Microsoft Word ekologiya doc



Yüklə 327,11 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix20.10.2017
ölçüsü327,11 Kb.
#5988
1   2   3   4   5   6   7   8   9   ...   13

 

16

 

Həm yerin, həm göyün sirrini aşkar

Oxudum bir gülün ləçəklərindən. 

Böcəklər, çiçəklər, güllər, arılar, 

Kim deyir ayrıdır biri-birindən. 

Eşqdir yaşadan təbiəti də 

Çiçəklər torpağın min bir rəngidir, 

Böcəklə çiçəyin məhəbbəti də 

Ana təbiətin öz ahəngidir. 

 

Bəxtiyar Vahabzadə, Xalq şairi 

 

Zülmət gecələrdə parlayan şimşək, 



Yol üstə göz qırpan mayak deyilmi? 

Gəlin təbiəti biz də düşünək

O özü hər şeyi düşünən kimi. 

Hüseyn Arif, Xalq şairi 

 

Təbiətdə heç nə  şərti olaraq baş vermir, hər bir hadisə 

digərlərinə  təsir göstərir və  əksinə: Bu danılmaz fakta 

təbiətşünasların göstərdikləri biganəlik hissi əksər hallarda 

həyatda hətta ən sadə şeyləri belə aydın görməyə imkan vermir.  

 

Fridrix Engels, mütəfəkkirr, iqtisadçı 

 

Dünyanı gözəllik  xilas  edəcək. 



 

Fyodor Mixailoviç Dostoyevski, rus yazıçısı 

 

Təbiət elminin əsas məsələlərindən başı  çıxan insan 



baxılan problemlərə dair asılılıq olmadan, ideyalar yaratmaq 

iqtidarında ola bilər. 



Nəsirəddin Tusi, filosof 

 

 



 

17

Hər şey torpaqdan yaranır, hər şey son nəticədə torpağa 



qayıdır. 

Ksenofon, filosof-təbiətşünas 

 

Dünyada qüvvələr çoxdur, lakin təbiətdə insandan 

qüvvətli heç nə yoxdur. Təbiətlə insan üzvi əlaqədədir, lakin 

son illərdə ana təbiətlə onun övladı arasında müəyyən mübarizə 

başlanmışdır. Elə bil insan həddini aşaraq hər dəqiqə  təbiətə 

təslim aktını imzalamağı təklif edir. Lakin onu unutmaq olmaz 

ki, insan təbiətlə maddi tarazlıq halında mövcuddur. O, özünə 

lazım olan hər cür maddi nemətləri təbiətdən götürür. 

 

Sofokl, yunan yazıçısı 

 

Təbiətə qarşı öz əməllərimizlə bizim səhv etməyə 



haqqımız yoxdur. 

 

Çarlz Elton, ekoloq 

 

Həyat yerin cansız kimyəvi səthini əbədi, fasiləsiz 



pozan böyük qüvvədir. 

 

Vladimir İvanoviç Vernadski, akademik 

 

 

 

                           Gözü intizarda hər axşam-səhər 

Təbiət haqq-hesab  istəyir bizdən 

Bu gün bacalardan çıxan tüstülər 

   Sabah çıxacaqdır əsəbimizdən 

 

Tofiq Mütəllibov, şair



 

18

AZƏRBAYCAN EKOLOGİYASI VƏ 



KİTABXANALARIN QARŞISINDA DURAN 

VƏZİFƏLƏR 

 

Azərbaycan təbiəti zəngin bir muzeydir. Burada 

mövcud 11 iqlim qurşağından 9-nun olması onu daha zəngin və 

rəngarəng edib. Təbiətin Azərbaycana bəxş etdiyi  zəngin 

yerüstü və yeraltı  sərvətlər xalqımızın tarixində müstəsna rol 

oynamış, bu torpağın füsunkar təbiəti nadir istedad sahibi olan 

böyük sənətkarlarının ilham mənbəyi olmuşdur. 

Son 


əsrlərin 

ən qlobal ekoloji problemləri 

Azərbaycandan da  yan keçməmişdir. Bunun nəticəsidir ki, 

Respublikamızda ekoloji problemlərə diqqət xeyli artmış, bu 

mövzuya həsr olunmuş onlarla qanun, qərarlar qəbul edilmiş

yüzlərlə konfrans, seminar və toplantılar keçirilmişdir. Bu gün 

ekoloji problemlərin həlli bəşəriyyətin, böyükdən kiçiyə qədər 

hamının bu işə  cəlb olunmasını  tələb edir. Heç kimin bu 

problemdən kənarda qalmağa mənəvi haqqı yoxdur. Milli 

Məclis tərəfindən qəbul olunmuş  və Respublika Prezidentinin 

təsdiq etdiyi “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi 

haqqında” (2003), “Ətraf mühitin mühafizəsi haqqında” (1999) 

Qanunları, Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyevin 28 sentyabr 2006-cı il tarixli “Azərbaycan 

Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 

2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”  haqqında 

Fərmanı məsələnin nə qədər aktual və vacib olduğundan xəbər 

verir. Dövlət də  təbiətdən istifadə  məsələsinə  nəzarəti 

gücləndirməyi,  əhalinin ekoloji tərbiyəsini diqqət mərkəzində 

saxlamağı zəruri sayır. Bu məsələnin aktuallığını nəzərə alaraq 

kitabxanaların qarşısında çox mühüm vəzifələr durur.  

Ekologiyanın və  təbiətin qorunması  məsələlərini təbliğ 

edəcək  hər bir müəssisənin rəhbəri  ekologiyaya aid ətraflı 

nəzəri biliyə  və müəyyən praktiki vərdişlərə yiyələnməli

təbiəti mühafizəyə dair qanunvericiliyi bilməli, gündəlik 

fəaliyyətində onları tətbiq etməyi bacarmalıdır. 




 

19

 



 MKS-lərin və kütləvi kitabxanaların qarşısında duran ən 

mühüm vəzifələrdən biri Respublika rəhbərliyinin ekoloji 

siyasətini oxuculara çatdırmaqdır. Fərmanın icrası ilə əlaqədar 

kitabxanalarda tədbirlər planı hazırlanmalı  və il boyu yerinə 

yetirilməlidir. 

Xüsusən gənc nəslin təlim-tərbiyəsinə kömək etmək 

məqsədilə  (baxça və  məktəblərdə) ictimai təbliğat 

vasitələrindən  istifadə etməklə oxucuların ekoloji cəhətdən 

savadlanmasından başlamaq lazımdır. Doğma yurdun təbiətini, 

onun flora və faunasını qorumaq, yaşıllıq  yaratmaq, ağac 

əkmək və becərmək kimi  vərdişlər uşaqlara  kiçik yaşlarından 

aşılanmalıdır. Bu məqsədlə kitabxanalarda təbii sərvətlərin 

qorunmasına məhəbbət ruhunda tərbiyə  işi aparmaq, bitki və 

heyvanat aləminin əhəmiyyətini onlara izah etmək, təbiətə qarşı 

mərhəmətli və qayğıkeş olmaq  hissini aşılamaq lazımdır.  

Bütün ölkələrdə  təbiəti mühafizə haqqında xüsusi 

qanunlar mövcuddur. Hər kəs onları yerinə yetirməyə 

borcludur. Axı, bizim gələcək nəslimizə yaşıllıq, təmiz su, 

quşların oxuması, yerdəki bütün gözəlliklər lazımdır. Yer 

kürəsində 270 növ vəhşi heyvan qırılmışdır. Qırılmaq təhlükəsi 

olan başqa  heyvanların siyahısı “Qırmızı kitab”a daxil 

edilmişdir. Onlar qayğı ilə mühafizə edilir. Lakin qoruqlardan 

kənarda da insan təbiətə qayğı ilə yanaşmalı, təbii 

zənginliklərdən - torpaqdan, meşələrdən, balıq, quş  və  vəhşi 

heyvan  ehtiyatlarından ağılla istifadə etməlidir. Bundan ötrü 

təbiətin qanunlarını, bütün canlı orqanizmlərin xüsusiyyətlərini  

dərindən öyrənmək lazımdır. Hər bir kəs bilməlidir ki biz 

təbiətlə sıx əlaqədəyik və bizim hər birimiz həm indiki, həm də 

gələcək hərəkətlərimizə görə cavabdehik. Təbiəti qorumaq, 

onun sərvətlərini mühafizə etmək hər bir vətəndaşın borcudur. 

Kitabxanada oxucuları ekologiya haqqında qanunlar və  

ekologiya hüququ ilə tanış etmək üçün ekoloji qanunvericiliyə 

nəzarət edən orqanların köməkliyi ilə müxtəlif “Ekologiya 

hüququ haqqında nə bilirsiniz?”, “Ekologiyaya  aid qəbul 




Yüklə 327,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə