Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə6/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   2   3   4   5   6   7   8   9   ...   189

 

15

prinsipləri  mütləq  möhkəmləndirilməlidir.  Dünyada  gedən 



xoşagəlməz  halların  əsas  səbəbi  əslində  sosial  ədalətsizlikdir. 

İqtisadi  islahatlar,  eyni  zamanda,  güclü  sosial  islahatlarla 

tamamlanmalıdır...Əlbəttə,  bizim  bütün  işlərimizin  təməlində 

və  mərkəzində  insan  amili  dayanır.  Hesab  edirəm  ki,  bu,  hər 

bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün 

edilir.  Onun  azadlığı,  təhlükəsizliyi,  sağlamlığı,  işlə  təmin 

edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır...”

1

  



Mövcud  elmi-texniki  nailiyyətlərin  təkanı  ilə  meydana 

gələn  qlobal  inteqrasiya  məkanların  tamamilə  bir-birinə 

bağlanmasını  və  insanların  məkanlara  yalnız  bir  vasitə  kimi 

baxmalarını  üzə  çıxarmışdır.  Dünyada  inteqrasiya  prosesləri 

artdıqca  humanizm  də  genişlənir.  Humanizm  əsas  etibarilə 

geniş  enerji  mübadilələri  məkanlarında  daha  da  yüksək 

səviyyədə  olur.  Dar  məkanlarda  humanizm  siyasətini 

reallaşdırmaq  mümkün  deyil.  Enerji  mübadilələrini  həyata 

keçirən  elementlərin-subyektlərin  sayı  çox  olduqca  ictimai-

siyasi psixologiya da sağlam olar. Çünki lazımi enerji resursları 

psixologiyanı  sağlamlaşdırar.  Sağlam  psixologiya  isə  güc 

demək  olar.  Bu  baxımdan  da  dövlətlərin  dar  məkandan  geniş 

məkanlara açılması onların cəmiyyətlərinin humanistləşməsinə 

gətirib  çıxarar.  Ümumiyyətlə  isə  liberal  siyasətin  zəncirliyi  və 

şəbəkə  xarakteri  alması  dünyada  humanist  siyasət  dalğalarının 

genişlənməsinə gətirib çıxarır. 

Dövlətlərin  humanizm  məzmunlu  siyasətində,  humanitar 

tədbirlərində  mədəniyyət  amili  mühüm  rol  oynayır.  Mədəniyyət 

hər  bir  xalqın  adət-ənənələrinin,  yaşayış  tərzinin  əks  olunduğu 

düşüncədir.  Məhz  mədəniyyət  insanların,  xalqların  ruhunu 

bağlayan  tellərdən  ibarətdir.  Bu  gün  dünyada  mədəniyyətlər 

xalqları sıx birləşdirən vasitələrə  çevrilir. Bir xalqın mədəniyyəti 

digər  xalqın  mədəniyyətində  özünə  yer  tapa  bilir.  Mədəniyyət 

insan  ruhunu  zənginləşdirir,  həyatın  mənəvi  tərəfini  əks  etdirir. 

                                                 

1

 İkinci Bakı Beynəlxalq Humanitar Forumun açılış mərasimində İlham 



Əliyevin nitqi. http://www.president.az/articles/6390/ 04 0ktyabr 2012.  


 

16

Xalqın mənəviyyatı onun mədəniyyətindədir. Azərbaycan yazıçısı 



Anarın  fikrincə,  xalqın  mədəniyyət  qalası  yeganə  qaladır  ki,  heç 

vaxt tikilib qurtarmır. Hər gələn nəsil onun təzə qatını hörür. Hər 

qat hörüldükcə, qalanın özülü-milli varlığın bünövrəsi bərkiyir.... 

Xalqın  milli-siyasi  varlığını  qorumağın  özül  daşı-onun  mənəvi 

bütövlüyünə  mane  olan  hər  nə  varsa,  onunla  mübarizə 

duyğusudur.  Mənəvi  yetkinliyə  çatmamış  bir  kütlə  həyatın  əsas 

məqsədlərindən daima yayınar və gözüdarlığa qapanıb qalar.

1

  

Hər  bir  dünya  sakini,  dövlət  rəhbərləri,  o  cümlədən  başqa 



siyasətçiləri  humanizm  ideyalarının  genişlənməsinin  tərəfində 

olurlar.  Universal  maraq  ondan  ibarət  olur  ki,  dünyada  sabitlik 

qorunsun  və  çiçəklənmə  həyata  keçirilsin.  Bu  istiqamətdə 

humanitar  təşəbbüslər  dalğaları  da  geniş  yayılır.  Bu  baxımdan 

2011-ci ilin oktyabr ayında Bakıda keçirilmiş Birinci Beynəlxalq 

Humanitar  Forumda  iştirak  etmiş  Rumıniyanın  keçmiş 

prezidenti  Emil  Konstantinesko  ölkələri  təhsil  və  mədəniyyət 

sahələrində  əməkdaşlığı  inkişaf  etdirməyə  çağırırdı.  Onun 

fikrincə, ölkələrdə sülh və əmin-amanlıq yaratmaq, münaqişələri 

aradan  qaldırmaq  üçün  insanlar  arasında  dialoq  olmalıdır.  O, 

“belə  bir  dialoq  bütün  regiona,  dünyaya  stabillik  və  əmin-

amanlıq  gətirə  bilər”  fikrini  bildirmişdir.

2

 İkinci  Bakı 



Beynəlxalq Humanitar Forumunda iştirak edən İtaliyanın keçmiş 

xarici  işlər  naziri  Franko  Frattininin  fikrincə,  müasir  dünyada 

humanitar  təşəbbüslərin  böyük  əhəmiyyəti  vardır.  Bu  məsələdə 

Azərbaycanın  tutduğu  mövqeni  yüksək  qiymətləndiririk  və 

alqışlayırıq.  Onun  fikrincə,  forumun  keçirilməsi  mədəniyyətlər 

və  dinlərarası  əlaqələri  daha  da  genişləndirmək,  daha  böyük 

əlaqələr yaratmaq üçün çox ümidverici imkandır...Bu gün Aralıq 

                                                 

1

 Anar. Çağdaşlaşan tarixin, tarixləşən çağdaşlığın yazarı. Özül daşı. Rahid 



Ulusel. Mədəniyyətlərin ipək yolu. Bakı. “Təhsil” 2003, 188 səh., səh. 148, 

149. 


2

 Bakı. Viktoriya Dementyeva.-APA. Bakıda “XXI əsr: ümidlər və 

çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum keçirilir. 

http://apa/az/news/237253.  




 

17

dənizi  regionunda,  Yaxın  Şərqdə  mövcud  olan  böhranlar, 



həmçinin  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  dünyada  çətin 

vəziyyət  yaranıb.  Belə  bir  şəraitdə  bu  forumun  keçirilməsi  çox 

mühümdür.

1

  



İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş 

yaponiyalı  tele-  jurnalist  İçiyo  İşikava  da  hesab  edirdi  ki, 

Azərbaycan  prezidentinin  təşəbbüsü  ilə  keçirilən  forum 

dünyanın  müxtəlif  xalqlarının  nümayəndələrinin  bir  yerə 

toplaşaraq  dünyada  təhlükəsizliyin  təmin  olunması  və  xalqlar 

arasında  dialoqun  inkişafı  üçün  müzakirələr  aparmasına  geniş 

imkan  yaradır.  Bu  cür  beynəlxalq  tədbirin  təşkili  ilə 

Azərbaycan  dünyada  sülhə  və  əmin-amanlığa  öz  töhfəsini 

verir.

2

  



2012-ci  ilin  noyabr  ayının  16-da  Bakıda  keçirilən  Asiya 

Siyasi  partiyaları  Beynəlxalq  Konfransının  (İCAPP)  7-ci  Baş 

Assambleyasında  Konfransın  təsisçisi  və  həmsədri,  Filippin 

parlamentinin  beş  dəfə  sədri  olmuş  Xose  de  Venetsiya  (bu 



Konfrans 2000-ci ildə yaradılıb və Asiyanın 18 siyasi partiyası 

təmsil  olunur)  hesab  edirdi  ki,  Konfrans  Asiyanın  siyasi 

mənzərəsinə  müsbət  təsirlər  göstərmək  imkanları  əldə  edir, 

qitədə  dinlər,  təriqətlər  və  ölkələr  arasında  mövcud  olan 

qarşıdurmaların 

və 

digər 


qlobal 

problemlərin 

aradan 

qaldırılması  üçün  vasitəçilik  səyləri  göstərir.  Çin  Xalq  Siyasi 



Məsləhət  Konfransının  vitse-prezidenti  və  Katibliyin  üzvü  Du 

Qinglin  hesab  edirdi  ki,  Asiya  qitəsində sabitliyi  bərpa  etmək, 

hər bir ölkənin ərazi bütövlüyünə, hər bir xalqın müstəqilliyinə 

və milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq tərəqqini təmin 

edən  əsas  amillərdir.  Banqladeşin  keçmiş  prezidenti  Hüseyn 

                                                 

1

 Azərbaycanın humanitar təşəbbüsləri beynəlxalq aləmdə böyük rəğbətlə 



qarşılanır.http://www.xalqqazeti.com/az/ interview/ azarbaycanin-

humanitar-teshebbusleri-beynelxalq-alemde-boyuk-reghbetle-qarshilanir. 

2

 İkinci Bakı Beynəlxalq Humantiar Forumu xalqlar arasında dialoqun 



inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. 07 noyabr 2012-ci il. –

Milli.Az http://www.milli.az/news/politics/149552.html#popupInfo. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə