Microsoft Word ekologiya doc



Yüklə 327,11 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix20.10.2017
ölçüsü327,11 Kb.
#5988
1   ...   5   6   7   8   9   10   11   12   13

 

33

akvatoriyasını, şirin su hövzələrini çirkləndirir, heyvan və bitki 



növlərinin sayını azaldır. 

Respublikamızın ekologiyasına ən ağır zərbə Qarabağa və 

onunla bitişik  ərazilərə vurulmuşdur. Erməni qəsbkarları 

ərazilərimizdə sözün əsl mənasında ekoloji cinayət törətmişlər.  

Torpaqlarımız, qiymətli fauna və flora növlərimiz, mədəniyyət 

abidələrimiz amansızcasına talan edilir. İşğal ərazilərində 2006-

ci ilin may ayından başlanan yanğınların törədilməsi 

ermənilərin xalqımıza qarşı düşmən münasibətinin bariz 

təzahürüdür və bu  meşələrimizin, bitki və heyvanlar aləminin 

məhvinə yönəlib. Yanğın nəticəsində    işğal altında olan 

rayonlarda 1500 hektara yaxın meşə sahəsi məhv edilib və  

Azərbaycana 4,5 milyon manata yaxın ziyan dəyib, 

torpaqlarımız reoaktiv tullantıların qəbiristanlığına çevrilib. 

Kitabxanalarda erməni terroru nəticəsində Azərbaycan 

ekologiyasına vurulmuş ziyan haqqında oxuculara mütləq 

məlumat verilməlidir (məruzələr, stendlər, sərgilər və s. 

vasitəsilə).  

Hazırda  İnsan Ekologiyasına və davamlı insan inkişafı  

Proqramına böyük neqativ təsir göstərən beynəlxalq miqyaslı 

ən dəhşətli ekoloji fəlakət narkomaniyadır. BMT-nin son 

məlumatına görə, hazırda dünya əhalisinin 3 faizi (187 milyon) 

bu dəhşətli bəlaya  məruz qalıb. Bu rəqəmlər bütün ölkələrdə 

ildən-ilə sürətlə artır, “epidemiya”nın arealı daha da genişlənir. 

Həmçinin gənclərin,  xüsusilə  qızların və azyaşlı  oğlanların, 

eləcə  də hamilə qadınların siqaret bəlasına və spirtli içkilərə 

aludəliyin diapazonunun get-gedə daha genişlənməsi də dövrün 

endogen ekoloji faciəsi kimi dəyərləndirilməli və onunla ciddi 

mübarizə aparılmalıdır. Kitabxanalarda narkomaniyanın, 

alkoqolun, spirtli içkilərin zərərli nəticələri haqqında müxtəlif 

adlarda “Narkomaniya ağ ölümdür”, “Narkotiklər və qanun”, 

“Narkotizm: meyllər və aradan qaldırma tədbirləri”, “QİÇS və 

yetkinlik yaşına çatmamışlar”, “Alkoqol  sağlamlığın 

düşmənidir”, “Nikotin ilan zəhərindən də güclüdür”, 

“Alkoqolizm insanın qəddar düşmənidir” və s.  kütləvi tədbirlər 

keçirmək olar. 



 

34

Dövrümüz informasiya dövrüdür. İndi dünya ölkələri insanın 



rahatlığı və rifahı naminə informasiya zənginliyinə can atır və 

informasiya resursları yaradır. Bu məqsədlə kitabxanada 

elektron kitabxana sərgilərinin təşkili, kitabxanaların web 

saytında verilən müxtəlif formalardan istifadə etməklə kataloq 

şəklində informasiyaların oxuculara çatdırılması 

məqsədəuyğundur. Elektron sərgi  ənənəvi (kitab) və yeni 

(elektron) informasiyasının sintez şəklində  təqdim olunması 

üsuludur. Elektron kitabxana sərgisini kitabxananın saytında 

yerləşdirmək üçün onu HTML formatında yaratmaq vacibdir. 

Hazırda kütləvi kitabxanaların sərgi fəaliyyətində kompyuter 

texnologiyalarından istifadə bir qayda olaraq başlıqların sitat və 

illüstrasiyaların qrafiki tərtibi kimi verilir (“Power point”,  

“Print Şhop Peluk”, “Corel Prav” proqramlarında). 

İnformasiyaları bir yerdən digər yerə ötürmək üçün qlobal 

şəbəkədən (İnternet) istifadə olunur. Kitabxanaçı ekologiya ilə 

bağlı məlumatları oxuculara çatdırmaq üçün mövzu ilə əlaqədar 

İnternet ünvanlarını da tövsiyə etməlidir. 

 Müxtəlif ekoloji günlərin qeyd olunmasının məqsədi 

ictimaiyyətin diqqətini planetimizdə olan ekoloji problemlərə 

cəlb etməkdir. Belə günlərdən biri Ətraf Mühitin Mühafizəsi və 

Beynəlxalq Yer Günüdür.  

Tədricən bu bayram beynəlxalq xarakter alaraq, hazırkı 

dövrdə yüz əlliyə yaxın ölkədə, o cümlədən respublikamızda 

qeyd olunur. Bu günlər insanlar müxtəlif ekoloji tədbirlərdə 

iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları 

əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloqlar ətraf 

mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar 

keçirməklə, informasiya vasitələrində  çıxışlar etməklə  əhalini 

ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar. 

Kitabxanalar tərəfindən hər il 5 iyun Ətraf Mühitin 

Mühafizəsi günündə  və 22 aprel “Yer günü” ilə  əlaqədar 

müxtəlif tədbirlər həyata keçirilməli,  ətraf mühitin mühafizəsi 

sahəsində ictimaiyyət arasında təbliğat işləri aparmalıdır.  

Kitabxanalar “Yer günü”nün yüksək səviyyədə qeyd 

olunması ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayaraq həyata 



 

35

keçirməlidir. Xidməti  ərazisində  təmizlik-abadlıq işlərinin 



aparılması  və yaşıllıqlara qulluq edilməsi məqsədilə 

kitabxananın işçiləri öz xidməti  ərazilərində ictimaiyyətin 

nümayəndələrinin iştirakı ilə iməcliklərin keçirilməsi 

məqsədəuyğundur.  

Deməli, ekologiya canlı orqanizmlərin, eləcə  də  

insanların təbiətə, ətraf mühitlə qarşılıqlı münasibətini öyrənən 

elmdir. Bizi əhatə edən aləmin quru, boş çöllərə  və  təmiz su 

hövzələrinin çirkab göllərə çevrilməməsi üçün düşüncə sahibi 

olan hər bir insan təbiətə qarşı qayğı ilə yanaşmalıdır. 

Ekologiyanın təmizliyi insanların sağlamlığı deməkdir.  

Ümummilli liderimiz Heydər  Əliyevin təbiətə qayğısı 

hamı üçün nümunə, həyat məramı olmalıdır.  Ulu öndərin “kim 

bir ağac kəssə, sanki mənim qolumu kəsir”- sözlərini heç vaxt 

unutmamalıyıq. 



 


 

36

Ekoloji təqvim 



 

Dünyada insanlar tərəfindən hər il qeyd olunan müxtəlif 

ekoloji günlər var. Belə günlərin qeyd olunmasının məqsədi 

ictimaiyyətin diqqətini planetimizdə olan ekoloji problemlərə 

cəlb etməkdir. Bunlardan ən məşhurları  Ətraf Mühitin 

Mühafizəsi, Su, Yer, Parklara yürüş, Ozon Qatının 

Qorunmasıdır. 

 

 2 fevral – Ümumdünya su – bataqlıq hövzələri günü 



 21 mart – Meşələr günü 

22 mart – Ümumdünya su resurslarıgünü 

23 mart – Ümumdünya meteorologiya günü 

1 aprel – Beynəlxalq quşlar günü 

15 aprel–5 iyun – Ekoloji təhlükədən müdafiə günləri 

18–22 aprel – Parklara yürüş günü 

22 aprel – Yer günü 

12 may - Ekoloji təhsil günü 

15 may – Beynəlxalq iqlim günü  

22 may

 –

 Beynəlxalq bioloji müxtəliflik günü 



23 may- Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının  

                peşə bayramı  



5 iyun – Ümumdünya ətraf mühitin mühafizəsi günü 

17 iyun – Ümumdünya səhralaşma və quraqlıqla mübarizə   

                  günü 



6 sentyabr – Beynəlxalq ozon təbəqəsinin qorunması günü 

27 sentyabr – Ümumdünya turizm günü 

22-28 sentyabr – Ümumdünya dəniz günü 

3-4 oktyabr – Ümumdünya quşların müşahidəsi günü 

4 oktyabr – Ümumdünya heyvanların mühafizəsi günü 

9 oktyabr – Beynəlxalq təbii fəlakətlərdən müdafiə günü 

6 noyabr – Beynəlxalq müharibə və silahlı konfliktlər zamanı  

        ətraf mühitin istismarının qarşısının alınması günü  

 



Yüklə 327,11 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə