Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   47   48   49   50   51   52   53   54   ...   121

155 
 
xala". Yox, "qonaq gəlib" - deyəndə bildim ki, nabələd adam olacaq. 
Gələnlər iki qadın, iki kişi idi. Dəhlizdə dayanıb, ev sahibindən rüsxət 
istəyirdilər. Mən onları qarşılayıb əl verdim, xoş gəldin eləyib dedim: 
- Buyurun, buyurun içəri! 
Qonaqlar  əyləşdilər,  ətrafa nəzər saldılar. Onlar məni, mən onları seyr 
etdiyim dəqiqələrdə evdə uzun sünnəsi mümkün olmayan soyuq bir sükut 
hiss olundu. Deməyə bir söz tapmaqda çətinlik çəksəm də, sükutu pozmağı 
lazım bildim: 
- Necəsiniz, əhvalınız necədir, təzə xəbərdən-zaddan nə var, nə yox? 
Mən bu ümumi, bəlkə  də  mətləbsiz, mənasız suallarımla qonaqları 
dindirmək istəyirdim. 
Güləşqabaq qadın cavab verdi: 
- Əhvalınız yaxşı ölsun! 
Qadın sanki mənim sualımı gözləyirmiş. Dərhal səsinin ahəngini 
dəyişərək, gözlənilmədən mənə sual verdi: 
- Müəllim, yəqin ki, bizi tanımadınız? 
Bu sözdən sonra mən qonaqlara diqqətlə baxmağa məcbur oldum. 
Müəllimlik sənətinin bir gözəlliyi də budur ki, böyüyüb ərsəyə  gələn 
gənclər arasında həmişə, hər yerdə şagirdlərinə rast gəlirsən. Sən unutmuş 
olsan da, gənclər hafızəli olur, səni unutmurlar. 
Mən qonağın üzünə diqqətlə baxanda dumanlı xəyal, ya yuxumu, nəsə 
bir şey xatirimdə işıq kimi cilvələndi: 
- Deyəsən sizi... 
- Bəli, siz bizə dərs demisiniz. 
"Dərs" sözünü deyəndə qadının səsindən, ahəngindən, otuz il əvvəlki 
bakir gənclik xatirələrinin nisgilindənmi, nədənsə, hər  şey nəzərimdə 
canlandı: 
- Sizin adınız, bağışlayın, Zivər deyilmi, Zivər xanım? 
- Bəli, yaxşı tanıdınız, şükür ki, hafızəniz kəsərlidir! 
Qadın, adına  əlavə etdiyim "xanım" sözünün məhz  əlavə olunduğunun 
mənasını yaxşı başa düşdü. 
Doğrudur, mən qonağın adını soruşdum, zənnim də düz çıxdı, amma 
nədənsə, ürəyim döyünməyə, yenə də otuz il əvvəlki kimi halım dəyişməyə 
başladı: 
- Mən şagirdlərimi, sinfimdə bir dəfə oturub dərsimi dinləyənləri 
adı ilə olmasa da, simasından fövrən tanıyıram. Hələ ki, tanıya bilirəm... 
  


156 
 
Bəli, bu həmin gözəl qız səkkizincidə oxuyan ucaboy, ağbəniz, uzunsaç, 
qaragöz qızın özü idi. Bu həmin Zivər idi. Üçdə bir əsrlik zamanın uzun və 
tozlu yollarından keçib gəlmiş Zivər idi. Zivər indi ahıllaşmış ana, kübar, 
abırlı bir qadın idi. Daha o xurmayı hörüklər yox idi. Kəsilmiş  xınalı 
saçlarını yana ayırmış, başına tirmə  şal salmış, ağır, təmkinli, nurani bir 
görkəm almışdı. Rəngi qaralmış, sifəti kiçilmişdi. Zamanın qələmi oraya 
çox yazıb-pozmuşdu. Gərdəni nazilmiş, qabağa doğru bir qədər  əyilmişdi. 
İşığını saxlamış, mənası  bəlkə bir az da dərinləşmiş qara gözlər həmin 
gözlər idi. Baxışı və xüsusən ani təbəssümü həmin idi. 
Mən, məsum simasında ilk məhəbbətin qığılcımlarını gördüyüm bu 
adam ilə görüşdən çox məmnun idim. Onu dinlədikcə güman edirdim ki, 
otuz il əvvəlki maarif müdirinin məzəmmətini təkrar-təkrar eşidirəm. 
Bunların, bu sözlərin indi mənim üçün məzmunu dəyişmişdi. Töhmət yox
şirin xatirə kimi mənə ləzzət verirdi. 
Zivər xanım bizim evə elçi gəlmişdi. Yoldaşlarının müxtəsər dediyi 
xahişdən sonra özü gənclərin gələcəyindən xeyli sevinc, arzu-kam ilə 
danışdı, oğlunu mənə təqdim etdi: 
-Urfan da Həqiqət ilə bir yerdə oxuyur. Hər ikisi neft mühəndisiolacaq, 
hər ikisi komsomolda, hər ikisi həmdərs, ürəkləri bir-birini tutub, ulduzları 
barışıb, tale gözəl gətirib, xoş görüşdürüb. Biz valideynlərin də borcudur ki, 
xeyir-dua verək. Bu bir təklif üçün cəsarət eləyib, hörmətli müəllimin 
qapısına gəlmişik. Ümidvarıq ki... 
Mən qonaqlardan icazə alıb çıxdım. Həqiqətin anasını çağırdım. Qızın 
rəyini soruşdum... 
...Zivər xanım dik-dik mənim üzümə baxdı. Sanki hamı bunu gözləyirdi. 
Bütün məclis mənə tərəf döndü. 
Zivər xanım daha utancaq kənd qızı deyil, təcrübələrilə tanınmış olan bir 
kimyaçı idi. Onun xahişini də, tələbini də dinləmək mənə xoş idi. 
Mən düşünürdüm ki, həya, ismət, tərbiyə naminə vaxtilə gizli qalan 
məhəbbətdən sonra bir cüt gözəl fidan göyərmişdir. Bunların təmiz, təbii 
istək, məhəbbətlərinə müqabil nə demək olar?! 
- Xoşbəxt olsunlar! 
Hamı ucadan bu sözü təkrar etdi: 
- Çox mübarək! 
 
1958 
 
  
  
 


157 
 
İNSANLIQ FƏLSƏFƏSİ 
 

 
Bəzi adamın adı heç özünə yaraşmır. Amma bu qızın adını, deyəsən 
sonradan qəddinə, qamətinə, məlahətinə baxıb qoyublar. Ağca! Qubanın ağ 
alması! 
Heç tanımayan, bilməyən bir adam da rast gəlsə, yəqin ki, özgə ad 
deməz, bunu deyər: Ağca! 
Ağca yaraşıqlı bir qız idi, tamaşasından doymazdın. Həmişə dik və düz 
baxan iri, ala gözləri, ağ sifəti dairələyən qara tellər, qulac saçlar, şumal, 
göyərçini gərdən, sakit yeriş. 
Başının ipəkyaylığı ağ, döşünün sancağı, donunun düyməsi, çəkməsinin 
qotazı da ağ; sadəcə  ağ yox, bir növ bahalı, may şənliklərini andıran 
təravətli ağ! Çoxları  qızı  məktəb həyətində, nümayiş  sırasında, tarla 
düşərgələrində, küçə-bacada görəndə, baxa-baxa qalırdı. Ağcanın  ən acığı 
gələn də bu idi. 
- Niyə baxırsan, xala, buynuz-zad çıxartmamışam ki! 
- Qızım, sənə baxmıram, yaradanın qüdrətinə heyranam! 
- Bəsdi sən allah! 
- Allah yaman gözdən saxlasın! 
Bəlkə  də buna görə, dilə-dişə düşməkdən ehtiyat elədiyi üçün Ağca 
Baxışın ilk işarəsini rədd etmədi, ona könül verdi. 
Oktyabr bayramında inşaatçılar klubundakı görüşdən, məktəb 
məzunlarının ikinci buraxılışı axşamından sonra Baxış buraya trest rəisi ilə 
gəlmişdi ki, məktəb qurtaranları tikintidə  işə çağırsın. Ağcaya məktub 
yazmağa məcbur oldu. Məcbur oldu deyirik, çünki doğrusu budur: heç 
evlənmək xəyalında deyildi. Çox qızları tanıyıb xoşlasa da, belə fikrə 
düşməmişdi. Amma Ağcanı görəndə özünü itirdi. Bir gün, iki gün lap kefli 
kimi gəzdi. Güman elədi ki, ötüb gedər, gördü yox, gedənə oxşamır. 
Oxlanıb, özü də yaman yerdən oxlanıb. Dərdini kimə desin, kimi 
göndərsin? Fəhlə adam, ana yox, bacı yox, özü utancaq, açılışmamış. 
Birdən-birə durduğu yerdə adamın başına bu iş gəlsin!.. 
Nə isə, ha fıkirləşdi, gördü ki, məsələni açmaqdan savayı çarə yoxdur. 
Özü də üzbəüz yox, qiyabi, məktub ilə! Baxış heç bir zaman savadın qədrini 
indiki qədər bilməmişdi. Kağız hazırladı. Çox yazdı, çox pozdu, axırda 
sevdiyinə belə bir məktub göndərdi: 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə