Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

 

46 


olunan  səhmlər  daxildir.  nvestorlar  və  analitiklər  ümumi  bazarın  xüsusiyyəti  haqda 

daha ətraflı məlumat almaq istədikdə Wilshire-5000 indeksinə istinad edirlər. 

Qiymətli kağızlar bazarında fəaliyyət göstərən digər məşhur indeks NASDAQ-dır. 

1971-ci  ildə  NASDAQ  rəsmi  səhm  bazarına  çevrilən  bu  indeks  "Milli  Birja  Dilerləri 

Assosiasiyasının  Avtomatik  Qiymət  Təyinetmə"  sistemi,  indi  isə  sadəcə  ''Nasdaq" 

adlanır. Nasdaq indeksləri struktur baxımından digər indekslərə bənzəyir. Yeganə fərq 

onun  səhmləri  Nasdaqda  birjaya  çıxarılan  şirkətləri  əhatə  etməsidir  Nasdaq  indeksi 

özündə iki indeksi əks etdirir: 

Nasdaq  toplu  indeksi:  bu  indeks  Nasdaqda  səhmləri  satışa  çıxanlan  3,000  şirkəti 

ə

hatə  edir.  Adı  çəkilən  şirkətlər  müxtəlif  sənaye  sahələrində  fəaliyyət  göstərir,  lakin 



indekslər  əsasən  texnologiya,  telekommunikasiya  və  əlaqədar  sahələr  üzrə 

cəmləşmişdir.  

Nasdaq  100  indeksi:  Nasdaq  100  indeksi  Nasdaqda  yer  alan  bazar  kapitallaşması 

şə

rtlərində  ölçüyə  əsaslanan  ən  böyük  yüz  şirkəti  əhatə  edir.  Bu  indeks  texnologiya 



sahəsində  xüsusi  əhəmiyyət  daşıyan  böyük  şirkətlərlə  maraqlanan  investorlar  üçün 

ə

lverişli  hesab  olunur.  Nəzərdə  tutulan  indeks  Microsoft,  Adobe  və  Symantec  kimi 



texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər haqqında məlumatı təmin edir. 

Qrafik 2.5.Nasdaq indeksi

8

 

 

Qiymətli  kağızlar  bazarında  mövcud  olan  digər  məşhur  indeks  Russell  3000 



indeksi  (Frenk  Rasselin  (Takoma,  Vaşinqton)  şirkəti  tərəfindən  nəşr  edilan  bazar 

kapitallaşmasmın  qiymətləndirilmiş  indeksləridir;  eyni  zamanda  səhmlərin  müxtəlif 

variantlı  3000,  2000,  2500,  1000,  200  və  s.  indeksləri  mövcuddur)  ABŞ  şirkətlərinin 

daxil  edilməsinə  çalışan  indeksə  misal  ola  bilər.  Russell  3000  ən  böyük  açıq  tipli 

səhmdar  (ASC)  şirkətlərin  (demək  olar  ki,  alqı-satqıya  çıxarılan  səhmlərin  98  faizi) 

                                                            

8

 

www.finance.google.com



 


 

47 


daxil  edildiyi  indeksdir.  Russell  3000  indeksinə  bir  sıra  orta  və  kiçik  kapitallaşma 

səhmləri  də  daxil  edildiyindən  böyük  əhəmiyyət  kəsb  edir.  Russell  3000  indeksində 

ə

hatə olunan  şirkətlərin çox hissəsi  milyard dollar və ya daha az  orta bazar dəyərinə 



malikdir. 

Russell  3000  indeksi,  eləcə  də,  Russell  1000  və  Russell  2000  indeksləri  Russell 

Investment  Group  tərəfindən  yaradılmış  və  xidmət  göstərməkdədir.  Russell  1000  on 

böyük  1000  şirkətdən  ibarət  olduğu  halda,  Russell  2000  Russell  3000  indeksinin  ən 

kiçik  2000  şirkətindən  təşkil  olunmuşdur.  Russell  indeksləri  mikro  kapitallaşma 

səhmlərini əhatə etmir (250 milyon dollar dəyərindən aşağı bazar kapitallaşması olan 

ş

irkətlər).  



Ümumilikdə  beynəlxalq  bazarlar  haqqında  müəyyən  məlumatın  əldə  edilməsinin 

ə

n asan yolu indekslərdir. Aşağıda ən çox izlənilən beynəlxalq indekslərin bir neçəsi 



göstərilmişdir: 

BSE SENSEX (Hindistan): (BSE - Bombey Fond Birjası) Hindistan birjalarının ən 

çox  izlənilən  indeksi,  eyni  zamanda  "BSE  30  indeksi"  adlandırılır  və  Bombey  Fond 

Birjası tərəfindən dəstəklənən qiymət üzrə ölçülmüş bazar indeksidir. 

CAC  40  (Cotation  Assistee  en  Continu)  Euronext  Paris  birjasının  aparıcı 

göstəricisi  hesab  edilir.  Bu  indeksin  tərkibinə  daxil  edilmiş  qırx  şirkətin  səhmləri 

Euronext  Paris  birjasında  qeydiyyatda  olan  ən  likvid  və  iri  müəssisənin  arasından 

seçilir.  CAC  40  özündə  L'oreal,  Peugeot,  Total,  Renault,  Danone,  Societe  Generale, 

BNP Paribas, Michelin kimi brendləri cəmləşdirir. 

DАХ  (Almaniya):  DАХ  -  Deutche  Borse  Group  adli  Alman  birjası  tərəfindən 

dəstəklənən bu indeks 1988-ci ildə yaradılmışdır və Frankfurt Fond Birjasında ən çox 

kotirovka olunan otuz "blue chips" şirkətin səhmlərindən ibarətdir. Tam adı Deutscher 

Aktienindex  olan  DAX  indeksində  Adidas,  BASF,  BMW,  Deutsche  Telekom, 

Deutsche  Bank,  Lufthansa,  Man  AG,  Merck  Kgaa,  Siemens  kimi  tanınmış  şirkətlər 

təmsil olunur. Bu indeks 30 ən yaxşı şirkətin səhmlərini izlədiyindən DJIA indeksinə 

bənzəyir və Frankrurt Birjasında ən böyük və ən fəal indeks hesab olunur. 

FTSE 100 indeksinin əsası 1984-cü il 3 yanvar tarixində qoyulmuş-dur. Tam adi 

Financial  Times  Stock  Exchange  Index  olan  FTSE  100  London  Fond  Birjasinda 

kotirovka  olunan  yüz  ən  nəhəng  şirkətin  səhmlərini  özündə  birləşdirir.  Indeksin 



 

48 


adından  da  göründüyü  kimi,  onun  hesablanması  ilə  Financial  Times  media 

korporasiyası məşğul olur. Çox zaman "futsi" adlandırılan, bazar qiyməti üzrə ölçülən 

bu indeksə Birləşmiş Krallıqda on yüksək 100 açıq tipli səhmdar cəmiyyət daxildir. 

Halter USX Çin  ndeksi (Çin): Bu, gəlirlərinin çox hissəsini Çindən əldə edən 50 

ABŞ şirkətinin səhm səbətini izləyən, bazar qiyməti üzrə ölçülən indeksdir. 

Qısaldılmış adı HSI olan bu indeksin hesablanması 1969-cu il 24 noyabr tarixində 

başlamışdır.  Bəzən  bu  indeksi  Honkonq  "blue  chips"  indeksi  də  (Hong  Kong  Blue 

Chip Index) adlandırırlar. Onun tərkibinə Honkonq birjasinda qeydiyyatda olan ən iri 

və  fəal  şirkətlərin  səhmləri  daxil  edilmişdir.  Hal-hazırda  indeks  sıralarında  HSBC 

Holding, Bank of China,  PetroChina, Esprit kimi tanınmış  şirkətlər  olmaqla,  qırx  iki 

ş

irkətin səhmlərindən ibarətdir. 



Nikkei (Yaponiya): Bu indeks Dow Jones indeksinin yapon versiyası hesab edilir. 

Bu indeks öz başlanğıcını 1950-ci il sentyabrın 7-dən götürür.  lkin olaraq Tokio Fond 

Birjası  tərəfindən  hesablanan  indeks  TSE  Adjusted  Stock  Price  Average 

adlandınlmışdır.  1970-ci  il  1  iyul  tarixindən  etibarən  sonradan  Nikkei  225  kimi 

məşhurlaşan indeksin hesablanmasi ilə Nikkei Inc. şirkəti məşğul olmağa başlamışdır. 

Bu indeksin tərkibinə Fujifilm, Sumitomo, Mitsubishi, Nissan, Honda, Sony, Sharp və 

digər tanınmış şirkətlərin səhmləri daxildir. 

SE  30  indeksi.  Bu  indeks  investorların  ixtiyarına  1996-ci  il  26  dekabr  tarixində 

verilmişdir.  ndeksin  tərkibinə  Istanbul  Fond  Birjasında  qeydiyyatda  olan  otuz  ən 

likvid  və  tanınmış  şirkətin  səhmləri  daxildir.  Bu  şirkətlər  "blue  chips"  şirkətlərin  ən 

yaxşıları  və  demək  olar  ki,  Türkiyənin  milli  sərvəti  hesab  edilir.  ndeksə  daxil  olan 

belə  şirkətlərdən  Türkcell,  Türk  Hava  Yolları,  Koç  Holding, Arçelik,  Petkim, Tofaş, 

YapıKredi Bank və digərlərini misal göstərmək olar. 

MBVB  indeksi.  MBVB  indeksi  2002-ci  il  28  noyabr  tarixində  təsis  edilmişdir. 

ndeks  Moskva  Banklararası  Valyuta  Birjasında  (MICEX)  ticarət  olunan  otuz  ən 

likvid səhmin əsasında hesablanır.  ndeksdə iqtisadiyyatın neft-qaz, bank və  maliyyə 

te

lekommunikasiya,  metallurgiya  və  kommunal  xidmətlər  sferalarının  müəssisələri 



təmsil olunmuşdur. Bunların arasında xüsusilə Qazprom, LUKoyl, Sberbank, Norilsk 

Nikel və Rosneft kimi tanınmış şirkətləri qeyd etmək olar. 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə