Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə4/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   2   3   4   5   6   7   8   9   ...   189

 

10

keçən Forumda da fikirlərimi bildirmişəm. Bir daha tam əminliklə 



deyə bilərəm ki, multikulturalizm gələcək inkişaf üçün ən məqbul 

variantdır.  Çünki  multikulturalizmin  alternativi 



özünü 

təcriddir.  XXI əsrdə qloballaşan  dünyada hesab etmirəm ki, hər 

hansı  bir  dövlət  öz  gələcəyini  özünütəcrid  prinsipləri  əsasında 

qurmağa cəhd etsin...Biz çalışmalıyıq ki, bütün dünya xalqları bir-

biri  ilə  əməkdaşlıq  etsinlər,  qarşılıqlı  anlaşma  güclənsin, 

qarşıdurmaya  yol  verilməsin...  Azərbaycan  əsrlər  boyu  ictimai-

siyasi  quruluşdan  asılı  olmayaraq,  müxtəlif  dinlərin,  xalqların 

vətəni  olmuşdur  və  bu  gün  də  belədir.  Azərbaycanda  bütün 

xalqların,  bütün  dinlərin  nümayəndələri  bir  ailə  kimi  yaşayırlar, 

heç bir  ayrı-seçkilik qoyulmur  və  qoyula  da bilməz. Yəni, bu da 

müasir  Azərbaycanı  təcəsüm  etdirən  amillərdən  biridir...Təbii 

coğrafi  körpü  olmaqla  bərabər,  biz  humanitar  sahədə  də  körpü 

rolunu  oynamağa  çalışırıq.  Forumun  əsas  məqsədi  ondan 

ibarətdir”.

1

 Qeyd: 2010-cu ilin yanvarında Azərbaycan və Rusiya 



prezidentlərinin  təşəbbüsü  ilə  Bakıda  keçirilmiş  Humanitar 

Əməkdaşlıq  üzrə  Birinci  Azərbaycan-Rusiya  Forumunda  qəbul 

olunmuş qərara  əsasən, 2011-ci il  oktyabrın 10-11-də “XXI  əsr: 

ümidlər  və  çağırışlar”  şüarı  altında  Birinci  Bakı  Beynəlxalq 

Humanitar  Forumu  təşkil  olunmuşdu.  Bakı  Beynəlxalq 

Humanitar  Forumunun  əsas  məqsədi  humanitar  və  inteqrativ 

impulsların  yaradılması  ilə  yanaşı,  gələcəkdə  beynəlxalq 

səviyyədə  humanitar  çağırışları  aktuallaşdırmaqdan  ibarətdir. 

Forumun  vəzifəsi  ideyalar,  nəzəri  və  praktiki  bilik  mübadiləsi, 

konstruktiv debat və müzakirələr üçün nəzəri və tətbiqi platforma 

yaratmaqdır.  Tədbirin  nəticəsi  beynəlxalq  təşkilatlara,  dünya 

ölkələrinə  və  ayrılıqda  hər  bir  şəxsə  ünvanlanmış  tövsiyyələr  və 

müraciətlərdə təcəssüm olunur.

2

 

 



                                                 

1

 İkinci Bakı Beynəlxalq Humanitar Forumun açılış mərasimində İlham 



Əliyevin nitqi. http://www.president.az/articles/6390/ 04 0ktyabr 2012. 

2

 Prezident və xanımı İkinci Bakı Beynəlxalq Humanitar Forumunun açılış 



mərasimində iştirak edib. http://www.bmm.az./az/xbrlr/siyast/3647-

president-v-xanm-kinci-bak-beynlxalq-humanitar-forumunun-acl-

mrasimind-itirak-edib.html  



 

11

Vahid  dünya  məkanında  nə  mübarizə  baş  verirsə  versin 



(rəqabət  mübarizəsi  və  enerjinin  birləşdirilməsi  uğrunda 

mübarizə  və  s.),  dərk  etmək  lazımdır  ki,  nəticəsi  elə  vahid 

dünyanın  zənginləşməsinə  xidmət  edir.  Onu  da  nəzərə  almaq 

yerinə  düşər  ki,  insan  həm  də  qorxaq  bir  məxluqdur. 

Qorxduğundan  da  güzəştə  gedəndir,  dialoqa  can  atandır.  Bu 

baxımdan insanlar öz dövlətləri vasitəsilə universal və regional 

təşkilatlar, 

forumlar, 

birliklər, 

komissiyalar 

yaradırlar. 

Beynəlxalq  hüququn  mühüm  prinsiplərini  qəbul  ediblər  və 

nəzarət  məqsədilə  əməkdaşlığı  genişləndirməyə  can  atırlar. 

Qarşılıqlı  məsuliyyət  və  öhdəliklərlə  bağlı  bir  çox  sənədlər 

qəbul  ediblər  və  komissiyalar  yaradıblar.  Məsələn,  XX  əsrin 

ortalarından  etibarən  kütləvi  qırğın  silahlarının  istehsalını 

genişləndiriblər,  digər  tərəfdən  də  bu  silahlardan  qorxu 

məsələsi  həmin  insanları  bir  araya  gətirməkdə  davam  edir. 

Silahlara nəzarət məqsədilə bir çox sənədlər qəbul ediblər:  

-1899-cu  il  Haaqa  sülh  konfransında  zəhərləyici 

maddələrdən  hərbi  məqsədlər  üçün  tətbiqini  qadağanetməni 

nəzərdə 

tutan 

beynəlxalq 

bəyannamə 

qəbul 

edildi. 

Konvensiyanın  23-cü  maddəsinə  əsasən,  düşmənin  canlı 

qüvvəsini  zəhərləmək  üçün  silah-sursatın  tətbiqi  qadağan 

edilirdi. Fransa, Almaniya, İtaliya, Rusiya və Yaponiya 1899-

cu  il  Haaqa  Bəyannaməsi  ilə  razılaşdılar.  ABŞ  və  Böyük 

Britaniya  isə  ikinci  Haaqa  konfransında  qoşuldular  və 

müqavilə öhdəliklərini qəbul etdilər; 

-1925-ci il Cenevrə protokolu; 

-Kimyəvi  silahların  düzəldilməsinin,  istehsalının,  torpağa 

basdırılmasının  və  tətbiqinin  qadağan  edilməsi  və  silahların 

məhv edilməsi haqqında Cenevrə Konvensiyası-1993; 

-Atmosferdə,  kosmik  məkanda  və  suda  nüvə  silahının 

sınağının  keçirilməsinin  qadağan  olunması  haqqında 

Müqavilə-1963-cü  ilin  avqust  ayının  5-də  Moskvada 

imzalanıb.  Müqavilə  tərəfləri  (depozitarilər)  SSRİ,  ABŞ  və 

Böyük Britaniya olub

-Nüvə silahının yayılmamamsı haqqında Müqavilə-BMT-

nin 

Silahsızlaşdırma 

Komitəsi 

tərəfindən 

hazırlanıb, 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə