Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə84/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   93

190 
 
Dərs 91/Mövzu: 
URAN NÜVƏSİNİN BÖLÜNMƏSİ 
 
Maraqoyatma dərsliyin  A blokunda verilən mətnlə  və ona əsaslanan sualla yaradıla 
bilər. Şagirdlərin irəli sürdükləri təkrarlanmayan fərziyyələr lövhədə yazılır və tədqiqat sualı 
formalaşdırılır.  
Tədqiqat sualı
:
  Uran nüvəsinin neytronlarla qarşılıqlı  təsirindən baş verən hansı 
hadisə alimlər üçün gözlənilməz oldu?  
Şagirdlər qruplaşdırılır və  dərsliyin  B blokunda verilən araşdırma icra olunur. Şagirdlər 
nüvə reaksiyalarında kütlə və yük ədədlərinin saxlanması qanunlarından istifadə edərək uran 
nüvəsinin bölünmə reaksiyasını həm verilən şəkildə, həm də tənlikdə tamamlayırlar: 


3 . 
 
Şagirdlər, demək olar ki, bu nüvə reaksiyasında qeyri-adi heç nə hiss etmirlər, lakin araşdır-
manın müzakirəsində qoyulan iki sual onları düşünməyə və yeni fərziyyələr formalaşdırmağa 
məcbur edir. 
Müəllim qruplara dərsliyin  C blokunda verilən nəzəri materialı diqqətlə oxuyub təqdimat 
hazırlamaq tapşırığı verir. Şagirdlərə  təqdimat hazırlayarkən aşağıdakı  məsələlərə xüsusi 
diqqət yetirmək tövsiyə olunur: 
 Uran nüvələrinin neytronlarla bombardman edilməsi zamanı: 
– iki orta kütləli nüvələrin yaranması; 
– iki və daha çox yeni neytronların yaranması; 
– yeni yaranan neytronların digər uran nüvələri ilə qarşılıqlı  təsirə  məruz qalmaqla bu 
nüvənin bölünmə prosesini artan silsilə ilə davam etdirməsi; 
– nüvələrin bölünmə reaksiyalarını yazmalı; 
– hər yeni bölünmə reaksiyasından külli miqdarda enerji ayrılması. 
 Nüvələrin bölünmə prosesinin fiziki mexanizmini izah etməli. 
 
Qrup liderlərinin təqdimatları dinlənilib müzakirə olunduqdan sonra “Yaradıcı  tətbiqetmə” 
mərhələsindəki reaksiyalar aşağıdakı kimi tamamlanır: 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini və onların 
baş vermə səbəblərini şərh edir. 
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin 
qanunauyğunluqlarına dair topladığı məlumatları şərh edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Uran nüvəsinin neytronlarla qarşılıqlı təsirinin mexanizmini izah edir. 
 Uran nüvəsinin müxtəlif bölünmə reaksiyalarını yazır. 


191 
 


2  


3
 


3  


3 . 
 
Təklif olunan cədvəl və sxemlər.  
 
 
İnternet resurslar: 
1. https://www.youtube.com/watch?v=mBdVK4cqiFs 
2. https://www.youtube.com/watch?v=S4bWMhdz5yE 
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar. 
 
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
İzahe
tm
ə 
Uran nüvəsinin 
neytronlarla qarşılıqlı 
təsirinin mexanizmini 
səhv izah edir. 
Uran nüvəsinin 
neytronlarla qarşılıqlı 
təsirinin mexanizmini 
az səhvlərə yol 
verməklə izah edir. 
Uran nüvəsinin 
neytronlarla qarşılıqlı 
təsirinin mexanizmini 
qismən doğru izah 
edir. 
Uran nüvəsinin 
neytronlarla qarşı-
lıqlı təsirinin me-
xanizmini ətraflı 
izah edir. 
Reaks
iya-
 
yazm

Uran nüvəsinin 
müxtəlif bölünmə 
reaksiyalarını 
yazmaqda çətinlik 
çəkir. 
Uran nüvəsinin 
müxtəlif bölünmə 
reaksiyalarını yaz-
dıqda qeyri dəqiqliyə 
yol verir. 
Uran nüvəsinin 
müxtəlif bölünmə 
reaksiyalarını əsasən 
doğru yazır. 
Uran nüvəsinin 
müxtəlif bölünmə 
reaksiyalarını tam 
doğru yazır. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


192 
 
Dərs 92/Mövzu: 
ZƏNCİRVARI NÜVƏ REAKSİYASI.  
ATOM BOMBASI 
 
Maraqoyatmanı dərsliyin A blokunda verilən real tarixi faciənin söylənməsi və sualların 
müzakirəsi ilə başlanması tövsiyə olunur. Şagirdlərin irəli sürdüyü fərziyyələrdən maraq 
doğuranları lövhədə yazılır və tədqiqat sualı formalaşdırılır: 
Tədqiqat sualı
:
  Uran nüvəsinin bölünmə reaksiyası idarə olunmadıqda nə baş verə 
bilər?”  
Şagirdlər qruplaşdırılır və dərsliyin B blokunda verilən “İlk 30 saniyə müddətində şəhər 
əhalisinin 30% - i həlak oldu!” araşdırması icra olunur. Burada verilən məsələ hesab tapşırığı 
olmasına baxmayaraq, iki məqsəd daşıyır: 1) şagirdlərdə kütləvi qırğın silahlarının dinc in-
sanların faciəli şəkildə məhv edilməsinə yönəldilməsinə şiddətli qəzəb tərbiyə etmək; 2) uran 
nüvəsinin bölünmə reaksiyası idarə olunmadıqda və bu reaksiyanın xüsusi bombalarda istifa-
də olunmasının fiziki mexanizmini öyrənməyə zəmin yaratmaqdır. Şagirdlər hesablayırlar ki, 
Xirosima  şəhərində atom bombası partladıldıqdan sonra ilk 30 saniyə müddətində  şəhərdə 
78 000 nəfər (30%) dinc əhali (körpə, qoca, qadın, xəstə və s.) yandırılıb külə döndərilmiş, 
bir həftədən sonra isə daha 72 800 nəfər (28%) radioaktiv şüalanmadan həlak olmuşdur. 
Araşdırmanın nəticəsini müzakirə etdikdə Xirosima və Naqasaki şəhərlərindəki atom bom-
bası faciəsinin real fotoşəkillərinin nümayiş etdirilməsi yerinə düşərdi. Bu məqsədlə aşağıda 
verilən internet resurslarından istifadə etmək olar. Müzakirənin dərslikdə verilən suallar 
əsasında aparılması məqsədəuyğun hesab olunur. Bu, hökm deyildir, müəllim mərhələni özü 
maraqlı bildiyi araşdırma ilə də həyata keçirə bilər. 
Sonrakı mərhələdə qruplara dərsliyin C blokunda verilən nəzəri materialı oxuyub təqdimat 
hazırlamaq tapşırılır. Təqdimatda nələrə diqqət yetimək lazım gəldiyini şagirdlərə bildirmək 
üçün, onlara aşağıdakı suallar yazılan didaktik vərəqlər paylamaq məqsədəuyğundur: 
 Zəncirvarı nüvə reaksiyası nədir? 
 İdarəolunan zəncirvarı nüvə reaksiyasının baş verməsi üçün hansı şərtlər ödənilməlidir?  
 Böhran kütləsi nədir? 
 Atom bombasının quruluş və iş mexanizmi nədən ibarətdir? 
 
Qrup liderlərinin təqdimatları dinlənilib müzakirə olunduqdan sonra “Yaradıcı  tətbiqetmə” 
mərhələsindəki məsələnin həlli tamamlanır. Məsələnin əsas hissəsi həll olunduğundan onun 
tamamlanması elə də çətinlik törətmir. Şagırdlər atom bombası partladıqda 48 kq uran -235 
izotopunun zəncirvarı reaksiyasından necə  böyük miqdar enerji ayrıldığını yoxlayırlar: 
48 ∙ 5,2 ∙ 10
249, 610
398,4 ∙ 10

Təklif olunan cədvəl və sxemlər. Atom bombasının quruluş və iş prinsipini aşağıdakı sxem 
üzrə də izah etmək olar. Burada nüvə yanacağı kimi kütlələri böhran kütləsindən azca kiçik 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini və onların 
baş vermə səbəblərini şərh edir. 
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə elektromaqnit və nüvə qarşılıqlı 
təsirinin rolunu izah edir. 
2.2.2. Elektromaqnit və nüvə qarşılıqlı təsirinə dair məsələlər qurur və 
həll edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Zəncirvarı nüvə reaksiyasının başvermə mexanizmini izah edir. 
 İdarə olunmayan zəncirvarı reaksiyanın atom bombasında tətbiqini 
şərh edir. 
 Zəncirvarı nüvə reaksiyası zamanı ayrılan enerjinin hesablanmasına 
aid məsələlər həll edir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə