaqlar dünyaya gəlir, sonsuzluq halları 

müşahidə edilir, irsi ağır xəstəliklər adi hal alır. 

1986-cı il Çernobıl qəzasının ölkəmizə  həm birbaşa, 

həm də    dolayısı  təsiri olmuşdur. Belə ki, 7 minə yaxın 

Azərbaycan  vətəndaşı  qəzanın aradan qaldırılmasında 

şüalanmaya məruz qalmışdır.  Şüalanmış  ərzaq məhsulları 

Moskvanın təkidi ilə əhaliyə satılmışdır. Çernobıl hadisəsindən 




Yüklə 327,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə