Microsoft Word fiz-9 mv az capa docx


GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə91/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   93

210 
 
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR 
Dərs 19/Mövzu:
  MAQNİT HADİSƏLƏRİ.  SABİT MAQNİTLƏR 
 
MARAQOYATMA  
Dərsə şagirdlərin gündəlik həyatda rast gəldikləri hadisələri misal gətirməklə başlamaq olar. 
Şagirdlər qarşılıqlı təsirlərə aid müəyyən təsəvvürlərə malikdirlər. Onların təsəvvürlərindən 
istifadə etməklə  dərsi metodik cəhətdən səmərəli qurmaq mümkündür. Bu mövzuya 
başlamaq üçün müəllim 6-cı sinif “Fizika” fənnindən “Maqnit qarşılıqlı təsiri” mövzusu ilə 
fəndaxili və “Həyat bilgisi” və “Coğrafiya” fənləri ilə  fənlərarası  əlaqədən istifadə edərək 
diaqnostik qiymətləndirmə (bölmənin birinci mövzusu) apara bilər. O, qiymətləndirməni 
sual-cavab şəklində, yaxud didaktik kartlar vasitəsilə də keçirə bilər. 
–  Siz maqnitin hansı növlərini tanıyırsınız?  
– Siz heç maqnitdən istifadə etməklə qayçı və ya iynəni maqnitləndirə bilmisinizmi? 
– Praktikada maqnitdən harada istifadə olunduğuna aid misal çəkə bilərsinizmi? 
– Yüklü zərrəciklər arasındakı qarşılıqlı təsirlə maqnitlər arasındakı qarşılıqlı təsirin oxşar və 
fərqli cəhətləri hansılardır? 
– Maqnitdən nə üçün istifadə olunur? 
–  Kompasdan hansı məqsədlə istifadə olunur? 
–  Kompasın əsas hissəsi nədən  ibarətdir? 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların 
başvermə səbəblərini şərh edir.   
3.1.1. Elektromaqnit (maqnit və  işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
 Maqnit hadisələrinə aid nümunələr gətirir. 
 Sabit maqnitlər və onların xassələrini izah edir. 
 Sabit maqnitlərlə təcrübələr aparır 
 
 
DƏRSİN TİPİ 
İnduktiv 
 
 
İstifadə olunan 
İŞ FORMALARI 
Bütün siniflə iş, qrup işi, fərdi iş 
 
 
İstifadə olunan 
ÜSULLAR 
Beyin həmləsi, anlayışın çıxarılması, şaxələndirmə, müşahidə, araşdırma, 
akvarium, modelləşdirmə, təqdimat, tapşırıqvermə 
 
 
Fənlərarası 
İNTEQRASİYA 
Riy 1.2.2, Riy. 5.1.1, İnf. 3.1.3, İnf. 3.2.2, İnf. 3.2.3, İnf. 3.2.4,  
Kİm.  1.1.1,  Kİm.  1.2.1. 
 
 
RESURS 
İş  vərəqi, müşahidə  vərəqələri, plakatlar, tabaşir,  sabit maqnit, müxtəlif 
cisimlər: şurup, şüşə kürəcik, mismar, qəpik, jeton, kağız parçası, pozan, 
kibrit dənəsi, düz və nalşəkilli maqnitlər, mismar dənələri, dielektrik 
ştativ, ipək sap, düz maqnit, kompüter, proyektor, interaktiv lövhə 
(“MimioStudio” və ya “Promethean”) 


211 
 
 
Maraqoyatma müxtəlif üsullarla yaradıla bilər.  
1.  Beyin həmləsi ilə. Müəllim dərslikdə verilən material əsasında gündəlik həyati nümunələrlə 
şagirdlərə sabit maqnitin rolu barədə misallar göstərə bilər (A bloku). Şagirdlərin fəallığını 
artırmaq üçün şəkillərdən, slaydlardan, videomateriallardan və ya “Fizika multimedia” 
dərsliyindən istifadə olunması məqsədəuyğundur. 
Şagirdlərin bildirdiyi maraqlı fərziyyələr ümumiləşdirilir və lövhədə yazılır.  
 
2.  Klaster (şaxələndirmə) üsulu tətbiq edilə bilər. Şaxələndirmə cədvəlinin bir xanasında hadisə 
yazılır, şagirdlər isə boş xanaları hadisəyə uyğun olaraq həyatda müşahidə etdikləri və ya bil-
dikləri nümunələrlə tamamlayırlar.  
 
 
 
  
3. Məktəb laboratoriyasında olan maqnitlərlə şagirdlərin vasitəsilə müxtəlif sadə nümayişlər 
həyata keçirmək olar. Məsələn, suyun üzərində yarpağın üstünə qoyulan iynəyə maqniti 
Sabit maqnit
Düz
_____
______
Nalşəkilli
______
_____
Halqaşəkilli
Didaktik vərəq
Kompasdan hansı məqsədlə istifadə olunur? 
Yaddaş: şəkillərdən istifadə edin 


212 
 
yaxınlaşdırmaqla sadə kompasın işinin nümayişi, arabacığa maqniti yerləşdirməklə digər düz 
maqnitlə arabacığı  hərəkətə  gətirmək və s. eksperiment nümayiş edilir. Eksperimentlər 
siniflə müzakirə edilir. 
 
Tədqiqat sualları:
 “Cisimlərin bir-birini cəzb etməsini və itələməsini necə adlandırmaq 
olar? Bu hansı maddələrə xasdır? Hansı maddələri sabit maqnitlər adlandırmaq olar?” 
 
Müzakirə zamanı müəllim şagirdlərin fikrini ona yönəldir ki, maqnitlər müxtəlif formalı olsa 
da, onlar bəzi cisimləri cəzbetmə xüsusiyyətinə malikdir və praktikada bu xüsusiyyətdən mü-
əyyən məqsədlər üçün istifadə olunur.  
 
TƏDQİQATIN APARILMASI-1 
Mövzunun genişliyini, araşdırmaların sayının çox olmasını  nəzərə alaraq “Akvarium” 
üsulunu tətbiq etmək məqsədəuyğundur. Bu üsulun məqsədi diskussiya vərdişlərini inkişaf 
etdirməkdir. “Akvarium”  bir neçə variantda keçirilə bilər.  
Dərsin bu hissəsində “Akvarium”un birinci variantını tətbiq etmək faydalıdır: 
Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn, reqlamentə əməl etmək, bir-
birinin sözünü kəsməmək və s.) müəyyən edilir. Şagirdlər iki qrupa bölünür. Bir qrup 
dairənin daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi müzakirə edir. 
Dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə diskussiyanın müəyyən edilmiş 
qaydalara uyğun aparıldığını müşahidə edir.   
Müəllim müxtəlif üsullardan istifadə etməklə sinfi iki qrupa bölür və B blokunda verilmiş 1-
ci araşdırma yerinə yetirilir. Müəllim daxili qrupdan olan şagirdləri dəvət edir və “Maqnit 
xassəli cisim” adlı araşdırmanı icra etmələrini xahiş edir. Araşdırma aparılarkən diqqət 
yetirmək lazımdır ki, şagirdlər maqnit tərəfindən cəzb olunan cisimlərin tərkibinə fikir ver-
sinlər. Araşdırma zamanı şagirdlər tərkibi dəmir, polad, nikel, çuqun və onun ərintilərindən 
ibarət olan cisimlərin maqnit tərəfindən  cəzb olunmasını praktik öyrənirlər.  Şüşə, taxta, 
plastmas, mis, alüminium maddələrdən hazırlanan cisimləri maqnitin  cəzb etməməsi 
hadisəsini izah etmək üçün müxtəlif fərziyyələr  yaranır.  
 
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 
Cisimlər Cəzb olundu 
İtələndi Fərziyyələr Nəticə 
Şüşə 
 
 
 
 
Taxta 
 
 
 
 
Plastmas 
 
 
 
 
Mis 
 
 
 
 
Alüminium 
 
 
 
 
Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır. 5-8 dəqiqədən sonra diskussiya 
dayandırılır, “xarici dairə” nin iştirakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar 
yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirilər. 
 
TƏDQİQATIN APARILMASI-2 
İkinci araşdırmada “Maqnitin hansı hissəsində maqnit təsiri daha böyükdür?” sualı 
araşdırılır. Araşdırma icra olunarkən  şagirdlər  əmin olurlar ki, maqnitin cazibə  təsiri onun 
hər yerində eyni olmur. Şagirdlərin maqnitə yapışmış mismarların digərlərini cəzb etməsini 
müşahidə etmələrinə və bu halı izah etmələrinə çalışmaq lazımdır. Araşdırma şagirdlər üçün 
qeyri - adi olduğundan, onlarda müxtəlif fərziyyələr yaranır. Bu araşdırmanı ikinci qrup yeri-
nə yetirir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə