Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   46   47   48   49   50   51   52   53   ...   121

152 
 
Qabaq sıralarda ucaboy, ağbəniz, uzunsaç, qaragöz bir qız  əyləşmişdi. 
Zivər, sanki bu 40 uşağın içində Kəhkəşanda parlaq bir ulduz kimi seçilirdi. 
Mən onun adını jurnalda oxuyanda xüsusi bir həzz alırdım. Mənə elə gəlirdi 
ki, bu qıza ən münasib ad qoymuşlar. 
Bir gün, iki gün, üç gün... 
Yox, mən bu ucaboy qızı başqaları kimi görə bilmirəm, başqalarına 
baxdığım kimi baxa bilmirəm. Zivərin hər sözü, hər hərəkəti mənə ideal 
görünür. O, suala cavab vermək üçün ayağa qalxıb iki kəlmə danışanda 
yanaqları pul kimi qızarır, qız təhərdən-təhərə düşür, bir günah işləmiş kimi 
özünü itirir, taxtada yazdığı düsturları dürüst və  cəld həll etsə, nəticəni 
gözəl danışsa da, başını qaldırıb üzümə dik baxmır, xəcalətli kimi yerə 
baxa-baxa keçib sırada  əyləşirdi. Zivərin ağ, enli üzü, cazibəli olması, 
badam gözləri nəinki dərsdə, evdə, istirahətdə, yamacda, təbiət seyrinə 
daldığım vaxtda da məni tərk etmir, sanki izləyirdi. Aşkar görürdüm ki, bu 
qızın adı  gələndə  mənim halım dəyişir. Zivər ürkək ceyran kimi başını 
çevirərək, o yan-bu yana baxdıqca xurmayı, qalın hörükləri kürəyində, ağ 
ipək köynəyinin üstündə yol axtaran əfi ilan kimi qıvrılırdı. Bu isə  qıza 
xüsusi məlahət verirdi. Dərsdə  nəzərlərimiz rastlaşanda bilmirdim nə hala 
düşürəm. Şimşək çaxmış, ildırım vurmuş kimi, sinif başıma dolanırdı. 
Tənəffüsdə, müəllimlər zarafatlaşdığı yerdə  mənim gözlərim eyvandan 
yığışmırdı. 
Az qalırdım bu beyti oxuyam: 
                       Səndən ayrı yüz qəmü dərdü məlamətdir mənə.  
                       Nə xoşam, nə naxoşam, bilməm nə halətdir mənə! 
Hansı bir hiss isə mənə deyirdi ki, Zivərin halı səninkindən qalan deyil. 
Biz rastlaşanda hər ikimiz rəng verib rəng alırdıq. O baxanda mən, mən 
baxanda o, gözünü yayındırırdı. Lap bu dəqiqələrdə müəllimlərimizin 
böyük sözü qulaqlarımda daha ucadan səslənirdi: "Ən xırda, ehtiyatsız bir 
hərəkət onu kəndlinin gözündən elə sala bilər ki, gənc müəllim baş götürüb 
qaçmağa məcbur olar!.." 
Mən indi çətin bir işə düşmüşdüm. Od ilə su arasında, vəzifə ilə arzu
şüur ilə hiss arasında mat-məəttəl qalmışdım. Güman edirdim ki, bəzi 
uşaqlar da bizim münasibətimizdəki qeyri-adiliyi duymuşlar. Gah 
  


153 
 
mənə və gah Zivərə baxan bir uşağın yanındakına nəsə pıçıldadığını bir dəfə 
aşkar gördüm. 
Mənim üçün bundan ağır töhmət, məzəmmət ola bizməzdi. "Rüsvay 
oldum, ilahi!" Müəllimin öz tələbəsilə bu rəftarını  eşitsələr, aləm yığılıb 
mənim üzümə tüpürməzmi?.. Xeyr, mən burada işləyə bilmərəm. Oxum 
daşa dəydi. Mən getməliyəm! 
Deyə bilərəm ki, ömrümün ən xəcalətli dəqiqələrini yaşayırdım. Qəlbim 
od ilə, köz ilə dolmuşdu ki, bu saat vücudumun yanıb külə dönəcəyini zənn 
edirdim. Başımdan tüstülər, dumanlar qalxırdı. Xəyalımda bir adı ən böyük 
hərflərlə yazır, pozur, təkrar yazırdım. Bildiyim əlifbaların hamısı ilə,  ən 
zərif, ən əlvan xətlərlə yazır, sonra da bir kəs bilməsin deyə, amansızlıqla 
pozurdum. Yanımda nə anam, nə bacım, nə bir ürək sirdaşım! Dərdimi bir 
kəsə deməyə cürət etmir, dərsdən sonra havalı kimi dinməz-söyləməz kənd 
küçələrində  hərlənirdim. Görən də  yəqin ki, rişxənd ilə baxıb deyirdi: 
"Riyaziyyatçı!" 
Kaş mən Yarpızlıya üz döndərməyə idim, səkkizinci sinfə ayaq basmaya 
idim!.. 
- Yox, mən getməliyəm!. 
Təcili iş üçün müdirdən izin aldığım tutqun bir payız səhərində Kaqorun 
məxməri faytonuna oturub, yeknəsəq zınqırov səslərinin ahəngilə dağları 
tərk edirdim. Əzizindən, vətənindən ayrılmağa məcbur edilənlərin  əhval-
ruhiyyəsilə kor-peşman  şəhərə qayıdırdım. Bulud kimi tutulmuş, qış günü 
kimi qaralmışdım. Deyəsən kürəyimdən, ürəyimdən iti xəncər vurmuşdular. 
İsti yaramı bağlamağa, sağalmağa, bəlkə  də daha belə yaralar almağa 
gedirdim. 
Nə olur olsun mən vəzifəmin ləyaqətini saxlamaq üçün qəlbimin səsini 
boğmalı, Zivəri unutmağa çalışmalıyam. 
Bu,  əlbəttə  çətin idi. Ancaq müqəddəs müəllimlik vəzifəsinə yenicə 
qədəm qoyan bir cavan üçün zəruri idi. Gedirdim, ancaq gözlərimi ar-
xamda qoyub gedirdim. Qəlbimi, arzumu, hissimi, gələcəyimi, bəlkə  də 
bütün varlığımı dağlarda qoyub gedirdim. Arxadan qarlı  təpələrin, qara 
meşələrin, qıvrım yolların dalında bulaq sularının mülayim şırıltıları 
arasından məni həzin bir çağırış, bir nida səsləyirdi. Bu, həya və ismə-
tindən pul kimi qızaran gözəl bir mələyin məyus gileyi, şikayəti idi. Mən bu 
səsi hər dəqiqə eşidirdim. Zehnimdə iki hiss çarpışırdı. Biri deyirdi: qayıt, 
toxta, işlə, məhəbbətinə çarə, yol axtar. Biri də deyirdi: yox, özünü də, 
Zivəri də rüsvay etmə, adını, müəllimlərinin nəsihətini uca tut! 
 


154 
 
Şəhərə qayıdandan sonra maarif müdiri məni uşaq kimi qabağına qoyub 
danladı. 
- Niyə gəlmisən? 
- Nə gəzirsən burada? 
- Sənə kim icazə verib, kim? 
Müdir hiddət və heyrətlə üzümə baxır, qayıtmağımın səbəbini təkidlə 
soruşur, cavab gözləmədən hökmünü verirdi: 
Bəzi cavanlar görəsən niyə bir yerdə bənd almırlar? Bunlar nə istəyir, nə 
axtarırlar? Təyinat dəyişməkdən yorulduq. Bilmirəm nə sayaq eləyək!.. 
- Mən kənddən qaçmıram, daha uzaq yerlərə getməyə razıyam! 
Əlbət ki, mənim dilim qısa idi. Açıq danışmağa, sirrimi deməyə  də 
üzüm yox idi. İndi hara göndərsələr, gedəsi idim. Elə  də oldu. Müdirdən 
təzə  vəsiqə alandan sonra bir kömürçünün qatırını kirayə elədim. Qabaq 
təpə dağlarına üz tutub, arxama baxmadan getdim. O gedən getdim... 
Həyatın təbii qanunları sakit axan sel kimi hər bir istəkdən, arzudan, 
ehtirasdan güclü olur. Fəsillərin dövrünü dayandırmaq mümkün olmadığı 
kimi, bu qanunların da məcrasını dəyişmək mümkün olmur. 
Oddan götürülmüş köz kimi mənim Zivərə olan məhəbbətim zaman-
zaman soyudu, söndü, nəhayət, unuduldu. Ömrün sərt ruzgarı bizim 
hərəmizi bir tərəfə yönəltdi, həyatın mürəkkəb, dolaşıq, çətin yollarında 
atıb-tutdu, sınaqlara saldı, böyütdü, bərkitdi. 
Nə mən onu axtarır, nə o məni soruşurdu. İlk və son görüşümüz həzin 
bir xatirə olaraq qalırdı. 
 

 
İndi bu hadisədən otuz il keçmişdir. Mən indi böyük bir ailənin 
başçısıyam. Zivər haqqındakı xatirələrim nə qədər əziz, nə qədər şirin olsa 
da, bunları dilə gətirməzdim, əgər bir münasibət olmasaydı. 
Qapının zəngi çalındı. Kiçik oğlum qapını açan kimi qonaqları içəri 
buraxdı, cəld otağıma qaçdı: 
- Ata, qonaq gəlib! 
Uşaq evimizə  gəlib-gedənləri tanıyırdı. Tanımadığı adamlar gələndə 
qabaqcadan mənə xəbər verməyi adət etmişdi: "Filan əmi, filan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə