Microsoft Word esh mitci doc


partiyalar, o cümlədən CXP qapadılmışdır. 1980-ci



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   19   20   21   22   23   24   25   26   ...   94

 69
bütün partiyalar, o cümlədən CXP qapadılmışdır. 1980-ci 
illərdə keçmiş CXP-çilər tərəfindən Sosial-demokrat Xalqçı 
Partiya (SXP), Demokratik Sol Partiya (DSP) və b. partiyalar 
yaradılmışdır. 1992-ci ildə qadağalar götürüldükdən sonra 
partiya öz adı ilə yenidən bərpa edilmişdir. CXP 2002-ci ildən 
ana müxalifət partriyası kimi TBMM-də təmsil olunur.  
Bu gün Türkiyədə millətçi təmələ söykənən  ən nüfuzlu 
partiyalardan biri də Milliyyətçi Hərəkat Partiyasıdır (MHP). 
MHP-nin yaranmasının  əsası 1948-si ildə yaradılmış Millət 
Partiyasından (MP) başlayır. 1954-cü ildə iqtidar tərəfindən 
bağlanan MP-nin keçmiş üzvləri elə  həmin il Cümhuriyyətçi 
Millət Partiyasını (CMP) yaradırlar. 1958-ci ildə CMP ilə 
Türkiyə 
Kəndli Partiyasının birləşməsi nəticəsində 
Cümhuriyyətçi Kəndli Millət Partiyası (CKMP) yaradılır. 
1965-ci ildə Alparslan Türkeş (1917-1997) CKMP-ə  sədr 
seçildikdən sonra partiyada türkçü-islamçı ideyalar sistemli 
şəkildə irəli çəkilməyə  və  təbliğ olunmağa başlayır. 1967-ci 
ildə partiyada Doqquz işıq adlanan ideoloji prinsiplər
 
(millətçilik, ülküçülük, əxlaqçılıq, elmçilik, toplumçuluq, 
kəndçilik, hürriyyətçilik və  şəxsiyyətçilik, gəlişməçilik və 
xalqçılıq, sənayeçilik və texnikaçılıq)  qəbul olunur

1969-cu 
ildə partiyanın adı dəyişdirilərək MHP adlandırılır. 
MHP 1975 və 1977-ci illərdə Süleyman Dəmirəlin (1924) 
başçılığı altında qurulmuş I və II Milliyyətçi Cəbhə Höku-
mətində təmsil olunmuşdur. 
1970-ci illərdə Türkiyə siyasi həyatını bürümüş terrorçuluq 
və silahlı qarşıdurma xüsusən MHP və solçular arasında kritik 
həddə çatmışdır. 
MHP 1980-ci ildə qapadıldıqdan sonra
 
1983-cü ildə 
keçmış MHP-çilər
 
tərəfindən Mühafizəkar Partiya yaradılmış, 
1985-ci ildə adı  dəyişdirilərək Milliyyətçi Çalışma Partiyası 
(MÇP) adlandırılmışdır. 1987-ci ildə yasaqlardan azad olmuş 
A.Türkeş MÇP sədri seçilmişdir. 1991-ci il parlament seçki-
lərinə blokla qatılan MÇP parlamentdə 18 yer qazanmışdır.  


 70
1993-cü ilin yanvarında isə MÇP-nin adı MHP-yə 
dəyişdirilmişdir. MHP 1999-cu ilə  qədər parlament seç-
kilərində 10%-lik baryeri aşa bilmədiyindən parlamentdə 
təmsil oluna bilməmişdir. 1999-cu il parlament seçkilərində isə 
18% səslə ikinci yerə  çıxmış  və 1999-2002-ci illərdə 
B.Ecevitin başçılıq etdiyi koalision hökumətdə DSP-dan sonra 
ikinci partiya kimi təmsil olunmuşdur. MHP 2007-ci ildən bu 
günə qədər TBMM-də müxalifət partiyası kimi təmsil olunur. 
Hazırda Türkiyədə CXP və MHP ilə yanaşı millətçi təmələ 
söykənən Haqq və  Bərabərlik Partiyası,  Böyük Birlik 
PartiyasıUlusal Partiya və b. siyasi təşkilatlar mövcuddur. 
Təəssüf ki, bu gün Türkiyədə millətçilik “Türkiyəçilik” 
səviyyəsindən yuxarı qalxmır. Təkcə onu demək kifayətdir ki, 
millətçi sayılan heç bir təşkilat fars şovinizminə qarşı  nəinki 
mübarizə aparmır, hətta bu şovinizmə tamamı ilə biganə 
mövqedədir. Bu təşkilatlar tərəfindən Güney Azərbaycan milli 
hərəkatına lazımi dəstək verilmir, Rusiya Federasiyası 
tərkibində olan türk xalqları ilə  də  əlaqələr qurulmur. Bu 
təşkilatların Türkiyə  sərhədlərindən xaricdəki türkçülüyü 
yalnız Kıbrıs və Şimali İraqla məhdudlaşır. 
 
 
Çar Rusiyasında türkçülük ideyalarının 
formalaşması 
 
Milli ideyalar Rusiya tərkibindəki türk xalqlarında, o 
cümlədən  Şimali Azərbaycan türklərində XIX əsrin orta-
larından meydana çıxmış, ilk ictimai-siyasi təşkilatlar isə XX 
əsrin  əvvəllərində yaranmışdıır. Qanunauyğun olaraq bu 
təşkilatlar ilk olaraq burjua-demokratik və ya sosial-demokrat 
hərəkatları fonunda meydana çıxmışdır. 
Rus imperiyasında türkçülük ideyalarının inkişafının  əsas 
mərkəzlərindən biri məhz Quzey Azərbaycan olmuşdur. 
Burada milli ideologiyanın formalaşması heç şübhəsiz ki, 
maarifçilik hərəkatından  başlayır. Bu hərəkat XIX əsrin 


 71
əvvəllərində A.A.Bakıxanov  (1794-1847), M.Ş.Vazeh  (1794-
1852), Q.B.Zakir (1784-1857), M.Kazımbəy  (1802-1870), 
İ.B.Qutqaşınlı  (1806-1869)  və b. tərəfindən başlanmış,  əsrin 
sonları  və XX əsrin  əvvəllərində yüksək inkişaf səviyyəsinə 
çatmış  və tariximizə çox mühüm töhfələr vermişdir. Bu 
hərəkatın  ən görkəmli nümayəndələri kimi M.F.Axundzadə 
(1812-1878), S.Ə.Şirvani  (1835-1888), M.M.Nəvvab  (1833-
1918),  H.Zərdabi  (1837-1907), M.Şahtaxtılı (1846-1931), 
M.T.Sidqi
 
(1854-1903),  Ünsizadə qardaşları, (S.Ünsizadə 
(1845-?) və b.), N.Vəzirov  (1854-1926),  M.Ə.Sabir  (1862-
1911), C.Məmmədquluzadə (1866-1932), S.Qənizadə (1866-
1937), H.Mahmudbəyov (1864-1928), R.Əfəndiyev (1863-
1942),  F.Köçərli (1863-1920), Ə.Haqverdiyev  (1870-1933), 
N.Nərimanov (1870-1925), M.S.Ordubadi  (1872-1950),
 
Ö.F.Nemanzadə (1872-1937), A.Səhhət (1874-1918), 
S.S.Axundov  (1875-1939),  A.Şaiq  (1881-1959),  Ü.Hacıbəyli 
(1885-1948) və b. adlarını  çəkmək olar. Bu hərəkatın milli 
ideyaların təbliğində  və milli şüurun formalaşmasında böyük 
rolu olmuşdur. Bu böyük maarifçilər tərəfindən
 
milli azadlıq 
ideyaları açıq  şəkildə  təbliğ olunmasa da (buna çar 
senzurası imkan verməzdi), əhalini təhsilə cəlb etmək, ana 
dilimizdə yeni tipli məktəblər və mətbuat orqanları açmaq, 
bu dildə  dərsliklər, lüğətlər, bədii və elmi əsərlər və s. 
yazmaq, tarix və  mədəniyyətimiz üzrə  tədqiqatlar apar-
maq, milli incəsənət sahələrini inkişaf etdirmək, Qərbdəki 
ETT-ni və demokratik dəyərləri örnək götürmək, xurafata 
və  təriqət ayrıseçkiliyinə qarşı mübarizə aparmaq, dinə 
elmi  əsaslarla yanaşmaq, həqiqi islam dəyərlərini irəli 
çəkmək və s. istiqamətində mütərəqqi fikirlər təbliğ olun-
muş və real işlər görülmüşdür. Bu isə məhz milli ideologi-
yamızın  millilik, müasirlik  islam prinsiplərinə uyğun 
ideyaların təbliği və  həyata keçirilməsi demək idi. Onu da 
qeyd edək ki, bu böyük işlər  şovinist çar rejiminin ciddi 
təqib və təzyiqləri şəraitində həyata keçirilmişdir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə