Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   49   50   51   52   53   54   55   56   ...   121

161 
 
Orkestr gətirdilər, cah-calal ilə götürdülər, şəklini çəkdilər, nitq dedilər, 
qəzetlərdə yazdılar, uşağa kəsəmət kəsdilər. 
Mərhumun yeddisi, ayı, qırxı keçdi. Ağcanın üzü gülmədi. Necə gülə 
bilərdi! Ürək sevgilisini, dağ kimi kişisini itirən cavan gəlinin  əlləri 
qoynunda qalmışdı. Qadın la rəng-ruf dəyişdi. Bədən tufana tutulmuş gülzar 
kimi quruyub soldu. Bütün o gözəllik, məlahət uçub getdi. Şəkil kimi 
gəlindən bir dəri, bir sümük, bir də quyu suyu kimi dərinə enmiş gözlər 
qaldı. 
Hanı qəzetlər, telefonlar, radiolarda Baxışın çəkilən adı, hörməti! Hanı 
səhər-axşam isti nəfəsi ilə "sağ ol" deyib evdən çıxmağı,  şəst ilə "salam" 
deyib qapıdan girməyi, bükülü bazarlığını stol üstünə qoyub mübarək 
deməyi, uşağı qucaqlayıb min bir dil ilə oxşamağı, cibindən cürbəcür 
hədiyyələr çıxarmağı, rəngli,  şəkilli kitablar göstərməyi? Hanı axşamlar 
sevgilisinin qolundan tutub bir məclisə, bir cəmiyyətə, toya, təvəllüdə, 
görüşə getməyi! Hanı evinin səadəti,  şənliyi? Deyərsən, dəyirmanın suyu 
sovrulub, işıq həmişəlik sönüb. Qtaqlarda qu vursan, qulaq tutulur. 
Divarlardan sükut, soyuqluq sezilir... 
Baxışın tanışlarından biri, ara-sıra mərhumun qapısını açan, ərk ilə 
yeyən-içən gödək, gövdəli kişi başsağlığına gələndə, Ağcanın kənara 
çağırdı. Gizli söz deyən kimi, səsini alçaltdı: 
- Ağca xanım, heç fıkir-zad çəkmə. Allah rəhmət eləsin. Dünyanın 
işidir. Bir yandan bağlayan fələk, bir yandan açar. Özün bilməmiş olmazsan 
ki, mən yenə subayam. Səni özüm nikah eləyəcəyəm, uşaqdaki... 
- Tfu sənin murdar sifətinə! Sən bu evdə  nə  qədər çörək yemisən, ay 
xain! Tfu alçaq üzünə sənin, tfu!.. 
Gödək kişi daş dəymiş köpək kimi zingildəyərək yox oldu. 
Ağcanın - bu balaca həyətdə tənəyə, təhqirə uğrayan cavan ananı qəhər 
tutdu. Ona elə gəlirdi ki, Baxışın matəmi onun bütün vücudunu qurutmuş, 
gözündə bir damla da yaş qoymamışdır. Ancaq düşmən sözünün, acı 
tənənin yarası sanki indi onun kövrək qəlbini yenidən qanatmışdı. 
Gözlərindən yaş yox, qızıl qanlar axırdı. Yanaqlarından damla yox, ağır isti 
qurğuşun dənələri tökülürdü. 
Qonşular, qohumlar təkrar yığıldı, çox təsəllilər deyildi. Kimsə bilmədi 
ki, nə olmuşdur. 
  



Trestdən  gələnlər  olmasa,  Ağca  bəlkə  də,  kiriməzdi.  Üç  nəfər  abırlı- 
təmkinli kişi qapının rəzəsini tərpətdi, salam verib içəri girəndə, Nadir qaçıb 
anasına xəbər elədi. Ağca dərhal gözünün yaşını silib eyvana çıxdı. Gələnlər 
Baxışın  dostları  idilər.  Biri  yoldaş  Cuvarlı,  biri  də  usta  Mixaylov  idi. 
Üçüncüsünü  Ağca  tanıya  bilmədi.  Cuvarlı  hal-əhval  soruşandan  sonra 
bənnanın şəklini əlinə alıb xeyli baxdı. 
-  Ağca  xanım,  -  dedi,  fotoqraf  gələcək,  bu  şəklin  üzünü  çıxardacaq, 
böyütmək istəyirik. Baxın, bəlkə ayrı şəkli məsləhət bilirsiniz. 
Deyərsiniz çəkər, neçə nüsxə lazımdır. 
Trestin  köhnə  ustası  Mixaylov  da  əlindəki  bağlamanı  kənara  qoyub 
əyləşdi. Ağcanın kefini, Nadirin dərsini soruşdu. 
Qonaqlar  çox  oturmadılar,  bir  stəkan  çay  içdilər.  Nəsə  himləşdilər, 
həyət-bacanı  gəzdilər,  baxdılar.  Mixaylov  bayaqkı  qəzet  bağlamasını  əlinə 
aldı, Ağcaya üz tutdu: 
-  Qızım,  -  dedi,  -  sən  heç  demə  ki,  Baxış  yoxdu.  Nə  qədər  biz  varıq, 
Baxış  da  var.  Onun  kimi  sədaqətli  yoldaş,  handa  bir  usta  heç  vaxt  yaddan 
çıxmaz.  Keçən  ay  tələbələrə  yataqxana  tikirdik,  binanı  on  beş  gün  tez 
verdik. Təhvilə nazir də gəlmişdi. Müzakirə oldu, bəyəndilər. Briqadaya iki 
aylıq  mükafat  yazdılar.  Rəisimiz  elan  eləyəndə,  ustasından  fəhləsinə  qədər 
hamı bir ağızdan dedi: 
-  Bu  mükafat  Baxış  Baxışovun  ailəsinindir.  O  kişi  canını  tikintidə 
qoyub, indi budur, onun pulunu, neçə mindi, gətirmişəm, qol çəkib götürün! 
Mixaylov  danışa-danışa  bir  dəstə  yüzlüyü  güzgünün  qabağına  qoydu, 
üstünü qəzet ilə örtdü. O, sözünü qurtarmamış cavan, ucaboy oğlan - trestin 
həmkarlar komitəsinin təzə sədri sözə başladı: 
-  Ağca  bacı,  rəhmətliyin  işini  eşidən  gündən  partkomda  da,  trestkomda 
da  söhbət  olub,  Nadirə  məktəbi  qurtarana  qədər  təqaüd  kəsilir,  danışmışıq. 
Sizə də... 
Bu  yerdə  trestkom  sədrinin  dili  gəlmədi.  Ağcanın  cavanlığına  görə 
təqaüdə düşməməsini demək istəyirdi ki, dili gəlmədi. "Nə lazım, bəlkə heç 
soruşmayacaq, soruşsa, deyərəm..." - deyə düşündü. Sonra tez əlavə etdi: 
- İndi, odur, iki nömrəli bağça uzaq olsa, o birinə keçirə bilərik. 
Mürəbbiyə   yeri   var.   Məsləhətinizə   baxın,   ürəyiniz   istəsə,   ora   keçə 
bilərsiniz, baxın. 
 
 
 
 
 
 
 
 
 
 
162 


Ağca razılığını bildirdi, Nadiri Cuvarlı yoldaşa tapşırdı: 
- Gözünüz üstündə olsun, bir sənət öyrənsin. 
Cüvarlı  ananı  arxayın  etdi  ki,  Nadiri  trestə  gətirəcək,  həm  işləməyinə, 
həm də oxumağına göz qoyacaq. 
Ağca  güman  etməzdi  ki,  ən  ağır  dəqiqələrində  qüvvətli,  qüdrətli  insan 
əlləri onun qollarından tutub qaldıracaq, dizinə taqət, qaralan gözlərinə işıq 
verəcək. Səhərdən axşama başları qarışıq olan, böyük planlar tökən, binalar 
tikən, Moskvada belə yüz idarə ilə bağlı olan, neçə yüz fəhlənin işinə əncam 
çəkən bir trestdə Baxış Baxışovun -sıradan çıxmış bir kişinin adını bu qədər 
əziz tutarlar. 
Bayram  olmazdı  Baxışın  evinə  dəvətnamələr  gəlməsin,  albom  olmazdı 
şəkli  vurulmasın,  qəzet  olmazdı  adı  çəkilməsin,  xeyir  iş  olmazdı.  Ağca 
başda olmasın, təzə il olmazdı Nadirin payı göndərilməsin, səyahət olmazdı 
uşağı aparmasınlar. 
Trest qadınları Ağcasız bir qonaqlıq keçirməz, bir tamaşaya getməzdilər. 
Evlər  təmir  olunanda,  işıq,  su,  qaz,  sobalar  yoxlananda,  ilk  dəfə  Ağcanın 
evinə  usta  gələrdi.  İstirahət  evinə  putyovka  paylananda,  Ağca  siyahıdan 
düşməzdi... 
Ağca   bütün   bunları   yaxşı   başa   düşürdü,   görürdü   ki,   Baxış   yalnız 
ailəsində deyil, iş  məqamında yoldaşlar içərisində də sədaqəti və  ləyaqətilə 
məşhurdur.  Görürdü  ki,  isti  bir  qayğı  onu  həmişə,  hər  tərəfdən  əhatə  edir, 
qol-qanadından  tutaraq  həyatın  sürətli  axnında  aparır,  dəstədən,  mühitdən 
ayrılmağa qoymur. Bu həyatın özü də belə bir gedişə müsaid və münasibdir. 
Özünün  bağçada  işə,  oğlunun  məktəbdə  dərsə  aludəliklə  vaxt  keçirdiyini, 
gündən-günə qüvvətlənən sürətli gələcək meylini aşkar görürdü. 
 

 
Bu  evdə  qəribə  bir  aləm  vardı.  İşıqlı  pəncərənin  qabağında  zər  haşiyəli 
çərçivədə  qıvrımsaç,  güləş,  sağlam,  sinəsi  açıq  bir  bənnanın  şəkli 
dayanmışdı.  Yox,  bu  şəkil  deyildi.  Elə  də  şəkil  olarmı?  Güclü  bir  igid 
dayanmışdı.  Sanki  Baxış öz  otağına  göz  qoyub  hər  şeyə baxır,  sevgilisinin 
də,  oğlunun  da  duruşuna,  oturuşuna,  dinib-danışmağına  diqqət  yetirirdi. 
Deyəsən  bu  saat  stol  üstündə  hoppanıb  boğazlı  çəkmələrini  geyəcək, 
döşəmədə  gəzinəcək,  Ağcanı  da,  Nadiri  də  danlayıb  deyəcək  ki,  niyə 
geyinib  konsertə  getmirsiniz,  mən  buradayam,  niyə  darıxırsınız?  İşinizdə 
olun! 
 
 
 
 
 
 
163 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə