Microsoft Word Gulnara-kitab son doc


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə10/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   6   7   8   9   10   11   12   13   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
29
 
 
 
 
sının olduğunu göstərir:keçmiş, indiki və  gələcək. Keç-
miş zaman özü də iki hissədən ibarətdir:qəti keçmiş za-
man və həyata keçməmiş keçmiş zaman. İndiki zamanın 
yalnız bir morfoloji göstəricisi(-a//-e//-y) olduğundan 
indiki zamanın bir formasına təsadüf olunur. Eyni söz-
ləri gələcək zaman forması haqqında da söyləmək olar. 
Belə ki, karaim dilində gələcək zamanın da bir forması 
vardır
1

V.İ.Rassadin tofalar dilində felin zamanlarını za-
man kateqoriyası adı altında təqdim edir. O, zaman for-
malarını sadə  və mürəkkəb olmaqla iki yerə ayırır və 
felin zamanlarını 3 yerə bölür:keçmiş zaman, indiki za-
man və gələcək zaman.  
Müəllif keçmiş zamanı 3 – qəti keçmiş zamanper-
fektiv keçmiş zaman, subyektiv keçmiş zaman, indiki za-
manı 3 – adi indiki zaman, konkret indiki zaman, da-
vamlı indiki zaman, gələcək zamanı isə 2 – qəti gələcək 
zaman, ehtimal bildirən gələcək zaman formalarına ayı-
rır
2

D.Q.Tumaşeva “Хəзерге  татар  əдəби  теле  мор-
фологиясе” adlı əsərində felin zamanlarını sintetik ana-
litik zamanlar deyə iki yerə ayırır: Sintetik zamana xə-
zerqe, kateqorik, nəticəle, kiləçək I, kiləçək II; analitik 
                                                 
1
 Мусаев К.М. Грамматика караимского языка. Фонетика и морфоло-
гия. Москва,  «Наука», 1964, с. 281.  
2
Рассадин В.И.Морфология тофаларского языка в сравнительном ос-
вещении. Москва, «Наука», 1978, с. 200-218.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
30
 
 
 
 
zamana  təmamlanmaqan, küptən, ütkən, kabatlaulı üt-
kən, kiləçək ütkən zaman formalarını daxil edir
1

D.Q.Tumaşeva barabin tatarlarının dilində felin za-
manlarını xəbər şəkli adı altında təqdim edir
2
.  
Digər türk dillərində olduğu kimi, barabin tatarları-
nın dili də 10 qrammatik zaman formasından ibarət olan 
3 məntiqi zaman kateqoriyasını özündə  əks etdirir: in-
diki zaman, keçmiş zaman və  gələcək zaman. Müəllif 
indiki zamanın 4 formasını – indiki I, indiki II, konkret 
indiki zamandavamlı indiki zaman; gələcək zamanın 3 
formasını  - gələcək I(indiki-gələcək zaman), gələcək II 
(ehtimal bildirən gələcək zaman), gələcək III (gözləni-
lən gələcək zaman); keçmiş zamanın 3 formasını – qəti 
keçmiş, subyektiv keçmiş,  perfektli keçmiş zaman 
formalarını göstərir. 
1974-cü ildə  nəşr olunmuş  “Хəзирги  қарақалпақ 
тили” adlı kitabda felin zaman kateqoriyası  ötken mə-
ҳəl, ҳəzirqi məҳəl, keler məҳəl olmaqla üç yerə ayrılmış-
dır. Keçmiş  zamana  (ötken  məҳəl) aşağıdakı formalar 
daxil edilir:  
1) anıқ ötken məҳəl (-dı, di, -tı, -ti) 
2) nətiyjeli ötken məҳəl (-ğan, -qen, -қan, -ken) 
3) anıқ emes burınğı ötken məҳəl (-ıp, -ip, -p) 
4) burınğı ötken məҳəl (-ğan/ edi) 
5) jaқın ötken məҳəl (-ıp/edi) 
                                                 
1
 Tумашева Д.Г. Хəзерге татар əдəби теле морфологиясе. Казан, Ка-
зан Университеты нəшрияты. 1964, с. 125-146.  
2
 Тумашева Д.Г. Язык сибирских татар. Часть вторая. Изд. Казанско-
го Университета, 1968, с. 50-65.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
31
 
 
 
 
6) tamamlanbağan ötken məҳəl (-a,-e,-y, tuğın/ edi) 
7) təkirarlanıўşı ötken məҳəl (-ar/ edi) 
8) niyetli ötken məҳəl (-jak/ edi)  
9) daўamlı ötken məҳəl (-bak, -mak, -pak/ edi) 
İndiki zamanın 3 – 
anıқ ҳəzirqi məҳəl (-ıp, -ip, -p, -
a,-e,-y+atır, jatır, jür, otır, tur), daўamlı ҳəzirqi məҳəl (-ıў, -
iў, -ў, maқ
2
, baқ
2
, paқ
2
),  ҳəzirqi-keler məҳəl (-a, -e, -y); 
eləcə də, gələcək zamanın 3 – anıқ keler məҳəl (-a, -e, -y), 
boljaўlı keler məҳəl (-ar, -er, -r), niyetli keler məҳəl (-a, -e, -
i+caқ) 
formalarının olduğu göstərilir
1
.   
A.X.Nuriyeva tatar ədəbi dilində felin xəbər şəkli-
nin 10 zaman formasının olduğunu göstərir: 
1.
 
indiki zaman(-a,-ə,-y), 
2.
 
qəti gələcək zaman(-açak,-əçək), 
3.
 
qeyri-müəyyən gələcək(-ır, -er),  
4.
 
qəti keçmiş zaman(-dı,-de,-tı,-te),  
5.
 
qeyri-müəyyən keçmiş zaman(-qan, -kən),  
6.
 
bitməmiş keçmiş zaman(-a
2
 ide),  
7.
 
uzaqkeçmiş zaman(-qan

ide),    
8.
 
nəticəli uzaqkeçmiş zaman(-qan
2
 bulqan),  
9.
 
çoxdəfəli uzaqkeçmiş zaman(torqan ide,bulqan ide),   
10.
 
gələcək-keçmiş zaman(-açak ide)
2
.  
Göründüyü kimi, müəllif bir sıra tədqiqatçılar kimi 
keçmiş zaman formasının sayını lazımsız dərəcədə artı-
raraq yeddiyə çatdırmışdır.Təbii ki, biz bu fikirlə razıla-
şa bilmir və yuxardakı bölgüdə göstərilən sonuncu beş 
                                                 
1
 Хəзирги  қарақалпақ  тили.  Нөкис,«Қарақалпақстан»  баспасы, 1974, с.180-
196.  
2
 Нуриева  А.Х.Система  спряжения  глагола  по  категории  времени  в 
татарском языке. АКД. Казань, 1961, с. 6. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə