Microsoft Word fiz-9 mv az capa docx


Təklif olunan şəkil və sxemlər



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə89/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   93

203 
 
Təklif olunan şəkil və sxemlər. Hidrogen bombası haqqında belə bir faktı söyləmək olar:  
– Hidrogen bombası ilk dəfə 1 noyabr 1952-ci ildə ABŞ tərəfindən Eluqelab adasında (Sakit 
okean) sınaqdan çıxarılmışdır. Partlayışın gücü Xirosimaya atılan atom bombasının 
gücündən 700 dəfə böyük olmuşdur. Nəticədə ada tamamilə Yer səthidən yox olmuş, okeanın 
dibində isə diametri 2000 m, dərinliyi 52 m olan krater yaranmışdır. 
 
 
 
“Yaradıcı tətbiqetmə” mərhələsində şagirdlər dərsliyin E blokunda verilən məsələni həll 
edirlər. 
Məsələ.  Hidrogen bombasının partlaması  nəticəsində – nüvələrin sintezi reaksiyadan– 
(1) reaksiyasından  ayrılan enerjinin hər nuklona düşən miqdarını hesablayın (element və 
zərrəciklərin a.k.v.-ni dərslikdın, cədvəl 4.3-dən götürün). 
 
Verilir Həlli 

. 
,
. . .
,
 . . ., 
,
 . . ., 
,
. . . 
? 


 

∆ ∙ 931,5

 
Hesablanması 

,
,
. .
,
,
. .
 
,
 . . . 


204 
 
,

,
,
,
. 
Müqayisə üçün hesablamaq olar ki, uran nüvəsinin bölünməsində 236 nuklon 
iştirak etdiyindən, bölünmədən ayrılan enerjinin (bir nüvə bölünməsindən 200 
MeV enerji ayrılır, bax:4.12-ci mövzu) hər nuklona düşən miqdarı: 
ğı
 ü ə
,

Bu o deməkdir ki, yüngül nüvələrin sintezindən ayrılan enerjinin hər nuklona 
düşən miqdarı ağır nüvələrin birləşməsindən ayrılan enerjinin hər nuklona 
düşən miqdarından 146,2 dəfə çoxdur. 
 
Elektron resurslar: 
1. wikimapia.org/2438085/ru/Остров 
2. bigpicture.ru/?p=177191 
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
Şə
rhetm
ə 
Sintez nüvə reaksi-
yalarının mexaniz-
mini səhv izah edir. 
Sintez nüvə reaksi-
yalarının mexaniz-
mini çətinliklə izah 
edir. 
Sintez nüvə reaksi-
yalarının mexaniz-
mini qismən doğru 
izah edir. 
Sintez nüvə reaksi-
yalarının mexaniz-
mini doğru izah edir. 
T
əsnifetm
ə 
Sintez nüvə reaksiya-
sına aid məsələlər 
qurmaqda və həll 
etməkdə çətinlik 
çəkir. 
Sintez nüvə reaksiya-
sına aid məsələləri 
müəllimin köməyi ilə 
qurur və həll edir. 
Sintez nüvə reaksiya-
sına aid məsələlər qu-
rur və əsasən doğru 
həll edir. 
Sintez nüvə reaksiya-
sına aid məsələlər 
qurur və doğru həll 
edir. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur.
 
 
 
 


205 
 
Dərs 99/
 
MƏSƏLƏ HƏLLİ 
 
Burada çalışma 4.8-dəkı tapşırıqlar həll oluna bilər: 
1. Verilən istilik nüvə reaksiyasından hansı zərrəcik yaranır? Sintez reaksiyası zamanı nə 
qədər enerji ayrılar? 

 

∆ ∙  

2,014102
3,016062
4,002603
1,008665
0,018896  . . . 

0,018896 ∙ 931,4
17,6016
 
Cavab: Verilən istilik nüvə reaksiyasından neytron yaranır və 
17,6016
 enerji ayrılır. 
 
 
3.Verilir Həlli 

. 
,
. . .
,
 . . ., 
,
. . . 
? 

2
2

 

∆ ∙ 931,5

 
Hesablanması 

∙ ,
. .
,
∙ ,
. .
 
,
 . . . 
,
 ∙
,
,
,
. 
 
 
 
Dərs 100/Mövzu: 
NÜVƏ SİLAHI BEYNƏLXALQ SÜLHÜN 
QARANTIDIRMI? (
DEBAT DƏRS

 
Bu dərsin yekun dərs kimi debat formasında təşkil edilməsi daha məqsədəuyğundur.  
Debatlar dərslikdə verilmiş mövzular üzrə keçilir. Debat dərsi təşkil etmək üçün müəllimlə-
rin aşağıdakı tövsiyələri nəzərdən keçirməyi faydalı olardı.  
 Debatın mövzusunu müəyyən edin. Mövzu elə seçilməlidir ki, o, şagirdlərdə maraq 
doğursun və geniş müzakirə imkanları olsun.  
 Eyni sayda üzvləri olan iki komanda yaradın. Komandalardan biri qoyulmuş mövzunun 
müsbət, o biri isə mənfi cəhətlərini qeyd etməlidir. 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə , onların başvermə 
səbəblərini şərh edir. 
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin 
qanunauyğunluqlarına dair topladığı məlumatları şərh edir. 
2.2.1.Təbiətdəki əlaqəli sistemlərdə elektromaqnit və nüvə qarşılıqlı 
təsirinin rolunu izah edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Kütləvi qırğın silahına malik olmağın üstün və təhlükəli tərəflərinin 
müqayisəsini aparır. 
 Nüvə silahının törətdiyi fəlakətlərdən nümunələr gətirir. 


206 
 
 Püşk atmaqla hansı komandanın təsdiq edənlər, hansıların isə inkar edənlər olduğunu 
müəyyənləşdirin.  
  Şagirdlərə arqument və  əks-arqumentlərlə kömək edin. Köməklik üçün bəzi arqumentlər 
dərslikdə verilib.  
 Debatın necə keçiriləcəyini, reqlamenti və iştirakçıların rolunu şagirdlərlə razılaşdırın.  
 Hakimlərin kimlər olacağını müəyyən edin. Onları da 2-3 nəfər olmaqla şagirdlərin 
içərisindən seçə bilərsiniz.  
 Debatı keçirərkən reqlamentə ciddi riayət edin.  
Çıxış edənlərin vəzifəsi onların hansı komandaya aid olmasından asılıdır.  
Təsdiqedici  (lehinə fikirlər səsləndirən)  komanda  hakimləri öz mövqelərinin doğruluğuna 
inandırmağa çalışmalıdır.  Ona görə  də ilk çıxış edən iştirakçılar hakimlərə özlərinin 
arqumentlər sistemini təklif etməlidirlər. Debat zamanı komanda üçün əsas məsələ onun 
bütün iştirakçılarının  əsas arqumentləri aydın, səlis və inandırıcı  şəkildə  təqdim etməsidir. 
Nitqi kiçik hissələrə bölmək məqsədəuyğun deyil.  
İnkaredici  (əleyhinə fikirlər səsləndirən) komandanın  vəzifəsi isə opponentlərin 
arqumentlərini təkzib etməkdir. Onlar təkliflərlə “razı deyillər” və hakimlərin diqqətinə 
problemə yanaşmada  əks mövqeyi təqdim edirlər.  İlk çıxış edən təklif olunan baxışların 
müdafiəsi üçün öz arqumentlərini irəli sürür. Komandanın çıxış edən digər üzvləri isə onun 
baxışlarını  təkidlə müdafiə edirlər. Bir daha qeyd olunmalıdır ki, tərəflər öz mövqelərinin 
düzgünlüyünə qarşı tərəfi deyil, hakimləri inandırmağa çalışmalıdırlar.  
Hakimlər  debatlar  zamanı qarşı  tərəfləri yalnız dinləyirlər. Onlar komanda üzvlərinin 
hansının daha inandırıcı çıxış etdiyini müəyyənləşdirirlər. Bu zaman hakimlər iştirakçıların 
arqumentlərini, onların məntiqi izahını  və öz mövqelərini nə  dərəcədə inandırıcı müdafiə 
etdiklərini qiymətləndirməlidirlər.  
 
Debatın təqribi ssenarisi:  
 
Komandalar 
Fəaliyyət 
Vaxt 

Təsdiqedici komandanın I 
çıxışı 
Mövqelərini bildirir və bunun üçün dəlillər 
gətirirlər. 
3 dəq. 
İnkaredici komandanın 
təkzibedici münasibəti 
İlk çıxış edənlərin dəlillərinin  əsassız 
olduğunu sübut etmək üçün suallar verir. 
3 dəq. 

İnkaredici komandanın I 
çıxışı 
Təsdiqedici komandanın dəlillərini tənqid 
edərək öz mövqelərini bildirirlər. 
3 dəq. 
Təsdiqedici komandanın 
təkzibedici münasibəti 
İnkaredici komandanın dəlillərinin  əsassız 
olduğunu sübut etmək üçün suallar verirlər. 
3 dəq. 

Təsdiqedici komandanın II 
çıxışı 
 Mövqelərinin təsdiqi üçün yeni dəlillər 
gətirirlər. 
3 dəq. 
İnkaredici komandanın 
təkzibedici münasibəti 
Çıxış edənlərin dəlillərinin düzgün olmadığını 
sübut etmək üçün suallar verirlər. 
3 dəq. 

İnkaredici komandanın II 
çıxışı 
Təsdiqedici komandanın dəlillərini tənqid 
edərək öz mövqelərini bildirir. 
3 dəq. 
Təsdiqedici komandanın 
təkzibedici münasibəti 
İnkaredici komandanın dəlillərinin  əsassız 
olduğunu sübut etmək üçün suallar verirlər. 
3 dəq. 

Təsdiqedici komandanın III 
çıxışı 
Öz qruplarının üstünlüyünü qeyd edərək 
debatın nəticələrini yekunlaşdırır. 
3 dəq. 

İnkaredici komandanın III 
çıxışı 
Öz qruplarının üstünlüyünü qeyd edərək 
debatın nəticələrini yekunlaşdırır. 
3 dəq. 
 
 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə