Microsoft Word ekologiya doc



Yüklə 327,11 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix20.10.2017
ölçüsü327,11 Kb.
#5988
1   2   3   4   5   6   7   8   9   10   ...   13

 

23

Z.Məmmədov, Ş.Göyçaylı, İ.İsmayılov, F.Hacızadə, İ. Həbibov 



və başqaları onun bu xeyirxah işlərini müvəffəqiyyətlə davam 

etdirirlər. Ekologiya ilə bağlı yazılmış    əsərlərin təbliği ilə 

əlaqədar kitabxanaçı oxucuları bu görkəmli alimlərimizin 

kitabları ilə tanış etməli, qaldırdıqları problemlərl kütləvi 

tədbirlərin  müxtəlif formalarından istifadə etməklə gənc nəslə 

çatdırmalıdırlar.  İnsanların  ətraf mühitlə ahəngdar mövcud-

luğunun dərki və bunun əhəmiyyətini oxuculara 

çatdırılmasında gözəl nəticə verən tədbirlərdən biri də oxucu 

konfransları və yeni kitabların təqdimatını göstərməkdir.  

“Mənim  şəhərim və ekologiya”, “Meşələri qoruyun, 

təmiz hava udun”, “Təbiətin  şəfaverici bitkiləri”, “Dərdimizə 

dərman bitkilər”, “Tükənməkdə olan nadir ağaclar”,  “Təbiət və 

insan”, “Azərbaycanda qoruqlar və yasaqlıqlar”  “Torpağımız, 

suyumuz, və havamız”, “Müharibə  və ekologiya”, “Müharibə 

və ekoloji vandalizm” və s. mövzularda oxucu konfransı 

keçirmək olar. Kitabxanada oxucu konfransının keçirilməsi 

üçün qabaqcadan ayrıca proqram tutulmalıdır. Proqramda  

keçiriləcək tədbirin adı, giriş sözü,  məruzəçi və eləcə də çıxış 

edəcək digər  şəxslərin adları göstərilməlidir. Bunlarla  yanaşı 

tədbirin harada və  nə vaxt keçiriləcəyi də qeyd edilməlidir. 

Kitabxanaçı ilk növbədə aktual mövzuları günün tələblərindən 

irəli gələn məsələləri nəzərdən qaçırmamalıdır. Konfransın 

mövzusu üzrə fondda olan kitabların bir neçəsini seçib 

məruzəçiyə hazırlaşmaq üçün  tövsiyə etməlidir. Kitabxanaçı 

konfransda çıxış edəcək hər bir oxucunu da kitabla təmin 

etməli və  çıxış edəcək adamların hazır olub-olmadığını 

müəyyənləşdirməlidir. Konfrans keçiriləcək otaqda 

 

plakatlar,kitab sərgiləri, biblioqrafik vəsaitlər, kartotekalar



şirma katoloqlar və aşağı sinif şagirdlərinin əl işlərindən ibarət 

sərgilərin olması yerinə düşər. 

Yalnız bundan sonra konfransı keçirmək üçün vaxtı 

təyin edib elan yazmaq olar. Konfransın maraqlı keçirilməsi 

üçün ziyalıları və mütəxəssisləri cəlb etmək lazımdır. Əlbəttə, 

kitabxanaçı təşkil etdiyi hər bir tədbirdə  özü də çıxış etməlidir. 

O, tədbirin mövzusu üzrə  kitabxana tərəfindən həyata 



 

24

keçirilmiş  məsələlərdən danışmalıdır. Oxucu konfransının 



gedişatı haqqında protokol yazılmalıdır, həmin protokol və 

məruzəçinin çıxışının mətni kitabxanada saxlanılmalıdır. 

Əyani təbliğat vasitəsi olan kitabxana plakatları və kitab 

sərgiləri vasitəsilə də ekoloji bilikləri  təbliğ etmək olar. 

Kitab sərgisindən fərqli olaraq plakatda az sayda  

ədəbiyyat (məsələn 5-6 kitab, jurnal və  qəzet məqaləsi) 

nümayiş etdirilir. Plakatın  əsas ünsürləri kitabların özü deyil, 

onların üz qabığı  (əl ilə  çəkilmiş, yaxud fotoşəkil) bir neçə 

sitat, mətn və plakatın  əsas ideyasını açan qısa, mənalı 

başlıqlardır. Plakatın tərtibində kitablara çəkilmiş illüstrasiyalar 

da  əks etdirilir. Ədəbiyyatın  qısa annotasiyası mütləq 

verilməlidir. Annotasiyalar kitabların ideya və  məzmununun 

açılmasına kömək edir. Plakat yeknəsəklikdən, şablonçuluqdan 

uzaq olmalı  və oxucuya ifadəli, aydın, gözəl təsir 

bağışlamalıdır. “Ekologiya, ətraf mühit və insan” adlı kitabxana 

plakatının nümunəsini veririk: 

 

 Başlıq: Ekologiya, ətraf mühit və insan 



 

1.Məmmədov, Q.S. Ekologiya, ətraf mühit və insan 

 

/Q.S.Məmmədov, M.Y.Xəlilov.-B., 2006.  



Kitabın üz qabığı (fotoşəkil) və qısa annotasiyası verilir. 

 

Kitabda dünyada ekologiya elminin inkişaf tarixi, 



müxtəlif səviyyələrdə 

təbii sistemlərin 

əsas 

qanunauyğunluqlarından bəhs olunur. Eyni zamanda insan 



tərəfindən təbii ekosistemlərin fəaliyyət prinsiplərinin  

pozulması  və onun ekoloji nəticələri; kütləvi qırğın silahları, 

müharibələr, nüvə silahları, ekoloji qəzaların, təbii fəlakətlərin 

ətraf mühitdə    nəticələri, zərərli sosial faktorların insanın 

sağlamlığına təsirindən söhbət açılır. 

 

Sitat:  Təbiətin ölkəmizə  bəxş etdiyi zəngin sərvətlərə xüsusi 

qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin 

gələcəyi naminə qorumaq, üzərimizə    düşən başlıca 

vəzifələrdəndir. 



 

25

 



Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lider

 

2. Abbasova, E.  İnsan ekologiyası: bioloji və sosioloji 

aspektlər .-B., 2005.-121 s.  

Kitabın  əl ilə çəkilmiş şəkli və annotasiya: 

     Kitabda  insan  ekologiyası: təbii ekoloji amillərin qarşılıqlı 

nisbəti eyni zamanda  ekoloji gərginlik və genofondun məhvi 

təhlükəsi problemləri araşdırılmışdır. Kitabda insanların,  

ekoloji  etikanın formalaşmasında mənəvi-etik normaların 

mövqeyi və rolu da nəzərdən keçirilmişdir. 

3. Bağırov, N. Azərbaycanın təbiətini gələcək nəsillər üçün 

qoruyub saxlamalıyıq: Bu ulu öndərimizin bizə  vəsiyyətidir 

//Azərbaycan.-2006.-4 iyun.-S.6.   

        Məqalə və ona aid annotasiya 

        Məqalədə ölkəmizin müstəqilliyinin qorunub 

saxlanılmasında, iqtisadiyyatımızın sürətlə inkişaf 

etdirilməsində  və xalqın rifahının yüksəldilməsində danılmaz 

rolu olan  ümummilli lider Heydər  Əliyevin  ətraf mühitin 

mühafizəsi problemlərini də  həmişə diqqət mərkəzində 

saxladığı bir daha diqqətimizə çatdırılır. Məhz, ulu öndərin 

1969-1982 və 1993-2003-cü illərdə respublikamıza rəhbərlik 

etdiyi dövrdə  ətraf mühitin  mühafizəsi sahəsində mühüm 

qanunlar, qərarlar, sərəncamlar qəbul edilmiş, mühüm 

dəyişikliklər baş vermişdir. 

 

Sitat: Ekologiyanın qorunması xalqımızın sağlamlığının, milli 

genofondumuzun qorunması deməkdir. 

 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti 

 

4. Nuriyev, S.Q. Ekologiya hüququ  /Nuriyev S.Q., Əsgərov 

Ə.T., Əhmədov Ə.V.: Dərslik.-B.: Qanun, 2003.-324 s.         

Kitabın əl ilə çəkilmiş şəkli və annotasiya 

 



Yüklə 327,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə