Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   17   18   19   20   21   22   23   24   ...   94

 63
(1910-12), “Türk yurdu”cəmiyyətinin (1911-12)  və  “Türk 
yurdu” dərgisinin (1911-ci ildən fasilələrlə bu günə qədər) və 
“Türk ocağı”  təşkilatının (1911-12-ci illərdən fasilələrlə
 
bu 
günə  qədər) böyük rolu olmuşdur. Bu təşkilatlar və  mətbuat 
orqanları öz fəaliyyətlərində ümumtürk tarixi və  mədəniy-
yətinin öyrənilməsi, tədqiqi və  təbliği, türk dilinin saflaşdırıl-
ması, pantürkist ideyaların yayılmasını əsas götürmüşdür. 
“Türk dərnəyi” təşkilatı 1908-ci ilin dekabrında N.Asim, 
Ə.Midhət, Ə.H.Müftioğlu, Tofiq Rza (1869-1949), M.T.Bur-
salı  (1861-1925), V.Çələbi, Y.Akçura, F.Raif, Əmrullah 
Əfəndi (1859-1914) və b. tərəfindən yaradılmışdır. 1911-12-ci 
illərdə  dərnəyin eyni adlı  dərgisi də  nəşr olunmuşdur.  “Türk 
dərnəyi” ilə İ.Qaspıralı, Ə.Hüseynzadə (1864-1940), Ə.Ağa-
oğlu (1869-1939), N.Yusifbəyli (1881-1920), M.Ə.Yurdaqul, 
F.Köprülü  (1890-1966),  Xalid Ziya (1866-1945),  İspartalı 
Həqqi və b. tanınmış ziyalılar əməkdaşlıq etmişlər.  
“Gənc qələmlər”  dərgisi 1910-cu ildə Selanikdə  Nəsimi 
Sarımın rəhbərliyi ilə yaradılmış, baş yazarı Əli Canip (1887-
1967) olmuşdur. Dərgi “Yeni lisan” hərəkatının və “Milli 
Ədəbiyyat” cərəyanının aparıcı  mətbuat orqanı olmuşdur. Bu 
hərəkatın tanınmış simaları  Ömər Seyfəddin (1884-1920), 
Z.Göyalp (1876-1924),  Aka Gündüz (1886-1958), Sübhi 
Ədhəm  (1880-1923), Rasim Həşmət  (1880-1919)  və b. 
ziyalılar olmuşdur. Selanikin işğalı ilə  əlaqədar dərginin 
fəaliyyəti dayandıqdan (1912) sonra onun əməkdaşları öz 
fəaliyyətlərini  əsasən “Türk ocaqları”nda və “Türk yurdu” 
dərgisində davam etdirmişlər. 
“Türk yurdu” cəmiyyəti 1911-ci ilin avqustunda 
M.Ə.Yurdaqul,  Ə.H.Müftioğlu,  Ə.Ağaoğlu,  Ə.Hüseynzadə,  
Y.Akçura  və  Aqil Muxtarın (1877-1949) rəhbərliyi ilə 
yaradılmışdır. Həmin ilin noyabrından cəmiyyətin 
Y.Akçuranın rəhbərliyi ilə eyni adlı  dərgisi çap olunmağa 
başlamışdır. 1917-ci ildən  “Türk yurdu” dərgisi “Türk 
ocağı”nın orqanına çevrilmişdir. 


 64
“Türk ocağı”  təşkilatının  əsası 1911-ci ilin iyununda 
M.Ə.Yurdaqul, Y.Akçura, M.Ə.Tofiq (Yüksələn)  (1851-
1949),  Ə.Fərid,  Ə.Ağaoğlu, Fuad Sabit (1887-1957) və b. 
rəhbərliyi ilə qoyulmuşdur. 1912-ci ilin martında rəsmən təsis 
edilmişdir. Fasilələrlə bu günə  qədər fəaliyyət göstərən 
təşkilatın ilk başqanları: M.Ə.Yurdaqul (1911-12), Ə.Fərid 
(1912) və  H.Sübhi  (1885-1966; başqanlıq illəri: 1912/3-31, 
1949-59, 1961-65) olmuşdur.  
1917-ci ildən “Türk ocağı”nın orqanına çevrilmiş  və 
fasilələrlə bu günə  qədər fəaliyyət göstərən “Türk yurdu” 
dərgisi türkçülük tarixində çox önəmli yer tutmuşdur. Bu 
dərgidə
 
mütəmadi olaraq M.Ə.Yurdaqul,
 
Ə.H.Müftioğlu,
 
H.Sübhi, Z.Göyalp, Ə.Canip,
 
Y.Akçura,
 
Ə.Ağaoğlu,
 
Ə.Hü-
seynzadə,
 
İ.Qaspıralı,
 
V.Çələbi,
 
N.Asim,
 
M.T.Bursalı,
 
F.Köp-
rülü,
 
Ə.Hamid, S.Məqsudi (1879-1957)
 
və  b.  kimi  türkçü 
ziyalılar öz yazıları ilə çixiş etmiş və milli ideyaların inkişafına 
və yayılmasına böyük töhfələr vermişlər.  
“İttihad və  Tərəqqi” hakimiyyəti bu təşkilatların və 
mətbuat orqanlarının fəaliyyətinə maddi və  mənəvi dəstək 
vermişdir.    Bu  təşkilat və  dərgilərdən daha uzunömürlüsü və 
nüfuzlusu “Türk ocağı” təşkilatı  və “Türk yurdu” dərgisi 
olmuşdur. “Türk ocağı” sonradan Atatürk hərəkatına dəstək 
vermiş  və onun fəal üzvləri cümhuriyyət rəhbərliyində  təmsil 
olunmuşdur. 
“Gənc Türklər”in hakimiyyəti altında olan Osmanlı 
imperiyası Trablis (1911-12) və Birincı Balkan (1912-13) 
müharibələrindən sonra ərazilərinin bir hissəsini (Trablisi 
(Liviyanı), Egey adalarını  və Balkan ərazilərini) itirir. İkinci 
Balkan müharibəsindən (iyun-avqust, 1913) sonra isə  Ədirnə 
və onun ətrafı geri qaytarılır. 
1914-cü ilin əvvəlində daxildə yaranmış  gərgin vəziyyəti 
nəzarətdə saxlamaq üçün hərbi nazir Ənvər paşa (1881-1922), 
daxili işlər naziri və  “İttihad və  Tərəqqi” partiyasının sədri 
Tələt paşa (1874-1921) və  İstanbul valisi Camal paşadan 


 65
(1872-1922) ibarət “Gənc Türklər üçlüyü”nün diktaturası 
yaradılır.  
“Gənc Türklər” hakimiyyəti ölkədə mühüm milli və 
demokratik islahatlar həyata keçirmişdir. Buraya rəsmi ya-
zışmalarda yalnız türk dilindən istifadə, ordunun Avropa 
standartları ilə yenidən qurulması, ilk qadın universitetinin 
açılması, kapitulyasiya rejiminin ləğv edilməsi və s. aiddir. 
Birinci Dünya Müharibəsində (1914-18) məğlubiyyətdən 
sonra “Gənc Türklər”in liderləri ölkəni tərk etməyə  məcbur 
olurlar və onların hakimiyyəti süqut edir. Lakin böyük və güclü 
təşkilat olan İttihad və  Tərəqqi Partiyasının üzvləri başqa 
adlarla təşkilatlar yaradaraq Milli Azadlıq Hərəkatına qoşulur 
və bu hərəkatda aparıcı qüvvəni təşkil edirlər.  
 
 
M.K.Atatürkün başçılığı altında milli  
azadlıq hərəkatı (1919-23) 
 
M.K.Atatürkün (1881-1938) başçılığı altında milli azadlıq 
hərəkatı  (1919-23) I Dünya Müharibəsindən qalib çıxmış 
imperialist dövlətlərin Türkiyəyə qarşı yeni təcavüzünə  və 
təslimçi mövqe tutmuş sultan hakimiyyətinə qarşı yaranmışdır. 
 
Müharibədə Türkiyənin məğlubiyyətini rəsmiləşdirən 
Mudros sülh müqavıləsinin (30.10.1918) şərtləri ilə də kifayət-
lənməyən imperialist dövlətlər (İngiltərə, Fransa, İtaliya və Yu-
nanıstan) Paris konfransında (18.01.1919-21.01.1920) Türkiyə-
nin  ərazilərini öz aralarında bölüşdürməyi qərara alırlar və 
1919-cu ilin əvvəllərində Türkiyənin əksər ərazilərini öz hərbi 
nəzarətləri altına keçirirlər. Ölkədə  təslimçiliklə razılaşmayan 
hərbi və mülki qüvvələr cəsur hərbçi Mustafa Kamal Paşanın 
başçılığı altında birləşərək hərəkatın əsasını qoyurlar.  
1919-cu il, iyulun 21-dən avqustun 7-ədək müxtəlif hüquq 
müdafiə cmiyyətlərinin  Ərzrumda keçirilmiş konfransında 
M.Kamalın sədrliyi ilə Nümayəndələr Komitəsi seçilir. Həmin 
il, sentyabrın 2-də isə Sivasda Böyük Milli Ümumtürk 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə