Microsoft Word ekologiya doc



Yüklə 327,11 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix20.10.2017
ölçüsü327,11 Kb.
#5988
1   ...   5   6   7   8   9   10   11   12   13

 

26

 



Təqdim olunan dərslikdə ötən üç il ərzində ekologiya 

sahəsində yeni qanunlar qəbul olunduğu və bu sahədə 

idarəetmə strukturunda baş verən ciddi islahatlar barədə söhbət 

açılır. 


 

Sitat: Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat 

toplamaq və ekoloji hüquq pozma ilə  əlaqədar onun 

sağlamlığına və  əmlakına vurulmuş  zərərin  əvəzini almaq 

hüququ vardır. 



Azərbaycan Respublikasının Konstitusiyası, 

39-cu maddə, II bənd 

 

 

5. Əmirov, F.Ə. Məhsuldar meşələrin yetişdirilməsi   

/F.Ə.Əmirov.-B.: Azərbaycan, 2003.-184 s. 

 Azərbaycanın müxtəlif təbii sərvətləri arasında meşələr 

əsas yer tutur. Kitabda elmin, texnikanın inkişafı xalq 

təsərrüfatının oduncağa olan ehtiyacının durmadan artması 

nəticəsində meşə müəssisəsinin qarşısında meşə  sərvətlərinin 

bərpası, səmərəli istifadəsi və  məhsuldarlığın artırılması kimi 

vacib tələblərdən söhbət açılır. 



 

Sitat: Meşə çoxdursa, qoru bərk, əgər yoxdursa, onda ək! 

 Atalar sözü 

 

Kitabxanada (və ya məktəbdə) orta  məktəblərin 



şagirdləri arasında ekologiyaya aid müsabiqələrin 

keçirilməsindən geniş istifadə etmək olar. Məktəblilərin   

təbiətə, vəhşi flora və faunaya, eləcə  də  təbiətin mühafizəsinə 

həsr olunmuş  rəsm  əsərlərinin, plakatların müsabiqəsini 

keçirməklə onlarda təbiətə və onun sərvətlərinə  qarşı maraq və 

məhəbbət aşılanmalıdır. (Məsələn: “Bu gözəlliklər bizimdir”, 

“Təbii sərvətlərimiz - xoşbəxt gələcəyimiz”, “Ekologiya 

uşaqların gözü ilə” və s. adlarda) Kitabxanalarda və 

məktəblərdə  fərdi ekoloji guşələr və stendlər yaradılmalı  və 

təbiətin qorunmasını geniş  təbliğ edən, vaxtaşırı  təsir edici 

devizlərlə seminarlar, konfrans, müşavirələr keçirilməlidir. Bu 



 

27

işə yazıçı,  şair və  rəssamları  da    qoşmaq olar. Ekoloji 



poemaların, dram və  nəsr  əsərlərinin nümayiş etdirilməsi, 

vaxtaşırı  sərgi və müsabiqələrin keçirilməsi artıq günün 

tələbidir.  

Bundan əlavə kitabxanalarda  yeni daxil olmuş ədəbiyyatın 

baxış-sərgisini  təşkil etmək məqsədəuyğundur. Mövzunu daha 

aydın anlatmaq, mühüm məqsədləri nəzərə daha tez çarpdırmaq 

üçün sərgilər, illüstrasiyalar və mətnlərlə müşayiət olunur. Hər 

hansı bir kitab sərgisi aşağıdakı qaydada tərtib edilir. Sərgi 

ümumi başlıq və yarımbaşlıq, tövsiyə olunan ədəbiyyat, sitat və 

şəkildən ibarət ola bilər. Ümumi başlıq sərginin mövzusunu 

müəyyən edir və onun əsas məzmununu aydınlaşdırır. 

Kitabxanaçılar sərgilərə ad seçərkən onun rəngarəng və çağırış 

ruhlu olmasına xüsusi fikir verməlidirlər. Bu başlıq qısa və 

aydın olmalıdır. Sərginin hazırlanmasında fəal oxucuların 

köməyindən istifadə etmək olar. 

Aşağıda  “Ekologiya bu gün” adlı sərginin nümunəsini 

veririk: 

Başlıq: “Ekologiya bu gün 

 

1.  Münasib şəkil  



2. Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin 28 

sentyabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında  

ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər 

üçün Kompleks Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 

Fərmanı 

3. Sitat: “Kim torpağın bir qarışına zülm etsə, yerin yeddi qatı 

onun boğazına dolaşar” 

Məhəmməd Peyğəmbər (ə.s.) 

I Bölmə: Azərbaycanda ekologiya  

 

Azərbaycan Respublikasında ekologiya  : Əsas hadisələrin 



xronikası.- B.: Mütərcim, 1999.- 26 s. 

Ekologiya və siyasət   /tərtibçi- müəllif fəl. elm. nam., dosent  

Sevil Məmmədova; “İnam” Plüralizm Mərkəzi.-B.: 

Azərbaycan, 1999.-24 s. 




 

28

Elmanoğlu S. Ekoloji terror: Ermənistan flora və faunamıza da 



qənim kəsilib  //Azərbaycan.-2004.-26 mart.-S.7. 

 

II Bölmə: Təbiəti sevək, qoruyaq 



 

“Ekologiya: Təbiət və cəmiyyət problemləri”: Akademik Həsən 

Əliyevin 100 illik yubileyinə  həsr olunmuş; Beynəlxalq elmi 

konfrans: Bakı, 8-9 noyabr 2007-ci il.-B.: Bakı Dövlət 

Universiteti nəşriyyatı, 2007.- 607 s. 

Əliyev, H. Həyəcan təbili  /H.Ə.Əliyev .-B., 2002.-175 s. 

Məmmədov, Q. Ekologiya və ətraf mühitin mühafizəsi  

/Q.Məmmədov, M.Xəlilov .-B.: Elm, 2005.-879 s. 



 

III Bölmə: Müharibə və ekologiya 

 

Mətn: Ermənistan işğalı  nəticəsində 900-dən artıq yaşayış 

məntəqəsi talan edilmiş, yandırılmış  və dağıdılmış, 6 min 

sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv 

edilmiş, ümumi yaşayış sahəsi 9 mln kv. km-dən artıq olan 150 

yaşayış binası dağıdılmış, 4366 sosial–mədəni obyekt, eyni 

zamanda 695 tibb ocağı məhv edilmişdir.   

    

 

Qasımov, Ə. Ekoloji fəlakət: Ermənilərin Azərbaycan təbiətinə 

vurduğu yaraların qarşısını onilliklər boyu hiss edəcəyik 

//Azərbaycan ordusu.-2007.-16-17 mart.-S.3.  

Nuriyev, S.Q.  Ekologiya hüququ : Dərslik  /Nuriyev S.Q., 

Əsgərov Ə.T.-B.: Qanun, 2003.-324 s. 



Məmmədov, E. Torpaqların yandırılması ermənilərin 

Azərbaycana qarşı növbəti terrorudur: Ekoloji təcavüz  

//Azərbaycan .-2007.-3 fevral.-S.7. 

 



 

29

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Sərginin sonunda (yaxşı olar ki, zərf yerləşdirilsin)  



mövzuya aid tövsiyə ədəbiyyat siyahısı verilməlidir. 

Mərkəzi kitabxananın biblioqrafı “Yeni daxil olmuş 

ədəbiyyatın məlumat bülleteni”ni hazırlamaqla kitabxananın 

fonduna daxil olan yeni ədəbiyyatı  təbliğ edə bilər. Bu bülleten 

MKS-nin bütün bölmələrinin oxucuları üçün vahid fonda daxil 

olan yeni nəşrlər haqqında məlumat mənbəyidir. Bülletenə 

müəyyən dövr ərzində    MKS-ə daxil olan  bütün yeni  

kitabların təsviri daxil edilir. Müqəddimədə  bülletenin quruluş 

prinsipi, işlədilmiş  şərti işarələr və ixtisar edilmiş sözlər izah 

edilir, materiallar  sahəvi bölmələrə ayrılmaqla kütləvi və uşaq 

kitabxanaları üçün KBT cədvəllərinə uyğun olaraq  sistemli 

qaydada, bölmələr daxilində isə  müəlliflərin (sərlövhənin) 

əlifbasına görə düzülür. Əgər sərlövhəyə görə    nəşrin 

məzmununu təyin etmək çətindirsə, onda təsvirdən sonra qısa 



1. Башлыг 

7

2

5

4. Ы бюлмя

Sitat

6

8. ЫЫ бюлмя

9

10

11

12. ЫЫЫ бюлмя

13

Mətn

15

16


Yüklə 327,11 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə