Microsoft Word ekologiya doc



Yüklə 327,11 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix20.10.2017
ölçüsü327,11 Kb.
#5988
1   2   3   4   5   6   7   8   9   ...   13

 

9

sonra  respublikanın bir çox rayonlarında radioaktiv maddələrin 



qatılığı  təxminən 3 dəfə, xüsusən Lənkəranda daha çox 

artmışdır. 

Hazırda təhlükəli obyektlərdən biri də Qəbələ RLS-dir. 

1985-ci ildə qurulan Qəbələ RLS-i Azərbaycana ziyandan 

başqa bir şey qazandırmayıb. SSRİ  və sonradan Rusiya hərbi 

maşını bu stansiyanı Azərbaycan torpaqlarında işlətməsinə 

rəğmən, rəsmi Bakı heç zaman bu qapalı obyektdə nələrin baş 

verdiyindən xəbərdar olmayıb. Qəbələ RLS-in ətraf mühitə 

xeyli zərər vurması haqqında da məlumatlar kifayət qədərdir. 

Mütəxəssislər bu neçə ildə  ətraf rayonlarda müxtəlif ağır 

xəstəliyə tutulanların sayının durmadan artdığını bildirirlər. 

Digər qlobal problemlərdən biri də stratosferdə 

qoruyucu ozon qatının dağılmasıdır. Ozon qatının dağılmasına 

səbəb olan amillərdən biri mineral gübrələrdən ayrılan azot 

oksidləridir. 

Hazırda  respublikamızın üzləşdiyi 

ən ağır 

problemlərdən biri ermənilərlə müharibə  nəticəsində  təbii 

sərvətlərimizin amansızlıqla qarət və talan edilməsi  və bunun 

nəticəsi kimi ətraf mühitə vurulan sağalmaz yaralar, 

Ermənistan rəhbərliyinin işğal olunmuş ərazilərdə törətdiyi ağır 

cinayətlərdir. Məlum olduğu kimi zəbt edilmiş torpaqlarımızda 

ölkəmizin zəngin faydalı qazıntı yataqları qalmışdır. Həmin 

ərazilərdə  155 növ yeraltı  və yerüstü sərvət, o cümlədən 15 

qızıl, 6 civə, 2 mis, 13 müxtəlif növ tikinti daşları yatağı və s. 

yerləşir ki, bu da ölkəmizin iqtisadi potensialında mühüm 

əhəmiyyət kəsb edirdi. Hazırda Ermənistan həmin yataqlardan 

soyğunçuluqla yararlanmaqdadır. Ermənistanın təcavüzü 

nəticəsində Azərbaycanın bitki örtüyünə, meşələrinə amansız 

divan tutulmuşdur. Dağlıq Qarabağ  və onun ətrafında gedən 

hərbi  əməliyyatlar nəticəsində 250.928 hektar meşə sahəsi, o 

cümlədən Zəngilan rayonundakı  Bəsitçay və Laçın 

rayonundakı Qarabağ dövlət  qoruqları, həmçinin dörd təbiət 

yasaqlığı, digər çoxsaylı  təbiət abidələri  amansızlıqla məhv 

edilməkdədir. Son zamanlar ermənilər Azərbaycana qarşı 

ekoloji terror tədbirlərini daha da aktivləşdiriblər. 2006-cı ilin 




 

10

yaz və yay aylarında törətdikləri yanğınlar onların Azərbaycan 



təbiətinə, flora və faunasına vurduğu ağır zərbələrin izini 

itirmək cəhdləridir. Meşələrin məhvi isə təkcə flora və faunanın 

məhvi demək deyil, eyni zamanda regionun iqliminə neqativ 

təsir göstərən amillərdəndir. Qlobal iqlim dəyişikliklərinin  

dünya üçün ciddi sınaq və  təhlükəyə çevrildiyi bir zamanda 

Ermənistanın işğal edilmiş  ərazilərdə meşələrə divan tutması 

bütövlükdə  Cənubi Qafqaz regionunda bioloji müxtəlifliyin 

məhvinə, ekoloji tarazlığın pozulmasına yönəlib. Sərhəd 

zolağında  törədilən geniş miqyaslı yanğın, işğal olunmuş 

ərazilərdə  ağacların kütləvi qırılması  və digər hallar buna 

misaldır.Yanğın nəticəsində Azərbaycana dəymiş ziyanla bağlı 

ilkin rəqəm 4,5 milyon ABŞ dollarıdır.  

İnsanı əzəli və son beşiyi olan ana təbiətdən bircə anlığa da 

təcrid olunmuş  təsəvvür etmək mümkün deyildir. Ulu Zərdüşt 

hələ çox-çox əvvəllər insan həyatı üçün ən zəruri olan dörd 

ünsürün (od, torpaq, hava, su) adını çəkmişdir. Doğrudan da bu 

dörd ünsürdən biri olmazsa, həyat dayanar. Təbiət özü canlı bir 

tablodur. Onun qorunması problemlərinin həllini insanın təbiətə 

olan məhəbbətində, insan həssaslığında axtarmalıyıq.  Şairimiz 

H.Arif demişkən, insan o qədər mehriban, qayğıkeş olmalıdır 

ki, “Bülbül enib budaqdan çiynimizə otursun”, “Oğrun baxışlı 

maral sərin çeşmə başında bizə qonaq olsun. Gəlin elə edək ki, 

düzləri keçə-keçə İnsanın arxasınca  ceyran şəhərə gəlsin”. 

Sonda məşhur Amerika ekoloqu A.Leordun sözlərini 

xatırladırıq. O, Yer kürəsini əvvəli  və sonu olmayan bir çaya  

(Round river)  bənzədərək göstərmişdir ki, insanlar bu axına  

çox ehtiyatla yanaşmalıdırlar. Ekoloq bu problemləri öyrənərək 

özünün son proqnozunu bu cür vermişdir: - İnsanlar, unutmayın  

və agah olun, yaşadığınız ”Round river” hazırda təhlükə 

qarşısındadır, bu təhlükənin sonuncu qurbanı  isə bütün canlı 

aləm, o cümlədən  sizlər olacaqsınız! Gec də olsa, təbiətə, onun 

sərvətlərinə  münasibətinizi dəyişin!  Əks təqdirdə, bəşəriyyət 

böyük fəlakətlər və onların ağır təzadları ilə üzləşə bilər. 

        



 

11

 XRONOLOGİYA 



 

Azərbaycanda ilk ekoloji-ictimai cəmiyyət (Azərbaycanın 

Təbiəti Mühafizə  Cəmiyyəti) 60-cı illərdə yaranmışdır. Lakin 

müəyyən səbəblərə görə o, həmin illərdə ölkənin ekoloji 

siyasətinə ciddi təsir göstərə bilməzdi. 90-cı illərin əvvəllərində 

Azərbaycan Yaşıllar Hərəkatı  və Azərbaycan Ekoloji İttifaqı 

yarandı. 1996-cı ildə Azərbaycanda cəmi 6-7 ictimai-ekoloji 

cəmiyyət mövcud idi. Hal-hazırda  ətraf mühitin mühafizəsi 

üzrə 40-dan çox qeyri-dövlət təşkilatları (QDT) fəaliyyət 

göstərir. 



 

1960


 

“Azərbaycanın Təbiəti Mühafizə Cəmiyyəti” 

yarandı 

 

1963


 

“Təbiətin qorunması naminə  Könüllü 

Cəmiyyət" fəaliyyətə başladı 

 

1972 BMT 

Baş Məclisi iyunun 5-ni  Ətraf Mühitin 

Mühafizəsi Günü elan etdi 

 

1988


 

“Ekores” Müstəqil İnformasiya Agentliyi  və 

“Rüzgar” Ekoloji Cəmiyyəti işə başladı 

 

1989



 

Ekoloji Birlik yaradıldı 

 

1990


 

Azərbaycan Yaşıllar Hərəkatı fəaliyyətə  başladı 



 

1992


 

“Təbiəti mühafizə və təbiətdən istifadə 

haqqında” Azərbaycan Resbublikasının Qanunu 

qəbul edildi 

 

1993


 

“Ekologiya” adlı müstəqil qəzetin ilk nömrəsi 

çap edildi 

 

1995



 

Ekoloji  “Zorge” cəmiyyəti yaradıldı 




Yüklə 327,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə