Microsoft Word ekologiya doc



Yüklə 327,11 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix20.10.2017
ölçüsü327,11 Kb.
#5988
1   2   3   4   5   6   7   8   9   ...   13

 

20

edilmiş qanunları tanıyırsınızmı?” və s. adlarda söhbətlər 



keçirmək olar.   

Ekoloji tərbiyə dünya standartlarına uyğun formada icra 

olunmalı,  əhalidə ekoloji şüur, psixologiya, təfəkkür, 

mədəniyyət, təlim-tərbiyə formalaşdırılmalıdır. Ekoloji 

tərbiyənin təməli uşaq baxçalarında qoyulmaqla orta 

məktəblərdə inkişaf etdirilməlidir. 

Məktəb kitabxanaları ilə birgə  məktəbdə  və baxçada 

kiçik yaşlı uşaqları “Təbiəti sevənlər” dərnəyinə cəlb etmək və 

“Ətraf mühit nədir?” mövzusunda aşağıdakı nümunə  əsasında 

söhbətlər keçirmək olar: Bu söhbətlərdə  kiçik yaşlı uşaqlarda 

ətraf mühit haqqında elementar təsəvvür yaratmaq lazımdır: - 

“Uşaqlar,  ətraf mühit dedikdə, işıq, hava, su və qida olduğu  

nəzərdə tutulur. Bunlar olmasa heç bir canlı yaşaya bilməz. 

Ölkəmiz sürətlə inkişaf edir. Şəhərlərimiz böyüyür. Yeni  

yaşayış məntəqələri, yollar, körpülər salınır, zavodlar, fabriklər, 

elektrik stansiyaları tikilir. Unutmaq  olmaz ki, bu inkişaf  

bəzən meşələrin  qırılması, otlaqların və  çəmənliklərin məhv 

olması hesabına baş verir. Hər çətinliyin öhdəsindən gələn 

insanlar bu problemləri də  həll edə  bilirlər. Zavod və 

fabriklərin buraxdığı 

zəhərli qazları 

zərərsizləşdirən, 

kanalizasiya sularını  təmizləyən qurğular tikməklə, qırılan 

ağacların  əvəzinə yeni ağaclar  əkməklə bu işin öhdəsindən 

asanlıqla gəlirlər”. Uşaqlara kiçik yaşlarından ağacları sevməyi,    

ağacların insanın yaşayışı üçün nə qədər əhəmiyyətli olduğunu

məktəb və sinif otaqlarının təmizliyinin nə qədər vacib olduğu 

haqda söhbətlər aparmaqla onlara başa salmaq lazımdır ki, əgər 

yer üzərindəki hər uşaq beş-altı çiçək, bir-iki kəpənək məhv 

etsə onların  nəsli kəsilə bilər. Ona görə  də  hər bir məktəbli 

ekoloq olmalıdır. Evdə heç nəyi sındırmaq olmadığı  kimi 

təbiətdə də heç nəyi sındırmaq olmaz fikrini kiçik yaşlarından 

məktəbliyə öyrətmək lazımdır. Yalnız bu yolla yaşadığımız 

mühiti sağlamlaşdıra, həyat üçün təhlükəsiz edə bilərik.  Ətraf 

aləmi məhv etsək özümüz də sağ qala bilmərik. Ekoloqlarımız 

şəxsi evimiz kimi  ümumi evimizi – Yer kürəsini təmiz və 

səliqəli saxlamağı məsləhət görürlər. 



 

21

Kitabxanada oxucuların ekoloji ədəbiyyata olan 



təlabatını ödəmək məqsədilə mütləq fondların 

komplektləşməsində Azərbaycan təbiətinə, ekoloji problemlərə 

aid kitabların toplanmasına fikir vermək lazımdır. Kitabxananın 

kataloq və kartotekalarında  “Azərbaycanın ekologiyası” adlı 

rubrika açılmalıdı. Ədəbiyyat çoxaldıqca ekologiyanın müxtəlif 

sahələrinə aid ədəbiyyatı “Ekologiya tarixi”, “Ekologiyaya aid 

qanun, qərarlar və  sərəncamlar”, “Bioloji müxtəliflik”, 

“Sənaye, tikinti ekologiyası”, “Səhralaşma”, “Dəniz və axar 

suların çirklənməsi” və s. adlarda yarımbaşlıqlar açmaq 

lazımdır. Tövsiyə ədəbiyyat siyahılarını tərtib etmək oxucuların 

maraqlandığı konkret mövzulara aid ədəbiyyatın daha tez əldə 

edilməsinə səbəb olar. 

Ekoloji tərbiyədə  bədii söz sənətinin rolu əvəzsizdir. 

Hər bir insanın mənəviyyatı keçmişinə, kökünə bağlılığı ilə 

ölçülür. Ta qədimdən odu allah, torpağı müqəddəs saymış 

babalarımız bulaq gözü açmağı, bağ salmağı xeyirxah iş 

sayıblar. Bütün bunları  böyüməkdə olan nəslin  şüuruna 

çatdırmaq kitabxanaçıların vəzifəsidir. Təbiətlə, onun 

qorunması ilə bağlı bir çox xalq deyimləri  və inanclar 

mövcuddur. Bu deyimlərlə və inanclarla  oxucuları tanış etmək 

üçün bu mövzuda yazılmış kitabları təbliğ etmək  və sərgilərin, 

plakatların tərtibində bu deyimlərdən istifadə etmək olar.  

Hələ XX əsrin əvvəllərində Həsən bəy Zərdabi “Bizim 

nəğmələrimiz” adlı  məqaləsində doğma diyarımızın təbiətini 

daha dərindən öyrənmək, sevmək və qorumaq haqqında 

qiymətli fikirlər irəli sürmüşdür.  

Azərbaycan diyarının füsunkar təbiəti, onun ceyranlı-

cüyürlü düzləri, başı  ərşə dirənən dağları, sonalı gölləri, 

zümzüməli  çayları… Xəzəri, Kəpəzi, Göy gölü, Kürü, Arazı ta 

qədimdən  söz ustalarının ilham mənbəyi olmuşdur.  Şair və  

yazıçılarımız öz əsərlərində  təbiətin gözəlliyini böyük 

məhəbbətlə qələmə almış və bu gözəlliyi dönə-dönə vəsf etmiş, 

rəssamlar gözəl təbiət təsvirləri yaratmışlar.  

Kitabxanalarda   “Azərbaycan təbiəti şairlərin gözü ilə”, 

“Rəssamların yaradıcılığında təbiət”, “Nizami yaradıcılığında 



 

22

təbiət”, “Azərbaycan təbiəti bədii  ədəbiyyatda” və s. 



mövzularda müxtəlif adlarda  tədbirlər keçirmək olar. Belə 

tədbirlərdən biri ədəbi-bədii gecələrdir. Hər bir ədəbi-bədii 

gecənin  əsasını  məruzə  təşkil edir ki, ədəbi kompazisiya və 

səhnələşdirmə ilə tamamlanır. Gecənin mövzusuna uyğun 

ədəbiyyat sərgisi, viktorina, ədəbi oyunlar hazırlanır.  Ədəbi-

bədii gecələrə yazıçı  və  şairlər dəvət oluna bilər. Vətənimizin 

füsunkar gözəlliyinə həsr edilmiş şeirlər yuxarı sinif şagirdləri 

tərəfindən ifa edilərsə, tədbir daha da maraqlı olar. Belə 

gecələrdə klubun bədii özfəaliyyət dərnəyinin üzvlərinin çıxışı, 

kiçik səhnəciklər və konsert proqramlarının hazırlanması da 

məqsədəuyğun olar. Təbii ki, bütün çıxışların məqsədi 

diyarımızın təbii gözəlliklərinə, təbiətin bizə verdiyi nemətlərə 

və onların mühafizə edilib qorunmasına həsr olunmalıdır. Yaz-

yay aylarında belə tədbirləri təbiətin qoynunda keçirtmək, daha 

çox iştirakçı toplamağa səbəb olar. 

Yüzillik yubileyini qeyd etdiyimiz böyük alim və ziyalı 

akademik Həsən Əliyev təbiətşünaslıq və ekologiya elminin bir 

çox sahələrində ömrünün sonuna qədər tədqiqat aparmış, 

yüzlərlə elmi əsərlərin və təbiət abidələrinin müəllifi olmuşdur. 

Təbiətin qorunması  məsələsinin ağrılı bir problem kimi üzə 

çıxdığı bir vaxtda akademik Həsən  Əliyev “Həyəcan təbili” 

(1976) əsərini yazdı. 

O, burada Azərbaycanda təbiətin kəskin deqrodasiyaya 

uğramasını  və onun qarşısının alınmasına böyük ehtiyac 

olduğunu göstərmişdir. Akademikin fikrincə  təbiəti qorumaq 

həm dövlətin, həm də hər bir vətəndaşın işi olmalıdır. 

Alimin  əsərlərinin  əsas qayəsi gənc nəsildə  vətənə, 

xalqa, təbiətə,  ətraf  aləmə  məhəbbət hissləri aşılamaqla 

gənclərin ekoloji tərbiyəsini formalaşdırmaq olmuşdur. Onun 

əsərlərinin təbliği, xüsusilə  də aktual olan ”Həyacan təbili” 

kitabının təbliği çox vacibdir. 

Akademik H.Əliyevin davamçıları olan alimlərdən 

Ekologiya və  Təbii Sərvətlər naziri H.Bağırov, Coğrafiya 

Institutunun direktoru, akademik B.Budaqov, A.Nadirov, 

U.Ələkbərov,  Ə.Nuriyev, S.Qarayev, N.Nəbiyev, N.İmanov, 



Yüklə 327,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə