35
Bu əmsal düşən işığın
dalğa uzunluğundan, məhlulun
istiliyindən, həllolan maddənin təbiətindən asılı olmaqla sabit
kəmiyyətdir və 1 sm qalınlıqlı küvetdə analiz edilən maddənin
molyar məhlulunun işığı udmasına uyğun gəlir.
Əgər tədqiq olunan mürəkkəb üzvi maddənin molekul
çəkisi
məlum deyilsə, onda intensivliyi
%
1
1
sm
kimi ifadə edilir
ki, bu da 1 sm qalınlıqlı küvetdə 1%-li məhlul tərəfindən udu-
lan işığı əks etdirir. Bu kəmiyyət aşağıdakı bərabərlikdən
istifadə etməklə asanlıqla molyar ekstinsiyaya çevrilir:
M
sm
1
,
0
%
1
1
(7)
(6)
bərabərliyindən görünür ki, optik sıxlıq məhluldakı
maddələrin qatılığı ilə düz mütənasibdir. Bu asılılıq qrafiki
şəkildə də təsvir edilə bilər. Alınan düz xətt Buqer – Lambert –
Ber qanununa riayət olunduğunu sübut edir. Əgər asılılıq əyri
xətlə xarakterizə edilirsə bu hal, spektroskopiyanın əsas qanu-
nuna riayət olunmadığını sübut edir. Bu zaman optik sıxlığın
qatılıqdan asılılığı koordinat başlanğıcından (sıfır nöqtəsi) ke-
çən düz xəttə malik, təyin edilən maddələrin qatılığını seçmək
lazım gəlir.
2.1.1.2. Molyar udulma əmsalı
Optik sıxlığın qatılıqdan asılılığı qrafiki ifadə edilərkən
düz xəttin mailliyi küvetin qalınlığı və molyar udulma əmsalı
ilə müəyyən edilir. (6) tənliyini C-yə görə diferensiallaşdırsaq,
alırıq:
dC
dD
;
C
D
(8)
36
Bu səbəbdən ∆C qatılığının
dəyişməsi ilə molyar əmsal
böyük olduqca optik sıxlığın dəyişməsi daha böyük qiymət alır.
ε
λ
əmsalı da maksimal udulmaya uyğun gələn dalğa uzun-
luğunda daha böyük kəmiyyətə malik olur. Buna görə də daha
böyük dəqiqlik və həssaslıqla miqdarca spektral analiz həyata
keçirilərkən optik sıxlığın ölçülməsini şüaların udulması mak-
simum olan spektr oblastında yerinə yetirmək məsləhətdir.
Molyar udulma əmsalı verilmiş dalğa uzunluqlu işıq ke-
çərkən maddələrin konsentrasiyasından asılı olmur.
Müxtəlif
birləşmələr üçün molyar udulma əmsalının qiyməti geniş
hədlərdə dəyişir. Udulma ölçüsüz kəmiyyət olduğundan ε –
kəmiyyətinin ölçüsü (
C
) hasili ölçüsünün əksinə olacaqdır,
yəni
1
1
sm
mol
. Ε – kəmiyyətinin qiyməti 1-dən yüz
minlərədək dəyişir. Molyar udulma əmsalı spektral analizin
həssaslıq ölçüsü hesab edilir. ε-nun qiyməti böyük olduqca
təyinatın (analizin) həssaslığı da çox olur. Ona görə də dalğa
uzunluğunun düzgün seçilməsinin aşağıdakı bərabərliklə
hesablanan həssaslıqla birbaşa əlaqəsi var:
.
.
min
min
mak
mak
D
C
(9)
Məsələn, mis dietilditiokarbaminat məhlulunun qatılığı
müxtəlif spektr sahələrində (dalğa uzunluqlarında) təyin edilir.
Optik cihazla ölçülə bilən optik sıxlığın
daha kiçik D
min.
qiyməti, eləcə də
kəmiyyətinin qiyməti spektrin iki sahəsi
üçün eyni olacaqdır. Onda (9) bərabərliyinə görə, minimum
konsentrasiyalar onların molyar udulma əmsallarının qiy-
mətinin əks nisbətində yerləşəcəkdir:
436
540
540
.
min
436
.
min
C
C
(10)
37
E ε
436
və ε
540
kəmiyyətlərinin hesablanmış qiymətləri
12800 və 1600-a uyğundur.
Bu qiymətləri (10) bərabərliyində yerinə yazaraq, alırıq:
8
1
12800
1600
540
.
min
436
.
min
C
C
(11)
Yəni,
436
nm dalğa
uzunluğunda misin dietil-
ditiokarbaminat şəklində təyinat həssaslığı,
540
nm dalğa
uzunluğundakı təyinat həssaslığı ilə müqayisədə 8 dəfə yüksək
olur.
1-ci cədvəldə spektroskopiya terminologiyasında qəbul
edilən əsas fotometrik kəmiyyətlər əks olunmuşdur.
Cədvəl 1
Əsas fotometrik kəmiyyətlər
Termin Simvol
Formula
Optik sıxlıq
D
T
C
K
i
i
D
lg
lg
0
Buraxıcılıq
T
C
K
i
i
T
10
0
Udulma əmsalı
K
C
D
K
Müəyyən dalğa
uzunluğunda molyar
udulma əmsalı
ε
λ
C
D
3
Uducu
təbəqənin
(küvetin) qalınlığı, sm
İşığın dalğa uzunluğu, nm
λ