Microsoft Word ekologiya doc



Yüklə 327,11 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix20.10.2017
ölçüsü327,11 Kb.
#5988
1   ...   5   6   7   8   9   10   11   12   13

 

30

annotasiya verilir. Təsvirin sol tərəfində kitabın  şifrəsi, sağ 



tərəfində isə MKS-nin bölməsinin adı göstərilir. 

Bülleten ayda bir dəfə buraxıla bilər və oxucular 

tərəfindən operativ istifadə olunmaq üçün  sistemin bütün 

bölmələrinə, həmçinin  xidmət  ərazisində yerləşən idarə  və 

təşkilatlara göndərilir.  

 Xalqımızın  ən  əziz bayramı olan Novruz bayramı 

ərəfəsində, ulu öndərimizin arzu və istəklərinin həyata 

keçirilməsini fəaliyyətinin  əsas istiqamətlərindən biri hesab 

edən Heydər  Əliyev Fondu yeni bir layihəni reallaşdırdı. 

Fondun prezidentinin şəxsi təşəbbüsü ilə  işlənib hazırlanmış 

“Hərəyə bir ağac  əkək” devizli layihənin icrasına  Əzizbəyov 

rayonundan başlanıldı. Layihənin  əhəmiyyətini yetərincə 

qiymətləndirən Bakı şəhərinin  digər təşkilatları da bu aksiyaya 

qoşularaq minlərlə  ağac  əkdilər. Kitabxanalar da bu aksiyaya 

qoşularaq məktəblərlə  əlaqə saxlayıb, uşaqlara bu layihənin 

əhəmiyyətini, səhralaşmaya qarşı bir tədbir kimi ağacların 

əkilməsininin, parklar salınmasının vacibliyi  haqda söhbətlər 

apararaq işin  əhəmiyyətini başa salmalıdırlar. Məktəbyanı 

sahələrdə ağacların əkilməsini və təmizlik işlərinin aparılmasını 

tövsiyə etməlidirlər. 

Bu işin islam dinində  də  təqdir olunduğunu aşağıdakı 

hədisdə  də görürük.  Məhəmməd Peyğəmbərin bir hədisində 

deyilir: yaxın  əsabələrinin biri soruşur ki, nə edək ki, savab 

yükümüz bir az da ağır gəlsin? Peyğəmbər Əleyhissalam cavab 

verir ki, ömrünüzə bir gün qaldığını bilsəniz də yenə ağac əkin, 

ən böyük savab ondadır.  

Uşaq və gənc oxucular arasında ekologiyaya aid disput 

və sual-cavab gecələrinin keçirilməsi məqsədəuyğundur. 

Disputun maraqlı cəhəti orasındadır ki, o, eyni məsələ ətrafında 

müxtəlif baxışları toqquşdurur, iştirakçıları düşündürür. 

Disputun hazırlanması  və keçirilməsi vaxtı, disputun 

auditoriyası, hansı oxucu kateqoriyası üçün hazırlandığını 

müəyyən etmək lazımdır. Disputun müvəffəqiyyəti  onun 

mövzusundan çox asılıdır. Dəqiq, aydın, konkret ad böyük 

təşkiledici  əhəmiyyətə malikdir. Mövzunun adı mübahisə  və 



 

31

onda iştirak etmək həvəsi doğurmalıdır. Onun keçirilməsinə 



oxucu fəallarını cəlb etmək   olar. Bura mütəxəssisləri, ictimai 

təşkilatların nümayəndələrini, yuxarı sinif şagirdlərini və disput 

hansı oxucu qrupu üçün təşkil edilirsə  həmin qrupdan da bir 

neçə  nəfəri daxil etmək məqsədəuyğundur. Aparıcı mövzunu 

dərindən bilməli,  məsələni  kəskin və maraqlı qoymağı 

bacarmaqla,  məsələni sübut etməyə qadir olan adam olmalıdır. 

Mübahisə doğuran məsələlərə aydınlıq gətirmək lazım olduqda 

suallara cavab verə bilməlidir. Mövzu ətrafında 4-6 sualla 

kifayətlənmək olar. Bunlar mövzunun əsas məsələlərini  əhatə 

etməli, məntiqi ardıcıllıqla düzülməlidir ki, müzakirə  həmin 

ardıcıllıqla getsin. Disputun suallarını müəyyən etmək  

aparıcının (kitabxanaçının) vəzifəsidir. Hazırlıq işi mövzunun 

və onun suallarının  müəyyən edilməsi ilə bitmir. O, (aparıcı) 

disputa hazırlaşan, onda fəal iştirak edən adamlara kömək 

göstərməlidir. Təşkilati məsələləri həll etdikdən sonra  aparıcı 

giriş sözü söyləməlidir. Bu zaman müzakirəyə verilmiş 

mövzunun  əhəmiyyəti,  əsas suallar, müzakirənin ümumi 

istiqaməti göstərilməlidir. Giriş sözündə müzakirə edilən 

problem haqqında mübahisəli fikirlər olduğunu söyləmək, 

oxucuları mövzu ətrafında və onun sualları  ətrafında çıxış 

etməyə, öz münasibətlərini bildirməyə çağırmaq lazımdır. 

Aparıcı son sözü  ilə disputa yekun vurur. 

Məsələn, “Səhralaşma - dünyanın qlobal problemi” adlı 

disputun suallarını veririk: 

1.Səhralaşma dedikdə nə başa düşürsünüz? 

2.Səhralaşmanı yaradan amillər hansılardır?  

3. Yaşıllıqların salınmasının əhəmiyyəti nədir? 

4. Azərbaycan  ərazisində  səhralaşmanın iqlim amillərinə  

necə təsir göstərir? 

5. Ermənilərin törətdikləri yanğınların səhralaşmada rolu. 

6.”Hərəmiz bir ağac əkək” layihəsinin rəhbəri kimdir? 

Müxtəlif məsələləri izah etməkdə sual-cavab gecələrinin 

rolu əvəzsizdir. Belə sual-cavab gecələri bir mövzulu (müəyyən 

bilik sahəsinə aid)  və çoxmövzulu olurlar. Gecənin xarakterini 

müəyyən edib, tədbirin nə vaxt keçiriləcəyi yer və vaxt barədə 



 

32

elan asılır. Suallar toplandıqdan sonra onlar qruplaşdırılır və 



müyəyyən edilir ki, hansı sahənin mütəxəssislərini dəvət etmək 

lazımdır. 

Gecənin təşkilində köməkçi 

əyani illüstrasiya 

materiallarından, sərgi və fotomaterialları  və bu məsələlərin 

geniş izahı verilmiş ədəbiyyatı oxuculara tövsiyə etmək, video 

çəkilişlərdən, sənədli filmlərdən və  İnternet səhifələrində olan 

məlumatlardan istifadə etmək yaxşı olardı. Sual-cavab gecəsi 

ona yekun vurulması ilə başa çatır və gecədə iştirak edənlərin  

cavablarının onları nə dərəcədə qane etdiyi, gələn gecənin hansı 

mövzuya həsr etmək lazım gəldiyini nəzərə almaları zərurətini 

bildirmələri vacibdir. Aşağıda ekologiyaya aid bir sual-cavab 

gecəsinin nümunəsini veririk: 

1. Ekologiya elmi nəyi öyrədir? 

2. Ətraf mühit dedikdə nə başa düşürsünüz? 

3. İqlim dəyişmələri nə kimi problemlər yaradır? 

4. Ekoloji hüquq nədir? 

5.“Təbiəti mühafizə və təbiətdən istifadə haqqında”Azərbay 

can Respublikasının Qanunu nə vaxt qəbul olunub? 

6. Azərbaycanda hansı qoruqlar var? 

7. Xüsusi qorunan ərazilər hansılardır? 

8. “Qırmızı kitab” nə üçün yaradılıb? Niyə bu kitaba 

“Qırmızı kitab” deyirlər? 

9.”Qırmızı kitab”a  daxil olmuş və xüsusi mühafizə olunan   

bitki və heyvan növlərindən hansını tanıyırsınız? 

10.Çernobıl hadisələri  nə vaxt baş verib və onun fəsadları? 

 

 Bu gün XXI əsrin astanasında olduğumuz atom və 



kosmos dövrü heç də uzaq keçmişə  bənzəmir, cəmiyyətin 

sürətlə inkişaf etdiyi indiki zamanda təbiətlə insan arasındakı 

münasibətdə arzu olunmaz qorxulu bir mənzərə yaranmışdır. 

Göz görə-görə  təbiətin istismarı elə bir dərəcədə 

qüvvətlənmişdir ki, təbii sərvətlər daha tez tükənməyə 

başlamışdır. Hazırda elmi texniki inqilab az da olsa ekoloji 

tarazlığa pis təsir göstərməklə hava hövzəsini, dəniz 



Yüklə 327,11 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə