41
verildi və növbəti ildən başlayaraq həmin gün bütün dünyada
təntənəli şəkildə qeyd olunmağa başlandı.
17 iyun – Ümumdünya quraqlıq və səhralaşma
ilə mübarizə günü
Səhralaşma - qlobal ekoloji və sosial - iqtisadi problemdir.
Bununla əlaqədar 1994-cü ildən 170 dövlətin imzaladığı
səhralaşma ilə mübarizə haqqında Konvensiya qüvvədədir. 17
iyunda qeyd olunan “Ümumdünya quraqlıq və səhralaşma ilə
mübarizə günü” 1994-cü ildə BMT-nin Baş Assambleyası
tərəfindən elan olunmuşdur. Elə həmin il Birləşmiş Millətlər
Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında
Konvensiya qəbul edilmişdir. Konvensiyada dövlətlərə
səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın
zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması
təklif olunur.
16 sentyabr – Beynəlxalq ozon təbəqəsinin
mühafizəsi günü
Nazik qaz sipəri olan ozon təbəqəsi Yer kürəsini günəşin
məhvedici radiasiyasından qoruyur və beləliklə, planetimizdə
həyatı mühafizə edir. Yer kürəsində olan bütün canlıları
ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması
problemi dünya ölkələri üçün birinci dərəcəli problemlərdən
sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir:
“Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru”. 1994-cü ildə
BMT-nin Baş Assambleyası sentyabr ayının 16-nı “Beynəlxalq
ozon təbəqəsinin mühafizəsi günü” elan etmişdir. Bu gün ozon
təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal
protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və
dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin
təbliğatına həsr etmək təklif edilmişdir. “Ozon təbəqəsinin
qorunması haqqında” Vyana Konvensiyasında əks olunan və
42
sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal
protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması
beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən
öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin
istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən
olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət
qoşulmuşdur.
22-28 sentyabr – Ümumdünya Dəniz günü
1978-ci ildən Beynəlxalq Dəniz Təşkilatı (BDT)
“Ümumdünya Dəniz gününü” qeyd edir. Bu günün tarixi hər
dövlət üçün həmin ölkənin Beynəlxalq Dəniz Təşkilatının
üzvləri tərəfindən təyin olunur. Azərbaycanda isə bu tarix 29
sentyabra təsadüf edir. Bu gün ictimaiyyətin diqqəti gəmiçiliyə
və dənizlərin mühafizəsinə cəlb olunur.
1977-ci ilin noyabrında keçirilmiş Hökumətlərarası Dəniz
Təşkilatı Assambleyasının 10-cu sessiyasında qərara alınmış
“Ümumdünya Dəniz günü” 1978-ci ildən qeyd olunur. 1980-ci
ilə kimi bu gün 17 martda qeyd olunurdu. Hazırki dövrdə isə bu
gün sentyabrın axırıncı həftəsi qeyd olunur.
Bütün dünyada bu bayramın keçirilməsinin məqsədi
ictimaiyyətin, hökumət və özəl strukturların diqqətini
dənizlərin və onların bioresurslarının qorunmasına cəlb
etməkdir. Ənənəvi olaraq Dəniz günü dənizlərin və okeanların
insanlar üçün əhəmiyyətindən, sualtı dünyanın sərvətlərindən
və həmçinin hər bir Yer planeti sakininin onun qorunması üçün
nə edə biləcəyindən bəhs edən konkurs, festival formasında
keçirilir. Adətən ictimai təşkilatlar bu bayramı dənizlərin
qorunması, çimərliklərin təmizlənməsi üçün mitinqlərin və
yürüşlərin keçirilməsi ilə qeyd edirlər.
43
3-4 oktyabr- Beynəlxalq quşlara müşahidə
günü
Belə günlər “Quşların mühafizəsi” ictimai birliyinin
təşəbbüsü ilə keçirilir və orada bütün istəyənlər iştirak edirlər.
Aksiya zamanı hazırkı ərazidə hansı növ quşlara rast gəlinir,
hansı miqdarda, onların özünü aparma xüsusiyyəti, və s.
müəyyən edilir. Bu aksiyanın əsas məqsədi geniş kütlənin,
qanadlıların həyatı barədə bilməyə həvəsləndirmək və onların
mühafizəsi problemlərinə diqqəti yetirmək, belə ki, insanların
fəaliyyəti və ətraf mühitin çirklənməsi nəticəsində bəzi növlərin
sayı əhəmiyyətli dərəcədə azalmış, yaxud kökü kəsilmək
təhlükəsindədirlər. Aksiyanın iştirakçıları öz tədqiqatlarının
quşların mühafizəsi təşkilatına göndərir və belə nəticələr
işlənir, eyniləşdirilir və xəbər verilir.
4 oktyabr – Ümumdünya heyvanların
mühafizəsi günü
Bu gün hər bir insan “insanların dostları” olan heyvanlar və
onların həyatının yaxşılaşdırılması barədə düşünməlidir.
İlk dəfə olaraq 1983-cü ildə fermalarda və sallaqxanalarda
öldürülən milyonlarla heyvanın iztirabını insanların nəzərinə
çatdırmaq üçün “Ümumdünya heyvanların mühafizəsi günü”
keçirilmişdir.
4 oktyabr tarixi təsadüfi olaraq seçilməmişdir. Bu gün
heyvanların müdafiəsinə qalxan ilk kəslərdən olan Mahatma
Qandinin ad günüdür. Həmçinin, bu gün müqəddəs Fransisko
Assizkonun ölüm günü kimi yad olunur. Orta əsr İtaliyasında
yaşamış əfsanəvi zahid nəinki Fransis ordeninin əsasını qoyan,
həmçinin heyvanların müdafiəçisi və himayəçisi kimi yad
olunur. Buna görə də bir çox rəssamlar öz əsərlərində
müqəddəs Fransisi heyvan və quşların əhatəsində təsvir ediblər.
Dostları ilə paylaş: |