Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

 

43 


Nyu-York  Fond  Birjasmm  (New  York  Stock  Exchange  -  NYSE)  toplu  indeksini 

göstərmək olar. Digər bir nümunə isə Nasdaq'da 3000 şirkətin bazar kapitallaşmasmm 

toplu indeksi olan Nasdaq Toplu  ndeksidir (NASDAQ Composite Index).  

Nəticələrə  əsaslanan  indekslər:  Bu  indeksə  indekslə  ifadə  olunan  səhmlərin 

qiymətləndirilməsi deyil, həm də səhm sahiblərinə verilən dividentlər (və digər nağd 

ödənişlər) daxildir. DAX - (30 əsas Alman şirkətindən ibarət ən çox izlənilən Alman 

birja indeksi) nəticələrə əsaslanan indeksə misal ola bilər. 

Qiymətli kağızlar bazarında Nasdaq və Standard and Poor's 500 indeksləri əsas 

maliyyə  aparıcı  indekslər  hesab  olunur.  Lakin  bununla  yanaşı  eyni  dərəcəli 

ə

həmiyyətə malik digər indekslərə də rast gəlmək mümkündür, belə ki, onlar kiçik və 



orta kapitallaşma səhmləri və ya xüsusi sektorlar və sənaye sahələri misalında bazarın 

digər əhəmiyyətli aspektlərini əhatə edir. 

Mahiyyətcə,  birja  indeksləri  müəyyən  bir  sahənin  və  ya  bütövlükdə  bazarın 

gəlirliyinin  münasib  baza  göstəricisi  kimi  çıxış  edir.  ndekslərdən,  bir  qayda  olaraq, 

investisiya  portfelləri  gəlirlərinin  adekvatlılığının  qiymətləndirilməsi  məqsədilə 

istifadə olunur. Ümumiyyətlə, indeks bazarın tendensiyalarmı və diversifikasiyalaşma 

dərəcəsini  əks  etdirməklə  investorlar  üçün  bələdçi  qismində  çıxış  edir.  ndeksin 

tərkibinə  adətən  "blue  chips"  şirkətlərin  (bazarda  ən  likvid  səhmləri  olan  şirkətlər) 

səhmləri  daxil  edilir.  ndeksin  qiyməti  isə  onun  komponentlərinin  ortaölçülmüş 

qiymətinə bərabər olur. 

Səhm  bazarının  ən  məşhur  indeksi  Dow  Jones  Industrial  Average  -  Sənaye 

Ş

irkətlərinin  Səhmlərinin  Dow  Jones  indeksidir  (DJIA).  1896-cı  ildə  Charles  Dow 



(Dow Jones şərəfinə) tərəfindən yaradılmış Dow Jones indeksi yaradılan zaman yalnız 

12  səhm  növünü  əhatə  edirdi.  Lakin  1928-də  ildə  onların  sayı  30-a  çatdı  və  bu 

günədək də dəyişilməz olaraq qalmaqdadır. 

Çünki  Dow  kompüter  dövründən  çox-çox  əvvəl  işə  başlamışdı.  O,  səhm 

bazarının indeks nümunələrinin hesablamalarını saxlamış və onları sadəcə əl ilə riyazi 

qaydada  hesablamışdı.  Dow  12  şirkətin  səhmlərinin  qiymətini  toplayaraq  onların 

cəmini 12-yə bölmüşdü. Bir qayda olaraq, səhmlərin göstərilən sayı orta qiymətdir və 

ə

slində  orta  indeks  hesab  edilir  (bu  səbəbdən,  indeksin  adında  "orta  qiymət"  (ing. 



"average") sözü vardır). 


 

44 


 Artıq  bir  əsrdən  çoxdur  ki,  səhm  bazarının  fəaliyyətinin  ümumi  göstəricisi  

olaraq  qorunub  saxlanılmış  Dow  Jones  indeksi  səhm  bazarı  haqda  ilk  statistik 

məlumatları  təmin  etməsi  onun  ən  çox  izlənilən  və  istinad  edilən  barometr  olaraq 

möhkəmlənməsinə  səbəb  olmuşdur.  Bazarın  dinamikası  haqqında  vacib  göstərici 

olmasına baxmayaraq, Dow Jones bir əsas mənfi cəhətə malikdir: о yalnız 30 şirkətin 

səhmlərini  izləyir.  Bazarda  sahib  olduqları  statusdan  asılı  olmayaraq,  Dow  Jonesda 

ş

irkətlər  məhdud  saydadır  və  bu  səbəbdən,  onlar  bazarın  nəbzini  düzgün  tuta  bilmir. 



Məsələn,  1999  və  2000-ci  illərdə  Dow  10,000  və  11,000  səviyyəsindəki  rekordu 

aşdıqda,  (indeksdə  nəzərdə  tutulmayan)  şirkətlərin  bir  çoxunda  aşağı  və  ya  enməyə 

meylli səhm qiymətləri özünü büruzə verdi. 

Qeyd  edək  ki,  Dow  Jones  indeksinin  əhatə  etdiyi  şirkətlərin  siyahısı  mövcud 

olduğu 100 illik bir dövr ərzində dəfələrlə dəyişmişdir. 1896-cı ildən bəri qalan yeganə 

ş

irkət  General  Electric'dir.  Dow  Jones  şirkətlərin  birləşməsi  və  ya  iflasa  uğraması 



nəticəsində  dəyişikliklər  etməyə  məcbur  qalmışdır.  Halbuki,  Dow  Jones  sadəcə 

dəyişiklik vaxtlarını göstərmək məqsədilə də bir sıra dəyişikliklər aparmışdır. 2008-ci 

ilin  sentyabr  ayında  Wall  Street  jurnalında  ümumdünya  maliyyə  böhranı  nəticəsində 

AIG  Corp.-un  səhmlərinin  dəyəri  sürətlə  endi  və  tezliklə  o,  Dow  Jones  siyahısından 

çıxarılaraq  Kraft  Foods  ilə  əvəz  edildi.  Həmin  vaxtda,  AIG  səhminin  dəyəri  gün 

ə

rzində  $25-dan  $3-a  endi.  Əgər  AIG  Dow  Jones  siyahısında  qalmış  olsaydı,  bu 



zaman  Dow  göstəriciləri  daha  aşağı  enərdi,  amma  o,  sürətli  əvəzetmə  sayəsində 

yüksək göstəriciləri qoruyub saxlamağa nail oldu. Həmin addımlardan xəbəri olmayan 

investorları  bazarın  inkişaf  etməsi  baxımından  aldatmaq  mümkündür,  hansı  ki,  bu 

Dow Jones indeksinin digər bir mənfi cəhəti olaraq qəbul edilir. 

Dow  Jones  digər  mənfi  cəhəti  isə  onun  istehsal  fəaliyyətinin  xalis 

qiymətləndirilməsi tam əhatə edə bilməməsidir. Belə ki, buraya J.P.Morgan Chase və 

Citigroups (banklar), Home Depot (pərakəndə ticarət) və Microsoft (proqram təminatı) 

kimi  qeyri-istehsal  sahələrində  fəaliyyət  göstərən  şirkətlər  daxildir  ki,  bu  şirkətlərdə 

istehsal deyil xidmət sektorunun təmsil edir. 

Qrafik 2.4. Dow Jones Sənaye indeksi

7

  

                                                            



7

 

www.finance.google.com

 


 

45 


 

Digər  geniş  yayılmış  və  qiymətli  kağızlar  bazarında  qiymətlərin  dinamikasını 

ə

ks  etdirən  indeks  Standard  and  Poor's  (S&P)  hesab  olunur.  S&P  həm  fərdi  həm  də 



institusional investorlar üçün geniş həcmdə məlumat xidmətləri və məhsulları təqdim 

edir. Bunlardan diqqət yetirməli olduğunuz ən əsas üçlük aşağı göstərilmişdir: 

S&P  Səhm  Hesabatları.  Bu  dövri  olaraq  buraxılır.  Nyu-York  Fond  Birjası, 

Amerika Fond Birjası və Nasdaqda yer alan iri şirkətlərin səhmləri haqda hesabatlan 

təmin edir. Hər bir səhm haqda məlumat yığcam, 2 səhifəlik məqalədə əhatə olunaraq, 

ş

irkətin  cari  maliyyə  vəziyyəti,  о  cümlədən  şirkətin  fəaliyyətinin  qısa  tarixi  və 



səhmlərini  təhlil  edir.  Eyni  zamanda,  bu  təlimatda  şirkətlər  sahib  olduqları  maliyyə 

gücünə müvafiq olaraq sıralanır. 

S&P  stehsal Sahəsinin Təhlili. S&P başlıca istehsal sahələri haqda 4-7 səhifəlik 

məlumatdan  ibarət  təfərrüatlı  hesabatları  təqdim  edir.  Adı  çəkilən  illik  nəşr  son  12 

ayda  hər  bir  istehsal  sahəsində  hansı  hadisələrin  baş  verməsi,  bugünkü  vəziyyəti  və 

növbəti  ildə  gözlənilən  perspektivləri  nəzərə  çatdırır.  Eyni  zamanda,  hər  bir  istehsal 

sahəsi üzrə başlıca 50-100 şirkətin əsas göstəricilərini (mənfəət, satış həcmi və sənaye 

üzrə reytinqi) təmin edir. 

Ümumbazar  xüsusiyyətlərinə  malik  olan indekslərdən  biri  də Wilshire  Ümumi 

Bazar  ndeksidir.  Wilshire-5000  Kapital  ndeksi  dünyada  ən  böyük  səhm  indeksidir. 

Wilshire Birliyi 1980-d ildə 5000 səhmlə işə başlamışdır. Həmin vaxtdan bu günədək 

Wilshire-5000 yüksələrək, 7,500 səhmi əhatə edir. Wilshire-5000 indeksinin üstünlüyü 

demək  olar ki,  ümumi  bazarı  əhatə  etməsi  və hərtərəfli  olmasındadır  (Wilshire-5000 

birjaya  çıxarılan  ən  böyük  səhmləri  izləyir).  Bura  əsas  fond  birjalarının  (NYSE, 

AMEX və NASDAQ) bütün səhmləri və nəticə etibarı ilə S&P 500 indeksində əhatə 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə