Microsoft Word esh mitci doc


o cümlədən türk birliyi ideyasının və türk milli şüurunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   22   23   24   25   26   27   28   29   ...   94

 78
o cümlədən türk birliyi ideyasının və türk milli şüurunun 
formalaşmasında çox mühüm tarixi rol oynamışdır. 
Acınacaqlı haldır ki, 100 il öncə rus imperiyası daxilində 
türkləri birləşdirən o cür siyasi təşkilatın yaradılmış 
olmasına baxmayaraq, bu gün nəinki Rusiya federasiyası 
daxilində belə bir təşkilat yoxdur, hətta 20 ildən çoxdur ki, 
müstəqillik qazanmış türk dövlətlərini birləşdirən bir 
beynəlxalq təşkilat da yaradılmamışdır. Görəsən buna 
mane olan nədir?   
“Difai” partiyası  (“Qafqaz Müsəlman  İttifaqı–Difai) 
1906-cı ilin payızında  Ə.Ağaoğlunun başçılığı ilə Bakıda 
yaradılmışdır. Təşkilatın ilkin özəkləri Qarabağda təşkil 
olunmuşdur. Partiya əsasən erməni terrorçularının imperiyanın 
dəstəyi ilə türk-müsəlman  əhalisinə qarşı silahlı hücumlarına, 
qırğınlar törətməsinə qarşı türk-müsəlman  əhalisinin mü-
qavimətini təşkil etmək zərurətindən yaradılmışdır. Lakin təş-
kilatın fəaliyyəti bununla məhdudlaşmamışdır. Belə ki, par-
tiyanın qəbul etdiyi 52 maddədən ibarət proqrama görə  hərbi 
işlərdən, xarici siyasət, ümumi qanunvericilik, dövlət vergiləri, 
yüksək vəzifəli dövlət məmurlarının təyini və  bəzi ciddi 
cinayətlərə dair məhkəmə  işlərindən başqa bütün ictimai-
iqtisadi, mədəni-maarif və dini-əxlaqi işlər, həmçinin mü-
səlmanların mülki və  şəriət məsələləri, yerli və ali orqanlara 
nümayəndələrin təyini, məktəb və  mətbuat işləri və s. 
partiyanın və onun göstərişi ilə hərəkət edən idarələrin və məc-
lislərin ixtiyarına verilirdi. Həmçinin partiyanın bəyanna-
mələrində Qafqaz müsəlmanlarının milli birliyi və milli 
azadlığı ideyaları açıq təbliğ olunmuşdur (1.46, s. 89-90).  
Partiya müsəlman  əhalisindən silahlı  dəstələr də  təşkil 
etmişdir. Bu dəstələrin yaradılmasında məqsəd həm silahlı 
hücumlardan qorunmaq, həm də türk-müsəlman  əhalisinin 
mənafeyini təmin etmək üçün hökümət orqanlarına güc yolu ilə 
təzyiq göstərmək olmuşdur. Partiyanın öz fəaliyyəti üçün 
əhalidən pul da topladığı məlumdur.  


 79
Partiya iqtisadi görüşlərdə  (əsasən də aqrar məsələlərdə) 
sosial-demokrat təmayüllü olmuşdur. Onun üzvləri isə  əsasən 
orta və  aşağı  təbəqənin (kəndlilər, tacirlər, tələbələr, vəkillər, 
həkimlər, bəzi liberal düşüncəli  şəxslər və s.) nümayəndələri 
olmuşdur. Çünki, yuxarı  təbəqə (müsəlman aristokratiyası) 
nümayəndələri  əsasən rus hökuməti tərəfdarları olduğundan 
onlar partiyaya cəlb olunmamışdır.  
1909-cu ildə çar hökumətinin təqib və  təzyiqləri 
nəticəsində “Difai” partiyasının fəaliyyətinə son qoyulmuş, 
Ə.Ağaoğlu Türkiyəyə mühacirət etmiş, partiyanın fəal üzvləri 
(M.M.Axundov, A.Rəfibəyov, H.Usubbəyov,  Ə.Xasməmmə-
dov və b.) isə 5 il müddətinə Qafqazdan kənara sürgün 
edilmişdir.  
Milli hərəkat tariximizdə çox mühüm yer tutan “Difai” 
partiyasını Azərbaycan türklərinin sırf millətçi təmələ 
söykənən ilk siyasi təşkilatı hesab etmək olar. Təsadüfi deyil 
ki, “Difai”nin üzvlərinin bir hissəsi 1911-ci ildə yaradılmış 
“Müsavat” partiyasına daxil olmuşdur. Azərbaycan Xalq 
Cümhuriyyəti dövründə milli ordunun yaradılmasında əvvəllər 
“Difai”nin silahlı  dəstələrində olmuş  şəxslər bir baza rolunu 
oynamışdır. 
Təxminən eyni dövrdə “Difai” ilə əlaqəli, eyni prinsiplərlə 
fəaliyyət göstərən nisbətən kiçik “Müdafiə”, “Qeyrət” və b. 
müsəlman-türk təşkilatları da mövcud olmuşdur. 
Bu dövrdə “Nicat” (1906), “Səadət”  (1906), “Nəşri-
maarif” (1906),  “Cəmiyyəti-xeyriyyə” (1905) və b. xeyriyyə 
təşkilatları da mövcud olmuşdur ki, onlar türk-müsəlman 
əhalisinin maariflənməsi, təhsilinə yardım, ana dili və 
ədəbiyyatı inkişaf etdirmək,  əhalinin sosial durumunu 
yaxşılaşdırmaq
 
və s. istiqamətidə fəaliyyət göstərmişlər. 
  
O dövrdə
 
siyasi hərəkatlarda və ideologiyalarda iqtisadi 
görüşlərə görə  əsasən iki meyl mövcud olmuşdur: liberal 
(burjua-demokrat) və sosial-demokrat meylli iqtisadi görüşlər. 
Bu da tarixi gerçəklikdən doğan zərurət idi. Belə ki, öncə qeyd 
etdiyimiz kimi o dövrdə aparıcı ideologiyalar məhz liberalizm 


 80
və sosializm idi. Milli hərəkatlar da uyğun olaraq burjua-
demokratik və ya sosial-demokrat hərəkatları ilə  vəhdətdə 
yaranırdı, çünki hər iki aparıcı ideologiya milli haqları  və 
azadlıqları  ən azı  nəzəri olaraq tanıyırdı. Milli ideoloq-
larımızdan iqtisadi görüşlərinə görə  həm liberal meylli 
(Ə.Topçubaşov, Y.Akçura və b.), həm də sosial-demokrat 
meylli (Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə və b.) ideoloqlar olmuşdur. 
Bəzən milli ideoloqlarımızın iqtisadi görüşlərindəki bu fərqləri 
süni olaraq ört-basdır etməyə çalışırlar, bir çox milli 
hərəkatçılarımızın sosial-demokrat hərəkatından çıxdığını 
müxtəlif yollarla danmağa cəhd göstərirlər. Əslində isə burada 
ziddiyyətli, qeyri-adi, inkar olunmalı heç nə yoxdur. Belə ki, 
əvvəldə qeyd etdiyimiz kimi, millətçilik üçün müəyyən 
olunmuş xüsusu iqtisadi görüş yoxdur, bu müxtəlif amillərdən 
asılı olaraq müəyyən oluna bilər. Hətta sonadək bolşevik 
hərəkatında qalmış N.Nərimanovun da milli ideyalarla çıxış 
etdiyi, Azərbaycan türklərinin milli haqlarının müdafiəsində 
dayandığı danılmazdır. Təsadüfi deyil ki, türklərə münasibətdə 
düşmən,  şovinist mövqedə dayanan rus və erməni mənşəli 
bolşeviklər N.Nərimanovu “millətçi” adlandırmışlar. 
I rus inqilabı yatırıldıqdan sonra çar rejimi tərəfindən 
təqiblər yenidən güclənir və milli hərəkat nisbətən zəifləyir, 
hərəkatrçıların bir qismi (M.Ə.Rəsulzadə  və b.) xaricə mü-
hacirət etməli olur.  
1910-cu illərin əvvəllərindən, xüsusən də çarın 1913-cü il 
“əfvi-ümumi”sindən sonra Azərbaycan Milli Hərəkatı növbəti 
yüksəliş  mərhələsinə  qədəm qoyur və milli təmayüllü siyasi 
təşkilatlar yaranmağa başlayır. 
 “Müsavat”  partiyası  İstanbulda olan M.Ə.Rəsulzadənin 
tövsiyəsi ilə 1911-ci ilin payızında keçmiş hümmətçilər –  
Məmməd Əli Rəsulzadə, Abbasqulu Kazımzadə və Tağı Nağı 
oğlu tərəfindən Bakıda qeyri-leqal şəkildə yaradılmışdır. 1913-
cü ildə çarın romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə 
imzaladığı ümumi əfv fərmanından
 
(“əfvi-ümumi”) sonra 
M.Ə.Rəsulzadə  də Bakıya qayıtmış  və “Müsavat” partiyasına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə