Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə88/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   93

201 
 
Şagirdlər üçün təqdimatı qiymətləndirmə meyarları: 
Meyarlar Hə Yox 
1 Təqdimatda bütün qrup üzvləri iştirak edir. 
 
 
2 Təqdimat maraqlıdır, məzmununda səhv informasiya yoxdur. 
 
 
3 Slaydların dizaynı maraqlıdır.  
 

İşdə orfoqrafik səhvlər yoxdur. 
 
 
5 Çıxış edənlər öz fikirlərini aydın və dəqiq bildirir. 
 
 
6 Təqdimata alternativ enerji mənbələri və onların respublikamızda tətbiqləri 
ilə bağlı maraqlı faktlar da əlavə edilmişdir. 
 
 
7 Respublikamızda hansı alternativ enerji mənbələrinin tətbiq olunmasının 
zəruriliyi əsaslandırılır.  
 
 
8 Təqdimatın hazırlanmasında dərslikdəki ardıcıllıq gözlənilmişdir.  
 
 
Təqdimatın yekun qiymətləndirmə cədvəli 
QİYMƏTLƏNDİRMƏ  
MEYARLARI 
MAKSİMUM 
BALLAR 
QRUPLARIN  
QİYMƏTLƏRİ 
MÜƏLLİMİN 
QİYMƏTLƏRİ 
DİZAYN VƏ ƏMƏKDAŞLIQ 
 
 
 
 Tapşırığa uyğun təqdimat hazırlanmışdır. 
10 
 
 
 Nəzəri məlumatlar, şəkillər dəqiq və 
səliqəlidir. 

 
 
 Nəticələr əsaslandırılmışdır. 

 
 
 Qrupdakı hər bir şagirdin əməyi gözə çarpır. 

 
 
MƏZMUN 
 
 
 
Məzmun əhatə olunmayıb.
5  
 
Məzmun qismən əhatə olunub.
7  
 
Məzmun əhatə olunmuşdur, lakin səhvlər vardır.
8  
 
Məzmun əhatə olunmuş, mövzu tamamilə 
açılmışdır. 
10 
 
 
Yekun 50 
 
 
Şagirdlərin özünü qiymətləndirməsi
 
 
MƏNİM UĞURLARIM 
+/– 
Mən təqdimatımız üçün lazım olan nəzəri və təsviri materialları sərbəst əldə etdim.  
 
Mən alternativ enerji mənbələrini səhvsiz müəyyənləşdirməyi öyrəndim.  
Mən alternativ enerji mənbələrinin cəmiyyətimizin inkişafında necə böyük rol 
oynadığını öyrəndim. 
 
Mən qrupda yoldaşlarımla əməkdaşlıq etmək bacarığımı inkişaf etdirməyi öyrəndim.  
Mən təqdimata baxımlı dizayn verməyi öyrəndim.  
Mən layihə üçün maraqlı faktları seçə bildim. 
 
Mən layihə ilə  iş zamanı sual formalaşdırmağı  və yaranan suallara məntiqli cavab 
vermək bacarığımı inkişaf etdirdim. 
 
Layihədə  iştirak edərkən başa düşdüm ki, uğur qazanmaqda mənə hansı bacarıqlar 
kömək edə bilər.  
 
 
Elektron resurslar: 
1. www.azerbaijan.az/_.../oilStrategy_02_a.html 
2. www.azerbaijan.az/portal/.../oilStrategy_a.html 
3. azens.az/menu.../42-azaerbaydzan-neftinin-tarixi 
4. www.azerbaijans.com/content_772_az.html 


202 
 
Dərs 98/Mövzu: 
İSTİLİK NÜVƏ REAKSİYALARI 
 
Maraqoyatma mərhələsinə dərsliyin A blokunda verilən materialla başlamaq olar. Bu za-
man fəndaxili əlaqə əsasında kimyəvi elementlərin xüsusi rabitə enerjisinin qrafiki illüstrasi-
ya olunur (bax: 4.9-cu mövzu), nüvə enerjisini təkcə  ağır nüvələrin bölünməsindən deyil
yüngül nüvələrin birləşməsindən (sintezindən) də almağın mümkünlüyü qeyd olunur. Şagird-
lərin müzakirəsinə dərslikdəkindən əlavə, aşağıdakı suallar da verilə bilər:  
 Ağır uran nüvələrinin hər bölünmə reaksiyasında nə qədər enerji ayrılır? 
 Ağır nüvələrin bölünmə reaksiyasından nə üçün külli miqdarda enerji ayrılır? 
Beləliklə, tədqiqat sualı yetişir. 
 
Tədqiqat sualı
:
 Yüngül nüvələrin birləşmə reaksiyaları da külli miqdarda enerji ayrıl-
ması ilə nəticələnə bilərmi, nə üçün?”  
Müəllim  şagirdlərin irəli sürdükləri fərziyyələri lövhədə yazır və onları “Yüngül nüvələrin 
sintezindən ayrılan enerjini hesablayın” adlı araşdırmanı yerinə yetirməyə sövq edir. 
Şagirdlər dərslikdə  təqdim olunan məsələni cütlüklərlə  həll edirlər. Bu zaman müəllim 
onların diqqətinə çatdırır ki, nüvələrin atom kütlə vahidlərinin ifadələrini dərslikdə verilən 
4.3 - cədvəlindən götürsünlər və hesablamanı 0,00001 dəqiqliklə etsinlər. 
Araşdırmanın nəticəsi dərslikdə verilən suallarla müzakirə oluna bilər. Bu zaman müəllim 
diqqət yetirməlidir ki, şagirdlər iki mühüm nəticəyə müstəqil gəlsinlər: 
1. Nüvə reaksiyalarından ayrılan enerjinin miqdarının müəyyənləşdirilməsində kütlə defekti-
nin miqdarı mühüm rol oynayır. 
2. Yüngül nüvələrin birləşməsindən ayrılan enerjinin miqdarı ağır nüvələrin bölünmə reaksi-
yalarından ayrılan enerjinin miqdarından dəfələrlə böyükdür.  
Sonrakı  mərhələdə  şagirdlər qruplaşdırılır və  nəzəri dərs materialının oxunuşu və  təqdimat 
hazırlamaq təşkil edilir. Təqdimatların məzmununu lazımi istiqamətə yönəltmək məqsədilə 
qruplara aşağıdakı tip suallar yazılmış didaktik vərəqlər paylanması tövsiyə edilir: 
 Yüngül nüvələrin birləşmə reaksiyaları zamanı hansı çətinliklər yaranır? 
 Protonlar arasındakı itələmə xarakterli Kulon qarşılıqlı  təsir qüvvələri hansı üsulla dəf 
edilir? 
 Yüngül nüvələrin sintezi reaksiyası nə adlanır? 
  İstilik nüvə reaksiyalarından ayrılan enerjini nüvələrin bölünmə reaksiyalarından alınan 
enerji ilə müqayisə edin. 
 İstilik nüvə reaksiyalarını Yer şəraitində almaq mümkündürmü? Nə üçün? 
 Günəş istilik nüvə reaktorudur: Günəşdə gedən istilik reaksiyalarını yazın. 
 Hidrogen bombası– idarəedilməyən istilik nüvə reaksiyası qurğusudur. 
 Hidrogen və atom bombalarının müqayisəsi. 
 
 
 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq) atom və nüvə hadisələrini və onların 
başvermə səbəblərini şərh edir. 
2.2.2. Elektromaqnit və nüvə qarşılıqlı təsirinə dair məsələlər qurur və 
həll edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Sintez nüvə reaksiyalarının mexanizmini izah edir. 
 Sintez nüvə reaksiyasına aid məsələlər qurur və həll edir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə