Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.

səhifə4/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   256

 

 



başa çatdırması, ABŞ  rəsmilərinin Sovet təhdidi ilə üzləşmiş ölkələrin düşdüyü 

vəziyyətdən yararlanaraq Yaxın  Şərqdə  və Aralıq dənizi rayonunda 

möhkəmlənmək cəhdləri arxiv sənədlərindən hiss edilməkdədir. 

Yeni açıqlanan arxiv materiallarının araşdırılması Ermənistan və Gürcüstan 

Sovet respublikalarının Türkiyəyə qarşı  ərazi tələblərinin irəli sürülməsində  və 

"əsaslandırılmasında" aktiv iştirakını  təsdiq edir. Lakin bu iştirak həmin 

respublikaların özlərinin təşəbbüsü ilə deyil, bilavasitə Moskvanın və bəzi hallarda 

isə İ.Stalinin şəxsi göstərişlərinin nəticəsi kimi meydana çıxırdı. Bir qayda olaraq 

belə göstərişlər həmin dövrdə tərtib olunmuş sənədlərdə öz əksini tapmışdır. 

Türkiyə ilə eyni vaxtda Ermənistan və Gürcüstan Sovet respublikalarının 

qonşu Azərbaycan SSR-ə qarşı  ərazi iddiaları irəli sürməsi  əsəb müharibəsinin 

Güney Qafqaz regionuna yayılması ilə müşayiət olunan ağrılı bir səhifəsi idi. 

Bilavasitə  mərkəzdən qızışdırılan millətçilik, Stalin intriqalarının cazibə 

mərkəzinə çevrilən Güney Qafqazda min illər boyu yaşamış türk əhalisinin öz 

doğma yurdundan deportasiya edilməsi ilə  nəticələndi.  İkinci Dünya 

müharibəsinin sonunda Sovet-Türkiyə münasibətlərində yaranmış  gərginlik 

Qafqazın və Krımın türk əhalisinin taleyində faciəli rol oynadı. 1944-cü ilin 

mayında Krım türklərinin sürgün edilməsi, elə  həmin ilin iyulunda Gürcüstanın 

cənub rayonlarından türk əhalisinin deportasiyası haqqında Dövlət Müdafiə 

Komitəsinin verdiyi qərar müharibə  zərurəti və  hərbi  əməliyyatlarla bağlı 

hadisələr deyildi. Bütün bunlar artıq əlamətləri hiss edilən Türkiyəyə qarşı təzyiq 

siyasətinə hazırlıq tədbirləri idi. Az sonra bu tədbirlər 100 min azərbaycanlının 

Ermənistandan deportasiya edilməsi, Qara dəniz sahillərinin, Güney Qafqazın 

bütövlükdə türklərdən təmizlənməsi haqqında  İ.Stalinin imzaladığı  qərarlarla 

tamamlandı. Türkiyəyə qarşı  ərazi tələblərini "əsaslandırmaq" üçün İ.Stalin 

tərəfindən 1945-ci ilin yayında ortaya atılan xarici ermənilərin Sovet 

Ermənistanına repatriasiyası nəzərdə tutulan funksiyanı yerinə yetirə bilmədikdə, 

ölkə daxilində Güney Qafqazda əsəb savaşının növbəti dalğasını doğurdu. 

Ən nəhayət, soyuq müharibənin Türkiyə böhranının araşdırması belə bir 

həqiqəti ortaya qoyur ki, hər hansı dövlətin  ərazi bütövlüyünün, sərhədlərinin 

toxunulmazlığının, suverenliyinin və müstəqilliyinin  ən böyük təminatı xalqın 

iradəsi, onun xarici təhlükəyə qarşı mübarizə əzmidir. Əgər ölkənin özünümüdafiə 

ruhu yoxdursa, bu halda beynəlxalq strukturların və xarici dövlətlərin köməyi elə 

bir ciddi effekt verə bilməz. 

Bu monoqrafiyanın hazırlanmasında Rusiyada, Türkiyədə, ABŞ-da və digər 

ölkələrdə  çıxan elmi ədəbiyyatın geniş dairəsindən istifadə edilmişdir. Ayrı-ayrı 

hadisələrin və proseslərin izahında bir sıra müəlliflərin əsərlərinə monoqrafiyanın 

fəsillərində münasibət bildirildiyindən ayrıca tarixşünaslıq icmalının verilməsinə 

ehtiyac duyulmur. Lakin qısaca  



10 

 

olaraq qeyd etmək olar ki, son illərdə soyuq müharibənin Yaxın Şərq epizodları və 



Türkiyə böhranı ilə bağlı Rusiyada nəşr edilmiş elmi araşdırmalarda ciddi 

yeniliklər müşahidə edilməkdədir. 

Eyni zamanda monoqrafiya hazırlanarkən araşdırılan dövrdə Türkiyə 

Respublikasına başçılıq etmiş Mustafa Kamal Atatürkün, İ.İnönünün, C.Bayarın, 

müxtəlif vaxtlarda Baş nazir, Məclis başkanı  və xarici işlər naziri vəzifələrində 

işləmiş R.Saydamın,  Ş.Saracoğlunun, A.Rendanın, K.Karabekirin, R.Pekerin, 

H.Sakanın, Ş.Günaltayın, A.Menderesin, N.Sadakın, F.Köprülünün və digərlərinin 

çıxışlarına, müraciətlərinə  və yazışmalarına, Türkiyə Böyük Millət Məclisinin 

tutanaklarına, tanınmış türk diplomatlarının xatirələrinə, Türkiyədə nəşr olunmuş 

elmi araşdırmalara və türk mətbuatının materiallarına diqqət yetirilmişdir. 

Monoqrafiyanın mənbəşünaslıq bazasını son illərdə açıqlanan yeni arxiv 

sənədləri təşkil edir. Problemin ayrı-ayrı  tərəflərini  əhatə etmək üçün öyrənilən 

xronoloji çərçivə daxilində dövlət başçılarının, diplomatik idarələrin, hərbi və 

xüsusi xidmət orqanlarının yazışmalarından, çıxışlarından, məktublarından, arayış 

və raportlarından geniş istifadə edilmişdir. Monoqrafiya hazırlanarkən Ankaradakı 

Sovet səfirliyinin SSRİ Xarici İşlər Nazirliyinə göndərdiyi bir sıra mühüm gizli 

məlumatlardan və xüsusilə müntəzəm  şəkildə hazırlanan aylıq mətbuat 

icmalından, SSRİ Xarici İşlər Nazirliyində Türkiyə ilə bağlı hazırlanan gizli 

arayışlardan, Sovet səfirliyinə Moskvadan verilən tapşırıq və tövsiyələrin 

mətnlərindən, ÜİK(b)P MK-nın Siyasi Bürosunda Türkiyə ilə bağlı müzakirə 

edilən sənədlərdən istifadə edilməsi Sovet-Türkiyə münasibətlərinin bir sıra 

məqamlarının, soyuq müharibənin ayrı-ayrı epizodlarının dəqiqləşdirilməsinə 

imkan vermişdir. 

Bununla yanaşı elmi araşdırmada ABŞ-ın Yaxın  Şərq siyasətini  əhatə edən 

xarici siyasət sənədlərinə, diplomatik yazışmalara, Dövlət Departamentinin 

materiallarına, prezident H.Trümenin, öyrənilən dövrdə Dövlət katibi vəzifəsində 

çalışmış C.Birnsin, C.Marşallın və D.Açesonun məktub, məqalə, müsahibə  və 

çıxışlarına, Ankaradakı Amerika səfirliyinin raportlarına müraciət edilmişdir. 

Monoqrafiyanın hazırlanmasında Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivinin, 

Rusiya Federasiyası Xarici Siyasət Arxivinin, ABŞ Milli Təhlükəsizlik Arxivinin

Gürcüstan Prezidentinin Arxivinin, Azərbaycan Respublikası Dövlət Arxivinin, 

Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət 

Arxivinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Arxivinin və 

Ermənistan Respublikası  Mərkəzi Dövlət  İctimai-Siyasi Təşkilatların Sənədləri 

Arxivinin materiallarından istifadə edilmişdir. Mövzu ilə bağlı  zəruri olan 

Ermənistan Respublikasının arxiv sənədləri ilə tanış olmağa, Rusiya 

Federasiyasının bir sıra arxivlərindən toplanmış materiallardan istifadə 

 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   256


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə