Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   18   19   20   21   22   23   24   25   ...   94

 66
Konqresi toplanır və burada da Nümayəndələr Komitəsi seçilir. 
Ərzrum və Sivas konqreslərində seçilmiş 15 nəfərlik 
Nümayəndələr Komitəsi özünü yeganə səlahiyyətli orqan elan 
edir. Onun tələbi ilə sultan yeni deputatlar məclisini çağırır. 
Məclis 1920-ci ilin yanvarında “İmsaqi milli” (“Milli and”) 
adlı sənədi qəbul edir. Bu sənədə görə Mudros müqaviləsində 
nəzərdə tutulan sərhədlər daxilində Türkiyənin ərazi bütövlüyü 
elan edilir. Bu sənədə qarşı çıxan müttəfiq qoşunları 1920-ci il, 
martın 16-da İstanbula daxil olur. Bundan sonra Nüma-
yəndələr Komitəsi özünü müvəqqəti hökumət elan edir və 
Ankarada yeni məclis çağırır. 1920-ciu il, aprelin 23-də 
Ankarada M.Kamalın sədrliyi ilə Türkiyə Böyük Millət Məclisi 
(TBMM) yaradılır. Təslimçi mövqe tutan Sultan hakimiyyəti 
məclisi tanımır və M.Kamala edam hökmü verir. 
1920-ci ilin iyununda Türkiyə  ərazisinə nizami yunan or-
dusunu yeridən müttəfiqlər avqustun 10-da sultanı  təslimçi 
Sevr  müqaviləsini imzalamağa məcbur edirlər. Müqaviləyə 
görə Türkiyə Əraziləri İngiltərə, Fransa, İtaliya və Yunanıstan 
arasında bölüşdürülür. Türkiyə faktiki olaraq öz müstəqilliyini 
itirir.  
M.Kamalın hakimiyyətini qəbul edən türk qoşunları 1920-
ci ilin sonlarından 1922-ci ilin sentyabrına qədər kütləvi canlı 
qüvvə itkisi ilə müşayiət olunan ağır döyüşlərdən (“Qurtuluş 
savaşı”) sonra işğalçı qoşunları ölkə  ərazisindən çixarmağa 
müvəffəq olur. Ordunun toplanmasında və  qələbələrin  əldə 
edilməsində    M.Kamal  paşa ilə  bərabər  Kazım Qarabəkir 
Paşa (1882-1948), Çakmak Paşa (1876-1950), İsmət paşa 
(1884-1973) və b. dövlət xadimlərinin misilsiz xidmətləri 
olmuşdur.   
1922-ci il, oktyabrın 11-də Müttəfiq qüvvələr (“Antanta” 
və Yunanıstan) ilə Türkiyə (M.Kamal hökuməti) arasında  
Mudanya sülh müqaviləsi imzalanır. Müqavilədə yunan 
qoşunlarının  Şərqi Frakiyadan çıxarılması, boğazlarda isə 
müttəfiq qoşunlarının yalnız müvəqqəti olaraq (yekun sülh 
müqaviləsi imzalananadək) saxlanılması nəzərdə tutulur. 


 67
1922-ci il, noyabrın 1-də TBMM tərəfindən sultan 
hakimiyyəti ləğv edilir. Sultan VI Məmməd Vahidəddin 
(h.d:1918-22) Maltaya qaçır. Sülalədən olan Əbdülməcid isə 
xəlifə seçilir. 
1923-cü il, iyulun 24-də “Antanta” dövlətləri ilə Türkiyə 
Arasında növbəti  Lozanna sülh müqaviləsi imzalanır. 
Müqavilə nəticəsində Mudros və Sevr müqavilələri ləğv edilir 
və Türkiyənin müstəqilliyi tanınır. 
1923-cü il, oktyabrın 29-da TBMM tərəfindən Türkiyə 
respublika elan edilir və M.Kamal prezident seçilir.  
1924-cü il, martın 3-də  xəlifəlik ləğv edilir, xəlifə 
Əbdülməcid və onun ailəsi isə sürgün edilir. 1924-cü il, aprelin 
20-də Konstitusiya qəbul edilir. 
 
 
Türkiyə Cümhuriyyətində  
millətçilik 
 
Türkiyə Cümhuriyyətinin qurulduğu dövrdə yaranmış ilk 
partiya məhz millətçi və sosial-demokrat təməllərinə söykənən 
Cümhuriyyət Xalq Partiyası (CXP) olmuşdur. Partiyanın əsası 
1923-cü il, sentyabrın 11-də TBMM-də M.Kamalın başçılığı 
altında Xalq Firqəsinin yaranması ilə qoyulmuşdur. 1924-cü 
ilin noyabrından firqənin adının əvvəlinə “Cümhuriyyət” sözü 
də  əlavə olunmuşdur. 1935-ci ildə keçirilən 4-cü qurultayda 
firqə CXP adını qəbul etmişdir.  
Partiya fəaliyyətinin ilk illərində (1927, II qurultayda) 
cümhuriyyətçilik, millətçilik,  xalqçılıq  və dünyəvilik  prin-
siplərini  qəbul etmiş, sonradan (1931, III qurultayda) bu 
prinsiplərə dövlətçilik (etatizm)  inqilabçılıq   prinsipləri də 
əlavə olunmuşdur. Göründüyü kimi bu prinsiplər milli 
ideologiyamızın  əsas görüş  və ideyalarını özündə  əks et-
dirmişdir. Bu prinsiplər hətta 5 fevral, 1937-ci ildə  qəbul 
olunmuş konstitusiyaya da daxil edilmişdir. 


 68
CXP 1950-ci il seçkilərinə  qədər 27 il fasiləsiz iqtidarda 
olmuşdur. M.K.Atatürkün vəfatından (1938) sonra 1972-ci ilə 
qədər CXP-yə sədrlik etmiş İ.İnönü həm də 1938-50-ci illərdə 
Türkiyə prezidenti olmuşdur. 1946-cı ilə  qədər davam etmiş 
təkpartiyalı sistemdə isə CXP ölkədə yeganə partiya kimi 
fəaliyyət göstərmişdir. 1946-cı ildə yaranmış Demokratik 
Partiya (DP) və 1948-ci ildə yaranmış Millət Partiyası (MP) da 
müxalif mövqeli CXP-çilər tərəfindən yaradılmışdır.  
CXP-nin iqtidarda olduğu dövrdə ölkədə milli, hüquqi-
demokratik, iqtisadi və b. mühüm islahatlar həyata keçirilmiş, 
müstəqil milli dövlət quruculuğunda mühüm addımlar 
atılmışdır.  
1926-cı ildə  şəriət Məhkəməsi ləğv olunmuş, qadınlarla 
kişilərə bərabər hüquqlar verilmiş, 1928-ci ildə konstitusiyadan 
islam dininin dövlət dini olması haqqında bənd çıxarılmışdır. 
1934-cü ildə TBMM tərəfindən M.Kamal paşaya “Atatürk” 
soyadı verilmişdir. Türk ədəbi dili saflaşdırılmış  və mövqeyi 
gücləndirilmiş, 1935-ci ildə latın qrafikalı əlifbaya keçilmişdir.  
20-30-cu illər dünya iqtisadi böhranı dövründə Türkiyədə 
etatist iqtisadi siyasət həyata keçirilmişdir. Belə ki, iqtisadiy-
yatın tənzimlənməsində dövlətin mövqeyi gücləndirilmiş, bir 
çox sahələr (
müəssisələr
) milliləşdirilmiş, eyni zamanda milli 
sənayeni inkişaf etdirmək üçün yerli iş adamlarına xüsusi 
güzəştlər tətbiq olunmuş, kəndlilər torpaqla təmin olunmuş və 
onlara vergidə güzəşt olunmuşdur. Bu islahatlar isə iqtisadiy-
yatın inkişafına güclü təkan vermişdir. 
CXP 60-cı illərdə “ortanın solu” ideyası ilə solçu təmayülü 
ön plana çəkmiş, bunun davamı olaraq 1976-ci il, 23-cü 
qurultayda partiyanın 6 təməl prinsipinə “Demokratik sol”un 6 
prinsipi  (azadlıq, bərabərlik, həmrəylik (dayanışma),
 
in-
kişafın (gəlişmənin) bütünlüyü, əməyin üstünlüyü,  xalqın 
özünü idarə etməsi) də əlavə edilmişdir. 
1961-65-ci illərdə CXP sədri İsmət  İnönü, 1974, 1977 və 
1978-79-cu illərdə
 
isə CXP sədri Bülənt Ecevit (1925-2006) 
Türkiyə hökumətinə  rəhbərlik etmişdir. 1981-ci ildə ölkədə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə