Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   23   24   25   26   27   28   29   30   ...   94

 81
rəhbərlik etməyə başlamışdır. İlk dövrdə üzvləri əsasən keçmiş 
“hümmətçi”lərdən ibarət olan təşkilata sonradan milli 
düşüncəli  şəxslərin, o cümlədən digər milli təmayüllü təş-
kilatlardan (əsasən “Difai” və b.) çıxmış  hərəkatçıların axını 
nəticəsində onun sıraları genişlənmişdir.  
Partiyanın qəbul etdiyi 8 bəndlik ilk proqramında aşa-
ğıdakı müddəalar yer almışdır (1.46, s.102): 
1. Millət və  məzhəb fərqi qoyulmadan bütün müsəl-
manların birləşməsi; 
2. Müsəlman ölkələrinin itirilmiş müstəqilliklərinin bərpa 
edilməsi; 
3. Müstəqilliklıərini  müdafiə  və  bərpa etmək üçün 
mübarizə aparan bütün müsəlman ölkələrinə maddi və mənəvi 
kömək etmək; 
4. Müsəlman ölkələrinin və millətlərinin müdafiə  və 
hücum qüvvələrini artırmaq ücün onlara kömək etmək; 
5. Bu ideyaların yayılmasına mane olan bütün əngəllərin 
aradan qaldırılması; 
6. Müsəlmanların birliyinə  və  tərəqqisinə çalışan bütün 
partiyalarla əlaqə yaratmaq; 
7. Bəşəriyyətin səadət və  tərəqqisinə çalışan xarici 
cəmiyyətlərlə ehtiyac olan zaman əlaqə  və fikir mübadiləsi 
yaratmaq; 
8. Müsəlmanların həyat uğrundakı mübarizəsini güclən-
dirmək, onların ticarət, sənaye və ümumiyyətlə iqtisadiyyatını 
inkişaf etdirmək. 
Proqramdan göründüyü kimi “Müsavat” partiyası  fəaliy-
yətinin ilk illərində  əsasən müstəmləkəçi (rus imperiyası) və 
təcavüzkar (Qərbi Avropa) qüvvələrə qarşı müsəlman dövlətlə-
rinin və xalqlarının birləşməsi və azadlığı ideyası ilə  çıxış 
etmişdir. Lakin bu heç də dini ideologiya demək deyildi və 
daha çox türkçülüyə xidmət edirdi. Belə ki, birincisi, bu ideya 
müasirlik ideyaları (ETT, demokratiya, avropalaşma və s.) ilə 
paralel aparılırdı. İkincisi, o dövrdə ən böyük və güclü müsəl-
man dövlətləri (Osmanlı  və Qacarlar dövlətləri) məhz türk 


 82
dövlətləri idi və rus imperiyası tərkibində yaşayan müsəlmanlar 
da  əsasən türk xalqları idi. Müstəmləkəçi və  təcavüzkar 
qüvvələr isə məhz xristian dövlətləri idi və xalqı bu qüvvələrə 
qarşı məhz dini motivlə yönəltmək daha asan idi. Başqa sözlə, 
türkçülüyə yol islamçılıq və müsəlman birliyi ideyalarından 
keçirdi. Təsadüfi deyil ki, sonradan formalaşmış  və inkişaf 
etmiş türkçülüyün özündə də islamçılıq əsas üç prinsipdən biri 
kimi qəbul olunmuş və bu gün də qəbul olunur. 
Məsələyə daha geniş aspektdə yanaşsaq deyə bilərik ki, o 
vaxtkı müsəlman birliyi ideyası müxtəlif millətlərin müstəm-
ləkəçiliyə  və  təcavüzə qarşı birgə milli azadlıq mübarizəsinin 
mütərəqqi ideyası idi. Yəni bu ideya dini ideologiyaya yox, 
məhz millətçiliyə xidmət edirdi.   
Birinci Dünya müharibəsinin (1914-18) başlaması Azər-
baycanda milli hərəkata bir az da təkan vermişdir. Belə ki, bu 
müharibədə Rusiya ilə Osmanlı dövlətinin əks tərəflərdə olma-
sı, Osmanlı dövlətinin müharibədə  iştirakını  məhz xristian tə-
cavüzünə qarşı müsəlmanların cihadı kimi qiymətləndir-    
məsi  Azərbaycanda panislamist və pantürkist düşüncənin, o 
cümlədən antirus əhvali-ruhiyyəsinin və milli azadlıq ide-
yasının güclənməsinə  səbəb olmuşdur. Yəni milli azadlıq 
ideyasının inkişafında dini təəssübkeşlik hissi də müsbət rol 
oynamışdır.  
Hətta bu dövrdə keçmiş “Difai”çilər tərəfindən müstəqil 
Qafqaz müsəlman dövlətinin yaradılması ideyası irəli 
sürülmüş, Aslan xan Xoyski tərəfindən 1915-ci ilin fevralında 
gizli surətdə  Ənvər paşaya belə bir dövlətin yaradılmasının 
layihəsi təqdim olunmuşdur. Sarıqamış  məğlubiyyətindən 
(yanvar, 1915) sonra Ənvər paşa bu layihəni təsdiqləmiş, lakin 
müharibənin sonrakı gedişi bu ideyanın həyata keçməsinə 
imkan verməmişdir (1.46, s.112-113).  
Bu dövrün ictimai-siyasi fikrinin əsas ifadəçisi olan 
mətbuat orqanları “Nicat” (1910-12), “İşıq” (1911-12), “İqbal” 
(1912-15), ”Şəlalə” (yanvar-dekabr, 1913), “Bəsirət” (1914-
20), “Dirilik” (1914-16), “Açıq söz” (1915-18), “Yeni iqbal” 


 83
(1915), “Səda (1913-15)”, “Qardaş köməyi” (1917), “Türk 
sözü” (1918)
 
və b. olmuşdur. Bu mətbuat orqanlarında 
M.Ə.Rəsulzadə, Y.V.Çəmənzəminli (1887-1943), H.Cavid 
(1882-1941),  Ə.Cavad (1892-1937), A.Şaiq, Ö.F.Nemanzadə, 
Ə.Haqverdiyev, F.Köçərli, T.Şahbazi (1892-1937), S.Hüseyn 
(1887-1938) və b. ziyalılar tərəfindən milli-ideoloji ideyalar 
irəli sürülmüş  və  təbliğ olunmuşdur. Bu mətbuat orqanları 
içərisində M.Ə.Rəsulzadənin rəhbərliyi ilə  nəşr olunan “Açıq 
söz” qəzeti ideoloji baxımdan xüsusiylə seçilmişdir. 
Türkəşmək, islamlaşmaq, müasirləşmək prinsipləri bu 
qəzetin şüarı olmuşdur. 
1917-ci il, 27 fevral burjua-demokratik inqilabından sonra 
imperiya  ərazisində siyasi həyat daha da canlanır. Yeni 
partiyalar yaradılmağa başlayır və mövcud partiyalar leqal 
fəaliyyətə keçir. Həmin dövrdə Azərbaycanda fəaliyyət 
göstərən  əsas siyasi təşkilatlar “Müsavat”, “Türk Ədəmi 
Mərkəziyyət”, “Hümmət”, “Ədalət” və “İttihad” partiyaları və 
“Müstəqil demokratik qrup” olmuşdur.  
“Türk  Ədəmi Mərkəziyyət Partiyası” fevral burjua 
inqilabından sonra Gəncədə N.Yusifbəylinin (1881-1920) 
başçılığı ilə yaradılmışdır. Millətçi təmələ  əsaslanan  partiya   
Rusiyanın milli azadlıqları  təmin edən federasiya əsasında 
qurulmasının tərəfdarı olmuşdur. Partiyanın sosial dayağını 
əsasən fəhlə və kəndlilər təşkil etmişdir.  
“Müstəqil demokratik qrup”a  Ə.Topçubaşov və 
F.Xoyski (1875-1920) başçılıq etmişlər. Qrup əsasən keçmiş 
“Müsəlman  İttifaqı” partiyasının və dumanın müsəlman 
fraksiyasının fəal üzvlərindən təşkil olunmuş və millətçi təmələ 
söykənmişdir.  
“Hümmət”  partiyası  sosialist ideyalarına  əsaslanan 
təşkilat olaraq RSDFP ilə əlaqəli fəaliyyət göstərmişdir. Burjua 
inqilabından sonra leqal fəaliyyətə keçmişdir. 1917-ci ilin iyun 
ayında partiyada parçalanma baş vermiş, islahatçı-sosialist 
mövqeli üzvlər (İ.Əbilov, S.Ağamalıoğlu,  Ə.Qarayev və b.) 
partiyadan ayrılaraq Tiflisdə menşevik özəyini yaratmışlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə