Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə81/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   93

182 
 
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
Şə
rhetm
ə 
İxtiyari zaman anında 
radioaktiv çevrilməyə 
məruz qalmayan 
nüvələrin sayının 
müəyyənləşdirmə 
qanununu çətinliklə 
şərh edir. 
İxtiyari zaman anında 
radioaktiv çevrilməyə 
məruz qalmayan nü-
vələrin sayının müəy-
yənləşdirmə qanu-
nunu səhvlərə yol 
verməklə şərh edir. 
İxtiyari zaman anında 
radioaktiv çevrilməyə 
məruz qalmayan 
nüvələrin sayının 
müəyyənləşdirmə 
qanununu əsasən 
doğru şərh edir. 
İxtiyari zaman anında 
radioaktiv çevrilməyə 
məruz qalmayan 
nüvələrin sayının 
müəyyənləşdirmə 
qanununu tam doğru 
şərh edir. 
M
əs
əl
əqurm
a v
ə 

ll
etm
ə 
Radioaktiv çevrilmə 
qanununa aid qrafik 
məsələlər sərbəst qu-
rub  həll edə bilmir. 
Radioaktiv çevrilmə 
qanununa aid qrafik 
məsələlər qurmaqda 
çətinlik çəkir, lakin 
həll edir. 
Radioaktiv çevrilmə 
qanununa aid qrafik 
məsələlər sərbəst 
qurur və əsasən doğru 
həll edir. 
Radioaktiv çevrilmə 
qanununa aid qrafik 
məsələlər qurur və 
düzgün həll edir. 
 
Dərsin sonunda  iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
Ev tapşırığı.  Yarımçevrilmə periodu məlum olan ixtiyari izotopun nüvələrinin yarımpar-
çalanma periodlarına uyğun diaqram və cədvəlin hazırlanması. 
 
 
Dərs 86  / Mövzu: 
ATOM-NÜVƏ HADİSƏLƏRİNDƏ 
 FİZİKİ KƏMİYYƏTLƏR VƏ ONLARIN VAHİDLƏRİ 
Dərsə  fəndaxili  əlaqə yaratmaqla başlamaq tövsiyə olunur. Belə ki, müxtəlif xarakterli 
fiziki hadisələrdən hər hansı birini xatırlatmaq və bu hadisənin hansı fiziki kəmiyyətlərlə 
xarakterizə olunduğu, onların BS-də ölçü vahidləri haqqında müsahibə  təşkil edilə bilər. 
Məsələn, suallar aşağıdakı istiqamətdə qoyula bilər: 
Mexanikada enerji, kütlə, məsafə kimi fiziki kəmiyyətlərlə tanış olmusunuz. Bu 
kəmiyyətlər arasında hansı münasibətlər yadınızdadır? 
– Bir fiziki kəmiyyətin vahidini digər vahidlərlə əvəz etmək olurmu, bu hansı zərurətdən 
irəli gəlir? 
Tədqiqat sualı

Atom və nüvə hadisələri hansı fiziki kəmiyyətlərlə xarakterizə olunur?  
Dərsin B blokunda verilən “1 kq neçə atom kütə vahidinə bərabərdir” araşdırması kiçik 
qruplarda icra olunur. Araşdırma zamanı müəllim qrupların işlərini nəzarətdə saxlayır. Yeri 
gəldikdə riyazi biliklərdən düzgün istifadə etməkdə  şagirdlərə istiqamət verilir. Qruplar öz 
işlərini bitirdikdən sonra sinifdə 1 kq neçə atom kütlə vahidinə  bərabər olması haqqında 
ümumi müzakirə aparılır. 
Həlli:
1  . . .
,

1,6605402 ∙ 10

1
1 . . .
1,6605402 ∙ 10
6,0221367 ∙ 10
. . . 
 
Alt 
STANDART 
3.1.2. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun fi-
ziki kəmiyyətlər arasındakı asılılığı müəyyən edir. 
Dərsin 
MƏQSƏDİ 
  Zərrəciklər sisteminin kütləsi ilə enerjisi arasındakı mütənasiblik qa-
nununu şərh edir. 
 Atom-nüvə hadisələrində  bəzi fiziki kəmiyyətlər arasındakı qarşılıqlı 
münasibətləri müəyyən edir. 


183 
 
Dərsliyin C blokunda verilən dərs materialı qısa və dəqiq olduğundan onu şagirdlər müstə-
qil oxuyur. Bu zaman müəllim aşağıdakı suallarla şagirdlərin diqqətini vacib məsələyə yö-
nəldir: 
 Kütlə ilə enerji arasındakı qanunauyğunluq necə ifadə olunur? 
 Atom-nüvə hadisələrində enerjini hansı vahidlə ifadə etmək əlverişlidir? Bu vahidin coul-
larla hansı əlaqəsi var? 
Dərsin məzmunu ilə şagirdlər aşağıdakı müddəalar əsasında tanış olurlar:  
1. Fiziki kəmiyyətlər və onların ölçü vahidləri  
2. Atom kütlə vahidi 
3. Atom- nüvə hadisələrində uzunluq 
4. Atom - nüvə hadisələrində enerji ilə kütlə arasında əlaqə  
5. Enerji vahidi: MeV. 
Təklif olunan cədvəl və sxemlər.  BİBÖ cədvəlinin modifikasiyası. Burada “İstəyirəm bi-
ləm” sütununun 3-cü olması vacibdir. Çünki şagirdlər yeni məlumatla tanış olduqdan sonra 
onlarda daha çox suallar yarana bilər. Məsələn:  
–  Atom səviyyəsində daha hansı kəmiyyətlər var?  
–  Onlar hansı vahidlərlə ölçülür?  
–  Nə üçün sistemin enerjisi onun kütləsindən düz mütənasib asılıdır?  
– Enerjinin hesablanmasında işığın sürətindən nə üçün istifadə edilir? İşıqla atomun hansı 
əlaqəsi var?   
Bu və ya digər sualların cavabları dərsdənkənar məşğələlərdə müzakirə edilə bilər, ya-
xud şagirdlərə məlumat verilə bilər ki, bu barədə yuxarı siniflərdə danışılacaq. 
Kəmiyyətin adı Bilirəm 
İstəyirəm biləm Öyrəndim 
Məsafə 
 
 
 
Kütlə 
 
 
 
Enerji 
   
 
 
Əldə edilən biliklərin yaradıcı  tətbiq olunması üçün müəllim D blokunda verilən, yaxud 
özünün məqsədəuyğun hesab etdiyi aşağıdakı tip tapşırıqlar verə bilər:  
– Nə üçün sizə məlum olan bəzi kəmiyyətlərin atom səviyyəsində ölçü vahidləri dəyişir?  
– Zərrəciklər sisteminin kütləsinin dəyişməsi zamanı enerji dəyişmələrinə uyğun məsələ 
tərtib edin və onu həll edin.  
 
Elektron resurslar: 
1.http://musabiqe.edu.az/index.php?option=com_mtree&task=att_download&link__id=24  
2. https://www.youtube.com/watch?v=WAsmY4ocWSA  
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.
  
 
Enerji
____
____
Məsafə
____
____
Kütlə
____
____


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə