Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   2   3   4   5   6   7   8   9   ...   31

 

13 


Üzən  faiz  dərəcəli  qiymətli  kağızlara  adi  səhmlər,  üzən  faizli  istiqrazlar  aiddir. 

Qəti  müəyyən  olunmuş  faiz  dərəcəli  qiymətli  kağızlara  imtiyazlı  səhmlər,  veksellər, 

depozit və əmanət sertifikatları qəti müəyyən olunmuş faiz dərəcəli istiqrazlar aiddir.  

 

Daimi gəlirli qiymətli kağızlara səhmlər, orta və uzunmüddətli istiqrazlar aiddir. 



Birdəfəlik gəlirli qiymətli kağızlara veksellər, depozit və əmanət sertifikatları aiddir. 

 

nvestisiya  qiymətli  kağızları  kapital  yatırımları  obyekti  kimi  nəzərdə  tutulur. 



Bunlara  səhmlər,  istiqrazlar,  fyüçers  müqavilələri,  opsionlar  aid  edilir.  Qeyri-

investisiya  qiymətli  kağızları  isə  əmtəə  və  digər  bazarlarda  pul  hesablaşmalarına 

xidmət edir. Bunlara veksellər, çeklər, konossamentlər aid edilir. 

 

Müddətsiz  qiymətli  kağızların  tədavüldə  olma  müddəti  reqlamentləşdirilmir, 



onlar  “ömürlükdür”.  Müddətli  qiymətli  kağızlar  tədavülə  buraxılarkən  müəyyən 

edilmiş vaxt ərzində əhəmiyyət kəsb edirlər. Bu kağızlar qısamüddətli, ortamüddətli və 

uzunmüddətli olmaqla qruplara bölünür. 

 

Adlı  qiymətli  kağızlar  konkret  şəxsin  adına  olur.  Bu  qiymətli  kağızlar  üzrə 



hüquqların  bir  tərəfdən  başqa  tərəfə  keçməsi  əvvəlcədən  müəyyən  edilmiş  şərtlərlə 

nvestisiya qiymətli kağızları 

Qeyri-investisiya qiymətli kağızları 

Tətbiq məqsədi 

Sahiblik qaydası 

Adlı qiymətli 

kağızlar 

Təqdimatlı qiymətli 

kağızlar 

Orderli qiymətli 

kağızlar 

Tədavül müddəti 

Müddətsiz qiymətli 

kağızlar 

Qısamüddətli 

qiymətli kağızlar 

Orta və uzun müddətli 

qiymətli kağızlar 

Daimi gəlirli qiymətli kağızlar 

Birdəfəlik gəlirli qiymətli kağızlar 

Gəlirin ödənilmə forması 



 

14 


məhdudlaşdırılır.  Təqdimatlı  qiymətli  kağız  növləri  bir  şəxsdən  digərinə  sərbəst 

şə

kildə keçə bilər, bu açıq bazarda alqı-satqı əməliyyatları şəraitində baş verir. Orderli 



qiymətli kağızlar isə ilk alıcının adına buraxılsa da, onlar üzrə hüquqlar sənədin blankı 

üzərində ötürmə qeydi, yəni indossomentə əsasən digər şəxslərə keçə bilər. 

 

Tədavül  edən  qiymətli  kağızlar  bazarda  sərbəst  tədavül  edir,  alınıb-satılır. 



Tədavül  etməyən  qiymətli  kağızlar  bazarda  ya  məhdudiyyətlərlə  tədavül  edir,  ya  da 

heç tədavül etmir. 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Qiymətli kağızlar fəslinə (54-cü 

fəsil) əsasən əsas qiymətli kağızlar kimi səhm və investisiyalar çıxış edir ki, bunlara da 

bəzən  fond  qiymətli  kağızlar  da  deyilir.  stiqrazlar  emitentin  borc  öhdəliyi  olub 

müəyyən  müddətdən  sonra  nominal  dəyərinin  və  faizinin  geri  qaytarılmasını  təmin 

edən  qiymətli  kağızlardır.  Bu  qiymətli  kağızlar  müəyyən  müddətə  buraxılır  və 

emitentin  gəlirlərindən  asılı  olmayaraq  müəyyən  edilmiş  müddətdə  qaydada  gəlir 

gətirmək imkanına malikdir. 

Səhm  Səhmdar  Cəmiyyətin  kapitalına  pay  ilə  qoyuluşu  özündə  əks  etdirən 

mülkiyyət  hüquqlu  şəhadətnamədir.  Sahibinə  verdikləri  hüquqların  növündən  asılı 

olaraq  səhm  adi  və  imtiyazlı  olur.  Adi  səhm  öz  sahibinə  SC-in  idarə  edilməsində 

iştirak  hüququ  verməklə  cəmiyyət  ləğv  edilərsə  onun  mülkiyyətindən  pay  hüququ 

verir.  mtiyazlı  səhmlər  sahibi  cəmiyyətin  idarəedilməsində  səs  hüququna  malik 

olmasa  da  adi  səhmlərdən  fərqli  olaraq  hər  il  müəyyən  edilmiş  divident  gətirir. 

Qeydiyyat qaydalarına görə səhmlər adlı və təqdim edənə olurlar. Adlı səhmlər səhm 

blankının  və  yaxud  sertifikatının  üzərində  sahibinin  adının  göstərilməsini  nəzərdə 

tutur.  Belə  səhmlər  buraxılışı  səhmdar  cəmiyyətlərin  yaradıldığı  dövrdə  buraxılır. 

Ə

ksər  hallarda  onlar  iri  nominallarda  buraxılır  və  bir  şəxsdən  digərinə  verilməsi 



qaydaları  yalnız  SC-in  idarə  heyətinin  icazəsi  ilə  müəyyən  olunur.  Təqdim  edənə 

səhmlərin üzərində isə ad göstərilmir və onların satışı sərbəst şəkildə həyata keçirilir. 

Tədavül edən (bazar) qiymətli 

kağızlar 

Tədavül etməyən (qeyri-bazar) 

qiymətli kağızlar 

Tədavül xarakteri 



 

15 


Səhmlərin emissiyasının əsas məqsədi SC-in ciddi təsərrüfat məsələlərinin həlli üçün 

tələb olunan vəsaitin səfərbər edilməsidir.  

Müasir  SC-lərin  iki  tipi  mövcuddur:  Açıq  tipli  SC-lər  və  Qapalı  tipli  SC-lər. 

nkişaf  etmiş  ölkələrin  əksəriyyətində  Açıq  tipli  SC-lər  üstünlük  təşkil  edir.  Qapalı 

tipli SC-lərin əsas xüsusiyyəti həmin müəssisələrin emisssiya etdikləri səhmlər sərbəst 

səkildə alış-satışı qadağandır və onları yalnız təsisçıləri daxilində alınıb-satıla bilər. 

Köməkçi qiymətli kağızın əsas növləri kimi orderləri, çekləri və vekselləri ödəniş 

qiymətli kağızları xüsusilə qeyd olunur. Bu növ qiymətli kağızlardan istifadə sahəsinin 

genişliyinə  görə  əsas  yeri  vekseller  təşkil  edir.  Veksel  alıcı  təşkilat  tərəfindən  alınan 

ə

mtəənin və ya göstərilən xidmətin haqqının müəyyən müddətdən sonra ödənilməsini 



təsdiqləyən  qiymətli  kağız-borc  öhdəliyidir.  Veksellər  sadə  və  köçürmə  olur.  Sadə 

vekselin hərəkəti ancaq alıcı və satıcı münasibətləri daxilində baş verir. Üçüncü tərəfə 

ötürülmür. Köçürmə vekselində isə bir neçə tərəfin iştirakı ilə icra oluna bilər. 

Çek  orderli  qiymətli  kağız  olub,  ifadə  etdiyi  pul  məbləğinin  çek  sahibinə 

ödənilməsi  barədə  çek  verənin  banka  verdiyi  və  heç  nə  ilə  şərtləşdirilməyən  yazılı 

sərəncamından  ibarətdir.  Çeklərə  hesablaşma  çeki,  bank  çeki,  pul  çeki  və  yol  çeki 

aiddir.  Çek  üzrə  ödəyici  yalnız  bankdır.  Banklar  dövriyyədə  yalnız  çek  blanklarının 

mətbəə üsulu ilə çap edilmiş və özündə ödəyici bankın adı, ünvanı və telefon nömrəsi, 

çek verənin (hesab sahibinin) adı və ünvanı, habelə ödəyici bankın hesab nömrəsi olan 

məlumatları  əks  etdirən  çeklərə  icazə  verir.  Digər  qiymətli  kağızlar  kimi  çeklərin  də 

bəzi növləri vardır. Onlar aşağıdakılardır: 

•  Adlı  çek  konkret  şəxsin  adına  yazılır  və  başqa  şəxsə  ötürülməsi  qeyri 

mümükündür. 

•  Orderli  çek  də  konkret  şəxsin  adına  yazılır,  lakin  belə  çeklər  indossoment 

vasitəsilə digər şəxslərə ötürülə bilər. 

•  Adsız çeklərin üzərində isə ad göstərilmir və digər şəxslərə adi təqdimedilmə ilə 

ötürülə bilər. 

•  Hesablaşma çeki nağdsız hesablaşma sferasında fəaliyyət göstərən çeklərdir. 

•  Aksept  olunmuş  çeklər  üzrə  bank  müştəriləri  cari  hesablarında  olan  depozit 

hüdudunda çekləri akseptləşdirə bilərlər. Yəni bu çeklərin üzərində göstərilən məbləğ 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə